Kəffarə

wikishia saytından


Kəffarə (ərəbcə: الكفارة) bəzi haramları yerinə yetirmək və ya bəzi vacibatları tərk etmək müqabilində ödənilməli olan bir cərimədir. Qul azad etmək, kasıbı yedirtmək və ya geyindirmək, oruc tutmaqqurban kəsmək ən mühüm kəffarələrdəndir. Kəffarəsi olan əməllərdən bəziləri də bunlardır: İnsan öldürmək, Ramazan ayının orucunu qəsdən batil etmək, bağlanan əhd-peymanı, nəzriandı pozmaq, ehramın bəzi haramlarını yerinə yetirmək.

Kəffarənin növü və yerinə yetirilməsi edilən əmələ görə bir-birindən fərqlənir: Bəzi əməllər üçün bir xüsusi kəffarə müəyyən edilmişdir; digərləri üçün bir neçə kəffarə müəyyən edilmişdir və mükəlləf (əmr və qadağalara riayət edən müsəlman) onlardan birini yerinə yetirməkdə ixtiyar sahibidir. Bəzi əməllər üçün də bir neçə kəffarə sıra ilə müəyyən edilmişdir ki, prioritetə ​​uyğun olaraq edilməlidir. Bəzi əməllər də cəm kəffarəyə malikdir; yəni onlar üçün bir neçə kəffarə müəyyən edilmişdir ki, bunların hamısı yerinə yetirilməlidir.

Kəffarənin tərifi

Müəyyən günahların yerinə yetirilməsi müqabilində ödənilməli olan maddi və fiziki cərimələrə kəffarə deyilir.[1] Kəffarə çox vaxt günahın axirət cəzasının düşməsinə və ya yüngülləşməsinə səbəb olur.[2]

Kəffarə örtmək mənasında olan "kəfərə" sözündən alınıb.[3] Kəffarə günahların örtülməsinə, yəni görməzdən gəlinməsinə səbəb olduğu üçün belə adlanır.[4] Bəzən ürfi (el arası) danışıqlarda kəffarə fidyə mənasında işlənir. Məsələn, bir mudd təam (750 qram buğda və bu kimi şeylər) orucun kəffarəsi olaraq qeyd edilir;[5] halbuki əslində bu, orucun fidyəsidir; yəni, onun əvəzidir və xəstəlik və ya bu kimi səbəblərdən yaranan zəifliyə görə oruc tutmamağın müqabilində ödənilir.[6]

Kəffarənin növləri və onun yerləri

Fiqh kitablarına görə kəffarələr bunlardan ibarətdir:

  • Qul azad etmək[7]
  • Altmış kasıba təam vermək[8]
  • On miskinə təam vermək[9]
  • İki ay oruc tutmaq[10]
  • Üç gün oruc tutmaq[11]
  • Qoyun qurbanı kəsmək[12]
  • Dəvə Qurbanı kəsmək[13]
  • İnək və ya qoyun qurbanı kəsmək[14]
  • Bir mudd təam vermək [15]
  • Altı miskinə təam vermək[16]
  • On kasıbı geyindirmək[17]

Kəffarəsi olan günahlar

Fiqh kitablarında "Zihar" bölməsində kəffarəsi olan əməllərdən bəhs edirlər.[18] Əlbəttə, ehramın haramlarının kəffarələri istisna olmaqla ki, həcc bölməsində bəyan edilir.[19]

Kəffarəsi olan əməllər kəffarənin növünə və yerinə yetirilməsinə görə bir-birindən fərqlənir: Bəzilərinin bir müəyyən kəffarəsi (müəyyənə kəffarə) vardır. Bəzilərində isə bir neçə kəffarə müəyyən edilir və mükəlləf onların hər hansı birini istəsə yerinə yetirir (müxəyyərə kəffarə). Bəzi hallarda sıra ilə bir neçə kəffarə müəyyən edilmişdir ki, bu da prioritetə ​​uyğun edilməlidir; yəni birincisini yerinə yetirə bilməsək, sonrakına keçirik (mürəttəbə kəffarə). Bəzi əməllər üçün də bir neçə kəffarə müəyyən edilmişdir ki, onların hamısı yerinə yetirilməlidir (cəm kəffarə).[20]

Kəffarəsi olan işlər Kəffarənin növü Kəffarə
  1. Şəri zöhrdən sonra Ramazan ayının qəzasını yemək[21]
  2. Zihar və səhv üzündən olan qətl[22]
Tərtib kəffarəsi
  1. Qul azad etmək, bacarmadıqda 60 fəqirə yemək vermək[23]
  2. 10 miskinə yemək vermək, bacarmadıqda 3 gün oruc tutmaq[24]
A)
  1. Bilərəkdən Ramazan ayının orucunu yemək[25]
  2. Nəzri pozmaq[26]
  3. Əhdi pozmaq[27]
  4. Günah etdikdə qadının saçını yolmaq (bəzi fəqihlərə görə)[28]
  5. Etikaf halında həyat yoldaşı ilə cinsi əlaqədə olmaq[29]

B) Həcc bölməsi

  1. Qurban kəsməmişdən qabaq saçı azaltmaq və ya qırxmaq[30]
  2. Ehram halında ov etmək[31]
İxtiyarlı (muxəyyərə) kəffarə

A) Bu üçündən birini seçmək:

  1. Qul azad etmək
  2. 2 ay oruc tutmaq
  3. 60 fəqirə təam vermək[32]

B) Həcc bölməsi 1 və 2. Bu üçündən birini seçmək:

  1. Qurban kəsmək
  2. 10 və 6 miskinə təam vermək
  3. Üç gün oruc tutmaq[33]
  1. Andı pozmaq[34]
  2. Qadın öz saçını ona müsibət üz gətirdikdə yolarsa[35]
  3. Qadın öz üzünü ona müsibət üz gətirdikdə cırarsa (yaralıyarsa)[36]
  4. Kişi övladının və ya arvadının ölümünə görə paltarını cırarsa[37]
İxtiyarlı və tərtibli kəffarə
A) Bu üçündən birini seçmək:
  1. Qul azad etmək
  2. 10 miskinə təam vermək
  3. 10 fəqiri geyindirmək

B) Bacarmadığı təqdirdə: 3 gün oruc tutmaq[38]

1. Bilərəkdən mömini qətlə yetirmək[39]

2. Haram işlə Ramazan ayının orucunu pozmaq[40]

Cəm kəffarəsi

Aşağıdakıları birlikdə edin:

  1. Qul azad etmək
  2. 2 ay oruc tutmaq
  3. 60 fəqirə təam vermək[41]
Ehram halında haram olan işlər kimi:

1. Həyat yoldaşı ilə cinsi əlaqə

Həyat yoldaşı ilə mazaqlaşmaq (boşalmaya səbəb olsa)

Həyat yoldaşına şəhvət üzündən baxsa (boşalmaya səbəb olsa)

Həyat yoldaşına şəhvət üzündən öpmək[42]

2. Hərəmin (Məscidul-həram) ağacını qoparmaq[43]

3. Ətirdən istifadə etmək[44]

Başı kölgədə qərar vermək (yalnız kişilər)[45]

Bütün əl və ya ayaq dırnaqlarının kəsilməsi[46]

O yemək və geyimlər ki, muhrimə (ehram bağlayana) haramdır[47]

Həyat yoldaşını şəhvətsiz öpmək

Həyat yoldaşı ilə şəhvət üzündən mazaqlaşmaq (boşalmaya səbəb olmasa belə)[48]

4. Hər bir dırnağ kəsildikdə, ümumilikdə on dırnaqdan az olarsa[49]

5. Ehramda olarkən sperma ifrazına səbəb olan naməhrəmə baxış[50]

Müəyyən olunmuş (Müəyyənə) kəffarə
  1. Qurban kəsmək (dəvə)[51]
  2. İnək və ya qoyun qurbanı kəsmək (ağacın ölçüsünə bağlıdır)[52]
  3. Qurban kəsmək (qoyun)[53]
  4. Bir müdd təam[54]
  5. Mal cəhətindən vəziyyəti yaxşı olan dəvə qurbanı kəsməlidir
Mal cəhətindən orta səviyyədə olan inək qurbanı kəsməlidir
Mal cəhətindən aşağı səviyyədə olan qoyun qurbanı kəsməlidir[55]

Kəffarənin hökmləri

  • Kasıba təam vermək və ya onu geyindirmək kəffarəsi müsəlman yoxsullara verilməlidir.[56]
  • Kəffarə təəbbudi vaciblərdəndir. Buna görə də onu ödəməkdə Allaha yaxınlıq niyyəti etmək şərtdir.[57]
  • Əgər bəzi kəffarə halları, məsələn, qul azad edilməsi mümkün olmasa, o, toplu kəffarədən silinir, "müxəyyərə" və "mürəttəbə" kəffarələrində isə digər hallar yerinə yetirilməlidir.[58]
  • Orucun kəffarə olaraq təyin olunduğu hallarda orucların ardıcıl tutulması lazım olduğu bildirilmişdir.[59] Əlbəttə, altmış gün oruc tutanda, onun otuz bir günü ardıcıl olaraq tutulmalıdır.[60]
  • Əgər ehramın haramlarının kəffarələrinin səbəbi müxtəlif olsa, hər biri üçün ayrı kəffarə edilməlidir.[61]

İstinadlar

  1. Baxın: Meşkini, Mustələhatul-fiqh, h.q 1419, s.438
  2. Meşkini, Mustələhatul-fiqh, h.q 1419, s.438; Baxın: Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.10, s.5
  3. İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, c.5, s.148
  4. İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, c.5, s.148; Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.10, s.5
  5. Nümunə üçün baxın: Əcvəbətul-istiftaat, h.q 1420, c.1, s.138, s.802
  6. Sədr, Ma vəraul-fiqh, h.q 1420, c.9, s.120
  7. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.50
  8. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.50
  9. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.50
  10. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.33, s.175
  11. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.50
  12. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.69-273
  13. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.69-273
  14. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.69-273
  15. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.69-273
  16. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.69-273
  17. Şəhid Əvvəl, Ğayətul-murad, h.q 1414, c.3, s.463
  18. Baxın: Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.50; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.33, s.167
  19. Nümunə üçün baxın: Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.68-271
  20. Nümunə üçün baxın: Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.50; Meşkini, Mustələhatul-fiqh, h.q 1419, s.439
  21. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.50; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.33, s.172
  22. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.50; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.33, s.169-170
  23. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.50; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.33, s.170
  24. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.50; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.33, s.172
  25. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.50
  26. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.50
  27. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.50
  28. Şəhid Əvvəl, Ğayətul-murad, h.q 1414, c.3, s.463; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.33, s.183
  29. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.3, s.593
  30. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.271; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.44
  31. Tusi, Ət-Tibyan, c.4, s.26
  32. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.50; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.33, s.175
  33. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.271; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.44; Tusi, Ət-Tibyan, c.4, s.26
  34. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.50; Şəhid Əvvəl, Ğayətul-murad, h.q 1414, c.3, s.457-458; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.33, s.178
  35. Şəhid Əvvəl, Ğayətul-murad, h.q 1414, c.3, s.463; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.33, s.186
  36. Şəhid Əvvəl, Ğayətul-murad, h.q 1414, c.3, s.463; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.33, s.186
  37. Şəhid Əvvəl, Ğayətul-murad, h.q 1414, c.3, s.463; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.33, s.186
  38. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.50; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.33, s.178; Şəhid Əvvəl, Ğayətul-murad, h.q 1414, c.3, s.463
  39. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.50; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.33, s.178
  40. Nümunə üçün baxın: Şəhid Əvvəl, Ğayətul-murad, h.q 1414, c.3, s.458-459
  41. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.3, s.51; Şəhid Əvvəl, Ğayətul-murad, h.q 1414, c.3, s.458-459; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.33, s.178
  42. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.269-270
  43. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.272
  44. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.270
  45. Xamanei, Mənasikul-həcc, h.q 1426, s.74, m.162
  46. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.271
  47. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.273
  48. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.270
  49. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.271
  50. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.20, s.385
  51. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.269
  52. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.272
  53. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.270-273
  54. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.271
  55. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.20, s.385
  56. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.273
  57. Meşkini, Mustələhatul-fiqh, h.q 1419, s.439
  58. Meşkini, Mustələhatul-fiqh, h.q 1419, s.439
  59. Meşkini, Mustələhatul-fiqh, h.q 1419, s.439
  60. İmam Xomeyni, Tozihul-məsail, h.q 1426, s.347
  61. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.272

Ədəbiyyat

  • Qurani-Kərim
  • İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Qum, Darul-fikr, h.q 1414
  • İmam Xomeyni, Seyyid Ruhullah, Tozihul-məsail, Qum, 1-ci çap, h.q 1426
  • Xamanei, Seyyid Əli, Mənasikul-həcc, Qum, Məşər, h.q 1426
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Ğayətul-murad, Qum, h.q 1414
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, h.q 1413
  • Sədr, Məhəmməd, Ma vəraul-fiqh, Beyrut, h.q 1420/m.1999
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, Qum, h.q 1419
  • Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, h.q 1408
  • Meşkini, Əli, Mustələhatul-fiqh, Qum, Əl-Hadi, h.q 1419
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, h.q 1404