Xəvaric
Xəvaric (ərəbcə: الخوارج), İmam Əlinin (ə) ordusundan bir dəstədir ki, "Siffeyn" döyüşündə Əli bin Əbi Talibi (ə) küfrdə ittiham edərək ona qarşı qiyam qaldırdılar. Müsəlmanların xəlifəsinə qarşı xüruc edib baş qaldırdıqlarına görə onlara xəvaric deyirdilər. Onlar "həkəmiyyəti" qəbul edən və Həzrət Əlinin (ə) küfrünə inanmayanların hamısını kafir hesab edirdilər.
Kufə məscidində İmam Əlinin (ə) əleyhinə şüar vermək və onu öldürməklə hədələmək xəvaricin əməllərindəndir. Onlar "həkəmiyyəti" icra etdikdən sonra İmam Əli (ə) ilə müxalifətdə daha çox inadkarlıq etdilər, Abdullah ibn Vəhəblə beyət etdilər və Kufədən çıxıb Nəhrivana gedərkən günahsız insanları qətlə yetirdilər. İmam Əli (ə) onlarla höccəti tamamladıqdan sonra hicri 38-ci ildə onlarla döyüşə girdi və onların çoxu öldürüldülər. Bununla belə, onların bir qrupu sağ qaldı. Tarix boyu müxtəlif xəvaric firqələri aradan gedib və yalnız Oman və Əlcəzair kimi bölgələrdə fikirləri digər müsəlmanların inanclarına daha yaxın olan Əbaziyyə mövcuddur.
İslam mənbələrində xəvaric üçün fərqli və bəzən də ziddiyyətli xüsusiyyətlər qeyd olunur; Onların arasında Quranı düşünmədən əzbərləyib qiraət etmək, cəhalət və dar düşüncə, məğrur və davakar olmaq, eləcə də əqidədə təəssübkeşlik var. Onlar İslam tarixində ilk müxalif qrup və ilk dini məzhəb hesab olunurlar. Xəvaricə görə, böyük günah edən kafirdir. Xaricilərin əksəriyyəti Peyğəmbər (s) tərəfindən xəlifənin təyin edilməsinə qarşı idi və xəlifənin seçilməsinə inanırdılar. Onlar həmçinin zinakarların daşqalaq edilməsini rədd edir, sözdə və əməldə təqiyyəyə qarşı çıxırdılar.
İlkin xəvariclilərin arasında elmi mövzulara meyl çox az olsa da, onlardan Quran elmləri, kəlam, fiqh və üsul fiqh, həmçinin tövhid və imamətlə bağlı əsərlər nəql edilmişdir. İbn Nədimin fikrinə əsasən, xəvariclilər xalqın müxalifəti və təzyiqi səbəbindən əsərlərini gizlədirdilər. Xəvariclilərin fikir və əməllərinin rədd edilməsi barədə müstəqil və qeyri-müstəqil yazılar olduğu bildirilmişdir; Xəvariclilərin rədd edilməsi barədə nəql olunan rəvayətlər arasında İbn Əbil-Hədid kimi alimlərin böyük günah edənlərin kafir olması əqidəsini rədd edən yazıları da vardır.
Xəvaricin yaranması və adları
Xəvaric qrupunun meydana çıxmasını "Siffeyn" müharibəsində baş verən hadisələrlə bağlı olduğunu bildirirlər; Bunun İmam Əlinin (ə) həkəmiyyətin pozulmasına qarşı çıxdığı zamanda olduğunu deyirlər.[1] Baxmayaraq ki yuxarıda adı çəkilən qrup əvvəlcə özləri həkəmiyyəti təklif etdilər, amma onun İmam Əli (ə) tərəfindən qəbul olunmasından və müharibə dayandıqdan sonra onlar öz tələblərindən əl çəkdilər və İmam Əlini (ə) tövbə etməyə dəvət etdilər.[2] Xəvaric "həkəmiyyətin" qəbul edilməsini küfr hesab etdilər və İmam Əli (ə) Kufəyə qayıtdıqdan sonra Kufə yaxınlığındakı Həvra məntəqəsinə getdilər.[3]
Mütəkəllim və tarixçilərin fikirlərinin əksinə olaraq, xəvaric zalım hakimiyyət və hökuməti inkar etdikləri üçün İmam Əliyə (ə) qarşı xüruc edib qiyama qalxdıqlarını bildiriblər. Buna görə də öz hərəkətlərini Peyğəmbərin hicrəti ilə müqayisə edirdilər.[4] İmam Əlinin (ə) sözlərində də qeyd edildiyi kimi məşhur Xəvaric adından əlavə,[5] onlar üçün başqa adlar da istifadə edilmişdir; O cümlədən bu adlara işarə etmək olar: Həkəmiyyətlə müxalifətdə söylənilən "la hökmə illa lillah" şüarından yaranan "Mühəkkimə"[6] Xəvaricin getdiyi yerə işarə edən "Həvriyyə"[7] və azğınlar mənasını verən "Mariqə".[8]
İmam Əli (ə) ilə düşmənçiliklərinə görə xəvarici bəzən Nəvasib və ya Nasibə də adlandırırlar.[9] Həmçinin ilk dəfə böyük günah işlədənləri təkfir etdikləri üçün onlara "mükəffirə" deyirdilər.[10] Xəvariclərin başqa adı da Ən-Nəhr əhli və ya Ən-Nəhrəvan əhlidir.[11] Onlara Şurat, yəni canlarını cənnətə satanlar da deyirlər.[12]
Əvvəlcə Kufə və Bəsrə xəvariclərin əsas qərargahları idi.[13] Bəsrədəki xəvariclərin sayı Kufədəkindən çox idi; Çünki İmam Əlinin (ə) onlarla söhbətindən sonra Kufə xəvariclərinin bir çoxu Xəvaricdən ayrıldılar.[14] Bundan sonra xəvariclər İran və Yəməndən Şimali Afrikaya və İslami Məğrib bölgələrinə qədər bir çox şəhər və məntəqələrə səpələnmişdilər.[15] Tarix boyu müxtəlif Xəvaric məzhəbləri aradan getdi. Fikirləri digər müsəlmanların fikirlərinə yaxın olan yeganə "Əbaziyyə" firqəsi hələ də Oman, Siva, Həzrəmut, Cerba, Zənzibar, Tripoli Qərbi və Əlcəzairdə mövcuddur.[16]
İmam Əlini (ə) küfrdə ittiham etmək
Xəvaric, İmam Əlinin (ə) onların "həkəmiyyət" tələblərinə qarşı çıxmasından, Əli ibn Əbi Talibdən (ə) ayrılmalarından və Abdullah ibn Abbasın və İmam Əlinin (ə) onların Kufəyə qayıtmaları üçün cəhdlərindən[17] sonra onlar bir daha Kufədə müxalifət etdilər. Həmçinin "həkəmiyyəti" qəbul edənlərin hamısını və kafir bilmədikləri Həzrət Əlini (ə) kafir hesab etdilər.[18] Onlar təkcə "həkəmeyni" deyil, həqiqətdə, İslam hökmdarının varlığını da inkar edirdilər.[19]İctimai yerlərdə, xüsusən Kufə məscidində açıq şəkildə "həkimiyyətə" qarşı çıxır, İmam Əlini (ə) küfrdə ittiham edir, hətta onu öldürməklə hədələyirdilər. Habelə İmam Əlinin (ə) çıxışı zamanı onu "həkəmiyyəti" qəbul etməkdən çəkindirmək və müharibəni davam etdirməyə razı salmaq üçün şüarlar səsləndirirdilər. Lakin İmam Əli (ə) onlar müharibəyə və qan tökməyə addım atmamış onlarla vuruşmadı.[20]
Hicri 37-ci ilin şaban və ya ramazan ayında Əbu Musa Əşəri ilə Əmr ibn As arasında "həkəmiyyət" həyata keçirildikdən və Əbu Musa, Əmr ibn As tərəfindən aldandıqdan sonra onuun nəticəsiz bitməsi ilə[21] İmam Əli (ə) "həkəmeynin" hakimliyinin Quranın hökmünə zidd olduğunu bildirdi. HəmçininHəmçinin bir daha Müaviyə ilə müharibə etmək üçün hazırlaşdı. O, Həzrət Nəhrvanda toplaşan xəvaric rəhbərlərindən ikisi Abdullah ibn Vəhəb Rasibi və Yezid ibn Həsinə yazdığı məktubda onlardan Müaviyə ilə vuruşmaq və "Siffeyn" döyüşünü davam etdirmək üçün ona qoşulmalarını istədi. Onlar cavabda İmam Əlidən (ə) istədilər ki, küfr etdiyini etiraf edib tövbə etsin, əks halda ondan uzaqlaşacaqlar. Həkəmeynin qərarı elan edildikdən sonra xəvaric İmama qarşı çıxmaqda daha da inadkar oldular.[22]
Hicri 37-ci il şəvval ayının 10-da xəvaric Abdullah ibn Vəhəblə rəhbər olaraq beyət edib Kufəni tərk edərək Nəhrvana getmək barədə razılığa gəldilər.[23] Xəvaric yolda günahsız insanları öldürdü. İmam onları haqqa dəvət edib höccəti tamamladıqdan sonra onlarla vuruşmalı oldu. Hicri 38-ci ildə Nəhrəvan döyüşündə onların çoxunu öldürdü. Fərvət ibn Nofəlin başçılığı ilə onlardan bir qrup İmam Əli (ə) ilə üz-üzə gəlmək barədə şübhəyə düşdükləri üçün əvvəldən müharibədən geri çəkildi.[24]
İmam Əlinin (ə) qələbəsinə baxmayaraq, xəvaric siyasi, fikri və hərbi bir qrup olaraq qaldı. İmam Əli (ə) özündən sonra şiələrə xəvariclə vuruşmağı qadağan etdi.[25] İmam Həsən (ə) Müaviyə ilə sülh bağladıqdan sonra onun xəvariclə döyüşmək üçün etdiyi təklifi rədd etdi.[26]
Xəvaricin xüsusiyyətləri
İslami qrup və məzhəblərlə bağlı tarixi kitablarda və əsərlərdə xəvaric üçün müxtəlif və bəzən bir-birinə zidd olan xüsusiyyətlər qeyd edilir. Bu çoxu pis olan xüsusiyyətlər Xəvaricin Qurani-Kərimi yanlış anlayan, cahil və dar düşüncəli, təkəbbürlü və özünü üstün görən, eləcə də davakar və təəssübkeş kimi təsvir edilmişdir. Müxtəlif İslam əsərlərində, o cümlədən Nəhcül-Bəlağədə qeyd olunan bu xüsusiyyətlərin siyahısı belədir:
- İmansız çox ibadət etmək.[27]
- Özünü zahid kimi göstərmək.[28]
- Peyğəmbərin (s) sünnəsi və dinin hökmləri ilə tanış olmamaq.[29]
- Qurani-Kərimin səhv başa düşülməsi, sadə və səthi yanaşma ilə birlikdə ayələrin öz məqsədlərinə düzgün tətbiq edilməməsi.[30]
- Məğrur olmaq, özünü üstün gprmək və özlərindən başqa bütün müsəlmanları kafir və azğın hesab etmək.[31]
- Mübahisə və münazirə etməyə meyl və dəlil gətirməkdə zəiflik.[32]
- Davakar olmaq, fikir və əqidədə inadkarlıq, təəssübkeşlik və ekstremizm.[33]
- Zorakı pis davranışla birlikdə yaxşı söz danışmaq.[34]
- Onların işlərində xüsusən də yaxşılığa dəvət edib pislikdən çəkindirməkdə məntiqin olmaması.[35]
- Ən üstün ictimai ideal kimi Ədalət axtarmaq, yaxşılığa dəvət edib pislikdən çəkindirmək və zalım hökmdarlarla cihad etmək.[36] Elə bir şəkildə ki, hətta yaxşılığa əmr etmək üçün qiyam etməməyi və cihaddan əl çəkməyi də bəzən küfr sayırdılar.[37]
- Qiblə əhli ilə cihad etməyi və onların uşaq və qadınlarını əsir götürməyi və ya öldürməyi, zimmə əhli və müşriklərlə isə yumşaq davranmağı fəzilət saymaq.[38]
- Düzənsizlik və ardıcıl parçalanmalar.[39]
- İmam Əli (ə) ilə düşmənçilik və hətta şəhadətindən sonra da o Həzrətə kin bəsləmək.[40]
- Mübarizlik, şücaət və məşəqqətlərə qarşı səbir və hərbi intizam[41] ki, bunun da daha az qoşunla belə əməvilər üzərində qələbənin səbəbi olduğunu bildiriblər. Lakin onların döyüş meydanlarından qaçması barədə də xəbərlər var.[42] Xəvaric atlarının ayaqlarını kəsir, qılınclarının qınlarını sındırır, cəsarətlə və yekdilliklə düşmən ordusuna hücum edib cənnət həvəsi ilə ölümə tərəf tələsirdilər.[43] Bu səbəbdən də onlar xarici hücumların xüsusiyyəti ilə məşhurlaşdılar. Onlar bəndəlik, ölümə və qaziliyə hazır olmaq əlaməti olaraq saçlarını qırxırdılar. Buna görə də digər müsəlmanlar onlara müxalif olaraq saçlarını kəsmirdilər.[44] Bəzən başlarının ortasını da qırxdırır və ətrafındakı saçları saxlayırlar.[45]
- Cahillik, durğunluq, məğrurluq, dar düşüncə və fikir dəyişməsi.[46]
Xəvaricin İslam tarixində rolu
Xəvarici İslam tarixində mühüm təsirlərə malik bir qrup hesab ediblər; O cümlədən İmam Əlinin (ə) ordusunda parçalanma və təfriqənin yaradılması[47] ki, İslam tarixində ilk müxalif qrup və dini məzhəbin yaranmasına səbəb oldu.[48] Xəvaric əvvəlcə siyasi yanaşmaya malik idi, lakin Əbdülməlik ibn Mərvanın xilafət dövründə onlar öz təlimlərini teoloji məsələlərlə qarışdırdılar.[49]
Təbəri və İbn Əsəm kimi tarixçilərin fikrincə, Xəvaricin İmam Əli (ə) ilə qarşıdurması və o Həzrəti şəhid etməsi Müaviyənin hökuməti ələ keçirməsi üçün fürsət yaratdı.[50] Bununla belə, Xəvaric Müaviyə ilə döyüşmək İmam Həsənin (ə) ordusuna qoşuldular.[51] İmam Həsənin (ə) sülh etməsindən sonra isə Müaviyə və əməvilərlə mübarizəni davam etdirdilər.[52] Onlar əməviləri və onların tərəfdarlarını kafir hesab edir və inanırdılar ki, zülmü aradan qaldırmaq üçün kafirlərə qarşı cihad edilməlidir.[53]
Xəvariclilər əməvilərə qarşı formalaşan mühüm qiyamlara qatıldılar və bu səbəbdən Abdullah ibn Zübeyrə, Zeyd ibn Əliyə və Əbu Müslim Xorasaniyə kömək etdilər.[54] Bununla belə, onlar bəzi hallarda əməvi xəlifələri ilə razılığa getdilər və bir məntəqəni idarə etməyi və ya onların tərəfindən bir məsuliyyəti öhdələrinə götürdülər.[55] Bəzən də onlar bəzi şəhərlərdə müstəqil şəkildə hakimiyyəti ələ alır və imam, əmirəl-möminin və xəlifə kimi adlarla tanındılar.[56] Əməvilər, xüsusən də İraq və İranda bütün şiddət və zorakılıqla xəvaricliləri dağıtmağa çalışırdılar.[57] Bu müharibələr əməvi hökumətinin zəifləməsi və süqutunun mühüm səbəbi hesab olunmuşdur.[58]
Fikir və əqidələri
Xəvariclilərin ən mühüm inanclarından biri də böyük günah edən şəxsin küfr etməsinə inanmalarıdır. Bu əqidə kəlam elminin yaranması və inkişafında təsirli hesab edilmişdir.[59] Xəvaricin bəzi etiqad və fikirləri bunlardır:
- Böyük günah edildiyi zaman kafir olmaq: Xəvariclilərin ittifaq etdikləri ilk fikir, böyük günah etmiş şəxsin kafir olmasıdır.[60] Xəvaricin "Əzariqə" adlı bir firqəsi bu fikirdə ifrata varmış və böyük günaha düçar olan bir kəsin bir daha iman gətirə bilməyəcəyinə inanmışlar. Həmçinin onların fikrincə, bu şəxs mürtəd olduğu üçün övladları ilə birlikdə öldürülməlidir və əbədi olaraq odda qalacaq.[61] Xəvariclilərin böyük günah etmiş şəxsin kafir olması barədə istinad etdikləri dəlillərindən biri "Maidə" surəsinin 44-cü ayəsidir.[62]
- İmamət: Xəvariclilərin imamət haqqındakı fikirləri onların böyük günah etmiş şəxs haqqındakı fikirlərindən irəli gəlir. Buna əsasən, böyük günaha düçar olmuş şəxs müsəlman ümmətinin imamətini öz üzərinə götürməməlidir və əgər o, imamət vəzifəsindədirsə, möminlərin ona qarşı qiyam etməsi vacibdir.[63] Xəvariclilərin əksəriyyəti Peyğəmbərin (s) xəlifə təyin etməsinə qarşıdırlar və inanırlar ki, kitab və sünnəyə əməl edən hər kəs imam olmağa layiqdir. Həmçinin imamət iki nəfərin beyət etməsi ilə də həyata keçir.[64] Onlar İmamın insanlar tərəfindən seçilməsinə inanırdılar.[65] Habelə o dövrdəki məşhur inancın əksinə olaraq, Qüreyşdən olmayan bir şəxsin xəlifə olmasını da mümkün hesab edirdilər.[66]
- Raşidin xəlifələri: Dörd xəlifənin dövründə baş verən hadisələri nəzərə alan xəvariclilər Ömər və Əbu Bəkri Allah Rəsulunun (s) imamı və xəlifəsi kimi qəbul etdilər, lakin Osmanın barəsində onun hökumətinin yalnız ilk 6 ilini və İmam Əli (ə) barəsində "həkəmiyyəti" qəbul etməsindən qabaqkı dövrü etibarlı hesab edirdilər. Habelə bu ikisini hökumətlərinin qalan hissəsində kafir hesab edib xəlifəlik məqamından çıxarılmış olduqlarına inandılar.[67]
- Fiqhi fikirlər: Xəvaricin bəzi məzhəblərindən bir sıra fiqhi fikirlər nəql edilmişdir; O cümlədən zinakarların daşqalaq edilməsini (Qurani-Kərimdə onun qeyd edilmədiyinə istinad edərək) rədd edirdilər. Müxaliflərin uşaqlarının və həyat yoldaşlarının öldürülməsini icazəli bilirdilər. Müşriklərin övladlarının da ataları ilə birlikdə odda qalacaqlarına inanırdılar. Sözdə və əməldə təqiyyəyə qarşı çıxırdılar.[68] "Əzariqə"nin fikrinə əsasən, xəvariclərdən olmayan müsəlmanlar öldürülməlidir, lakin xristianları, zərdüştiləri və yəhudiləri öldürmək haramdır.[69]
Elmi və ədəbi əsərlər
İkinci əsrin ortalarından başlayaraq xəvariclilər tədricən dini, fiqhi və tarixi kitablar yazmağa başladılar. Həmçinin onların arasından ravilər, alimlər və fəqihlər yetişdi.[70] Onlar hədisləri nəql etmirdilər və Quranın mətnini fiqh elminin yeganə mənbəyi hesab edirdilər.[71] Onlardan geniş və nizamlı fəlsəfi və fiqhi bir məktəb qalmayıb; Onların "Əbaziyyə" adlı məzhəblərindən birinin yalnız əqidə və fiqhlə bağlı əsərləri olmuşdur.[72]
İbn Nədim özünün "Mündəricat" kitabında hesab edir ki, xalqın müxalifəti və təzyiqi nəticəsində xəvariclilər öz əsərlərini gizlətmişlər.[73] Bununla belə, İbn Nədim Quran elmləri, kəlam, fiqh və usul ilə bağlı əsərlər yazmış bir neçə xəvaricli alimlərin adlarını çəkmişdir.[74] Xəvaricdən tövhid və imamət haqqında başqa əsərlər, eləcə də onların Mötəzilə, Mürciə, Şiə və Ğulat kimi müxalifləri haqqında yazdıqları etirazlar da nəql edilmişdir.[75]
Xəvaricin çoxlu xətib və şairləri də olub. Həmçinin onların bəziləri məşhur idi.[76] Xəvaricin şerlərinin çoxu onların döyüşlərdə söylədikləri rəcəzlər olduğu bildirilir.[77] Xəvariclilərin bəzi xütbə və məktubları da nəql olunub ki, onların 18 rəhbərinə aid edilir. O xütbə və məktublar xəvariclilərin dini və siyasi dəvəti və davranışları, habelə qiyam, cihad və yaxşılığa əmr etməyə təşviq etmək haqqında olub.[78]
Xəvaricin formalaşmasının amilləri
İslam mənbələri xəvaricin formalaşmasında müxtəlif amilləri, o cümlədən bədəvi və səhrada yaşamaq ruhiyyəsini təsirli hesab etmişlər. Bəzi yazıçılar xəvariclərin əsas simalarının cahiliyyət dövrünün bədəvi ərəblərinə bənzədiyini bildiriblər ki, öz qəbilə başçılarına, tayfa adət-ənənə və dəyərlərinə qarşı üsyan edir, ən xırda şeylər üçün həyəcanlanıb mübarizə aparır və öz qəbilələrindən qovulurdular.[79] Xəvariclərin ən görkəmli şəxsiyyətləri bu bədəvi ərəblər arasından çıxmış və məşhur ərəb qəbilələrinin heç birinə mənsub deyildilər.[80] Buna görə də mühacir və ənsar da daxil olmaqla səhabələrdən heç biri xəvariclərə qoşulmadı.[81]
Bəzi digər tədqiqatçılar da xəvaricin Osmana qarşı üsyan müddətində meydana çıxdığını bildirirlər.[82] Habelə hesab edirlər ki, Osmanın öldürülməsi və səhabələrin xilafət məsələsində ixtilaf etməsi buna səbəb oldu ki, əgər xəlifə camaatın fikri və dinin hökmləri ilə müxalifət etsə, həmçinin yanlış idarəçilik edib ədalət və insafı yerinə yetirməsə, uzaqlaşdırıla və ya öldürülə bilər.[83] Təbərinin tarixi kimi islami mənbələrə əsasən, təqribən 30 nəfər olan Osmana etiraz edənlərin başçıları, sonralar xəvaricin əsas simalarına çevrildi.[84] Bundan əlavə, İmam Əlinin (ə) qənimətlərin bərabərlik əsasında bölüşdürməsindəki davranışından narazılıq, müsəlmanların ilk dəfə üz-üzə gəldiyi "Cəməl" və "Siffeyn" kimi daxili müharibələrin baş verməsi xəvaricin təşkil tapmasındakı digər təsirli amillər hesab edilmişdir.[85] İslam tədqiqatçısı Şəhid Mürtəza Mütəhhər (vəfatı şəmsi təqvimi ilə 1358-ci il) hesab edir ki, xəvariclərin məntiqsizliyi və işlərini, xüsusilə yaxşılığa əmr edib və pislikdən çəkindirmə məsələsində məntiqə əsasən görməmələri, onların məhv olmasının ən böyük səbəbidir.[86]
Xəvaricin əqidələrinin tənqid edilməsi
İslam tarixində Xəvaricin zühur etdiyi vaxtdan onların əqidəsini tənqid etmək üçün müxtəlif əsərlər yazılmış və ya hədis kitablarında onların əqidə və əməllərini pisləyən rəvayətlər qeyd edilmişdir. İslam Peyğəmbərinin (s) öncədən verdiyi xəbərləri göstərən rəvayətlər var. Onlardan biri də o Həzrətdən Xəvaric və onların dindən uzaqlaşması ilə bağlı gələn rəvayətlərdir ki, orada Xəvaricin dindarlığı və əməlləri pislənilmiş, onlarla döyüşmək və onları öldürmək savab hesab edilmişdir.[87] Həmçinin şiə alimləri Peyğəmbərin (s) bir hədisinə istinad edərək, İmam Əli (ə) ilə vuruşanları, o cümlədən xəvarici kafir hesab ediblər. Qeyd olunan rəvayətə görə, İmam Əli (ə) ilə döyüşən, Peyğəmbərlə (s) vuruşan şəxs kimidir.[88] Təfsir əsərlərində Xəvaricin əqidələrini isbat etmək üçün Qurani-Kərimə istinad etmələri tənqid edilmişdir; O cümlədən böyük günah edən şəxslərin kafir olması iddiası tənqid edilib. Xəvaric "Ali-İmran" surəsinin 97-ci ayəsinə istinad edərək, deyiblər ki, hər kim həcci yerinə yetirməsə, böyük günah etmiş və bununla da kafir olmuşdur. Ona görə də böyük günahlar etmək kafir olmağa səbəb olar. Bu arqumentə cavab olaraq bildirilmişdir ki, küfr dini mətnlərdə geniş məna kəsb edir. İstər inanclar səviyyəsində, istərsə də fəri əmrlər səviyyəsində hər növ həqiqətlə müxalifəti ehtiva edir; Buna görə də, "Ali-İmran" surəsinin 97-ci ayəsində küfr, həcc əmri boynuna gələn (şəri baxımdan həccə getmək imkanına sahib olan) şəxsin onu tərk etməsi mənasındadır. Xəvariclərin düşündüyü kimi İslamdan çıxmaq mənasında deyil.[89] İbn Həzm Qurani-Kərimin digər ayələrinə istinad edərək, Xəvaricin bu barədəki iddiasını rədd etmişdir.[90]
İstinadlar
- ↑ Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, h.q 1404, s.513-514; Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.3, s.114, 122; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.63, 72, 78; Məsudi, Murucuz-zəhəb, Beyrut, c.3, s.144
- ↑ Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, h.q 1404, s.484; Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.3, s.111-112
- ↑ Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, h.q 1404, s.513-514; Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.3, s.114-122; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.63, 72, 78; Məsudi, Murucuz-zəhəb, Beyrut, c.3, s.144
- ↑ Sənani, Əl-Musənnəf, h.q 1403, c.10, s.152; İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1387, c.1, s.121; Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.8, s.59; Diynəvəri, Əxbarut-tival, m. 1960, s.269
- ↑ Nəhcül-bəlağə, Düzəliş: Məhəmməd Əbdəh, xütbə 62; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.76
- ↑ Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.3, s.110-112; Şəhristani, Əl-Miləu vən-nihəl, h.q 1415, c.1, s.133; İbn Kəsir, əl-Bidayətu vən-nəhayə, h.q 1407, c.7, s.277
- ↑ Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.3, s.114; Səmani, Şerul-Xəvaric, m. 1974, c.2, s.207; Yaqut Həməvi, Mucəmul-buldan, Həvrəva sözünün şərhi
- ↑ Şeyx Səduq, Əl-Əmali, h.q 1417, s.464; Müqəddəsi, Əl-Bida vət-tarix, m. 1899-1919, c.5, s.135; İbn Kəsir, əl-Bidayətu vən-nəhayə, h.q 1407, c.7, s.304, c.8, s.127; Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.3, s.149; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.91; İbn Kəsir, əl-Bidayətu vən-nəhayə, h.q 1407, c.6, s.216
- ↑ Məqrizi, Əl-Məvaiz, h.q 1425-1422
- ↑ İbn Teymiyyə, Məcmuul-fətava, h.q 1421, c.4, cüz 7, s.261, c. 7, cüz 13, s.208-209
- ↑ Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.3, s.115, 247; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.83, 166
- ↑ Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.9, s.272
- ↑ Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.76
- ↑ Amili, Əli (ə) vəl-xəvaric, h.q 1423, c.2, s.104
- ↑ Xəlifə ibn Xəyyat, Tarixu Xəlifə ibn Xəyyat, h.q 1415, s.252; Məsudi, Murucuz-zəhəb, Beyrut, c.4, s.27; Müqəddəsi, Əhsənut-təqasim, Daru sadir, s.323
- ↑ Əmin, Zuhəl-İslam, c.3, s.336; Amili, Əli (ə) vəl-xəvaric, h.q 1423, c.2, s.110, 270; Sübhani, Buhusun fil-miləli vən-nihəl, h.ş 1371, c.5, s.181
- ↑ İskafi, Əl-Meyaru vəl-muvazinətu fi fəzailil-İmam Əmiril-Muminin Əli ibn Əbi Talib, h.q 1402, s.120-198; Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.3, s.122-123; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.64-66, 73; İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, h.q 1407, c.7, s.278
- ↑ Məsudi, Murucuz-zəhəb, Beyrut, c.3, s.34
- ↑ Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, h.q 1404, s.489, 517; İbn Əbi Şeybə, Əl-Musənnəf, h.q 1409, s.735, 741; Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.3, s.122, 126, 134, 151; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.66, 72-74
- ↑ Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.3, s.126, 133; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.72-74; Məsudi, Murucuz-zəhəb, Beyrut, c.3, s.144; İbn Əsir, Əl-Kamilu fit-tarix, h.q 1385-1386, c.3, s.335
- ↑ Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.3, s.117-126, 133; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.57, 67, 71; Məsudi, Murucuz-zəhəb, Beyrut, c.3, s.145-150
- ↑ Nəhcül-bəlağə, Düzəliş: Məhəmməd Əbdəh, xütbə 35; Diynəvəri, Əl-Əxbarut-tival, m. 1960, s.206; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.77-78; Məruf, Əl-Xəvaricu fil-əsril-əməvi, h.q 1406, s.85
- ↑ Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.74-75; İbn Əsir, Əl-Kamilu fit-tarix, h.ş 1385-1386, c.3, s.335-336
- ↑ Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.5, s.169; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.80-92; Xətib Bağdadi, Tarixu Bağdad, h.q 1417, c.1, s.528
- ↑ Nəhcül-bəlağə, Düzəliş: Məhəmməd Əbdəh, xütbə 60; İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.ş 1385-1387, c.5, s.14, 73
- ↑ Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.5, s.78-79; Amili, Dirasətun və buhusun fit-tarixi vəl-İslam, h.q 1414, c.1, s.37
- ↑ Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, h.q 1404, s.491; Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.5, s.212, 417-418; Hakim Nişaburi, Əl-Mustədrək, c.2, s.147-148; Salihi Şami, Subulul-huda, h.q 1414, c.10, s.131-132
- ↑ Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, h.q 1404, s.491; İbn Makula, Əl-İkmalu fi rəfil-irtiyab, Beyrut, c.7, s.251-252; İbn Kəsir, əl-Bidayətu vən-nəhayə, h.q 1407, c.9, s.11
- ↑ Nəhcül-bəlağə, Düzəliş: Məhəmməd Əbdəh, xütbə 36, 127; İbn Teymiyyə, Məcmuul-fətava, h.q 1421, c.11, cüz 19, s.39-40; Amili, Əli (ə) vəl-xəvaric, h.q 1423, c.2, s.13, 137-141, 167-142
- ↑ Buxari, Səhih Buxari, h.q 1401, c.8, s.51; İbn Teymiyyə, Məcmuul-fətava, h.q 1421, c.8, cüz 13, s.16; Əbu Şəbab, Əl-Xəvaric: Tarixuhum, Firəquhum və əqaiduhum, h.q 1426, s.59-61; Nəccar, Əl-Xəvaric: Əqidə, Fükəra və fəlsəfə, m. 1988, s.142
- ↑ İbn Teymiyyə, Məcmuul-fətava, h.q 1421, c.16, cüz 28, s.221; Əql, Əl-Xəvaric, Əvvəlul-firəqi fit-tarixil-İslam, h.q 1419, s.32-33
- ↑ Nəhcül-Bəlağənin şərhi İbn Əbilhədid, h.q 1387, cild 4, səh.136-139, 169
- ↑ Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.3, s.145; Diynəvəri, Əl-Əxbarut-tival, m. 1960, s.207-208; Nəccar, Əl-Xəvarix: Əqidə, Fükəra və fəlsəfə, m. 1988, s.141-142; Əbu Şəbab, Əl-Xəvaric: Tarixuhum, Firəquhum və əqaiduhum, h.q 1426, s.57-59
- ↑ Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, h.q 1404, s.394; Əhməd ibn Hənbəl, Musnədul-İmam Əhməd ibn Hənbəl, Daru sadir, c.3, s.224, c.5, s.36
- ↑ Mütəhhəri, İslam və niyazhaye zəman, Sədra, c.1, s.77
- ↑ İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1387, c.1, s.121; Diynəvəri, Əxbarut-tival, m. 1960, s.202; Bağdadi, Əl-Fərqu beynəl-firəq, h.q 1367, s.45; İbn Həzm Əndəlusi, Əl-Fəslu fil-miləli vəl-əhva, h.q 1320-1317, s.204
- ↑ İbn Əsir, Əl-Kamilu fit-tarix, h.q 1385-1386, c.4, s.167; İbn Həcər Əsqəlani, Fəthul-bari: Səhih Buxarinin şərhi, h.q 1301-1300, c.13, s.251
- ↑ Fəzl ibn Şazan, Əl-İyzah, h.ş 1363, s.48; Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.7, s.144, 146; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.174, c.6, s.124
- ↑ Fəzl ibn Şazan, Əl-İyzah, h.ş 1363, s.48; Amili, Əli (ə) vəl-xəvaric, h.q 1423, c.2, s.17, 24-26, 150-152; Əbu Şəbab, Əl-Xəvaric: Tarixuhum, Firəquhum və əqaiduhum, h.q 1426, s.68-69; Nəccar, Əl-Xəvaric: Əqidə, Fükəra və fəlsəfə, m. 1988, s.143
- ↑ Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.3, s.128-129, 257-258
- ↑ Cahiz, Rəsailul-Cahiz, h.q 1384, c.1, s.41-46; Cahiz, Kitabul-həyəvan, h.q 1385-1389, c.1, s.136, 185-187; Cahiz, əl-Bəyan vət-təbyin, h.q 1367, c.1, s.128-129; İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1387, c.1, s.128; Diynəvəri, Əxbarut-tival, m. 1960, s.279; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.6, s.302; İbn Əbd Rəbbəh, Əl-Əqdul-fərid, h.q 1404, c.1, s.183; Beyhəqi, Əl-Məhasin, h.q 1380, c.1, s.217, c.2, s.391; İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, h.q 1407, c.9, s.12
- ↑ Amili, Əli (ə) vəl-xəvaric, h.q 1423, c.2, s.77-82, 152-153
- ↑ Cahiz, Kitabul-həyəvan, h.q 1385-1389, c.1, s.185-187; İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1387, c.1, s.128; Diynəvəri, Əxbarut-tival, m. 1960, s.279
- ↑ Əhməd ibn Hənbəl, Musnədul-İmam Əhməd ibn Hənbəl, Daru sadir, c.3, s.64, 197; İbn Həcər Əsqəlani, Fəthul-bari, h.q 1300-1301, c.8, s.54; Eyni, Umdətul-qari, h.q 1421, c.22, s.68, c.25, s.301-302
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1385-1387, c.8, s.123
- ↑ Mütəhhəri, Yaddaşthaye ustad Mütəhhəri, h.ş 1378, c.3, s.380
- ↑ Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.3, s.113; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.62
- ↑ Nəccar, Əl-Xəvaric: Əqidə, Fükəra və fəlsəfə, m. 1988, s.144; Əql, Əl-Xəvaric; Əvvəlul-firəqi fi tarixil-İslam, h.q 1419, s.24-25
- ↑ Əbun-Nəsir, Əl_Xəvaricu fil-İslam, m. 1949, s.41, 101-102
- ↑ Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.78; İbn Əsəm Kufi, Kitabul-futuh, h.q 1411, c.5, s.57-58
- ↑ Şeyx Mufid, Əl-İrşad, h.q 1414, c.2, s.10; Bəhauddin, kəşful-ğummə, h.q 1405, c.2, s.162
- ↑ Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.5, s.169; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.165-166; Amili, Əli (ə) vəl-xəvaric, h.q 1423, c.2, s.51; Qələmavi, ədəbul-xəvaric fil-əsril-Əməvi, m. 1945, s.150-151
- ↑ Sübhani, Buhusun fil-miləli vən-nihəl, h.ş 1371, c.5, s.158-174
- ↑ Buxari, Ət-Tarixus-səğir, h.q 1406, c.1, s.192-193; Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.5, s.360, 373; Əxbarud-dulətil-Abbasiyyə, m. 1971, s.297-300
- ↑ İbn Əsəm Kufi, Kitabul-futuh, h.q 1411, c.47, s.274; Şeyx Mufid, Əl-İxtisas, h.q 1402, s.122; Amili, Əli (ə) vəl-xəvaric, h.q 1423, c.2, s.71-76, 94-96
- ↑ Məsudi, Murucuz-zəhəb, Beyrut, c.4, s.26-27; İbn Həzm Əndəlusi, əl-Fəslu fil-miləl, h.q 1317-1320, s.386; Yaqut Həməvi, Mucəmul-üdəba, m. 1993, c.1, s.28, c.6, s.2497; İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, h.q 1407, c.10, s.30
- ↑ Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.6, s.30; Diynəvəri, Əl-Əxbarut-tival, m. 1960, s.270-277
- ↑ Amili, Dirasətun və buhusun fit-tarixi vəl-İslam, h.q 1414, c.1, s.39-40; Əxbarud-dulətil-Abbasiyyə, m. 1971, s.251; Məsudi, Murucuz-zəhəb, Beyrut, c.4, s.79-80
- ↑ İbn Furək, Mucərrədu məqalatiş-Şeyx Əbil-Həsən Əl-Əşəri, m. 1987, s.149-157
- ↑ Əbu Hatəm Razi, Kitabuz-ziynəti fil-kəlmatil-İslamiyyətil-ərəbiyyə, m. 1988, 3-cü qism, s.282; Bağdadi, Usuliddin, h.q 1346, s.332; Bağdadi, Əl-Fərqu beynəl-firəq, h.q 1367, s.73; İbn Həzm Əndəlusi, Əl-Fəslu fil-miləl, h.q 1317-1320, c.2, s.113; Nəhcül-bəlağənin şərhi, İbn Əbil-Hədid, h.q 1387-1385, c.8, s.113
- ↑ Əşəri Əl-Məqalat vəl-firəq, h.ş 1341, s.85-86; Bağdadi, Əl-Fərqu beynəl-firəq, h.q 1367, s.82-83; Şəhristani, Əl-Miləlu vən-nihəl, h.q 1415, c.1, s.140-141
- ↑ Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.334; Nəhcül-bəlağənin şərhi, İbn Əbil-Hədid, h.q 1387-1385, c.8, s.114-118; Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.334-338
- ↑ Bağdadi, Əl-Fərqu beynəl-firəq, h.q 1367, s.73; İbn Həzm Əndəlusi, əl-Fəslu fil-miləl, h.q 1317-1320, c.2, s.113; İsfərayini, Ət-Təbsiru fid-din və təmyizul-firqə, h.q 1359, s.26
- ↑ Əşəri Əl-Məqalat vəl-firəq, h.ş 1341, s.8; Nobəxti, Firəquş-şiə, h.q 1355, s.10
- ↑ Şəhristani, Əl-Miləlu vən-nihəl, h.q 1415, c.1, s.134
- ↑ Nobəxti, Firəquş-şiə, h.q 1355, s.10; İbn Həzm Əndəlusi, əl-Fəslu fil-miləl, h.q 1317-1320, c.2, s.113; Şəhristani, Əl-Miləlu vən-nihəl, h.q 1415, c.1, s.134
- ↑ Əbu Hatəm Razi, Kitabuz-ziynət, 3-cü qism, s.282; Nəhcül-bəlağənin şərhi, ibn Əbil-Hədid, h.q 1387-1385, c.2, s.272
- ↑ Şəhristani, Əl-Miləlu vən-nihəl, h.q 1415, c.1, s.140-141
- ↑ İbn Həzm Əndəlusi, əl-Fəslu fil-miləl, h.q 1317-1320, c.4, s.189
- ↑ Məruf, əl-Xəvaricu fil-əsril-əməvi, h.q 1406, s.60; Kəşşi, İxtiyaru mərifətir-rical, h.ş 1348, s.229
- ↑ Şeyx Mufid, Əl-Cəməl, h.ş 1374, s.85
- ↑ Əmin, Zuhəl-İslam, c.3, s.334-337
- ↑ İbn Nədim, Əl-Fehrest, Tehran, s.227, 290
- ↑ İbn Nədim, Əl-Fehrest, Tehran, s.290
- ↑ İbn Nədim, Əl-Fehrest, Tehran, s.227-228; Sabei, Əl-Xəvaricu, h.q 1420, s.28-39
- ↑ Tənuxi, Nişəvarul-muhazərə, h.q 1391-1393, c.3, s.291
- ↑ Məruf, əl-Xəvaricu fil-əsril-əməvi, h.q 1406, s.250-252, 256-258; Səmani, Şerul-xəvaric, m. 1974, s.10-27; Qələmavi, Ədəbul-xəvaric fil-əsril-əməvi, m. 1945, s.46-48, 50
- ↑ Məruf, əl-Xəvaricu fil-əsril-əməvi, h.q 1406, s.293-302; Xəlifətu ibn Xəyyat, Tarixu Xəlifəti ibn Xəyyat, h.q 1415, s.251-252; Cahiz, Əl-Bəyan vət-təbyin, h.q 1367, c.2, s.126-129; 310-311; Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.7, s.432-435; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.7, s.394-397
- ↑ Məruf, Qiraətun Cədidə fi məvaqifil-xəvaric, m. 1988, s.21-23; Əhməd Şəlba, Musuətut-tarixil-İslami, m. 1982, c.2, s.210-211; Əxbarud-dulətil-Abbasiyyə, h.q 1371, s.335; İbn Əbd Rəbbəh, Əl-Əqdul-fərid, h.q 1404, c.1, s.186
- ↑ Əbun-Nəsr, Əl-Xəvaricu fil-İslam, m. 1949, s.14, 21
- ↑ Cahiz, Kitabul-həyəvan, h.q 1385-1389, c.6, s.455; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.7, s.396; İbn Cəvzi, Təlbisu İblis, h.q 1407, s.106-110; Məruf, əl-Xəvaricu fil-əsril-əməvi, h.q 1406, s.60
- ↑ Məruf, əl-Xəvaricu fil-əsril-əməvi, h.q 1406, s.55
- ↑ Əbun-Nəsr, Əl-Xəvaricu fil-İslam, m. 1949, s.21-23; Əbu Zöhrə, Tarixul-məzahibil-İslamiyyə, m. 1971, c.1, s.70-71; Məruf, əl-Xəvaricu fil-əsril-əməvi, h.q 1406, s.21
- ↑ Təbəri, Tarixut-Təbəri, Beyrut, c.5, s.49; Məruf, Qiraətun Cədidə fi məvaqifil-xəvaric, m. 1988, s.25-26
- ↑ Bəlazuri, Cəməl min ənsabil-əşraf, h.q 1417, c.3, s.35-36, 56-57, 134-135; Diynəvəri, Əl-Əxbarut-tival, m. 1960, s.151-152, 164-165; Təbəri, Tarixut-Təbəri, Beyrut, c.4, s.541-542; Amili, Əli (ə) vəl-xəvaric, h.q 1423, c.1, s.134-137
- ↑ Mütəhhəri, İslam və niyazhaye zəman, Sədra, c.1, s.77
- ↑ Əbu Hatəm Razi, Kitabuz-ziynəti fil-kəlmatil-İslamiyyətil-ərəbiyyə, m. 1988, 3-cü qism, s.276; İbn Həzm Əndəlusi, Əl-Fəslu fil-miləli vəl-əhva, h.q 1320-1317, c,. s.161; Nəhcül-Bəlağənin şərhi, İbn Əbilhədid, cild 2, səh. 265-267
- ↑ Nəsuriddin Tusi, Təcridul-etiqad, h.q 1407, s.295; Əllamə Hilli, Kəşful-murad, h.q 1427, s.540; Fazil Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.ş 1380, s.372
- ↑ Nəhcül-Bəlağənin şərhi, İbn Əbilhədid, cild 8, səh. 114; Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.335; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.3, s.18
- ↑ İbn Həzm Əndəlusi, Əl-Fəslu fil-miləli vəl-əhva, h.q 1320-1317, c.3, s.235-243; Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.324-325
Ədəbiyyat
- Əbun-Nəsr, Ömər, Əl-Xəvaricu fil-İslam, Beyrut, m. 1949
- Əbu Hatəm Razi, Əhməd ibn Həmədan, Kitabuz-ziynəti fil-kəlmatil-İslamiyyətil-ərəbiyyə, Bağdad, m. 1988
- Əbu Zöhrə, Məhəmməd, Tarixul-məzahibil-İslamiyyə, Qahirə, m. 1971
- Əbu Şəbab, Əhməd Əvəz, Əl-Xəvaric: Tarixuhum, Firəquhum və əqaiduhum, Beyrut, h.q 1426
- Nəhcül-Bəlağənin şərhi İbn Əbilhədid, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Qahirə, h.q 1387
- İbn Əbi Şeybə, Abdullah ibn Məhəmməd, əl-Musənnəf, Beyrut, h.q 1409 \ m. 1989
- İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamilu fit-tarix, Beyrut, h.q 1386 \ 1385
- İbn Əsəm Kufi, Əl-Futuh, Təhqiq: Əli Şiri, Beyrut, h.q 1411 \ m. 1991
- İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Məcmuul-fətava, Təhqiq: Mustafa Əbdül-Qadir Əta, Beyrut, h.q 1421
- İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Təlbisu İblis, Beyrut, h.q 1407 \ m. 1987
- İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Fəthul-bari, Qahirə, h.q 1300-1301
- İbn Həzm Əndəlusi, Əli ibn Əhməd, Əl-Fəslu fil-miləl, Misir, h.q 1317-1320
- İbn Əbd Rəbbəh, Əhməd ibn Məhəmməd, Əl-Əqdul-fərid, Beyrut
- İbn Furək, Məhəmməd ibn Həsən, Mucərrədu məqalatiş-Şeyx Əbil-Həsən Əl-Əşəri, Beyrut, m. 1987
- İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, Qahirə, h.q 1387 \ m. 1967
- İbn Kəsir, İsmail ibn Ömər, əl-Bidayətu vən-nəhayə, Beyrut, h.q 1407
- İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb
- İbn Nədim, Məhəmməd ibn İshaq, Əl-Fehrest, Təhqiq: İbrahim Ramazan, Darul-mərifə, 2-ci çap, Tehran
- Əhməd ibn Hənbəl, Musnədul-İmam Əhməd ibn Hənbəl, Beyrut, Daru sadir
- Əxbarud-dulətil-Abbasiyyə, Təhqiq: Əbdul-Əziz Duri, Beyrut, m. 1971
- İsfərayini, Ət-Təbsiru fid-din və təmyizul-firqə, Qahirə, h.q 1359 \ m. 1940
- İskafi, Məhəmməd ibn Abdullah, Əl-Meyaru vəl-muvazinətu fi fəzailil-İmam Əmiril-Muminin Əli ibn Əbi Talib, Beyrut, h.q 1402
- Əşəri, Səd ibn Abdullah, Əl-Məqalat vəl-firəq, Təhqiq Məhəmməd Cavad Məşkur, TehraN, h.ş 1341
- Əmin, Əhməd, Zuhəl-İslam, Beyrut, Darul-kitabil-ərəbi
- Buxari, Məhəmməd ibn İsmail, Səhih Buxari, Təhqiq: Məhəmməd Zehni, İstanbul, h.q 1401
- Bağdadi, Əbdül-Qadir ibn Əta, Əl-Fərqu beynəl-firəq, Qahirə, h.q 1367
- Bağdadi, Əbdül-Qadir ibn Əta, Usuluddin, İstanbul, h.q 1346 \ m. 1928
- Bəlazuri, Cəməl min ənsabil-əşraf, Beyrut, h.q 1417 \ m. 1997
- Bəhauddin İrbili, Əli ibn İsa, Kəşful-ğummə, Beyrut, h.q 1405 \ m. 1985
- Beyhəqi, İbrahim ibn Məhəmməd, Əl-Məhasin, Təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, Qahirə, h.q 1380
- Cahiz, Əmir ibn Bəhr, Kitabul-həyəvan, Təhqiq: Əbdüs-Səlam Məhəmməd Harun, Misir, h.q 1385-1389
- Cahiz, Əmir ibn Bəhr, Əl-Bəyanu vət-təbyin, Təhqiq: Əbdüs-Səlam Məhəmməd Harun, Beyrut, h.q 1367
- Corcani, Əli ibn Məhəmməd, Şərhul-məvaqif, Təhqiq: Məhəmməd Bədruddin, Misir, h.q 1325
- Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, Əl-Mustədrək, Beyrut, Darul-mərifə
- Hümeyri, əl-Hurul-eyn, Təhqiq: Kamal Mustafa, m. 1972
- Xətib Bağdadi, Əhməd ibn Əli, Tarixu Bağdad, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1417
- Xəlifə ibn Xəyyat, Tarixu Xəlifəti ibn Xəyyat, Beyrut, h.q 1415
- Diynəvəri, Əhməd ibn Davud, Əxbarut-tival, Qahirə, m. 1960
- Sabei, Nasir, Əl-Xəvaric, Beyrut, h.q 1420 \ m. 2000
- Sübhani, Cəfər, Buhusun fil-miləl, Qum, h.ş 1371
- Səmani, Əbdül-Kərim ibn Məhəmməd, Şerul-xəvaric, Beyrut, Darus-səqafə, m.1974
- ŞəlbaŞ Əhməd, Musuətut-tarixil-İslami, Qahirə, m. 1982
- Şəhristani, Məhəmməd ibn Əbdül-Kərim, Əl-Miləlu vən-nihəl, Beyrut, Darul-mərifə, h.q 1415 \ m. 1995
- Şeyx Səduq, Məhəmməd ibn əli, Əl-Əmali, Qum, h.q 1417
- Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İxtisas, Təhqiq: Əli Əkbər Ğəffari, Beyrut, h.q 1402 \ m. 1982
- Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, əl-Cəməl, Qum, h.q 1374
- Sənani, Əbdür-Rəzzaq ibn Həmmam, Əl-Musənnəf, Beyrut, h.q 1403 \ m.1983
- Təbəri, Məhəmməd ibn Cərir, Tarixut-Təbəri, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Beyrut
- Tusi, Nəsrəddin, Təcridul-etiqad, Təhqiq: Məhəmməd Cavad Hüseyni Cəlali, Qum
- Amili, Cəfər Mürtəza, Əli (ə) vəl-xəvaric, Beyrut, h.q 1423 \ m. 1993
- Amili, Cəfər Mürtəza, Dirasətun və buhusun fit-tarixi vəl-İslam, h.q 1414
- Əql, Nasir ibn Əbdül-Kərim: Əl-Xəvaric, Riyad, h.ü 1419 \ m. 1998
- Əllamə Hilli, Həsən ibn Yusif, kəşful-murad, Təhqiq: Həsən Həsənzadə Amuli, Qum, h.q 1427
- Həzrət Əli (ə), Nəhcül-bəlağə, Təhqiq: Məhəmməd Əbdəh, Beyrut
- Əbu Şəbab, Əhməd, Əl-Xəvaric: Tarixuhum, Firəquhum və əqaiduhum, Beyrut, h.q 1426 \ m. 2005
- Fazil Miqdad, Miqdad ibn Abdullah, Əl-Ləvamiul-İlahiyyə, Təhqiq: Məhəmməd Əli Qazi Təbatəbai, Qum, h.ş 1380
- Fəzl ibn Şazan, Əl-İyzah, Tehran, h.ş 1363
- Qələmavi, Ədəbul-xəvaric fil-əsril-Əməvi, Qahirə, m. 1945
- Kəşşi, Məhəmməd ibn Ömər, İxtiyaru mrifətir-rical, Təhqiq: Həsən Müstəfəvi, Məşhəd, h.ş 1348
- Məsudi, əli ibn Həsən, Murucuz-zəhəb, Beyrut
- Mütəhhəri, Mürtəza, İslam və niyazhaye zəman, Tehran, Sədra nəşri
- Mütəhhəri, Mürtəza, Yaddaşthaye ustad Mütəhhəri, Tehran, Sədra nəşri, h.ş 1378
- Məruf, Əhməd ibn Süleyman, əl-Xəvaricu fil-əsril-əməvi, Beyrut, h.q 1406
- Müqəddəsi, Məhəmməd ibn Əhməd, Əhsənut-təqasim, Beyrut, Daru sadir,=
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374
- Nəccar, Amir, Əl-Xəvaric, Qahirə, m. 1988
- Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, Təhqiq: Əbdüs-Səlam Məhəmməd Harun, Qahirə, h.q 1404
- Nobəxti, Həsən ibn Musa, Firəquş-şiə, Təhqiq: Məhəmmə Sadiq Ali Bəhrul-ulum, Nəcəf, h.q 1355 \ m. 1936
- Yaqut Həməvi, Mucəmul-üdəba, Təhqiq: Ehsan Abbas, Beyrut, m. 1993
- Yaqut Həməvi, Mucəmul-buldan, Leipzig, m. 1873-1866