Muqsit ibn Züheyr ibn Hərs Təğləbi
![]() İmam Hüseynin (ə) hərəmində cəm şəkilində dəfn olunmuş Kərbəla şəhidləri | |
Tam adı | Muqsit ibn Züheyr ibn Hərs Təğləbi |
---|---|
Yaşadığı yer | Kufə |
Nəsəb \ Qəbilə | Təğləb qəbiləsi |
Tanınmış qohumları | Qasit və Kurdus |
Dəfn olunduğu məkan | İmam Hüseynin (ə) hərəmi |
Şöhrət tapmasının səbəbi | İmam Əlinin (ə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) səhabəsi |
Muqsit ibn Züheyr ibn Hərs Təğləbi (h.q. 61-ci ildə şəhid olub), İmam Əlinin (ə) səhabələrindən və Kərbəla şəhidlərindən biridir.
Muqsit, İmam Əlinin (ə) Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərindəki əsgərlərindən idi. O, Kərbəla hadisəsində qardaşları Kurdus və Qasit ilə birlikdə gecə vaxtı özünü İmam Hüseynin (ə) karvanına çatdırdı və Aşura günü şəhid oldu.
Əsil-nəsəbi
Muqsit ibn Züheyr ibn Hərs Təğləbi, Təğləb qəbiləsindən idi. Buna görə də, “İbsarul-eyn” kitabında Təğləbi şəhidləri sırasında qeyd olunmuşdur.[1]
Cəməl, Siffeyn və Nəhəvan döyüşlərində iştirakı
Məhəmməd ibn Tahir Səmavi (h.q. 1292-1370) “İbsarul-eyn” kitabında yazır ki, Muqsit, İmam Əli (ə) ilə Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində iştirak etmişdir, buna görə də Bu cəhətdən döyüşlərdə, xüsusilə Siffeyn döyüşündə onun haqqında danışılmışdır.[2] Səmavi onu İmam Həsənin (ə) səhabələrindən biri kimi də təqdim etmişdir.[3]
Kərbəlada şəhid olması
Səmavi yazır ki, Muqsit Kufədə yaşayırdı. İmam Hüseyn (ə) Kərbəlaya çatdıqdan sonra, qardaşları Kurdus və Qasit ilə birlikdə gecə vaxtı o Həzrətin ordusuna qoşuldu və Aşura günü şəhid oldu.[4]
“Ziyarətüş-Şühəda”da qardaşları Kurdus və Qasit Kərbəla şəhidləri olaraq yad edilsə də,[5] onun adı orada qeyd olunmur.
Əlaqəli məqalələr
İstinadlar
Ədəbiyyat
- İbn Məşhədi, Məhəmməd ibn Cəfər, Əl-məzarul-kəbir, Düzəliş: Cavad Qəyyumi İsfahani, Qum, 1-ci çap, h.q 1419
- Səmavi, Məhəmməd ibn Tahir, İbsarul-eyn, Qum, 1-ci çap, h.q 1419
- Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əl-məzar, Qum, İmam Mehdi (ə) mədrəsəsi, 1-ci çap, h.q 1410
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403