Səhifeyi Səccadiyyənin əlli ikinci duası
Səhifeyi Səccadiyyənin əlli ikinci duası
Səhifeyi Səccadiyyənin əlli ikinci duası, İmam Səccaddan (ə) nəql edilən və Allahın dərgahında israrla hacətlərin yerinə yetirilməsini diləyən dualardandır. Bu duada Allahın qüdrətinin və elminin bütün varlıq aləminə nüfuz etdiyi vurğulanır. Həmçinin bütün mövcudatın Allaha doğru qayıdışı bildirilir. İmam Səccad (ə) bu duada insanın acizliyinə işarə edərək dəfələrlə Allahdan hacətlərinin yerinə yetirilməsini istəyir. Dünyaya aldananların xüsusiyyətləri və müşriklərdən uzaq olmaq da bu duanın digər mövzularındandır.
Əlli ikinci dua, Məhəmməd Həsən Məmduhi Kirmanşahinin "Şühud və Mərifət" əsəri kimi Səhifeyi Səccadiyyəyə yazılmış şərhlərdə fars dilində, Seyid Əli Xan Mədəninin “Riyazus-Salikin” əsərində isə ərəb dilində izah olunmuşdur.
Duanın təlimləri
Əllinci ikinci dua, "Səhifeyi Səccadiyyə"nin dualarındandır və onda İmam Səccadın (ə) Allahdan istəkdə israr etməsi vurğulanır. Həsən Məmduhi Kirmanşahinin bu duanın şərhində dediyinə görə, məxluqlar qarşısında bir şey istəməkdə israr etmək pisləndiyi halda, Allah qarşısında dua etməkdə israr etmək gözəl bir haldır.(1)
Bu duanın təlimləri aşağıdakı kimidir:
İlahi elmin bütün varlıq aləminə hakim olması (yer və göydə Allahdan gizli qalan bir şeyin olmaması)
Allahın ruzisinə möhtac olduğu halda, Onun hökmranlığından kənara çıxmağın mümkünsüzlüyü
Ən müti bəndələrin, Allahın əmrlərinə ən çox əməl edənlər olması
Allahdan başqasına ibadət edən və Onun nemətləri ilə dolanan şəxsin Allah qarşısında ən zəlil bəndə olması
Allahı inkar etməyin Onu yanlış təsəvvür etməyin nəticəsi olması
Peyğəmbərləri təkzib etməklə Allaha şərik qoşmaq
Allahın qüdrətinin bütün varlıq aləminə nüfuz etməsi
Allah görüşündən narazı olan insanın əbədi ömür arzusunun faydasız olması
Möminlər və kafirlər üçün ölüm hökmünün qəti olması
Allahdan qeyrisinə ibadət edənlərdən uzaq durmaq
Allah qarşısında əməl azlığına və günahların çoxluğuna etiraf etmək
Dünyaya aldanmış insanların xüsusiyyətləri: nihilizm, qəflət, dünyapərəstlik və nemət bolluğu səbəbindən qəlblərinin fitnəyə düşməsi
Nəfsin istəklərinin insanın kamilliyinə mane olması
İnsan arzu və istəklərinin üstün gəlməsinə baxmayaraq, Allahdan diləmək
Dünyanın insan üzərində hakimiyyətinə baxmayaraq, Allahdan istəmək
Günahların çoxluğuna baxmayaraq, Allahdan bağışlanmaq istəmək
Allahdan başqa Rəbbin olmamasına inamla Ondan diləmək
Allaha bəndəlik etməklə insanın hər şeydən ehtiyacsız olması
Dünyaya məhəbbətin aradan qalxmasını Allah qorxusu ilə diləmək
Allahdan qorxmaqla eyni zamanda, Ona doğru qaçmaq
Allaha təvəkkül etməyin, Onun kərəm və böyüklüyünə güvənməyin vacibliyi
Xalis bəndəlik və Allahın dərgahına tam yönəlmənin kamil insanın ən böyük arzusu olması(2)
Duaya yazılmış şərhlər
Əllinci ikinci dua, Səhifeyi Səccadiyyəyə yazılmış şərhlərdə, o cümlədən, Hüseyn Ənsarianın “Aşiqlər Diyarı”,[3] Məhəmməd Həsən Məmduhi Kirmaşahinin “Şühud və Mərifət”,[4] və Seyid Əhməd Fəhrinin “Səhifeyi Səccadiyyənin şərhi və tərcüməsi”[5] adlı kitablarında fars dilində şərh edilmişdir.
Səhifeyi Səccadiyyənin əllinci ikinci duası, həmçinin Səhifeyi Səccadiyyənin iyirmi üçüncü duası, həmçinin Seyid Əli Xan Mədəniyə məxsus “Riyazus-Salikin”,(6) Məhəmməd Cavad Muğniyənin “Fi Zilalis-Səhifətis-Səccadiyyə”,(7) Məhəmməd ibn Məhəmməd Darabinin “Riyazul-Arifin”(8) və Seyid Məhəmməd Hüseyn Fəzlullahın “Afaqur-Ruh”(9) kimi ərəb dilində yazılmış kitablarında izah edilmişdir. Bu duanın sözləri, həmçinin lüğəvi şərhlərdə, məsələn, Feyz Kaşaninin “Təliqat ələs-Səhifətis-Səccadiyyə”(10) və İzzəddin Cəzairinin “Şərhus-Səhifətis-Səccadiyyə”(11) əsərlərində izah olunmuşdur.
Səhifeyi Səccadiyyənin əllinci ikinci duasının mətni və tərcüməsi