Rəziyyəddin Abi
Görünüş
Rəziyyəddin Abi, (ərəbcə: رضي الدين الآبي) Rəziyyəddin Məhəmməd ibn Məhəmməd ibn Zeyd ibn Dai Hüseynidir (654 hicri-qəməri ilində vəfat etmişdir) ki, imamiyyə məzhəbinin fəqih və mühəddislərindən biridir. Şəhid Əvvəlin dediyinə görə, təsbehlə istixarənin sənədi ona gedib çıxır.[1] Rəziyyəddinin nəsli İmam Səccada (ə) çatır və əcdadları Avə (ərəb dilində Abə) kəndindən olub, bir neçə nəsil öncədən Nəcəfə köçmüşlər.[2]
O, birbaşa Seyid ibn Tavus və Mühəqqiq Hillidən,[3] həmçinin babası və atasının babası vasitəsilə isə Seyid Mürtəza, Şeyx Tusi, Səllar və İbn Bərracdan rəvayət nəql etmişdir.[4] Şəhid Əvvəl kimi fəqihlər isə ondan bir neçə vasitə ilə rəvayət nəql etmişlər.[5] O, İmam Əlinin (ə) hərəminə dəfn edilmişdir.[6]
İstinadlar
Ədəbiyyat
- Əmin, Möhsin, Əyanuş-şiə, Beyrut, h.q 1403
- Hürr Amili, Məhəmməd ibn Həsən, Əməlul-amil, Bağdad, Məktəbətul-əndəlus, h.q 1385
- Xansari, Məhəmməd Baqir, Rəvzatul-cənnat, Qum, Dəhqani, h.q 1392-1390
- Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əz-Zikra, Qum, h.q 1419