Seyid Abbas Musəvi

wikishia saytından
Seyid Abbas Musəvi
Livan Hizbullahının ikinci baş katibi
Livan Hizbullahının ikinci baş katibi
Diniİslam
MəzhəbiŞiə
Doğum günüm.1952
Doğulduğu şəhərBəəlbək bölgəsi, Nəbişeys şəhəri
Doğulduğu ölkəLivan
Həyat yoldaşının adıÜmmi Yasir - Övladları : Məhəmməd - Yasir - Hüseyn və bir qızı
ŞəhadətiTefahta şəhəri, Sionist rejim (İsrail) tərəfindən
Dəfn edildiyi yerNəbişeys şəhəri
UstadlarıSeyyid Əbül-Qasim XoiSeyyid Məhəmməd Baqir Sədr
ŞagirdləriSeyyid Həsən Nəsrullah
İxtisasıSiyasətçi və ruhani
Tutduğu vəzifəsiLivan Hizbullahının ikinci baş katibi


Seyid Abbas Musəvi (ərəbcə: السيد عباس الموسوي) Livan Hizbullahının ikinci baş katibi olub. O, fəaliyyətinin ilk illərində Fələstin qüvvələri ilə birlikdə İsraillə vuruşmuş, təhsil almaq üçün İraqa getdiyi zaman Bəəs rejiminə qarşı çıxmış, Livana qayıdanda isə Hizbullahı təsis edərək İsraillə daha ciddi döyüşə girmişdir.

O, Seyid Məhəmməd Baqir Sədrİmam Xomeyninin (r.ə) fikirlərindən təsirlənmiş və 1979-cu ildə İran səfəri zamanı İmam Xomeyni (r.ə) ilə görüşmüşdür. 1991-ci ildə Seyid Abbas Musəvi Livan Hizbullahının baş katibi kimi tanınıb və 1992-ci il fevralın 16-da sionist rejim qüvvələrinin hədəfi olub və şəhadət məqamına ucalıb.

Livan və Nəcəfdə təhsil alması

Seyid Abbas Musəvi 1952-ci ildə Livanın Bəəlbək bölgəsinin Nəbişeys şəhərində anadan olmuşdur.[1] O, 1966-cı ildə Tir şəhərində İmam Musa Sədrlə tanış oldu və onun tövsiyəsi ilə Sur elmi hövzəsinə (Məhəd Əd-Dirasatul-İslamiyyə) getdi və öz hövzə təhsilini oradan başladı.[2]

Seyid Abbas Musəvi 1967-ci ildə hövzə təhsilini davam etdirmək üçün Nəcəf şəhərinə daxil olmuş və Seyid Əbul-Qasim XoiSeyid Məhəmməd Baqir Sədrin dərslərində iştirak etmişdir.[3] Onun Seyid Məhəmməd Baqir Sədrlə geniş əlaqələri var idi və Seyid Həsən Nəsrullahın Sədrlə tanışlığı üçün hazırlıq gördü.[4][5]

Livandakı fəaliyyəti

Livanda Hizbullahın o zamankı baş katibi Seyid Həsən Nəsrullah müəllimi Seyid Abbas Musəvini belə vəsf edir:

Seyid Abbas Musəvi İraqda olduğu müddətdə İraq Bəəs rejiminə qarşı siyasi fəaliyyətinə görə hökumət tərəfindən təzyiqlərə məruz qalmış, buna görə də 1979-cu ildə Livana qayıtmışdır.[6] O, Bəəlbək şəhərində "İmam Müntəzir" adlı məktəb təsis etmişdir. Onun həyat yoldaşı da qadınların təhsil almaları üçün "Əz-Zəhra" adlı məktəb təsis etmişdir.[7] Seyid Abbas Musəvi həmçinin Livan din xadimləri arasında daha çox harmoniya yaratmaq üçün müsəlman alimlərinin toplantısını yaratdı.[8]

1982-ci ildə Livanın sionist rejim tərəfindən işğal edilməsindən sonra o, Livanın Bəqaa vadisində bir neçə livanlı gənclə bir araya gələrək sonradan Hizbullah adı ilə tanınan İsrailə qarşı döyüşmək üçün bir qrup yaratdı.[9]

Hizbullahın baş katibi

1991-ci ilin mayında Livan Hizbullahının mərkəzi şurası tərəfindən bu partiyanın ikinci baş katibi seçildi. Ondan əvvəl Sübhi Tufəyli Hizbullahın baş katibi idi.[10]

Şəhid olması

Seyid Abbas Musəvi 16 fevral 1992-ci ildə Şeyx Rağib Hərbin yubiley mərasimində iştirak etdikdən sonra və Beyruta qayıdarkən İsrailin hava hücumuna məruz qaldı və həyat yoldaşı, oğlu və uşağı ilə birlikdə şəhid oldu.[11] 2008-ci ildə onun karvanına hücum edən pilot[12] və 2012-ci ildə İsrailin "Yediot Ahronot" qəzeti onun terror edilməsinin təfərrüatlarını açıqlayıb.[13]

Bu terror hadisəsinin ardınca İran İslam Respublikasının rəhbəri Ayətullah Xamenei bir mesajında ​​Seyid Abbas Musəvini nəcabətli, cəsur, ixlaslı və zirəng bir şəxs kimi xarakterizə edib. Həmçinin onu elmi əməllə, danışığı düzlüklə, fədakarlığı zəka ilə birləşdirən bir şəxs hesab edib.[14]

Monoqrafiya

Seyid Abbas Musəvi haqqında bir çox yazılı və media əsəri hazırlanmışdır ki, bu əsərlərdən bəziləri bunlardır:

  • Qulamrza Qoli Zəvarə tərəfindən yazılmış "Şəhid Seyid Abbas Musəvinin (Livan Hizbullahının baş katibi) həyat və mübarizələri" kitabı. Bu kitabın mətni burada mövcuddur.
  • Fatimə Muslihzadə tərəfindən yazılmış "Zübərul-Hədid 2" kitabı.[15]
  • Şahid jurnallar qrupu-nun himayəsi altında "Qırmızı Zeytun" başlığı ilə şəhid Seyid Abbas Musəvi üçün aylıq xüsusi "Şəhid Yaran" jurnalı. Bu jurnalın onlayn versiyasına buradan baxa və oxuya bilərsiniz.
  • Yaxşı həyat, yaxşı ölüm sənədli filmi: İran İslam Respublikası Televiziyasının Birinci Kanalının İnqilab və Müdafiə Qrupu tərəfindən hazırlanmışdır. Bu sənədli filmə buradan baxa bilərsiniz.
  • Qalibun 2 seriyalı: Bu seriyal ilk dəfə 2013-cü ilin Ramazan ayında "Əl-Mənar" kanalında və Farsca dublyajla 2014-cü ilin Ramazan ayında İran İslam Respublikasının "İ Film" telekanalında yayımlanıb. Bu seriyalı buradan izləyə bilərsiniz.

Qalereya

İstinadlar

Ədəbiyyat