Əmmarə nəfs
Əmmarə nəfs (ərəbcə: النفس الأمارة), insanı pisliyə və günaha sürükləyən nəfsi haldır. Bu termin Yusif surəsinin 53-cü ayəsindən götürülmüşdür. Həva-nəfsin mənası əmmarə nəfsi ilə eyni hesab olunur. Həmçinin, hədislərdə qeyd olunan nəfslə cihad və ya cihadi-əkbər nəfslə mübarizə mənasına gəlmişdir.
Əmmarə nəfs, ləvvamə və mutməinnə nəfslərinin müqabili olaraq, nəfsin ən aşağı mərtəbəsidir. Bundan üstün mərtəbəsi, insanın öz səhvlərinə görə özünü günahlandırdığı ləvvamə nəfsidir. Ən üstünü isə, aramlıq və əminliyə çatdıran mutməinnə nəfsidir.
Konseptologiya
Əmmarə nəfsi pisliklərə çox əmr edən mənasındadır və insanın ağlına tabe olmayaraq günaha və fitnə-fəsada tərəf yönəldiyi nəfsani halıdır.[1] Bu termin,
“Şübhəsiz ki, nəfs pisliyi əmr edər”[2] ayəsindən alınmışdır.[3] Əmmarə nəfs elə həvayi-nəfs hesab olunur.[4]
Əmmarə nəfsi - nəfsin ən aşağı dərəcəsi
Bəziləri nəfsi dərəcələrə bölürlər və əmmarə nəfsini isə onun ən aşağı mərtəbəsi hesab edirlər. Onların fikrincə, nəfsin bir neçə dərəcəsi var: aşağı mərtəbə, yəni, insanın ağıla tabe olmadığı əmmarə nəfsi, bundan bir mərtəbə yüksək dərəcəsi, şəxsin pis əməllərinə görə özünü günahlandırdığı ləvvamə nəfsidir. Ən üstün isə mutməinnə nəfsidir.[5] Bu mərhələdə davamlı şəkildə ağıla tabe olmağın nəticəsində, bu iş adət və ya vərdişə çevrilir və insan inam və rahatlığa çatır.[6]
Nəfslərin müxtəlifliyi ilə insan şəxsiyyətinin bir olmasının ziddiyyət təşkil etməməsi
Müsəlman alimləri deyirlər ki, insanın yalnız bir ruhu vardır və əmmarə, ləvvamə və mutməinnə nəfslərinin varlığı ruhun təkliyinə zidd deyildir. Onların fikrincə, bu terminlər ruhun müxtəlif hallarını və səviyyələrini göstərir,[7] yəni nəfs pis əməlləri əmr etdikdə biz ona “Əmara” nəfsi deyirik, xəta etməkdə özünü günahlandırırsa , biz onu "Ləvvamə" nəfsi adlandırırq.[8]
Əmmarə nəfsi ilə mübarizə
İslam Peyğəmbərinin (s) bir hədisində hərbi müharibəyə Cihadi-Əsğər (kiçik cihad) nəfslə mübarizəyə isə Cihad Əkbər (böyük cihad) deyilir.[9] Əllamə Təbatəbai bu hədisdə nəfslə mübarizənin mənasını əmmarə nəfslə mübarizə hesab etmişdir.[10] Həmçinin, Əllamə Məclisi "sənin ən böyük düşmənin sənin nəfsindir"[11] hədisinə istinad edərək insanın “ən böyük düşməni”ni onun nəfsi hesab edirdi.[12]
Mürtəza Mutəhhəri həmçinin المُجاهِد مَن جاهَدَ نَفْسَه "Mücahid nəfsi ilə vuruşandır” hədisinə istinad edərək[13] yazırdı ki, nəfs ilə cihad, əmmarə nəfsi ilə mübadizə deməkdir.[14]
Xaca Nasirəddin Tusinin nəzərində, əmmarə nəfs insan ruhunun heyvani mərhələsidir. Nəfsin bu mərtəbəsinin məsuliyyəti bədəni saxlamaq üçün şəhvət və instinktlərə nail olmağa çalışmaqdır. Heyvani ruhu tərbiyə etmək olmur, ona görə də qəzəbin gücü ilə idarə olunmalıdır ki, onun çox istəməyi ruhun özünü məhv etməsinə səbəb olmasın.[15]
Ədəbiyyatda əmmarə nəfs termini
Əmmarə nəfs termini fars ədəbiyyatında işlədilmişdir. Məsələn, Sə'di bir şeirində Əmmarə nəfsinə tabe olmağın nəticəsini zillət kimi təsvir etmişdir:
Hicri-qəməri 8-ci əsrin arif şairi Mahmud Şəbistəri əmmarə və ləvvamə nəfsini belə tərif və müqayisə etmişdir:
Əlaqəli məqalə
İstinadlar
- ↑ Misbah Yəzdi, Ayine pərvaz, h.ş 1399, s.27
- ↑ Yusif surəsi, ayə 53
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.67, s.37
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.67, s.36; Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.23, s.592
- ↑ Misbah Yəzdi, Ayine pərvaz, h.ş 1399, s.26-27; Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.3, s.595-596
- ↑ Misbah Yəzdi, Ayine pərvaz, h.ş 1399, s.27
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.67, s.36-37; Misbah Yəzdi, Əxlaq və irfane İslami, s.8
- ↑ Misbah Yəzdi, Əxlaq və irfane İslami, s.8
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.12
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.14, s.411
- ↑ Məcmue Vərram, h.q 1410, c.1, s.59
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.67, s.36-37
- ↑ Seyyid Rəzi, Əl-Məcazatun-Nəbəviyyə, h.ş 1380 \ h.q 1422, s.194
- ↑ Mütəhhəri, Məcmue asar, h.ş 1389, c.23, s.592
- ↑ Xacə Nəsirəddin Tusi, Əxlaq Nasiri, h.q 1413, c.1, s.41
- ↑ سعدی، مصلحالدین، بوستان، باب ششم در قناعت، بخش ۴، تاریخ بازدید: ۲۸ اردیبهشت ۱۳۹۶ش., ganjoor.net saytı
- ↑ شبستری، کنزالحقایق، وبگاه گنجور، تاریخ بازدید: ۲۷ آبان ۱۳۹۹ش., ganjoor.net saytı
Ədəbiyyat
- Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, 5-ci çap, h.q 1417
- Kuleyni, Məhəmməd ibn Yaqub, Il-Kafi, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, 4-cü çap, h.q 1407
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1404
- Misbah Yəzdi, Məhəmməd Təqi, Əxlaq vəirfane İslami, h.ş 1387
- Misbah Yəzdi, Məhəmməd Təqi, Ayine pərvaz, Qum, İmam Xomeyni adına müəssisə, 9-cu çap, h.ş 1399
- Mütəhhəri, Mürtəza, Məcmure asar, Tehran, Sədra nəşri, h.ş 1389
- Xacə Nəsirəddin Tusi, Əxlaq Nasiri, Tehran, h.q 1413
- Vərram ibn Fars, Məsud ibn İsa, Məcmue Vərram, Qum, Ketabxaneye fəqi, 1-ci çap, h.q 1410
- Seyyid Rəzi, Məhəmməd ibn Hüseyn, Əl-Məcazatun-Nəbəviyyə, h.ş 1380 \ h.q 1422, 1-ci çap
- سعدی، مصلحالدین، بوستان، باب ششم در قناعت، بخش ۴، تاریخ بازدید: ۲۸ اردیبهشت ۱۳۹۶ش., ganjoor.net saytı
- شبستری، محمود، کنزالحقایق، وبگاه گنجور، تاریخ بازدید: ۲۷ آبان ۱۳۹۹ش., ganjoor.net saytı