Nəml surəsinin 62-ci ayəsi

wikishia saytından
Nəml surəsinin 62-ci ayəsi
Yerləşdiyi surəNəml
Ayənin nömrəsi62
Cüz20
Nazil olma səbəbiİmam Mehdi (ə.f)
Nazil olma məkanıMəkkə
MövzuƏxlaqi
BarəsindəAllahı dualara cavab verən və “sıxıntıda olan” insanların problemlərini həll edən mənbə kimi tanıtdırır


Nəml surəsinin 62-ci ayəsi (ərəbcə: الآية 62 من سورة النمل) Allahı dualara cavab verən və “sıxıntıda olan” insanların problemlərini həll edən mənbə kimi tanıtdırır və yer üzündəki xilafətdən bəhs edir. İctimaiyyət arasında “əmmən yucibu ayəsi” kimi tanınan bu ayənin birinci hissəsi “dua” adı ilə xatırlanır və çətinliyə düşəndə ​​onu oxumaq tövsiyə olunur.

Bəzi şiə alimləri Əhli-beytdən (ə) olan rəvayətlərə istinad edərək ayənin nazil olma səbəbinin İmam Məhdi (ə.f) olduğunu bildirirlər. Həmçinin söylədiklərinə görə, o, həqiqi “muztərr” hesab olunur ki, Allah onun duasını qəbul edir və onu yer üzərində xəlifə qərar verir. Şiə təfsirçilərindən olan Əllamə Təbatəbai bu nazil olma səbəbini nümunə olaraq bilib və deyib ki, ayədəki “muztərr” kəlməsi bütün sıxıntıda olan şəxslərə şamil olur.

Təfsirçilər arasında “xuləfaəl-ərz” (yerin canişinləri) ifadəsi ilə bağlı çoxlu müzakirələr gedir. Şiə və sünni təfsirçilərinin əksəriyyəti bu ifadəni belə başa düşürlər ki, Allah hər dövrdə yer üzündə bir qrupu başqa bir qrupun canişini edir. Lakin bəziləri də bu inanca sahibdirlər ki, xilafətdən məqsəd yer üzündəki bütün insanlardır. Bu o deməkdir ki, Allah insana yer üzünü və onun üzərində olan hər şeyi əldə etmək və ondan istifadə səlahiyyəti verib.

İctimaiyyət arasında ayənin mövqeyi

“Nəml” surəsinin 62-ci ayəsi “əmmən yucibul-muztərrə iza dəahu və yəkşifussuə” (Əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran kimdir?) ibarəti ilə başlayır. Ümumi camaatın dilində bu ifadə dua kimi yozulur və “əmmən yucibu xətmi” adlanan mərasim keçirilməsi adətdir.[1] Əlbəttə ki, ayənin özü dua məzmununda deyil, dua və ondan istifadə etmək vaxtı “ya mən yucibul-muztərrə iza dəahu”[2] və ya “ya ya mən yucibu duaəl-muztərri” şəklində deyilməsi tövsiyə olunur.[3]

Mirzə Cavad Məliki Təbrizi Ramazan ayını halında heç bir dəyişiklik etmədən keçirən şəxsə tövsiyə edib ki, çətinlikləri aradan qaldırmaq və nəfsini islah etmək üçün Allahdan kömək istəsin və dildə “əmmən yucibu” ayəsini oxusun.[4]

Ayənin mətni və tərcüməsi

“Nəml” surəsinin 62-ci ayəsində Allahın müşriklərə verdiyi beş sualın üçüncü sualı bu ayədə və ondan əvvəl və sonrakı ayələrdə qeyd olunur. Bu ayədə Allah müşriklərdən soruşur ki, sıxıntıda olan şəxsin duasını qəbul edən daha yaxşıdır, yoxsa heç bir iş görməyən tanrılarınız?[5]

أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاءَ الْأَرْضِ ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ قَلِيلًا مَا تَذَكَّرُونَ
(O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! Çox az öyüd-nəsihət alırsınız![6]



(Nəml, 62)


Ayənin nazil olma səbəbi

Şiə alimləri, o cümlədən Şərəfəddin Əstərabadi[7] (hicri 965-ci ildə vəfat edib), Şərif Lahici[8] və Numani[9] (hicri 360-cı ildə vəfat edib) Əhli-beytdən nəql olunan rəvayətlərə istinad edərək “Nəml” surəsinin 62-ci ayəsinin nazil olma səbəbinin İmam Məhdi (ə.f) olduğunu bildirirlər. “Təfsir Qummi” kitabında İmam Sadiqdən (ə) nəql olunan hədisdə “Nəml” surəsinin 62-ci ayəsi Həzrət Muhəmmədin (s) Əhli-beytinin Qaiminin (ə.f) məqamı barədə nazil olmuşdur. Həmçinin o həzrət (ə) həqiqi “muztərr” (sıxıntı içərisində olan) şəxsdir ki, İbrahim (ə) məqamında namaz qıldıqdan və dua etdikdən sonra Allah da onun duasını qəbul edər. Habelə “kəşfi su” (problemi həll etdikdən) sonra onu yer üzərində xəlifə qərar verər.[10]

Numani “Əl-Qeybə” kitabında “əmmən yucibu” ayəsinin təfsirində, Məhəmməd ibn Müslimin vasitəsi ilə İmam Baqirdən (ə) nəql edir ki, “Nəml” surəsinin 62-ci ayəsi İmam Məhdi (ə.f) haqqında nazil olmuşdur. Elə ki, Kəbədə zühur etdikdən sonra Cəbrayıl (ə) və 313 nəfər yoldaşı ona beyət edəcəklər.[11]

Əllamə Təbatəbai (şəmsi 1360-cı ildə vəfat edib) və Məkarim Şirazi bu hədislərdə nəql olunan nazil olma səbəblərini nümunələrdən birinin bəyan edilməsi bilib və deyiblər ki, ayə bütün sıxıntıda olan insanları əhatə edir.[12]

Əli İbn İbrahim də hədislərdə nümunənin bəyan olunmasını ayənin təvili, yəni Quranın batini olduğunu hesab etmişdir.[13]

, s=Sıxıntı vəziyyət ilə duanın qəbul olması arasındakı əlaqə== Təfsirçilər “əmmən yucibul-muztərrə iza dəahu və yəkşifussuə” (Əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran kimdir?) ibarəti barəsində sıxıntılı vəziyyət ilə duanın qəbul olması arasındakı əlaqədən danışdılar. Təfsirçilərin nəzərinə görə, “muztərr” (sıxıntıda olan şəxs) bir şeyin şiddətindən Allaha sığınmış və Ondan başqa hər şeydən ümidini kəsmiş şəxsdir.[14]

Fəzl ibn Həsən Təbərsi (hicri 548-ci ildə vəfat edib), Fəthullah Kaşani (hicri 988-ci ildə vəfat edib) və Məkarim Şirazi kimi təfsirçilərin dediyinə görə, Allah hər kəsin duasını qəbul edir. Amma “muztərr” (sıxıntıda olan) şəxsin istəyi daha güclü və itaətkar halında olduğu üçün sıxıntı halı duanın qəbul olmasının şərti qərar verilmişdir.[15] Məhəmməd Səbzvari (şəmsi 1368-ci ildə vəfat edib) və Əllamə Təbatəbai də ayədəki sıxıntılı halı həqiqi istək əlaməti olaraq qeyd etmişlər.[16]

Yerin varisləri haqqında edilən istifadələr

Təfsirçilər “xuləfaəl-ərz” (yerin canişinləri) ifadəsindən məqsədin nə olması barədə müxtəlif fikirlər söyləyiblər. Bir çox şiəsünni təfsirçiləri dediyinə görə, mənası budur ki, Allah yer üzündə yaşamaq və onun idarəçiliyini öz öhdəsinə götürmək üçün bir qrupu onlardan qabaqkı başqa bir qrupun canişini edir. Şeyx Tusi,[17] Təbərsi,[18] Əbul Futuh Razi,[19] Feyz Kaşani,[20] Məhəmməd ibn Cərir Təbəri,[21] İbn Kəsir,[22] Sələbi,[23] Zəməxşəri[24] və Fəxr Razi[25] bu qrupdandır.

Bunun əksinə, Seyid Məhəmmədhüseyn Təbatəbai ayədəki xilafətdən məqsədin insanın yer üzünü və onun üzərində olan hər şeyi əldə etmək və ondan istifadə səlahiyyətinə sahib olmaq gücü hesab etmişdir. Bu fikrə görə, əgər problem və çətinliklər insanın sıxıntıya düşməsinə səbəb olarsa, Allahdan o sıxıntının aradan qaldırılmasını istəyir. Əgər Allah onun duasını qəbul edərsə, əslində insana verdiyi xilafəti tamamlamış olur. Əllamə Təbatəbainin dediyinə görə, başqa mənalar ayənin məzmununa uyğun deyil.[26]

Təbərsi zəif hesab etdiyi başqa bir ehtimalda İbn Abbasdan bir rəvayəti qeyd etmişdir. Burada xilafətin mənası belədir ki, Allah sizi kafirlərin yerinə canişin edir. Sizi küfr əvəzinə Allaha itaət etməyiniz üçün  onların öz torpaqlarında və şəhərlərində yerləşdirir.[27] Əllamə Təbatəbai bu ikinci ehtimalı da qəbul etmir. Bu dəlilə əsasən ki, ayənin xitab etdiyi şəxslər burada kafirlərdir. Halbuki, bu ehtimala görə, möminlərə xitab etməli idi.[28]

Ayəyə əsasən hökmdara itaət etmək vacibdirmi?

Ayənin “və yəcəlukum xüləfaəl-ərz” (Sizi yer üzünün canişinləri edən kimdir?) hissəsi barədə sünni təfsirçilərindən olan Siyuti (849-911 h.q.) İslam Peyğəmbərinin (s) bir hədisini qeyd etmişdir ki, ona əsasən, xəlifəyə (hakimə) itaət Allahın əmrinə görə mütləq şəkildə vacibdir. Əgər hakim yaxşı olsa, deməli, doğrudur, amma əgər pis olsa, Allah onu cəzalandırar.[29]

Əllamə Təbatəbai Siyutiyə cavab olaraq o rəvayəti saxta hesab edərək deyir ki, bu ayədə xilafətdən məqsəd hakimiyyət deyil. Daha doğrusu, insanın yer üzündə canişinliyi və yer üzündə mövcud olan şeylərə hakim olmasıdır. Bundan əlavə, əgər kiməsə təkcə xilafət və hökumət vermək ona mütləq şəkildə itaət etməyi tələb edirsə, artıq dini dəvətin mənası yoxdur. Çünki Allah Quranda NəmrudFironun padşahlığını da Özünə nisbət vermişdir. Deməli, onlara tabe olmağın da vacib olduğunu qəbul etməliyik.[30]

İstinadlar

  1. Ayətullah Yusif Sanei ilə müsahibə, s.153
  2. Seyyid ibn Tavus, Muhəcud-dəəvat, h.q 1411, s.342 və 346; Məclisi, Buharul-ənvar, h.q 1403, c.92, s.103
  3. Seyyid ibn Tavus, Muhəcud-dəəvat, h.q 1411, s.151
  4. Mələki Təbrizi, Əl-Muraqibat, h.ş 1388, s.261
  5. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371-1374, c.15, s.517
  6. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  7. Şərifuddin Əstirabadi, Təvilul-ayat, h.q 1409, s.399
  8. Şərif Lahici, Təfsire Şərif Lahici, h.ş 1373, c.3, s.435-436
  9. Numani, Əl-Ğeybə, h.q 1379, s.314
  10. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.4, s.129
  11. Numani, Əl-Ğeybə, h.q 1379, s.314
  12. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371-1374, c.15, s.521-522; Təbatəbai, Əl-Mizan, h.q 1350-1353, c.15, s.391
  13. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.129
  14. Əbu-Futuh Razi, Rəvzul-cinan, h.ş 1366-1378, c.15, s.65; Kaşani, Zubdətut-təfasir, h.ş 1381, c.5, s.116; Feyz Kaşani, Təfsirus-Safi, h.ş 1373, c.4, s.71; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371-1374, c.15, s.520-521
  15. Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.7, s.358; Kaşani, Zubdətut-təfasir, h.ş 1381, c.5, s.116; Məkarim Şirazi, Peydayeşe məzahib, , h.ş 1384, s.96
  16. Səbzəvari, İrşadul-əzhan, h.q 1419, s.387; Təbatəbai, Əl-Mizan, h.q 1350-1353, c.15, s.381
  17. Şeyx Tusi, Ət-Tibyan, c.8, s.110
  18. Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.7, s.358-359
  19. Əbul Futuh Razi, Rəvzul-cinan, h.ş 1366-1378, c.15, s.65
  20. Feyz Kaşani, Təfsirus-Safi, h.ş 1373, c.4, s.71
  21. Təbəri, Cameul-bəyan, h.q 1412, c.20, s.4
  22. İbn Kəsir, Təfsirul-Quranil-əzim, h.q 1419, c.6, s.185-186
  23. Sələbi, Kəşfu vəl-bəyan, h.q 1422, c.7 s.219
  24. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407-1416, c.3, s.376-377
  25. Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.24, s.565
  26. Təbatəbai, Əl-Mizan, h.q 1350-1353, c.15, s.383
  27. Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.7, s.358-359
  28. Təbatəbai, Əl-Mizan, h.q 1350-1353, c.15, s.384
  29. Siyuti, Təfsirud-durril-mənsur, h.q 1414, c.6, s.372
  30. Siyuti, Təfsirud-durril-mənsur, h.q 1414, c.6, s.391-392

Ədəbiyyat

  • Qurani-Kərim
  • İbn Kəsir, İsmail ibn Ömər, Təfsirul-Quranil-əzim, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1419
  • Əbul Futuh Razi, Hüseyn ibn Əli, Rəvzul-cinan, Məşhəd, Astane qodse Rəzəvi, h.ş 1366-1378
  • Sələbi, Əhməd ibn Məhəmməd, Kəşfu vəl-bəyan, Beyrut, h.q 1422
  • Zəməxşəri, Mahmud ibn Ömər, Əl-Kəşşaf, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1407-1416
  • Səbzəvari, Məhəmməd, İrşadul-əzhan, Beyrut, h.q 1419
  • Seyyid ibn Tavus, Əli ibn Musa, Muhəcud-dəəvat, Qum, Daruz-zəxair, h.q 1411
  • Siyuti, Əbdür-Rəhman ibn Əbi Bəkr, Təfsirud-durril-mənsur, Beyrut, Darul-fikr, h.q 1414
  • Şərifuddin Əstirabadi, Əli, Təvilul-ayat, Qum, 1-ci çap, h.q 1409
  • Şərif Lahici, Təfsire Şərif Lahici, Tehran, Dəftəre nəşre dad, h.ş 1373
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1350-1353
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Beyrut, Darul-mərifə, h.q 1408
  • Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan, Beyrut, Darul-mərifə, h.q 1412
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, h.q 1420
  • Feyz Kaşani, Məhəmməd ibn Şah Mürtəza, Təfsirus-Safi, Tehran, Məktəbətus-sədr, h.ş 1373
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Qum, Darul-kitab, h.q 1404
  • Kaşani, Fərhullah, Zubdətut-təfasir, Qum, h.ş 1381
  • Numani, Məhəmməd ibn İbrahim, Əl-Ğeybə, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari, Səduq nəşri, 1-ci çap, h.q 1379
  • Ayətullah Yusif Sanei ilə müsahibə, Hövzənin məcəlləsində, nömrə 22, h.ş 1368
  • Məclisi, Məhəmməd Baqir, Buharul-ənvar, Beyrut, h.q 1403
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İsıamiyyə, h.ş 1371-1374
  • Mələki Təbrizi, Cavad, Əl-Muraqibat, Qum, h.ş 1388