Məzmuna keç

Qasit ibn Züheyr ibn Hərs Təğləbi

wikishia saytından
(Qasit ibn Züheyr Təğləbi səhifəsindən yönləndirilmişdir)
Qasit ibn Züheyr Təğləbi
İmam Hüseynin (ə) hərəmində cəm şəkilində dəfn olunmuş Kərbəla şəhidləri
İmam Hüseynin (ə) hərəmində cəm şəkilində dəfn olunmuş Kərbəla şəhidləri
Tam adıQasit ibn Züheyr ibn Hərs Təğləbi
Yaşadığı yerKufə
Nəsəb \ QəbiləTəğləb qəbiləsi
Tanınmış qohumlarıMuqsitKurdus
Şəhadətinin necəliyiÖmər ibn Sədin ilk hücumunda
Dəfn olunduğu məkanİmam Hüseynin (ə) hərəmi
Şöhrət tapmasının səbəbiİmam Əlinin (ə), İmam Həsənin (ə)İmam Hüseynin (ə) səhabəsi


Qasit ibn Züheyr ibn Hərs Təğləbi (ərəbcə: قاسط بن زهير بن حرث التغلبي) İmam Əlinin (ə) səhabələrindənKərbəla şəhidlərindən idi.

Qasit, İmam Əlinin (ə) Cəməl, SiffeynNəhrəvan döyüşlərindəki əsgərlərindən idi. Kərbəla hadisəsində o, qardaşları Kurdus və Muqsit ilə birlikdə gecə vaxtı İmam Hüseynin (ə) karvanına çatdırdı. O, Aşura günü, Ömər ibn Sədin qoşunları tərəfindən ilk hücumda, şəhid olmuşdur.

Əsil-nəsəbi

Qasit ibn Züheyr ibn Hərs Təğləbi, Təğləb qəbiləsindən idi, buna görə də "İbsarul-Əyn" kitabında onun adı Təğləbli şəhidlərinin arasında qeyd olunub.[1]

Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində iştirakı

Məhəmməd ibn Tahir Səmavi (h.q. 1292-1370-ci illər) "İbsarul-Əyn" kitabında Qasitin İmam Əli (ə) ilə Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində iştirak etdiyini qeyd etmişdir, Bu cəhətdən də döyüşlərdə, xüsusilə, Siffeyn döyüşündə onun haqqında danışılmışdır.[2] Səmavi, həmçinin onun İmam Həsənin (ə) səhabələrindən olduğunu bildirmişdir.[3]

Kərbəlada şəhid olması

Qasit Kufə şəhərində yaşayırdı. İmam Hüseyn (ə) Kərbəlaya daxil olduqdan sonra, qardaşları Kurdus və Muqsit ilə gecə vaxtı ona qoşulmuş və Aşura günü şəhid olmuşdur.[4] İbn Şəhr Aşubun dediyinə görə, o, Kərbəla şəhidlərindən olub və Ömər ibn Sədin qoşunları tərəfindən ilk hücumda, şəhid edilmişdir.[5]

Ziyarətüş-Şühəda”da ondan və qardaşı Kurdusdan aşağıdakı ifadə ilə bəhs edilir: “Əssəlamu əla Qasit və Kurdus ibnəy Züheyr ət-Təğləbiyyəyn”. Kərbəla şəhidləri kimi onlara salam göndərilir.[6]

Əlaqəli məqalələr

İstinadlar

  1. Səmavi, İbsarul-eyn, h.q 1419, s.199-200
  2. Səmavi, İbsarul-eyn, h.q 1419, s.200
  3. Səmavi, İbsarul-eyn, h.q 1419, s.200
  4. Səmavi, İbsarul-eyn, h.q 1419, s.200
  5. İbn Şəhr Aşub, Mənaqib, h.q 1379, c.4, s.113
  6. İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.494; Şəhid Əvvəl, Əl-Məzar, h.q 1410, s.153; Məclisi, Biharul-ənvar, h.q 1403, c.98, s.273

Ədəbiyyat

  • İbn Məşhədi, Məhəmməd ibn Cəfər, Əl-məzarul-kəbir, Düzəliş: Cavad Qəyyumi İsfahani, Qum, 1-ci çap, h.q 1419
  • Səmavi, Məhəmməd ibn Tahir, İbsarul-eyn, Qum, 1-ci çap, h.q 1419
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əl-məzar, Qum, İmam Mehdi (ə) mədrəsəsi, 1-ci çap, h.q 1410
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə, h.q 1379