Əmmən yucibu ayəsi

wikishia saytından
Bu məqalə Nəml surəsinin bir hissəsi haqqındadır. Ayənin digər hissəsi haqda məlumat almaq üçün Nəml surəsinin 62-ci ayəsi adlı məqaləyə baxın.
Əmmən yucibu ayəsi
Yerləşdiyi surəNəml surəsi
Ayənin nömrəsi62
Cüz20
Nazil olma səbəbiİmam Mehdi (ə.f)
Nazil olma məkanıMəkkə
MövzuƏxlaq
BarəsindəAllahı dualara cavab verən və “sıxıntıda olan” insanların problemlərini həll edən mənbə kimi tanıtdırır


Əmmən yucibu ayəsi (ərəbcə: آية أمن يجيب) “Nəml” surəsinin 62-ci ayəsinin bir hissəsidir ki, burada duaları qəbul edən və insanların sıxıntılarını həll edən yeganə mənbə Allahdan bəhs edilir. Bu ibarətdə deyilir: «اَمَّن یُّجیبُ المُضطَرَّ اِذا دَعاهُ وَ یَکشِفُ السُّوءَ» “Yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran kimdir”.

İctimaiyyət arasında o, “əmmən yucibu duası” kimi adlandırılır. Həmçinin çətinlik və sıxıntıda oxunması tövsiyə edilmişdir. “Əmmən yucibu xətmi” adlı mərasim də keçirilir. Bəzi təfsirçilərin fikrincə, bu ifadə tövhid haqqındadır və orada Allah müşriklərdən soruşur ki, sıxıntıda olan şəxslərin dualarını qəbul edən daha yaxşıdır, yoxsa heç bir iş görməyən tanrılarınız?

Bəzi hədislərəşiə təfsirçilərinin sözlərinə əsasən, bu ayə İmam Mehdi (ə.f) haqqında nazil olub və “muztərr”dən (sıxıntıda olan şəxsdən) məqsəd o Həzrətdir. Amma başqa bir qrup təfsirçilər də İmam Mehdinin (ə.f) ayənin nümunələrindən biri olduğunu və ayənin bütün sıxıntıda olan insanlara müraciət etdiyini və dualarının qəbul olunacağını vəd etdiyini söyləmişlər.

Ayənin ictimaiyyət arasındakı mövqeyi

“Əmmən yucibul-muztərrə iza dəahu və yəkşifussuə” (Əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran kimdir?) ibarəti “Nəml” surəsinin 62-ci ayəsində qeyd edilmişdir. Ümumi camaatın dilində bu ifadə dua kimi yozulur və “əmmən yucibu xətmi” adlanan mərasim keçirilməsi adətdir.[1] Əlbəttə ki, ayənin özü dua məzmununda və üslubunda deyil, dua və ondan istifadə etmək vaxtı “ya mən yucibul-muztərrə iza dəahu”[2] və ya “ya mən yucibu duaəl-muztərri” şəklində deyilməsi tövsiyə olunur.[3]

Mirzə Cavad Məliki Təbrizi Ramazan ayını halında heç bir dəyişiklik etmədən keçirən şəxsə tövsiyə edib ki, çətinlikləri aradan qaldırmaq və nəfsini islah etmək üçün Allahdan kömək istəsin və dildə “əmmən yucibu” ayəsini oxusun.[4]

Ayənin tövhidlə əlaqəsi

“Əmmən yucibu” ayəsində Allah duaları qəbul edən və insanların problemlərini həll edən yeganə mənbə kimi qeyd olunur və bu məfhum tövhidlə bağlı hesab edilmişdir.[5]Ayətullah Məkarim Şirazinin dediyinə görə, bu ayədə və ondan əvvəl və sonrakı “əmmən” kəlməsi ilə başlayan bir neçə ayədə Allah tövhidin ən aydın dəlillərini sual şəklində bəyan etmiş və müşrikləri mühakimə etmişdir.[6] Bu sual, Allahın müşriklərə verdiyi beş sualın üçüncüsüdür ki, o sualda belə soruşur: Sıxıntıda olan şəxslərin dualarnı qəbul edən daha yaxşıdır, yoxsa heç bir iş görməyən tanrılarınız?”[7]

“Muztərr” dedikdə kim nəzərdə tutulur?

Bəzi şiə rəvayətlərində “muztərr” (sıxıntıda olan) ifadəsindən məqsədin İmam Mehdi (ə.f) olduğu bildirilmişdir. Məsələn, “Təfsir Qummi” kitabında İmam Sadiqdən (ə) nəql olunan hədisdə “Nəml” surəsinin 62-ci ayəsi Həzrət Muhəmmədin (s) Əhli-beytinin Qaiminin (ə.f) məqamı barədə nazil olmuşdur. Həmçinin o həzrət (ə) həqiqi “muztərr” (sıxıntı içərisində olan) şəxsdir ki, İbrahim (ə) məqamında namaz qıldıqdan və dua etdikdən sonra Allah da onun duasını qəbul edər. Habelə “kəşfi su” (problemi həll etdikdən) sonra onu yer üzərində xəlifə qərar verər.[8]

Numani “Əl-Qeybə” kitabında “əmmən yucibu” ayəsinin təfsirində, Məhəmməd ibn Müslimin vasitəsi ilə İmam Baqirdən (ə) nəql edir ki, “Nəml” surəsinin 62-ci ayəsi İmam Məhdi (ə.f) haqqında nazil olmuşdur. Elə ki, Kəbədə zühur etdikdən sonra Cəbrayıl (ə) və 313 nəfər yoldaşı ona beyət edəcəklər.[9]

Şərif Lahicinin dediyinə (11-ci qəməri əsrinin sonunda vəfat edib) görə, İmam Sadiq (ə) və İmam Baqirin (ə) bu iki hədisinə əsasən, bu ayə Həzrət Muhəmmədin (s) Əhli-beytinin Qaiminin (ə.f) şərəfinə nazil olmuşdur.[10]

Nüdbə duasının bir hissəsində də İmam Mehdiyə (ə.f) duası qəbul olunan bir muztərr (ehtiyac sahibi) kimi xitab edilir və bu ibarət belə işlədilir: «أَيْنَ الْمُضْطَرُّ الَّذِي يُجابُ إِذا دَعا»“Haradadır sıxıntıda olan şəxs ki, dua etdiyi zaman duası qəbul olar?”[11]

Əllamə Təbatəbai (şəmsi 1360-cı ildə vəfat edib) və Məkarim Şirazi bu hədislərdə nəql olunan nazil olma səbəblərini nümunələrdən birinin bəyan edilməsi bilib və deyiblər ki, ayə bütün sıxıntıda olan insanları əhatə edir.[12]Əli İbn İbrahim də hədislərdə nümunənin bəyan olunmasını ayənin təvili, yəni Quranın batini olduğunu hesab etmişdir.[13]

Sıxıntı halı ilə duanın qəbul olması arasındakı əlaqə

Fəzl ibn Həsən Təbərsi (hicri 548-ci ildə vəfat edib), Fəthullah Kaşani (hicri 988-ci ildə vəfat edib) və Məkarim Şirazi kimi təfsirçilərin dediyinə görə, Allah hər kəsin duasını qəbul edir. Amma “Muztərr” (sıxıntıda olan) şəxsin istəyi daha güclü və itaətkar halında olduğu üçün sıxıntı halı duanın qəbul olmasının şərti qərar verilmişdir.[14] Məhəmməd Səbzvari (şəmsi 1368-ci ildə vəfat edib) və Əllamə Təbatəbai də ayədəki sıxıntılı halı həqiqi istək əlaməti olaraq qeyd etmişlər.[15] Şiə təfsirçilərinə görə, Əman Yəcib ayəsindəki sıxıntılı şəxs bir şeyin şiddətindən Allaha pənah aparmış və başqa bir şeydən ümidini kəsmiş şəxsdir.[16]Sünni alimlərindən Sələbi,[17] Zəməxşəri,[18] Fəxr Razi[19] və Bəyzavi[20] də bu “muztərr” kəlməsi üçün edilən mənanı qəbul etmişlər.

Hər bir sıxıntıda olan şəxsin duası qəbul olunurmu?

Fəthullah Kaşani kimi bəzi şiə alimlərinin nəzərindən ayədəki “muztərr” sözü ehtiyac içində olanların hamısını əhatə etmir. Çünki Allah-Təala dualarını qəbul etməyi məqsədəuyğun saymadığı bir çox sıxıntı içində olan insanlar görülmüşdür.[21] Sünni alimlərindən Zəməxşəri,[22] Fəxr Razi,[23] Bəyzavi,[24] və Alusi[25] də bu fikirlə razıdırlar. Şərif Lahicinin nəzərindən düzgün ifadə budur ki, bütün ehtiyacı olanların duaları qəbul olunar və əgər kiminsə duası qəbul olunmayıbsa, bu, onun sıxıntılı vəziyyətə çatmaması üçündür.[26]

İstinadlar

  1. Ayətullah Yusif Sanei ilə müsahibə, s.153
  2. Seyyid ibn Tavus, Muhəcud-dəəvat, h.q 1411, s.342 və 346; Məclisi, Buharul-ənvar, h.q 1403, c.92, s.103
  3. Seyyid ibn Tavus, Muhəcud-dəəvat, h.q 1411, s.151
  4. Mələki Təbrizi, Əl-Muraqibat, h.ş 1388, s.261
  5. Qərəşi, Təfsiru əhsənil-hədis, h.ş 1391, c.7, s.481
  6. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371-1374, c.7, s.512-513
  7. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371-1374, c.15, s.517
  8. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.129
  9. Numani, Əl-Ğeybə, h.q 1379, s.314
  10. Şərif Lahici, Təfsire Şərif Lahici, h.ş 1373, c.3, s.435-436
  11. Qumi, Məfatihul-cinan, h.ş 1387, s.728
  12. Təbatəbai, Əl-Mizan, h.q 1350-1353, c.15, s.521-522
  13. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.129
  14. Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.7, s.358; Kaşani, Zubdətut-təfasir, h.ş 1381, c.5, s.116; Məkarim Şirazi, Peydayeşe məzahib, , h.ş 1384, s.96
  15. Səbzəvari, İrşadul-əzhan, h.q 1419, s.387; Təbatəbai, Əl-Mizan, h.q 1350-1353, c.15, s.381
  16. Razi, Rəvzul-cinan, h.ş 1366-1378, c.15, s.65; Kaşani, Zubdətut-təfasir, h.ş 1381, c.5, s.116; Feyz Kaşani, Təfsirus-Safi, h.ş 1373, c.4, s.71; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371-1374, c.15, s.520-521
  17. Sələbi, Kəşfu vəl-bəyan, h.q 1422, c.7 s.219
  18. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407-1416, c.3, s.376-377
  19. Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.24, s.565
  20. Bəyzavi, Ənvarut-tənzil, h.q 1418, c.4, s.165
  21. Kaşani, Zubdətut-təfasir, h.ş 1381, c.5, s.116
  22. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407-1416, c.3, s.376-377
  23. Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.24, s.565
  24. Bəyzavi, Ənvarut-tənzil, h.q 1418, c.4, s.165
  25. Alusi, Ruhul-məani, h.q 1420, c.20, s.291
  26. Şərif Lahici, Təfsire Şərif Lahici, h.ş 1373, c.3, s.435

Ədəbiyyat

  • Qurani-Kərim
  • Bəyzavi, Abdullah ibn Ömər, Ənvarut-tənzil, Təhqiq: Məhəmməd Əbdür-Rəhman, Beyrut, h.q 1418
  • Əbul Futuh Razi, Hüseyn ibn Əli, Rəvzul-cinan, Məşhəd, Astane qodse Rəzəvi, h.ş 1366-1378
  • Sələbi, Əhməd ibn Məhəmməd, Kəşfu vəl-bəyan, Beyrut, h.q 1422
  • Zəməxşəri, Mahmud ibn Ömər, Əl-Kəşşaf, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1407-1416
  • Səbzəvari, Məhəmməd, İrşadul-əzhan, Beyrut, h.q 1419
  • Seyyid ibn Tavus, Əli ibn Musa, Muhəcud-dəəvat, Qum, Daruz-zəxair, h.q 1411
  • Şərifuddin Əstirabadi, Əli, Təvilul-ayat, Qum, 1-ci çap, h.q 1409
  • Şərif Lahici, Təfsire Şərif Lahici, Tehran, Dəftəre nəşre dad, h.ş 1373
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1350-1353
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Beyrut, Darul-mərifə, h.q 1408
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, h.q 1420
  • Feyz Kaşani, Məhəmməd ibn Şah Mürtəza, Təfsirus-Safi, Tehran, Məktəbətus-sədr, h.ş 1373
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Qum, Darul-kitab, h.q 1404
  • Kaşani, Fərhullah, Zubdətut-təfasir, Qum, h.ş 1381
  • Numani, Məhəmməd ibn İbrahim, Əl-Ğeybə, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari, Səduq nəşri, 1-ci çap, h.q 1379
  • Ayətullah Yusif Sanei ilə müsahibə, Hövzənin məcəlləsində, nömrə 22, h.ş 1368
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İsıamiyyə, h.ş 1371-1374
  • Mələki Təbrizi, Cavad, Əl-Muraqibat, Qum, h.ş 1388