İncil
İncil (ingiliscə: Gospel ) — İsanın (ə) İslam təlimlərinə görə Allah tərəfindən ona nazil edilmiş səmavi kitabının adıdır. Quran ayələrində İncilin səmavi olması, İncilin Həzrət Muhəmmədin (s) risaləti və İsanın (ə) peyğəmbərliyi ilə bağlı müjdəsi təkidlə qeyd olunub və üçlük, İsanın (ə.s) Allah olması təlimi batil hesab olunur. Ayətullah Məkarim Şirazinin sözlərinə görə, İsanın (ə) səmavi kitabı məhv edilib və başqa İncillərdə onun yalnız xurafatlarla qarışmış hissələri qalıb.
Ayətullah Marifət kimi bəzi müsəlman tədqiqatçıları İncili İsaya (ə) nazil olan yazılı bir ilahi kitab hesab etmir və İsaya (ə) nazil olanların şifahi təlim və xəbərlər olduğuna və sonrakı nəslə həvarilər tərəfindən nəql olunduğuna və həmin xəbərlərin məşhur İncillərdə toplandığına inanırlar
Xristianların fikrincə, İsa (ə) heç vaxt İncil adlı kitab gətirməyib. Onların nəzərindən İsa (ə) ilahi vəhy və risalətin mücəssəməsi və təcəssümüdür, onu gətirən deyil. Xristian mədəniyyəti və ənənəsində İncil, Xristianlığın, Matta İncili, Mark İncili, Luka İncili və Yuhənna İncilindən ibarət olan müqəddəs kitabının bir hissəsidir. Əhdi-Cədidin ilk dörd kitabı olan bu dörd İncil, İsanın (ə) şagirdləri və ya şagirdlərinin şagirdləri tərəfindən, İsanın (ə) həyatı haqqında və onun sözləri yazılmışdır.
Xristianlar, bir çox İncillər arasında yalnız bu dördü rəsmi və qanuni hesab edirlər. Matta, Mark və Luka İncilləri çoxlu oxşarlıqlarına görə oxşar İncillər adlanır. İsanın (ə.s) ilahiliyi və Allahın oğlu olması yalnız Yuhənna İncilində bildirilir.
Barnaba İncili müsəlmanların diqqətini çəkən qeyri-rəsmi İncillərdən biridir; Lakin xristianlar bunu saxta hesab edirlər. Bu İncil İsanın (ə) ilahiliyi və Allahının oğlu olmasını və çarmıxa çəkilməsini rədd edir və Həzrəti Məhəmmədin (s) Məsih olduğunu qeyd edir.
İncillərə bəzi rəddiyələr daxil edilmişdir, bunlara daxildir: İncillərin müəllifləri günah və xətalardan uzaq olmadıqlarına görə, etibarlı deyillər. İncillərdə ziddiyyətlərin, səhvlərin və xurafatların mövcudluğu.
İsanın (ə) səmavi kitabi
Quran ayələrinə[1] və İslam hədislərinə[2] görə, İsanın (ə) səmavi kitabının adı, Allah tərəfindən ona nazil edilmiş İncildir.[3] Bəziləri belə hesab edirlər ki, bu haqda o qədər hədislər var ki, insan İncil adlı səmavi kitabın varlığına əmin olur.[4] Şiə təfsirçisi Ayətullah Məkarim Şirazinin dediyinə görə, İsanın (ə) səmavi kitabı itmiş və İsanın (ə) şagirdləri öz İncillərində onun yalnız bəzi hissələrini sitat gətirmişlər və bu, xurafatlarla qarışmışdır.[5]
Bəzi Quran elmləri alimlərinin, o cümlədən Məhəmməd Hadi Marifətin fikrincə, müsəlmanların İncil haqqında ümumi təsəvvürünün əksinə olaraq, İncil İsaya (ə) nazil olan yazılı bir kitab deyildir.[6] Ayətullah Marifətin fikrincə, İsaya (ə) nazil olanlar, həzrətin risaləti zamanı insanlara və həvarilərə verdiyi şifahi təlim və müjdələr idi və həvarilər bu təlimləri qoruyub saxladılar və onları məşhur incillərdə topladılar.[7]
Bu tədqiqatçılar Quran ayələrinə əsaslanaraq İsaya verilən kitabı vəhy və qanuni hökmlər[8] mənasında hesab etmişlər və Quranın heç bir ayədə İncili İsanın (ə) kitabı kimi təqdim etmədiyinə inanırlar. Əksinə, İncili İsaya (ə) nazil olan vəhyləri ehtiva etdiyini hesab edir.[9] Onlar həmçinin deyirdilər ki, Quran Cədəli-əhsən baxımından İsaya (ə) nazil olan şifahi təlimləri ehtiva edən kitablara verilən İncil adını seçmişdir.[10]
Quran və hədislərdə İncilin xüsusiyyətləri
İncil sözü Quranda 12 dəfə[11] tək halda işlədilmişdir[12] və incilin bir neçə olduğu inkar edilir.[13] Bu ayələrdə İncilin ilahi vəhy olması, onun Tövratın haqq olmasına şəhadət, İncilin Məhəmməd Peyğəmbər (s) nübüvvətini müjdə verməsi və onun təbliğinin yayılmasından bəhs edilir.[14] Maidə surəsinin 46-cı ayəsinə əsasən İncildə təqvalılar üçün “nur” , “hidayət” və “nəsihət” vardır.[15] Həmçinin “Nisa” surəsinin 171-ci ayəsi kimi ayələrdə İsanın (ə) bəşər olmasıni və peyğəmbərliyini təkid etmiş və üçlük və İsanın (ə) ilahiliyini batil hesab etmişdir.[16]
İmam Sadiqdən (ə) gələn hədisə görə, İncil İsaya (ə) Ramazan ayının on ikinci gecəsi[17] və ya on üçüncü gecəsi[18] nazil olmuşdur. İncilin tədrici yox, birdən nazil olduğu deyilir. Çoxsaylı rəvayətlərə əsasən, İncil və digər ilahi kitablar şiə imamlarının yanındadır.[19]
Müsəlman alimlərinin baxışı
Müsəlman alimləri mövcud İncillər haqqında iki ehtimal irəli sürmüşlər:
- Birinci ehtimal: orijinal İncilin bir çox hissələri sonrakı İncil müəllifləri tərəfindən çıxarıldı və ona bir çox xurafatlar əlavə edildi;
- İkinci ehtimal: orijinal İncil tamamilə unudulmuş və atılmış və onun yerinə başqa kitablar yazılmışdır.[20]
Bəzi tədqiqatçılar hesab edirlər ki, şiə rəvayətlərində İncilin məzmunu ilə bağlı deyilənlərin dörd İncilin (Matta, Mark, Luka və Yuhənna) məzmunu ilə ortaq bir cəhəti var ki, bu da mövcud İncillərin imamların (ə) və ya onların səhabələrinin haqqında danışdıqları İncillə çoxlu ortaq məzmuna malik olduğuna işarədir.[21] Bəzi ortaq cəhətlər belə ifadə edilmişdir: eyb axtarmağı, riyakarlıq etməyi qadağan etmək, yalançılardan çəkinmək, insanların haqqını Allahın haqqlarından üstün tutmaq, Qiyamət günü hesab verməyi və insanlarla keçinməyi tövsiyə etmək.[22]
Xristianlıqda İncil
Xristianlıqda İncil Əhdi-Cədidin ilk dörd kitabının hər birinə deyilir, bunlar: Matta, Mark, Luka və Yuhənna.[24] Dinlər tarixidən, xüsusilə xristianlıq kitablarında, İncil, xristianlığın ilk əsrlərində İsanın (ə) sözlərini və davranışlarını qeyd etmək üçün yazılmış kitablarına deyilir.[25] Xristianların fikrincə, İsa heç vaxt İncil adlı kitab gətirməyib. Onların nəzərində müsəlmanların Quran və Peyğəmbər (s) haqqında inandıqları kimi vəhy gətirməyin xristianlıqda yeri yoxdur. Xristianlar İsanı (ə.s) vəhyi gətirən deyi, onun[mücəssəməsi və ilahi vəhy və risalətin özü hesab edirlər.[26] Xristianlar inanırlar ki, dörd İncil yalnız İsanın (ə) tərcümeyi-halı və sözlərindən xəbər verir və Tövratdan fərqli olaraq heç vaxt öz təlimlərindən hər hansı bir şey birbaşa Allahdan gələn xəbərə nisbət vermirlər.[27]
Xristianlar yalnız Matta, Mark, Luka və Yəhyanın dörd İncilinə inanır və onları doğru hesab edirlər; çünki ilk xristianlar onları Allah tərəfindən olduğuna inanırlar.[28] Xristian keşişi və mütəkəllim Tomas Mişelin (1941-ci il təvəllüdlü) fikrincə, xristianlar dörd İncilin məzmununda heç bir ziddiyyət görmürlər və onların fikrincə dörd İncilin hamısı eyni dərəcədə əhəmiyyətə malikdir.[29] Onların fikrincə, hər hansı bir İncildən imtina etmək iman çatışmazlığına səbəb olar.[30] Əhdi-Cədidin girişində xristianların eramızın 150-ci ilindən etibarən kilsədə bazar günü yığıncaqlarında dörd İncildən bəzi hissələri oxuduqları bildirilir.Onlar həvarilərin əsərləri hesab olunurdu və Müqəddəs Kitab kimi mötəbər sayılırdı.[31]
İncillərdə İsanın (ə) həyatı, möcüzələri, təlimləri, tərcümeyi-halı və sözləri haqqında məlumat verilmişdir.[32]
Etimologiya
İncil yunan sözü olub, xoş xəbər və müjdədir.[33] İlahi hakimiyyətin və yeni əhdin gəlmə müjdəsi.[34] Çünki İncillər Allahın hökmranlıq müjdəsinə və ya yeni bir əhdə şamildir ki, onları İncil adlandırırlar.[35] Deyilənə görə, İncil İsanın (ə) zühurunun əvvəlində bağışlanma və Allahın səltənətinin zühuru müjdəsi mənasında istifadə edilmişdir; Amma həvarilərin (İsanın şagirdləri) dövründə, İncillər yazılarkən, Allahın oğlunun zühuru və onun dirilməsi haqqında xoş xəbər mənasında istifadə olunurdu.[36]
Dörd İncilin tərtibi və rəsmiləşdirilməsi dövrü
İncilin yazılması 60-cı illərin ortalarında başlamışdır. Əvvəlcə Mark İncili, sonra Matta və Luka, I əsrin sonunda isə Yuhənna İncili də yazılmışdır.[37] Xristianlara görə, miladi təqviminin 30-cu ilində[38] İsanın (ə) uruc etməsindən sonra onun sözləri və başına gələn hadisələr şifahi şəkildəçatdırılmışdır.[39] Bu şifahi nəql ənənəsi miladi təqvimi ilə 1-ci əsrin ortalarına qədər xristianlar arasında geniş yayıldı və bəziləri İsanın (ə) tərcümeyi-halı və sözlərini yazmağa başladılar.[40]
İncillərin yazılması Pulosun xristianlığın təbliği və çoxsaylı kilsələrin yaranması ilə üst-üstə düşür. Buna görə də müxtəlif insanlar İsa (ə) ilə bağlı tərcümeyi-hal və hadisələri xüsusi üslub və yazı ilə yazmışlar və nəticədə çoxlu İncillər meydana gəlmişdir.[41] Tomas Mişelin fikrincə, ilk xristianlar Müqəddəs Ruhun köməyi ilə dörd İncil və başqa 23 kitabı müqəddəs kitab və vəhy olunmuş yazılar kimi qəbul etdilər.[42]
Dörd İncilin rəsmiləşdiyi dövrlə bağlı müxtəlif fikirlər mövcuddur: bir fikir belədir ki, eramızın 397-ci ilində “Kartaj” ruhani şurasında dörd İncildən başqa bütün İncillər kənarlaşdırılmış və beşinci əsrin əvvəllərində Əhdi-Cədiddə dörd İncil rəsmi olaraq tanındı və təsdiqləndi.[43] Bəziləri hesab edir ki, dörd İncil təxminən eramızın 150-ci illərindən etibarən həvarilərin əsərləri hesab edilərək mötəbər sayılırdı və eramızın 170-ci illərində rəsmi hesab olunaraq qanuniləşdi. Lakin bunun haqqında danışılmadı.[44] Əhdi-Cədidin Piruz Sayyarın etdiyi tərcüməsinin girişində qeyd olunmuşdur ki, eramızın III əsrinin əvvəllərində dörd İncil rəsmiləşdi və ondan sonra xristianlar arasında heç bir mübahisə olmadı.[45]
Dörd İncilin xüsusiyyətləri
Dörd İncilin müəllifləri ilə bağlı şübhələr var və onlara aid olması haqqında dəqiq məlumat yoxdur.[46] Hüseyn Tofiqi “Böyük dinlərlə tanışlıq” kitabında yazır ki, xristianlar dörd İncilin İsadan (ə) illər sonra həvarilərin və ya onların şagirdləri tərəfindən yazıldığına inanırlar.[47] Tomas Mişelin sözlərinə əsasən, xristianlar Əhdi-Cədidin müəlliflərini peyğəmbər hesab etmirlər; Əksinə, onlar İsanın (ə) ardıcıllarından olduqlarına inanırlar və bu kitabları Allahdan iham alaraq yazmışlar.[48] Dörd İncilin dilinin əslən yunanca olduğunu deyirlər.[49]
Oxşar incillər
Matta, Mark və Luka İncillərinin yazı dilində və məzmununda oxşarlıq və uyğunluq olduğuna görə oxşar İncillər adlandırılır.[50] Yuhənna İncilini digər İncillərdən fərqləndirən xüsusiyyətlər aşağıdakı kimi ifadə edilir: Buraya başqa İncillərdə rast gəlinməyən möcüzələr daxildir; Qanada suyun şəraba çevrilməsi möcüzəsi və ya Lazar adlı şəxsin dirilməsi kimi; orada uzun nitqlərin olması; İsanın (ə) ilahiliyinin vurğulandığı bu İncilin xüsusi xristologiyası.[51] Bir birinə bənzər olan İncillərin yəhudi ədəbiyyatından, Yuhənna İncilinin isə yunan fəlsəfəsindən təsirləndiyi hesab edilmişdir.[52]
Matta İncili
Matta İncili Əhdi-Cədid kitablarının ilk kitabıdır.[53] Tomas Mişelin fikrincə, İncil araşdırmaçıları hesab edirlər ki, Matta İncili bəzi yəhudi ağsaqqalları ilə dialoq və mübahisə məqsədi ilə yazılmışdır.[54] Bu İncilin yazılma vaxtı və yeri ilə bağlı müxtəlif fikirlər var. Eramızın 38-ci ili ilə 50-60-cı illəri arası[55] və 70-ci il[56] onun yazıldığı vaxt olaraq, Fələstin və Suriyada Antakya[57] isə onun yeri haqqında olan fikirlərdir.
Bu kitabda İsa (ə) yəhudi dininin tamamlayıcısı, böyük müəllim, yeni Musa və Əhdi-Cədid şəriətinin sahibi kimi təqdim edilir.[58] Bu İncilin məzmunu aşağıdakı kimi təsvir edilmişdir: İsanın şəcərəsi ( Onun doğulması, Şeytanın əli ilə imtahan edilməsi, insanlara və şagirdlərinə verilən əxlaqi əmrlər, İsanın (ə) möcüzələri, on iki həvarinin seçilməsi, Musa (ə) və İlyasın (ə) zühuru, Hz. İsanı (ə) öldürmək üçün sui-qəsd və onun qəbirdən dirilməsi.[59]
Bu İncilin müəllifi Matta, İsaya (ə) iman gətirməzdən əvvəl vergiyığan və sonradan İsanın (ə) həvarilərindən olduğu deyilir.[60] Keçmişdə Matta İncili ilk və ən qədim İncil hesab olunurdu. Lakin tədqiqatçılar bu gün Mark İncilini ən qədim İncil hesab edirlər.[61]
Mark İncili
Mark İncili ən qısa və ən qədim İncil hesab edilmişdir.[62] Bu İncilin müəllifi Mark həvarilərdən deyildi; Daha doğrusu, o, Müqəddəs Kitabını eramızın 60,[63] 61[64] və ya 70-ci illərində[65] İtaliyada və ya Romada[66] yazan həvari Petrosun[67] davamçılarından və şagirdlərindən biri idi.[68] Bu İncildə İsanın (ə) insani cəhətləri və onun çəkdiyi əziyyətlər vurğulanır.[69] Mark İncili iki hissəyə bölünür: birinci hissədə İsanın (ə) kimliyi və onun səltənəti, ikinci hissədə (69) Mark daha çox İsanın (ə) işlərindən bəhs etmiş və onun cinlərlə rəftarını və onları ruhi xəstələrdən uzaqlaşdırdığını, günahkarları bağışladığını və möcüzələrini bildirmişdir.[70] Bu İncil İsanı (ə) Yəhya (ə) tərəfindən vəftiz (xristian ayini) olunduğu vaxtdan və risalətinin başlanğıcını qeyd etmişdir, lakin şəcərəsini və dünyaya gəlməsini qeyd etməmişdir[71] Mark İncilinin ilk cümləsi belədir: "Allahın oğlu İsa Məsihin Müjdəsinin başlanğıcı."[72]
Luka İncili
Ən uzun İncil hesab edilən Luka İncili[73] Romada[74] müşriklərə xitab olaraq[75] eramızın 70-90-cı illəri arasında yazılmışdır. İsanın (ə) doğulması və uşaqlığının təsviri bu İncilin özəl xüsusiyyətlərindən biri kimi qeyd edilmişdir[76] Yəhyanın (ə) mövludu, İsanın (ə) çoxsaylı möcüzələri, həvarilərə fövqəladə qüdrətin verilməsi, təbliğ etmək üçün yetmiş nəfərin (həvarilərdən başqa) seçilməsi, çarmıxa çəkilmək və qəbirdən qalxmaq bu İncilin digər məzmunudur[77] Bu İncildə həvarilər İsaya (ə) Allah deyə müraciət edirdilər.[78] Həmçinin dedilər ki, bu İncildə İsa (ə) kamil insan olaraq qeyd olunmuşdur.[79]
Luka yəhudi olmayan tələbələrdən və həvari Pulosun yoldaşlarından biri idi. Buna görə də o, İsanın (ə) həvarilərindən hesab olunmur.[80] Luka Əhdi-Cədidin yəhudi olmayan yeganə müəllifi hesab olunurdu.[81]
Yuhənna İncili
İsanın (ə) fövqəlbəşəriliyini vurğulayan Yuhənnanın İncili İsanın (ə) tərcümeyi-halı və kəlamlarının ən son kitabı hesab edilir.[82] Yuhənna İsanın (ə) on iki həvarisindən biridir.[83] Bu İncilin yazılma tarixi iki baxışa bölünür:[84] Yazılma ili eramızın 1-ci əsrinin sonlarına, eramızın 85-ci ilindən başlayaraq davam edən ənənəvi baxış və ikinci baxış yazılma tarixini 50-ci ildən 70-ci illərə qədər hesab edirlər.[85] Bəziləri miladi 65-ci ilinə üstünlük veriblər.[86] Bu İncildə İsanın (ə) sözlərinə onun həyatının təsvirindən daha çox diqqət yetirilir və İsanın (ə) sözləri mürəkkəb və sirli fikirləri ehtiva edən uzun moizələr şəklində təqdim edilmişdir.[87] Bu İncildə müəllif onu yazmaqda məqsədini belə ifadə etmişdir: “Bunlar ona görə yazılmışdır ki, siz İsanın Məsih və Allahın oğlu olduğuna inanasınız və iman gətirməklə Onun adı ilə həyat tapa biləsiniz”.[88]
Yəhyanın İncilində İsa (ə) Allahın oğlu[89], kəlam[90] və əzəldən var olan biri kimi hesab olunur.[91] Bəzi hallarda[92] İsaya (ə) Allah adı da verilmişdir.[93] Həmçinin qeyd edilir ki, yalnız bu İncildə vəd edilmiş Faraqlitdən (təsəlliverici mənada) bəhs edilir və onun İsadan (ə) sonra gələcəyi və hər şeyi öyrədəcəyi və dünyada hakimlik edəcəyi bildirilir.[94]
Əhdi-Cədidin Piruz Sayyarın etdiyi tərcüməsində Yuhənna İncilinin müqəddiməsində bildirilir ki, bu İncildə ziddiyyətlər və qeyri-müəyyənliklər olduğu üçün onun müəllifi haqqında şübhə var. Ehtimal olunur ki, onun məzmununda Yuhənnanın ölümündən sonra şagirdləri tərəfindən əlavələr edilmişdir. Bu İncilin bir-birinin ardınca formalaşdığı və yazıldığı da güman edilir. Girişin müəllifinə görə, bu İncilin son variantını yazan şəxsin adı məlum deyil.[95]
Qeyri-rəsmi İncillər
Dörd İncildən başqa, bəzi digər qeyri-rəsmi kitablarla birlikdə “Apokrif” və ya Əhdi-Cədidin saxta kitabları kimi tanınan başqa İncillər də var və kilsə onların rəsmiyyətini tanımır.[96] İbranilərin İncili, misirlilərin İncili, Petros İncili, Tomas İncili, Filip İncili (və ya Filippus) və uşaqlıq İncili qeyri-rəsmi İncillərdən hesablanır.[97]
Barnaba İncili
Barnaba İncili müsəlmanların diqqətini çəkən qeyri-rəsmi İncillərdən biridir; Lakin xristianlar bunu saxta hesab edirlər.[98] Onlar deyirlər ki, bu İncil eramızın 325-ci ildə Nikea Şurasında (birinci dünya kilsə şurası) üç yüz digər İncillə birlikdə qeyri-rəsmi olaraq tanınıb və məhv edilib.[99] Bundan sonra papalar onu qadağan olunmuş kitablar sırasında elan etdilər.[100] Bu İncilin qadağan edilməsi və qeyri-rəsmi olmasının səbəbi onun məzmununun kilsənin rəsmi inancları ilə uyğun gəlməməsidir. Həmçinin bu kitabda həvari Pulos və onun etiqadlarına etirazlar var.[101]
Barnaba İncili dörd İncildən bir neçə cəhətdən fərqlənir:
- İsanın (ə) ilahiliyini və Allahın oğlu olduğunu rədd edir.[102]
- İsa (ə) Barnaba İncilində bir neçə dəfə Məhəmməd peyğəmbərin (s) Məsih olduğunu bəyan etmişdir.[103]
- Bu İncilə görə, İsanın (ə) əvəzinə həvarilərindən olan İsaya (ə) bənzəmiş Yəhuda İskaryot adlı biri çarmıxa çəkilmişdir.[104]
Barnaba İncilinin Quran və müsəlman inancları ilə də ziddiyyətləri var. Buna əsasən, insanlar Allahın övladları və fitrətən günahkardırlar, İsadan (ə) başqa İbrahim, Harun və Əyyub (ə) kimi peyğəmbərlər günah etmişlər.[105]
Xristian tədqiqatçıları bu İncilin İsanın (ə) dövründən başqa bir dövrdə və Fələstindən başqa bir yerdə yazıldığına inanırlar.[106] Xristian Tomas Mişel alimlərin tarixi və şifahi dəlillərə əsaslanaraq bu İncilin yazılma vaxtının 16-cı əsrin sonu oduğunu təyin etdiklərini söyləyib.[107] Digər tərəfdən, bəzi müsəlman alimləri bu İncili mötəbər hesab etmişlər.[108]
Bu İncilin müəllifi ilə bağlı da müxtəlif fikirlər var. Bəziləri Barnabanı, yəhudi ailəsindən olan əslən kiprli və Yaqub peyğəmbərin[109] oğlu Lavinin nəslindən olan Yusif adlı xristian təbliğçilərindən birinin ləqəbi olduğunu düşünürlər. Xristianlığın təbliğində göstərdiyi böyük səylərə görə və uğurlu təbliğinə görə onu Barnaba yəni, bacarıqlı təbliğatçı adlandırmışlar.[110] Ona həvarilər[111] etibar edirdilər və Əhdi-Cədidə görə o, saleh və sadiq bir insan idi.[112] Digər tərəfdən, bəzi xristian alimləri bu İncilin müəllifini XVI əsrdə İslamı qəbul etmiş ispan xristianı hesab etmişlər.[113]
İncillərə olan tənqidlər
Tənqidçilər dörd İncil və ümumiyyətlə Əhdi-Cədidi tənqid etmişlər; O cümlədən:
- Müəlliflərin etibarsızlığı: Bütün xristianların İncillərin müəlliflərinin peyğəmbər olmadığını və səhvlərdən və günahlardan uzaq olmadıqlarını bildirirlər; Əksinə, onlar İsaya (ə) inanan adi insanlar idi. İncillərdə açıq-aydın bəzi həvarilərin imansızlığı, Məsihi və onun sözlərini inkar etməkləri, bir-birinin fikirlərinə zidd olmaqları və s bu kimi məsələlər qeyd olunmuşdur. Odur ki, bu kitablara İsanın (ə) təlimlərinin əsas mənbəyi kimi etibar etmək olmaz.[114] Xristian alimi olan Tomas Mişel bir çox xristianların İncilin ləfzi şəkildə təhrifini qəbul etmədiyini bildirmişdir. Bütün xristianlar əsl xəbərin Allahdan olduğuna inanırlar; Amma onun forması və quruluşu hamı kimi xətaya məruz qala bilən bir insan tərəfdəndir. Ona görə də ola bilsin ki, bu kitab və mesajların bəşəri müəllifi öz yanlış fikirlərini həmin kitablara daxil edib.[115]
- İncillərin ziddiyyətləri: İncillərdəki bəzi ziddiyyətlər və uyğunsuzluqlar onların mötəbər olmamasının səbəbi kimi qəbul edilmişdir.[116] Məsələn, İsanın (ə) şəcərəsində Matta, Luka və Mark İncilləri arasında güclü uyğunsuzluqlar vardır. Matta[117] və Luka[118] İncillərində İsa (ə) Davudun (ə) nəslindən olan biri kimi təqdim edilir; Amma Markda[119] deyilir ki, Davud İsanı özünün Allahı hesab edirdi. Bəs İsa necə onun oğlu ola bilər? Göstərilən digər uyğunsuzluqlar arasında İsanın (ə) həbs olunma yolu, İsanın xain şagirdinin (Yəhuda İskaryot) nişanələri, İsanın dirilməsi və qəbirdən dirilməsi hekayəsi var.[120]
- İncillərin səhvləri və xurafatları: Üçlük (təslis) təlimi, qurbanlıq təlimi (İsa (ə) bəşəriyyəti xilas etdi və özünü qurban verərək günahları bağışladı), kilsə ruhanilərinin günahları bağışlaması İncilin xurafatlarındandır.[121] İncillərə başqa digər səhvlər də aid edilmişdir.[122]
Biblioqrafiya
İncil haqqında fars və ərəb dillərində çoxlu kitablar yazılmışdır, onlardan bəziləri bunlardır:
- “Ət-Tovzih Fi Bəyan Ma Huvəl-incil Və mən Huvəl-Məsih” Nəcəfdəki təqlid mərcəiyyətindən olan Məhəmməd Hüseyn Kaşif əl-Ğita (1333-1256), yazmışdır. Bu kitabda müəllif Müqəddəs Kitaba istinad edərək İncilin əsaslarını və xristian inanclarını izah etmişdir. Bu kitab Seyid Hadi Xosrovşahi tərəfindən “İncil və Məsih üzərində araşdırma” adlı fars dilinə tərcümə edilmiş və “Bustani-Kitab” nəşriyyatında çap edilmişdir.
- “İncili-Yuhənna Fil-Mizan”, Məhəmməd Əli Zəhranın ərəbcə yazdığı, müəllifin məzmununu, tarixini və şəxsiyyətini araşdıran kitabdır. Bu kitab Darul-Ərqam nəşriyyatı tərəfindən nəşr edilmişdir.
- Barnaba İncilinin tarixi dövrü, Hüseyn Tovfiqi. Barnaba İncilinin tarixi gedişatı və onun məzmununun xülasəsi və onunla bağlı bəzi şübhələrə cavablar haqqında bu kiçik kitab Dər Rahe-Haq İnstitutu tərəfindən 1983-cü ildə yazılmış və nəşr edilmişdir.[123]
- İncilin təkamülü; “Əl-Məsih ibnullah əm məlikun min nəsli davud dirasətun nəqdiyətun və tərcumətun cədidətun li əqdamil-ənacil təkşifu məfahimə musirah”, bu kitabın orijinalı ingilis dilindədir və Enok Povel tərəfindən yazılmışdır, Əhməd İbaş tərəfindən ərəb dilinə tərcümə edilmişdir. Bu kitab ilk dəfə Beyrutdakı “Darul-Quteybə” nəşriyyatında çap edilmişdir.
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Ali-İmran surəsi, ayə 3-4; Maidə surəsi, ayə 46-47; Məryəm surəsi, ayə 30; Hədid surəsi, ayə 27
- ↑ Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.157; Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.159
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.423; Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.155, 156; Rəzəvi, İncil, s.77 və 83
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.155, 156
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.425
- ↑ Mərifət, Siyanətul-Quran minət-təhrif, h.q 1428, s.129; Nəqəvi, Tədvine Tövrat və İncil əz didqahe ayate Quran, s.19-23; Muəddəb və Xəbaziyan, Bərresiye fərhəngi tarixi karborde İncil dər Quran, s.110
- ↑ Mərifət, Siyanətul-Quran minət-təhrif, h.q 1428, s.129
- ↑ Nəqəvi, Tədvine Tövrat və İncil əz didqahe ayate Quran, s.21; Muəddəb və Xəbaziyan, Bərresiye fərhəngi tarixi kəarborde İncil dər Quran, s.110
- ↑ Muəddəb və Xəbaziyan, Bərresiye fərhəngi tarixi kəarborde İncil dər Quran, s.112
- ↑ Muəddəb və Xəbaziyan, Bərresiye fərhəngi tarixi kəarborde İncil dər Quran, s.110
- ↑ Ali-İmran surəsi, ayə 3, 48, 65; Maidə surəsi, ayə 46, 47, 66, 68, 110; Əraf surəsi, ayə 157
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.23, s.391
- ↑ Əsədi, İncile Quran, s.31
- ↑ Rəzəvi, İncil, s.83; Əsədi, İncile Quran, s.31-37
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.4, s.396
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.4, s.221-224
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.157; Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.159
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.629
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.225, 227; Səffar, Bəsairud-dərəcat, h.q 1404, s.132-141
- ↑ Rəzəvi, İncil, s.84-85
- ↑ Heydəri və Xosrəvi, Dərunmayeye İncil dər rəvayəte şie, s.122
- ↑ Heydəri və Xosrəvi, Dərunmayeye İncil dər rəvayəte şie, s.108-116
- ↑ قدیمیترین انجیلجهاندر تبریز
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.43
- ↑ Rəzəvi, İncil, s.77
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.50
- ↑ Tofiqi, Aşinayi ba ədyane bozorq, h.ş 1389, s.174
- ↑ Tofiqi, Aşinayi ba ədyane bozorq, h.ş 1389, s.176
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.44
- ↑ Tofiqi, Aşinayi ba ədyane bozorq, h.ş 1389, s.176
- ↑ Əhde cədid, h.ş 1394, Dər amədibər əhde cədid, s.58
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.43; Əsədi, İncile Quran, s.27
- ↑ Əhde cədid, h.ş 1394, s.85; Mişel, Kəlame Məsihi, h.ş 1381, s.43
- ↑ Tofiqi, Aşinayi ba ədyane bozorq, h.ş 1389, s.169
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.139
- ↑ Lacəvərdi, İncil, s.318
- ↑ Süleymani, Seyri dər ədyane zende cəhan, h.ş 1387, s.217
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.43
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.43-44 və 50
- ↑ Rəzəvi, İncil, s.78
- ↑ Rəzəvi, İncil, s.78
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.51
- ↑ Rəzəvi, İncil, s.79-80
- ↑ Əhde cədid, h.ş 1394, Dər amədibər əhde cədid, s.59
- ↑ Əhde cədid, h.ş 1394, Dər amədibər əhde cədid, s.60
- ↑ Süleymani, Seyri dər ədyane zende cəhan, h.ş 1387, s.217 və 219
- ↑ Tofiqi, Aşinayi ba ədyane bozorq, h.ş 1389, s.174
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.43
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.42; Əhde cədid, h.ş 1394, Dər amədibər əhde cədid, s.64
- ↑ Əhde cədid, h.ş 1394, Müqədimeye İncilhaye nəzir, s.85; Muhəmmədiyan, Dairətul-marif kitabe müqəddəs, h.ş 1381, s.259; Tofiqi, Aşinayi ba ədyane bozorq, h.ş 1389, s.170
- ↑ Əhde cədid, h.ş 1394, Müqəddimeye İncil və Risalehaye Yuhənna, s.451, s.451
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.146; Süleymani, Seyri dər ədyane zende cəhan, h.ş 1387, s.214 və 215
- ↑ Lacəvərdi, İncil, s.318
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.45
- ↑ Nikzad, Nəqd və bərresiye kitabe Müqəddəs, h.ş 1380, s.42
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.45
- ↑ Muhəmmədiyan, Dairətul-marif kitabe müqəddəs, h.ş 1381, s.261
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.4; Rəzəvi, İncil, s.80
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.139
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.139
- ↑ Nikzad, Nəqd və bərresiye kitabe Müqəddəs, h.ş 1380, s.42
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.46; Tofiqi, Aşinayi ba ədyane bozorq, h.ş 1389, s.171; Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.146
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.44; Nikzad, Nəqd və bərresiye kitabe Müqəddəs, h.ş 1380, s.102
- ↑ Nikzad, Nəqd və bərresiye kitabe Müqəddəs, h.ş 1380, s.44
- ↑ Süleymani, Seyri dər ədyane zende cəhan, h.ş 1387, s.217; Rəzəvi, İncil, s.80
- ↑ Muhəmmədiyan, Dairətul-marif kitabe müqəddəs, h.ş 1381, s.264
- ↑ Nikzad, Nəqd və bərresiye kitabe Müqəddəs, h.ş 1380, s.43
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.46
- ↑ Əhde cədid, h.ş 1394, Müqədimeye İncilhaye nəzir, s.103-104
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.46
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.140
- ↑ Əhdi Cədid, h.ş 1394, Mark incili, s.259
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.140
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.148; Rəzəvi, İncil, s.80-81
- ↑ Muhəmmədiyan, Dairətul-marif kitabe müqəddəs, h.ş 1381, s.268
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.140
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.140
- ↑ Luka, bab 11, ayə 1
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.141
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.46
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.140
- ↑ Tofiqi, Aşinayi ba ədyane bozorq, h.ş 1389, s.171
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.141; Nikzad, Nəqd və bərresiye kitabe Müqəddəs, h.ş 1380, s.45
- ↑ Əhde cədid, h.ş 1394, müqəddimeye İncil və risalehaye Yuhənna, s.463-465
- ↑ Muhəmmədiyan, Dairətul-marif kitabe müqəddəs, h.ş 1381, s.270-271
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.48
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.49
- ↑ Yuhənna incili, bab 29, ayə 31
- ↑ Yuhənna incili, bab 1, ayə 49 və bab 5, ayə 19-27
- ↑ Yuhənna incili, bab 1, ayə 1-3
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.141
- ↑ Yuhənna incili, bab 1, ayə 1 və bab 20, ayə 28
- ↑ Əhde cədid, h.ş 1394, Müqəddimeye İncil və Risalehaye Yuhənna, s.460
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.141
- ↑ Əhde cədid, h.ş 1394, Müqəddimeye İncil və Risalehaye Yuhənna, s.451, s.459-462
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.51
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.51 və 52; Əhde cədid, h.ş 1394, Dər amədibər əhde cədid, s.63
- ↑ Tofiqi, Aşinayi ba ədyane bozorq, h.ş 1389, s.170
- ↑ İlhami və Nadiri, Barnaba, s.213
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.162 və 163
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.164
- ↑ Barnaba İncili, bab 52, ayə 12-15 və bab 53, ayə 35
- ↑ Barnaba incili, bab 43, ayə 30 və bab 82, ayə 9-19
- ↑ Mutəmidi, Barnaba, s.19; İlhami və Nadiri, Barnaba, s.214
- ↑ Heydəri və Xosrəvi, Dərunmayeye İncil dər rəvayəte şie, s.7-28
- ↑ Mutəmidi, Barnaba, s.19; İlhami və Nadiri, Barnaba, s.19
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.53
- ↑ Barnaba, Müqədimeyi Sərdar Kabuli, s.297-313
- ↑ Mutəmidi, Barnaba, s.19; İlhami və Nadiri, Barnaba, s.17
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.161
- ↑ Zibayi Nejad, Məsihişenasi muqayiseyi, h.ş 1389, s.161
- ↑ Əhde cədid, h.ş 1394, Əmale Rəsulan, bab 11, ayə 22-25
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.53
- ↑ Nikzad, Nəqd və bərresiye kitabe Müqəddəs, h.ş 1380, s.103-109
- ↑ Mişel, Kəlame Məsihi, h.ş 1381, s.27
- ↑ Nikzad, Nəqd və bərresiye kitabe Müqəddəs, h.ş 1380, s.119
- ↑ Matta, Bab 1, ayə 1 və bab 20, ayə 30
- ↑ Luka, bab 1, ayə 27 və bab 3, ayə 31
- ↑ Mark, bab 12, ayə 36 və 37
- ↑ Nikzad, Nəqd və bərresiye kitabe Müqəddəs, h.ş 1380, s.119-140
- ↑ Nikzad, Nəqd və bərresiye kitabe Müqəddəs, h.ş 1380, s.140-149
- ↑ Nikzad, Nəqd və bərresiye kitabe Müqəddəs, h.ş 1380, s.149-160
- ↑ Tofiqi, Aşinayi ba ədyane bozorq, h.ş 1389, s.5
Ədəbiyyat
- Qurani-Kərim
- Süleymani, Əbdür-Rəhim, Seyri dər ədyane zende cəhan, Qum, Ayəte eşq, 2-ci çap, h.ş 1387
- Əli, Əsədi, انجیلِ قرآن
- İlhami və Nadiri, Barnaba, Ğulaməli Həddad Adilin nəzarəti altında, 2-ci çap, h.ş 1378
- Barnaba incili, Tərcümə: Heydər Quli Sərdar Kabuli, Tehran, Niyayeş nəşri, h.ş 1380
- Tofiqi, Hüseyn, Aşinayi ba ədyane bozorq, Tehran, Səmt, Qum, 13-cü çap, h.ş 1389
- Heydəri və Xosrəvi, درون مایه انجیل در روایات شیعی
- Heydəri və Xosrəvi, انجیل برنابا در تعارض با قرآن کریم
- Rəzəvi, Rəsul, انجیل
- Zibayi Nejad, Məhəmməd Rza, Məsihişenasi muqayiseyi, Tehran, Suruş, 3-cü çap, h.ş 1389
- Şeyx Səduq, Məhəmməd ibn Əli ibn Babaveyh, Mən la Yəhzuruhul-fəqih, Qum, 2-ci çap, h.q 1413
- Səffar, Məhəmməd ibn Həsən, Bəsairud-dərəcat, Qum, 2-ci çap, h.q 1404
- Əhde cədid, Tərcümə: Piyruz Siyar, Tehran, h.ş 1394
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- Lacivərdi, Fatimə, انجیل
- Nikzad, Abbas, Nəqd və bərresiye kitabe Müqəddəs, Qum, h.ş 1380
- Muhəmmədiyan, Bəhram, Dairətul-marif kitabe müqəddəs, Tehran, h.ş 1381
- Mutəmidi, Mənsur, Barnaba, Tehran, Dairətul-məarif bozorqe İslami, h.ş 1383
- Mərifət, Məhəmməd Hadi, Siyanətul-Quran minət-təhrif, Qum, Ət-təmhid, 1-ci çap, h.q 1428
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 10-cu çap, h.ş 1371
- Mişel, Tomas, Kəlame Məsihi, Tərcümə: Hüseyn Tofiqi, Qum, h.ş 1381
- Muəddəb, Seyyid Rza və başqaları, بررسی فرهنگی تاریخی کاربرد انجیل در قرآن
- Nəqəvi, Hüseyn, تدوین تورات و انجیل از دیدگاه آیات قرآن
Xarici keçid
- «انجیل با دو قرائت», farsca məqalə