3 Ramazan

wikishia saytından
(Ramazan 3 səhifəsindən yönləndirilmişdir)

3 Ramazanhicri-qəməri təqvimi ilə Ramazan ayının üçüdür.

Bu gün üçün Ramazan ayının bütün günlərinin ümumi əməlləri ilə yanaşı, bəzi xüsusi dua və əməllər də nəql edilmişdir:


Ramazan ayının üçüncü gününün xüsusi əməlləri və duaları
Namaz
  • On rükət namaz qılınmalıdır.(iki rükət-iki rükət) Hər rükətdə Həmd surəsindən sonra əlli dəfə İxlas surəsi oxunmalıdır.
Günün duası
اَللّهُمَّ ارْزُقْنِی فِیهِ الذِّهْنَ وَ التَّنْبِیهَ

وَ بَاعِدْنِی فِیهِ مِنَ السَّفَاهَةِ وَ التَّمْوِیهِ وَ اجْعَلْ لِی نَصِیبا مِنْ کلِّ خَیرٍ تُنْزِلُ فِیهِ

بِجُودِک یا أَجْوَدَ الْأَجْوَدِینَ

Oxunuşu: Əllahummərzuqni fihiz-zihnə vət-tənbih, və baidni fihi minəs-səfahəti vət-təmvih, vəc`əl li nəsibən min kulli xəyrin tunzilu fihi bicudik, ya əcvədəl əcvədin.

Tərcüməsi: İlahi, Öz səxavətinlə mənə bu gün yaxşı düşüncə və ayıqlıq əta et, məni ağılsız və səfeh işlərdən uzaqlaşdır və bu gün nazil etdiyin hər bir xeyirdən mənə pay ayır, ey səxavətlilərin ən səxavətlisi!

Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.[1]

İstinadlar

  1. https://lib.eshia.ir/71423/1/251 Seyyid ibn Tavus, İqbal, cild 1, səh.351