Səsə ibn Suhan

wikishia saytından
(Səsət ibn Suhan Əbdi səhifəsindən yönləndirilmişdir)
Səsə ibn Suhan
Doğulduğu məkanQətif
Yaşadığı yerKufə
Nəsəb \ QəbiləƏbdül-Qeys
Tanınmış qohumlarıZeyd ibn Suhan
Vəfat tarixi və məkanıMüaviyyənin hakimiyyət vaxtı: Təqribən hicrətin 70-ci ili
Önəmli işləriİmam Əlinin (ə)İmam Həsənin (ə) səhabəsi


Səsə ibn Suhan (ərəbcə: صعصعة بن صوحان) İmam Əlinin (ə) səhabələrindən idi. O, Cəməl, SiffeynNəhrəvan döyüşlərində iştirak edib. Səsə ibn Suhan natiqlikdə mahir bir şəxs idi. O, bu bacarığından İmam Əlini (ə) müdafiə etmək və Müaviyəni tənqid etmək üçün istifadə edirdi. İmam Əli (ə) Səsəni öz böyük səhabələrindən biri kimi tanıtmışdır. İmam Sadiq (ə) da onu İmam Əlini (ə) layiq olduğu kimi tanıyan nadir insanlardan biri hesab edirdi. Kufədəki Səsə məscidi ona nisbət verilib.

Onun nəsli

Səsə ibn Suhan Əbdül-Qeys qəbiləsi və tayfasından idi.[1] O, Qətif yaxınlığında doğulmuş və bir müddət sonra Kufədə məskunlaşmışdır.[2] Bu səbəbdən ona "Kufi" də deyirdilər.[3]

Səsənin künyəsi "Əba Təlhə" idi.[4] Onun qardaşları Zeyd və Səyəhan İmam Əlinin (ə) şiələrindən idilər.[5]

O, xəlifələrin dövründə

Səsə ibn Suhan İslam Peyğəmbərinin (s) dövründə müsəlman oldu, lakin o Peyğəmbəri görmədi.[6] İkinci xəlifə Ömər ibn Xəttabın dövründə Əbu Musa Əşəri bir miqdar malı xəlifənin yanına göndərdi. Xəlifə onu böldü və bir qismi qaldı. Xəlifə həmin malın qalan hissəsi haqqında müsəlmanların fikrini soruşdu. Səsə ibn Suhan dedi:

"Allahın Quranda heç nə demədiyi məsələlər haqqında insanlarla məsləhətləş. Amma Allahın bu barədə hökm etdiyi kimi, əməl et".[7]

Səsə Kufədə üçüncü xəlifənin müxaliflərindən idi. Xəlifə onu qardaşı Zeyd ibn SuhanMalik Əştərlə birlikdə Suriyaya sürgün etdi.[8] Tarixi mənbələr onun Osmanla arasında keçən tənqidi söhbətdən xəbər verir.[9]

İmam Əlinin (ə) səhabəsi

Şeyx Müfidin dediyinə görə, Səsə İmam Əlinin (ə) böyük səhabələrindən idi.[10] Üçüncü qəməri əsrin alimi İbn Quteybə Diynəvəri də Səsənin adını şiənin məşhur şəxslərinin arasında qeyd etmişdir.[11] Məsudinin "Murucuz-Zəhəb" kitabında verdiyi xəbərə əsasən, İmam Əli (ə) Səsə ibn Suhanı ərəb böyükləri və öz səhabələrinin böyükləri arasında tanıdıb.[12] Küleyninin nəql etdiyi bir rəvayətə əsasən, İmam Əli (ə) onu öz vəsiyyətinə şahid tutub.[13] Səsə ibn Suhan imam Əlini (ə) xilafəti gözəlləşdirən hesab edirdi. Həmçinin o Həzrətin xilafətə dəyər və məqam verdiyinə və xilafətin İmam Əliyə (ə) olan ehtiyacının onun xilafətə olan ehtiyacından daha çox olduğuna inanırdı.[14] Səsə ibn Suhan İmam Əlinin (ə) dəfn mərasimində iştirak etdi. O Həzrət dəfn edildikdən sonra qəbrinin başına gəldi və öz başına torpaq tökərək ağlayır və İmam Əlinin (ə) fəzilətlərini ifadə edən sözlər söylədi. Habelə Allahdan onu İmam Əlinin (ə) dostlarından qərar verməsini və o Həzrətin yolunu davam etdirməkdə ona kömək etməsini istəyirdi.[15]


Cəməl, Siffeyn və Nəhrvan döyüşlərində iştirak etməsi

Səsə ibn Suhan İmam Əlinin (ə) dövründəki müharibələrdə iştirak etmişdir. Cəməl müharibəsində onun qardaşı Səyəhan Əbdül-Qeys qəbiləsinin bayraqdarı idi. Səyəhanın şəhid olmasından sonra onun digər qardaşı Zeyd bayraqdar oldu. Zeydin şəhadətindən sonra isə bayrağı Səsə ibn Suhan özü götürdü.[16]

Səsə ibn Suhan, Siffeyn döyüşündə Kufənin Əbdül-Qeys qəbiləsinin sərkərdəsi idi.[17] Müharibədən əvvəl Müaviyənin ordusu suyu ələ keçirmiş və İmam Əlinin (ə) ordusuna sudan istifadə etməyə imkan verməmişdi. İmam Əli (ə) Səsə ibn Suhanı danışıqlar aparmaq üçün Müaviyə ibn Əbi Süfyanın yanına göndərdi.[18]

Nəhrəvan müharibəsi başlamazdan əvvəl də İmam Əli (ə) Səsə ibn Suhanı danışıqlar aparmaq və Xəvarici nəsihət etmək üçün onların yanına göndərdi.[19] O, bu danışıqda İmam Əliyə (ə) tabe olmağı vurğuladı. Səsə ibn Suhanın Xəvariclə söhbətinin mətni Şeyx Müfidin yazdığı "Əl-İxtisas" kitabında gəlmişdir.[20]

Münzir ibn Caruda şəfaət etməsi

Kufədə Səsə məscidi

Biharul-Ənvar kitabında nəql olunan rəvayətə əsasən, İmam Əli (ə) tərəfindən bir bölgəyə başçılıq etmək üçün göndərilən Münzir ibn Carud beytül-maldan bir miqdar mal götürdü. İmam Əli (ə) onu həbs etdi. Amma Səsə ibn Suhanın vasitəçiliyi ilə Münziri azad etdi.[21] "Əl-Ğarat" kitabında gələn bir rəvayətə görə, Səsə ibn Suhan İmam Əliyə (ə) dedi: Münzir ibn Carudun bacısı hər gün qardaşı üçün ağlayır. Onu azad et və mən onun götürdüyünə zəmanət verim. İmam Əli (ə) cavab verdi: Zəmanətə ehtiyac yoxdur. O, and içsin ki, malı götürməyib, mən onu azad edəcəyəm.[22]

Müaviyə ilə müxalifət etməsi

Kəşşinin "Mərəfətür-Rical" kitabında yazdığına görə, Səsə ibn Suhan o şəxslərdən idi ki, İmam Həsən (ə) ilə Müaviyə arasındakı sülhdə İmam Həsən (ə) onun üçün aman aldı.[23] İmam Həsənin (ə) sülhündən sonra Müaviyə Kufədə Səsə ibn Suhanı gördü və ona dedi: Allaha and olsun ki, sənin mənim yanımda amanda olmağını istəmirdim. Səsə ibn Suhan onun cavabında dedi: Allaha and olsun ki, mən də səni bu adla çağırmaq istəmirdim. Sonra Müaviyəni xəlifə adı ilə salamladı. Müaviyə dedi: "Əgər (məni xəlifə hesab etməkdə) doğru deyirsənsə, minbərə çıx və Əliyə (ə) lənət göndər". Səsə ibn Suhan minbərə çıxdı və Allaha həmd-səna etdikdən sonra ikibaşlı şəkildə dedi: "Ey camaat, mən Əliyə (ə) lənət göndərməyi mənə əmr edən bir şəxs (Müaviyə) tərəfindən gəlirəm. Siz onun (özünə) lənət göndərin.[24]

İbn Əsəm Kufi rəvayət edir ki, bir dəfə Müaviyə Kufə böyüklərinə dedi: "Nəzəriniz bu barədə nədir ki, cahilliyinizə baxmayaraq, siz cəzaya layiq olduğunuz halda sizi bağışladım? Allah rəhmət eləsin Əbu Süfyana ki, səbirli insan idi və bütün insanlar onun nəslindən olsaydılar, hamısı səbirli olardı. Səsə ibn Suhan dedi: Allah and olsun, ey Müaviyə, bu insanlar Əbu Süfyandan daha yaxşı insanların övladlarıdır. Həmçinin Əbu Süfyanın nəslindən olan ağılsız və cahil şəxslər isə onların səbirli olanlarından daha çoxdurlar.[25]

Danışıq bacarığı

Səsə ibn Suhan natiqlikdə mahir bir şəxs idi. Tarix və hədis mənbələri onu bəlağətli və fəsahətli bir şəxs kimi tanıtmışlar.[26] İmam Əli (ə) Səsə ibn Suhanı "Əl-Xətibuş-Şəhşəh" (mahir natiq) adlandırmışdır.[27] Müaviyə[28] və Muğeyrə ibn Şubə[29] də onun fəsahətli və bəlağətli olmasından bəhs etmişlər. Müaviyə onun iti və acı dilli olduğunu bildirirdi.[30]

Kəşşinin dediyinə görə, o, öz natiqlik məharətindən Həzrət Əlini (ə) tanıtmaq və müdafiə etmək üçün istifadə edirdi.[31] Şəhid Mürtəza Mütəhhəri "Əl-Bəyan" və "Ət-Təbyində" Cahizdən nəql edib ki, o, onu ifadə gücü və məntiq gücü olan bir şəxs kimi təsvir edir və deyir: "Səsə ibn Suhanın mahir natiq və xətib olmasına daha üstün dəlil budur ki, Əli ibn Əbi Talib (ə) bəzən ona xütbə söyləməyi tapşırırdı və o, hərəkət edib Həzrət Əlinin (ə) hüzurunda xütbə söyləyirdi.[32]

Vəfatı

Bəhreyndə Səsə ibn Suhana nisbət verilən məzar və məscid

Səsə ibn Suhanın Müaviyənin xilafəti dövründə və Kufədə vəfat etdiyi güman edilir.[33] Əlbəttə, bəzi mənbələrdə gəlib ki, Müğeyrə Səsə ibn Suhanı Müaviyənin göstərişi ilə Bəhreyndə bir adaya sürgün etdi. O, hicri qəməri təqviminin təxminən 70-ci ilində orada vəfat etdi.[34]

Bəhreynin Əskər şəhərində Səsə ibn Suhana nisbət verilən bir qəbir var ki, oranı Səsə ibn Suhan məscidi adlandırırlar.[35] Həmçinin Kufədəki Səhlə məscidinin yanında Səsə adlı məscid ona nisbət verilir.[36]

Monoqrafiya

Kamran Məhəmməd Hüseyni tərəfindən yazılmış 136 səhifədən ibarət "Suhanın Zeyd və Səsə adlı oğulları" kitabı hicri şəmsi təqvimi ilə 1395-ci ildə "Məşər" nəşriyyatında çap olunub. Bu kitab, Səsə ibn Suhan və qardaşı Zeyd ibn Suhanın həyat və yaradıcılığından bəhs edir.[37]

İstinadlar

  1. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.2, s.403
  2. Zirikli, Əl-Əlam, m. 1998, c.3, s.205
  3. Zəhəbi, Tarixul-İslam, m. 2003, c.4, s.240
  4. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1418, c.6, s.244
  5. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.2, s.717
  6. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.2, s.403
  7. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.2, s.717
  8. Əhmədi Miyanəci, Məkatibul-əimmə (ə), h.q 1426, c.1, s.145
  9. Tarixu ibn Xəldun, h.q 1408, c.2, s.589
  10. Şeyx Mufid, Əl-Cəməl, h.q 1413, s.475
  11. İbn Qüteybə, Əl-Məarif, h.q 1992, s.624
  12. Məsudi, "Murucuz-Zəhəb", h.q 1409, c.3, s.38
  13. Kuleyni, Əl-Kafi, h.q 1407, c.7, s.51
  14. Yaqubi, Tarixu Yaqubi, c.2, s.179
  15. Məclisi, Biharul-ənvar, h.q 1403, c.42, s.295
  16. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1418, c.6, s.244
  17. Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, h.q 1404, s.206
  18. Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, h.q 1404, s.160
  19. Şeyx Mufid, Əl-İxtisas, h.q 1413, s.121
  20. Şeyx Mufid, Əl-İxtisas, h.q 1413, s.121
  21. Məclisi, Biharul-ənvar, h.q 1403, c.34, s.323
  22. Səqəfi, Əl-Ğarat, h.q 1395, c.2, s.897
  23. Kəşşi, İxtiyaru mərifətir-rical, h.ş 1363, c.1, s.285
  24. Kəşşi, İxtiyaru mərifətir-rical, h.ş 1363, c.1, s.69
  25. İbn Əsəm Kufi, Əl-Futuh, h.q 1411, c.2, s.388
  26. Məsudi, "Murucuz-Zəhəb", h.q 1409, c.3, s.43; Zəməxşəri, Əl-Faiqu fi ğəribil-hədis, h.q 1417, c.1, s.71; Məclisi, Biharul-ənvar, h.q 1403, c.34, s.308295
  27. Nəhcül-bəlağə, Düzəliş: Saleh Sübhi, hikmət 259
  28. İbn Əsəm Kufi, Əl-Futuh, h.q 1411, c.2, s.388
  29. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.3, s.430
  30. İbn Əsəm Kufi, Əl-Futuh, h.q 1411, c.2, s.388
  31. Kəşşi, İxtiyaru mərifətir-rical, h.ş 1363, s.69
  32. Mütəhhəri, Bist qoftar, İran, s.83
  33. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1418, c.6, s.244
  34. Zirikli, Əl-Əlam, m. 1998, c.3, s.205
  35. مسجد صعصعة بن صوحان في عسكر
  36. İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.143; Şəhid Əvvəl, Əl-Məzar, h.q 1410, s.264
  37. انتشار كتاب "زيد و صعصعه پسران صوحان", farsca

Ədəbiyyat

  • İbn Əsir, Əli ibn Məhəmməd, Əsədul-ğabə, Darul-fikr, Beyrut, h.q 1409
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamil, Daru sadir, Beyrut, h.q 1385
  • İbn Əsəm Kufi, Əhməd ibn Əsəm, Əl-Futuh, Təhqiq: Əli Şiri, Beyrut, h.q 1411
  • İbn Davud Hilli, Həsən ibn Əli ibn Davud, Ər-Rical, Tehran, Daneşqahe Tehran, h.q 1342
  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1418
  • İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Beyrut, Əl-İstiab, h.q 1412
  • İbn Qüteybə, Abdullah ibn Muslim, Əl-Məarif, Qahirə, h.q 1992
  • İbn Məşhədi, Məhəmməd ibn Cəfər, Əl-Məzarul-kəbir, Düzəliş: Cavad Qəyyumi İsfahani, Qum, Dəftəre enteşarate İslami, h.q 1419
  • Əhmədi Miyanəci, Əli, Məkatibul-əimmə (ə), Qum, Darul-hədis, h.q 1426
  • Səqəfi, İbrahim ibn Məhəmməd Əl-Ğarat, Düzəliş: Cəlaləddin Mühəddis, Tehran, h.q 1395
  • Zəhəbi, Şəmsuddin ibn Əhməd, Tarixul-İslam, Təhqiq: Bəşar Əvvad Məruf, Darul-ğərbil-İslami, m. 2003
  • Zirikli, Xeyruddin, Əl-Əlam, Beyrut, Darul-ilm, m. 1998
  • Zəməxşəri, Mahmud ibn Ömər, Əl-Faiqu fi ğəribil-hədis, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1417
  • Nəhcül-Bəlağə, Düzəliş: Saleh Sübhi
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əl-Məzar, Qum, İmam Mehdi (ə.f) mədrəsəsi, h.q 1410
  • Şeyx Mufid, Əl-Cəməl, Düzəliş: Əli Mirşərifi, Qum, h.q 1413
  • Şeyx Mufid, Əl-İxtisas, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, h.q 1413
  • Kəşşi, Məhəmməd ibn Ömər, İxtiyaru mərifətir-rical, Düzəliş: Məhəmməd Rəcai, Qum, h.ş 1363
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Məsudi, Əli ibn Həsən, "Murucuz-Zəhəb", Qum, Darul-hücre h.q 1409
  • Mütəhhəri, Mürtəza, Bist qoftar, İran,
  • Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, Düzəliş: Əbdüs-Səlam Məhəmməd Harun, Qum, h.q 1404
  • Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixu Yaqubi, Beyrut, Daru Sadir