Məzmuna keç

Səhifeyi Səccadiyyənin əlli ikinci duası

wikishia saytından
(Səhifənin əlli ikinci duası səhifəsindən yönləndirilmişdir)
Səhifeyi Səccadiyyənin əlli ikinci duası
MövzuAllahın dərgahında israrla hacətlərin yerinə yetirilməsini diləyən dualardan
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunub
Nəql olunubİmam Səccad (ə)
RaviMütəvəkkil ibn Harun
Şiə mənbələriSəhifeyi-Səccadiyyə


Səhifeyi Səccadiyyənin əlli ikinci duası, (ərəbcə: الدعاء الثاني والخمسون من الصحيفة السجادية) İmam Səccaddan (ə) nəql edilən və Allahın dərgahında israrla hacətlərin yerinə yetirilməsini diləyən dualardandır. Bu duada Allahın qüdrətinin və elminin bütün varlıq aləminə nüfuz etdiyi vurğulanır. Həmçinin bütün mövcudatın Allaha doğru qayıdışı bildirilir. İmam Səccad (ə) bu duada insanın acizliyinə işarə edərək dəfələrlə Allahdan hacətlərinin yerinə yetirilməsini istəyir. Dünyaya aldananların xüsusiyyətləri və müşriklərdən uzaq olmaq da bu duanın digər mövzularındandır.

Əlli ikinci dua, Məhəmməd Həsən Məmduhi Kirmanşahinin "Şühud və Mərifət" əsəri kimi Səhifeyi Səccadiyyəyə yazılmış şərhlərdə fars dilində, Seyid Əli Xan Mədəninin “Riyazus-Salikin” əsərində isə ərəb dilində izah olunmuşdur.

Duanın təlimləri

Əllinci ikinci dua, "Səhifeyi Səccadiyyə"nin dualarındandır və onda İmam Səccadın (ə) Allahdan istəkdə israr etməsi vurğulanır. Həsən Məmduhi Kirmanşahinin bu duanın şərhində dediyinə görə, məxluqlar qarşısında bir şey istəməkdə israr etmək pisləndiyi halda, Allah qarşısında dua etməkdə israr etmək gözəl bir haldır.[1]

Bu duanın təlimləri aşağıdakı kimidir:

  • İlahi elmin bütün varlıq aləminə hakim olması (yer və göydə Allahdan gizli qalan bir şeyin olmaması)
  • Allahın ruzisinə möhtac olduğu halda, Onun hökmranlığından kənara çıxmağın mümkünsüzlüyü
  • Ən müti bəndələrin, Allahın əmrlərinə ən çox əməl edənlər olması
  • Allahdan başqasına ibadət edən və Onun nemətləri ilə dolanan şəxsin Allah qarşısında ən zəlil bəndə olması
  • Allahı inkar etməyin Onu yanlış təsəvvür etməyin nəticəsi olması
  • Peyğəmbərləri təkzib etməklə Allaha şərik qoşmaq
  • Allahın qüdrətinin bütün varlıq aləminə nüfuz etməsi
  • Allah görüşündən narazı olan insanın əbədi ömür arzusunun faydasız olması
  • Möminlərkafirlər üçün ölüm hökmünün qəti olması
  • Allahdan qeyrisinə ibadət edənlərdən uzaq durmaq
  • Allah qarşısında əməl azlığına və günahların çoxluğuna etiraf etmək
  • Dünyaya aldanmış insanların xüsusiyyətləri: nihilizm, qəflət, dünyapərəstlik və nemət bolluğu səbəbindən qəlblərinin fitnəyə düşməsi
  • Nəfsin istəklərinin insanın kamilliyinə mane olması
  • İnsan arzu və istəklərinin üstün gəlməsinə baxmayaraq, Allahdan diləmək
  • Dünyanın insan üzərində hakimiyyətinə baxmayaraq, Allahdan istəmək
  • Günahların çoxluğuna baxmayaraq, Allahdan bağışlanmaq istəmək
  • Allahdan başqa Rəbbin olmamasına inamla Ondan diləmək
  • Allaha bəndəlik etməklə insanın hər şeydən ehtiyacsız olması
  • Dünyaya məhəbbətin aradan qalxmasını Allah qorxusu ilə diləmək
  • Allahdan qorxmaqla eyni zamanda, Ona doğru qaçmaq
  • Allaha təvəkkül etməyin, Onun kərəm və böyüklüyünə güvənməyin vacibliyi
  • Xalis bəndəlik və Allahın dərgahına tam yönəlmənin kamil insanın ən böyük arzusu olması[2]

Duaya yazılmış şərhlər

Əllinci ikinci dua, Səhifeyi Səccadiyyəyə yazılmış şərhlərdə, o cümlədən, Hüseyn Ənsarianın “Aşiqlər Diyarı”,[3] Məhəmməd Həsən Məmduhi Kirmaşahinin “Şühud və Mərifət”,[4] və Seyid Əhməd Fəhrinin “Səhifeyi Səccadiyyənin şərhi və tərcüməsi”[5] adlı kitablarında fars dilində şərh edilmişdir.

Səhifeyi Səccadiyyənin əllinci ikinci duası, həmçinin Səhifeyi Səccadiyyənin iyirmi üçüncü duası, həmçinin Seyid Əli Xan Mədəniyə məxsus “Riyazus-Salikin”,[6] Məhəmməd Cavad Muğniyənin “Fi Zilalis-Səhifətis-Səccadiyyə”,[7] Məhəmməd ibn Məhəmməd Darabinin “Riyazul-Arifin”[8] və Seyid Məhəmməd Hüseyn Fəzlullahın “Afaqur-Ruh”[9] kimi ərəb dilində yazılmış kitablarında izah edilmişdir. Bu duanın sözləri, həmçinin lüğəvi şərhlərdə, məsələn, Feyz Kaşaninin “Təliqat ələs-Səhifətis-Səccadiyyə”[10] və İzzəddin Cəzairinin “Şərhus-Səhifətis-Səccadiyyə”[11] əsərlərində izah olunmuşdur.

Səhifeyi Səccadiyyənin əllinci ikinci duasının mətni və tərcüməsi

İstinadlar

  1. Məmduhi, Şühud və şenaxt, h.ş 1388, c.4, s.341
  2. Məmduhi, Şühud və şenaxt, h.ş 1388, c.4, s.341-362 ; شرح فرازهای دعای پنجاه و دوم صحیفه از سایت عرفان, erfan.ir saytı
  3. Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.7, s.611-622
  4. Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.4, s.337-362
  5. Fihri, Şərh və təfsire Səhifey-Səccadiyye, h.ş 1388, c.3, s.559-565
  6. Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.7, s.365-394
  7. Muğniyə, Fi Zilalis-səhife, h.q 1428, s.647-655
  8. Darabi, Riyazul-arifin, h.ş 1379, s.717-724
  9. Fəzlullah, Afaqur-ruh, h.q 1420, c.2, s.614-629
  10. Feyz Kaşani, Təliqatun ələs-səhifətis-səccadiyyə, h.q 1407, s.102-103
  11. Cəzairi, Şərhus-səhifətis-səccadiyyə, h.q 1402, s.293-295

Ədəbiyyat

  • Ənsariyan, Hüseyn, Diyare aşiqan, Tehran, Peyame azadi, h.ş 1372
  • Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Tehran, Üsvə nəşri, h.ş 1379
  • Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, Afaqur-ruh, Beyrut, Darul-malik, h.q 1420
  • Fehri, Seyyid Əhməd, Şərh və təfsire Səhifeyi-Səcadiyye, Tehran, Üsvə, h.ş 1388
  • Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqatun ələs-səhifətis-səccadiyyə, Tehran, h.q 1407
  • Mədəni Şirazi, Seyyid Əli Xan, Riyazus-salikin, Qum, İslami nəşr müəssisəsi, h.q 1435
  • Muğniyə, Məhəmməd Cavad, Fi zilalis-səhife, Qum, Darul-kitabil-islami, h.q 1428
  • Məmduhi Kermanşahi, Həsən, Şühud və şenaxt, Qum, Bustane kitab, h.ş 1388
  • Cəzairi, İzzəddin, Şərhus-səhifətis-səccadiyyə, Beyrut, h.q 1402

Xarici keçid