Seyid Həsən Nəsrullah
Ləqəb | Müqavimətin seyyidi |
---|---|
Dini | İslam |
Məzhəbi | Şiə |
Doğum günü | m.1960 |
Doğulduğu şəhər | Bazuriyyə bölgəsi |
Doğulduğu ölkə | Livan |
Həyat yoldaşının adı | Fatimə Yasin / Övladları: Məhəmməd Hadi - Məhəmməd Cavad - Məhəmməd Əli - Zeynəb |
Şəhadəti | 27 Sentyabr 2024 \ Beyrut |
Ustadları | Seyyid Abbas Musəvi - Seyyid Məhəmməd Baqir Sədr |
Bacarığı | Ruhani - Siyasətçi |
Fəaliyyət sahəsi | Livan Hizbullahının baş katibi |
Seyid Həsən Nəsrullah (1960-2024) şiə din xadimi və siyasətçisi, Livan Hizbullahının üçüncü baş katibi və onun qurucularından biri idi. Hizbullah onun dövründə regional gücə çevrildi. Cənubi Livanın 2000-ci ildə azad edilməsi, və 2006-cı ildə 33 günlük müharibədə qələbə, Nəsrullahın baş katibliyi dövründə əldə edilib. Bu səbəbdən də ona "Müqavimət Seyidi" adı verilmişdir. Həmçinin müqaviməti və İsrailə qarşı dəfələrlə qazandığı qələbələrə görə o, ərəb və islam dünyasının ən seimli şəxsiyyəti və ya lideri, ərəb dünyası və Yaxın Şərqin ən güclü rəhbəri kimi təqdim edilib.
Seyid Həsən Nəcəf elmi hövzəsində təhsil alıb. Nəcəfdə Seyid Məhəmməd Baqir Sədr və Seyid Abbas Musəvi ilə münasibəti onu İsrail işğalına qarşı mübarizə meydanına daxil edib.
Seyid Həsən Nəsrullah 27 sentyabr 2024-cü il cümə günü sionist rejim tərəfindən Livanın cənubundakı Dahiyyənin bombalanması nəticəsində şəhid olub. Onun şəhid edilməsinə müxtəlif reaksiyalar verilib. İranın Rəhbəri Seyid Əli Xamenei, Seyid Əli Sistani, Nasir Məkarim Şirazi, Hüseyn Nuri Həmdani kimi mərcəyi-təqlidlər və müxtəlif ölkələrin rəsmiləri və hökumətləri və HƏMAS hərəkatı, Fələstin İslami Cihad hərəkatı, Yəmən Ənsarullah hərəkatı, Fəth hərəkatı, Əsaib Əhlil-Həqq qruplaşması, Livanın Əməl hərəkatı, İraqda milli hikmət hərəkatı, İraqda Sədr hərəkatı kimi müqavimət qrupları da Seyid Həsənin şəhadəti ilə bağlı başsağlığı verən və İsrailin hücumlarını pisləyən bəyanat yayıblar. İranda beş günlük, Livan, Suriya, İraq və Yəməndə isə üç günlük ümumi matəm elan edilib.
Nəsrullah şəhadətindən əvvəl 2004, 2006 və 2011-ci illərdə də bir neçə dəfə İsrail qüvvələri tərəfindən sui-qəsdə uğramış, amma sağ qalmışdı.
Onun oğlu Seyid Məhəmməd Hadi də 1997-ci ildə İsrail qüvvələri ilə qarşıdurmada şəhid olub.
İsrailin işğalçı siyasəti ilə mübarizəsi və Müqavimət Seyidi
Livanın məşhur və məqbul simalarından olan Seyid Həsən Nəsrullah[1] 22 illik İsrail işğalından sonra 2000-ci ildə Livanın cənubunu azad etməkdə özünün və Hizbullahın oynadığı rola, eləcə də 33 günlük müharibədə qələbə qazandığına görə "Müqavimət Seyidi" ləqəbini alıb.[2]
Müqavimətinə və İsrailə qarşı dəfələrlə qalib gəldiyinə görə Nəsrullah ərəb və İslam dünyasının ən sevimli siması,[3] ərəb dünyasının ən populyar lideri[4] Yaxın Şərq və ərəb dünyasının ən şücaətli və qüdrətli rəhbəri kimi təqdim edilmişdir.[5] Onun inqilabçı sözləri və güclü şəxsiyyətini İslam və ərəb dünyasında sevimli olmasının amillərindən hesab ediblər.[6] "Euronews"-un Associated Press-dən verdiyi xəbərə görə, Nəsrullah livanlılar, ərəb və İslam dünyasında milyonlarla insan tərəfindən hörmətlə qarşılanırdı.[7]
"Euronews" Nəsrullahı İranın ən yaxın müttəfiqi və İsrailin qatı düşməni adlandırıb.[8]
Livan Hizbullahının baş katibi
Seyid Həsən Nəsrullah 16 fevral 1992-ci ildə Seyid Abbas Musəvinin şəhadətindən sonra Livan Hizbullahının üzvlərinin yekdil rəyləri ilə o partiyanın baş katibi seçildi.[9] Hizbullahın baş katibliyi vəzifəsini qəbul edəndə onun 32 yaşı var idi.[10]
Seyid Həsənin rəhbərliyi dövründə Hizbullahın regional gücə çevrildiyi deyilir.[11] Həmçinin o, sionist rejim üzərində qələbələr əldə etdi ki, bunlardan ən mühümü 2000-ci ildə Livanın cənubunun azad edilməsi, 2006-cı ildə 33 günlük müharibədə qələbə qazanılması və 2017-ci ildə terrorçu qrupların məğlubiyyətə uğradılmasıdır.[12] O, həmçinin livanlı əsirlərin azad edilməsində və müqavimət döyüşçülərinin cəsədlərinin İsraildən alılnmasında da mühüm rol oynamışdır.[13] Hizbullah, Seyid Həsənin baş katibliyi dövründə siyasi fəaliyyətə girdi və o cümlədən, onun on iki üzvü Nümayəndələr Palatasına daxil oldu.[14]
Seyid Həsən İsrailin terror etmək istədiyi şəxslərdən biri idi və deyilib ki, 2006-cı ildən[15] İsrail qüvvələrinin terror təhlükəsi səbəbindən gizli yaşayırdı.[16] Onun çıxışları da də virtual və video proyektor şəkilində keçirilirdi.[17] Nəsrullah öz çıxışlarının birində Hizbullahı Amerikanın gözündə bir tikan və İsrailin işğal planlarına böyük maneə kimi təqdim etdi.[18]
Müqavimət qrupları ilə əlaqə
Seyid Həsən Nəsrullah Livan Hizbullahının baş katibi olaraq müqavimət oxu ilə həmişə dost və yaxın münasibətlərdə olub. Onu İranın şiə liderləri və Həmas kimi Fələstin müqavimət qrupları ilə müttəfiq hesab edirdilər.[19] O, Əl-Əqsa tufanından sonra İsrailin Qəzzaya hücumları zamanı Fələstin müqavimətini dəstəkləmək və himayə etmək üçün bu müharibənin sonuna qədər davam edəcək Livanın cənubunda bir cəbhənin yaradıldığını elan etdi.[20]
Hizbullah Livan "Əməl hərəkatı" ilə də yaxşı və dostluq münasibətlərinə malikdir.[21]
İranla əlaqə
Seyid Həsən İran və onun rəhbərləri ilə yaxın və dost münasibətdə idi[22] və o, dəfələrlə İrana səfər edib, İran rəhbərləri ilə görüşüb. O, İmam Xomeyni (r.ə) ilə ilk dəfə 1982-ci ildə[23] və ya 1983-cü ildə[24] Cəmaran Hüseyniyyəsində görüşmüşdür. 1987-ci ildə də Hizbullah üzvləri ilə birlikdə onu ziyarətə getdi. Onun İmam Xomeyni (r.ə) ilə üçüncü və sonuncu görüşü İmamın vəfatından bir neçə ay əvvəl və "Əməl hərəkatı" ilə "Hizbullah" arasında münaqişə zamanı olmuşdur.[25]
Seyid Həsən Nəsrullahın özünün dediyi tərcümeyi-halında qeyd edildiyi kimi, onun Ayətullah Xamenei ilə yaxın münasibəti 1987-ci ildə başlayıb.[26] Həmçinin o, Qasım Süleymani, İranın keçmiş xarici işlər naziri Hüseyn Əmir Abdullahian kimi İranın hərbi və dövlət rəsmiləri ilə dəfələrlə görüşüb.[27]
Nəsrullah İranı öz dostu və Hizbullahın himayədarı hesab edirdi və həmçinin İranı dəstəkləyir və müdafiə edirdi.[28] O cümlədən, İsrailin 2024-cü ilin aprelində Dəməşqdəki İran konsulluğuna hücumuna cavab olaraq, o, İranın İsraili cəzalandırmaq hüququnu dəstəkləyib və İranın İsrailə qarşı cavabını qəti hesab edib.[29] O, İranla dostluq münasibətlərini şərəf hesab edirdi.[30]
2009-cu ilin noyabr ayında Həsən Nəsrullah, Hizbullahın yeni siyasi sənədini elan və təqdim etdi ki, bu sənəddə Hizbullahın İrandakı Vəliyyi Fəqihə bağlılığı və asılılığı həmin qrupun siyasətlərindən biri kimi yer alır.[31]
"Əl-Cəzirə"[32] və "Euronews"-un[33] verdiyi məlumata görə, bəzi ekspertlər və Hizbullahın müxalifləri Nəsrullah və onun partiyasını İranın Livandakı agenti və nümayəndəsi hesab edirlər.
Tərcümeyi-halı və təhsili
Livanın məşhur və məqbul simalarından olan Seyid Həsən Nəsrullah 31 avqust 1960-cı ildə[34] və ya 1962-ci ildə[35] Beyrutun şərqindəki Kərantina adlı yoxsul məhəllədə anadan olmuşdur.[36] Onun atası Seyid Əbdül-Kərim və anası Nəhdiyə Səfiyuddin[37] cənubi Livanın Sur şəhərinin ətrafında yerləşən Əl-Bazuriyyə kəndindən idilər ki, Beyruta köçmüşdülər.[38] Bəzi mənbələrdə onun Bazuriyyədə doğulduğu bildirilir.[39] Seyid Həsənin üç qardaşı və beş bacısı var[40] və yeniyetmə ikən qardaşları ilə birlikdə atasının ərzaq mağazasında işləyirdi.[41]
Nəsrullah ibtidai təhsilini Əl-Tərbəviyyə bölgəsindəki Əl-Nəcah özəl məktəbində başa vurdu və 1975-ci ilin aprelində Livanda vətəndaş müharibəsinin başlamasından sonra ailəsi ilə birlikdə atasının məmləkəti olan Bazuriyə kəndinə köçdü və orta məktəb təhsilini Sur şəhərində davam etdirdi.[42]
Seyid Həsən on altı yaşında (miladi 1976-cı ildə) Sur şəhərinin cümə imamı və Seyid Məhəmməd Baqir Sədrin dostlarından biri olan Seyid Məhəmməd Qərəvinin təşviqi ilə dini elmləri öyrənmək üçün Nəcəf şəhərinə hicrət etdi. Seyid Məhəmməd məktub vasitəsi ilə Seyid Həsəni şəhid Sədrlə tanış etdi. Şəhid Sədr də Seyid Abbas Musəvini Seyid Həsən Nəsrullahın elmi vəziyyətinə nəzarət və ehtiyaclarını təmin etmək üçün təyin etdi.[43]
Seyid Həsənin öz dediyinə görə, uşaqlıqdan elmi hövzəyə və ruhaniliyə maraq göstərmişdir. Lakin valideynləri bunun əleyhinə idilər.[44] O, 1976-cı ildə Sur şəhərinin cümə imamı və Seyid Məhəmməd Baqir Sədrin tələbələrindən olan Seyid Məhəmməd Qərəvinin təşviqi ilə dini elmlər öyrənmək üçün Nəcəf şəhərinə getdi. Seyid Məhəmməd məktub vasitəsi ilə Seyid Həsəni Şəhid Sədrlə tanış etdi. Şəhid Sədr də Seyid Abbas Musəvini Seyid Həsən Nəsrullahın elmi vəziyyətinə nəzarət etmək və ehtiyaclarını təmin etmək üçün təyin etdi.[45] 1978-ci ildə elmi hövzənin müqəddimə və hazırlıq dərslərini bitirən Seyid Həsən, iki il Nəcəfdə qaldıqdan sonra İraqın BƏƏS rejiminin təzyiqləri səbəbi ilə[46] Livana qayıtdı. O, 1979-cu ildə Bəəlbəkdə "İmam Müntəzir" məktəbini təsis etməklə elmi hövzə dərslərini davam etdirmiş və eyni zamanda dərs deməyə başlamışdır.[47]
Seyid Həsən 1989[48] və ya 1990-cı ildə[49] bir il Qum elmi hövzəsinə təhsil almaq üçün Qum şəhərinə getdi.[50] O, Seyid Mahmud Haşimi, Seyid Kazim Hairi və Məhəmməd Fazil Lənkəraninin dərslərində iştirak etdi.[51] Nəsrullahın Livana qayıtmasının səbəbinin onun Livan Hizbullahı ilə fikir ayrılığı və Hizbullahın Əməl hərəkatı ilə ixtilafının artması və rəhbərlik şurasının israr etməsi ilə bağlı şayiələr olduğunu bildiriblər.[52]
Nəsrullah təhsili ilə yanaşı, müxtəlif hərbi təlimlər və partizan kurslarını da bitirmişdir.[53]
Həyat yoldaşı və övladları
Nəsrullah 1978-ci ildə 18 yaşında Fatimə Yasinlə evləndi və bu evliliyin nəticəsində Məhəmməd Hadi, Məhəmməd Cavad və Məhəmməd Əli adlı üç oğlu və Zeynəb adlı qızı dünyaya gəldi.[54] Böyük oğlu Seyid Məhəmməd Hadi 12 sentyabr 1997-ci ildə Livanın cənubunda İsrail qüvvələri ilə qarşıdurmada şəhid oldu. Onun cəsədi sionistlərin əlinə keçdi və bir il sonra İsrail və Hizbullah arasında mübadilə əməliyyatında Livana qaytarıldı.[55]
İctimai və siyasi fəaliyyətlər
Seyid Həsən Nəsrullah həyatının ilk illərindən siyasi fəaliyyətə başlayıb. Onun siyasi fəaliyyətlərindən bəziləri bunlardır:
- O, İmam Musa Sədrə olan məhəbbətinə görə 1975-ci ildə orta məktəbi bitirdikdən sonra "Əməl hərəkatı"na qoşulmuş və qardaşı Seyid Hüseynlə birlikdə Əl-Bazuriyyə qəsəbəsində bu hərəkatın rəhbəri olmuşdur.[56]
- Seyid Həsən 1982-ci ildə "Əməl hərəkatı"nın siyasi komitəsinin üzvü oldu və Bəqaa bölgəsində bu hərəkatın siyasi məsuliyyətini öz üzərinə götürdü.[57]
- O, 1982-ci ildə Livanın sionist rejim qüvvələri tərəfindən işğalından və Əməl hərəkatının bəzi liderlərinin İsrail ilə Livan arasında sülh planından sonra Seyid Abbas Musəvi və Sübhi Tufəyli kimi bir qrup mübariz ruhani ilə birlikdə Əməl hərəkatından ayrılaraq Livan Hizbullahını təsis etdi.[58]
- Seyid Həsən 1985-ci ildə Hizbullahın Bəqaa bölgəsinə məsul və nümayəndəsi təyin edildi.[59]
- Seyid 1987-ci ildə Hizbullahın icraiyyə komitəsinin rəhbəri və partiyanın qərar qəbul edən şurasının üzvü oldu.[60]
- 1989 və 1990-cı illərdə Qumda olduğu müddətdə Seyid Həsən, Hizbullahın Tehrandakı nümayəndəsi idi və Hizbullahın İrandakı işlərini irəli aparmaqdan məsul idi.[61]
- O, 1992-ci ildə Seyid Abbas Musəvinin öldürülməsi ilə Hizbullahın baş katibi seçildi.[62]
- Seyid Həsən 1982-cı ildə dini vergiləri almaq və hisbiyyə və şəriət işlərini idarə etmək üçün İmam Xomeynidən (r.ə) icazə hökmünü aldı.[63] O, həmçinin Ayətullah Xameneinin Beyrut və Cəbəl Amuldakı nümayəndəsi və vəkili idi.[64]
Şəhid olması
Ali-rəhbər Ayətullah Xameneinin Livan Hizbullahının Baş Katibi Seyid Həsən Nəsrullahın şəhadəti münasibəti ilə mesajı: Bağışlayan və mehriban Allahın adı ilə. “Allahdan gəlmişik və ona tərəf qayıdacağıq” Əziz İran xalqı! Böyük İslam ümməti! Böyük mücahid, bölgədəki müqavimətin bayraqdarı, fəzilətli din alimi, müdrik siyasi rəhbər, cənab Seyid Həsən Nəsrullah (rahmətullahi əleyh) dünən gecə Livanda baş verən hadisələrdə şəhadət məqamına nail oldu. Müqavimətin əziz seyyidi Allah yolunda onilliklər ərzində apardığı cihadın və onun çətinliklərinin mükafatını müqəddəs bir mübarizə zamanı aldı. O, onilliklər boyu işğal olunmuş Fələstinin məzlum xalqını müdafiə etmək üçün planlar hazırladığı kimi, Beyrut ətrafında yaşayan evsizlərin, onların dağıdılmış evlərinin və yaxınlarının müdafiəsi üçün planlar hazırlayarkən şəhid oldu. Şəhidlik məqamı bu qədər mübarizədən sonra onun haqqı idi. İslam Dünyası əzəmətli şəxsiyyət, Müqavimət cəbhəsi öncül bayraqdar və Livan Hizbullahı misilsiz bir rəhbəri itirdi. Amma onun onilliklərlə cihadının və tədbirlərinin bərəkəti heç vaxt aradan getməyəcək. Digər müqavimət cəbhələrinə örnək olan onun qoyduğu bünövrə nəinki aradan getməyəcək, əksinə onun və bu hadisənin digər şəhidlərinin qanı bərəkətinə daha da möhkəmlənəcəkdir. Allahın yardımı ilə Müqavimət cəbhəsinin sionist rejimin çürümüş cəsədinə zərbələri daha ağır olacaq. Sionist rejimin şər mahiyyəti bu hadisədə qalib gəlməyib. Müqavimətin Seyyidi sadəcə bir insan deyildi, o, yol və məktəb idi, bu yol davam edəcək. Şəhid Seyid Abbas Musəvinin qanı yerdə qalmadığı kimi, Şəhid Seyid Həsənin də qanı yerdə qalmayacaq. Seyyid Əli Xamenei 28.09.2024[65]
Seyid Həsən Nəsrullah cümə günü 27 Sentyabr 2024-cü il tarixində sionist rejim tərəfindən Livanın cənubundakı şiələrin məskunlaşdığı Dahiyə bölgəsinin bombalanmasından sonra şəhid olmuşdur.[66] Bu rejimin ordusu Hizbullahın komanda mərkəzini və görüş yerini hədəf aldığını iddia etdi.[67] Bu hücumdan sonra İsrail ordusu Seyid Həsən Nəsrullah və Əli Kərəki kimi bəzi komandirlərin öldüyünü elan etdi.[68] Həmçinin Hizbullah 28 sentyabr 2024-cü il tarixində verdiyi bəyanatda Seyid Həsən Nəsrullahın şəhid olduğunu elan etdi və bunu təsdiq etdi.[69] İmam Rzanın (ə) hərəmi[70] və İmam Əlinin (ə) hərəmi[71] kimi bəzi imamların hərəmlərində ümumi şəkildə elan olundu.
Hizbullahın bəyanatında deyilir ki, "Müqavimət Seyidi, saleh bəndə Seyid Həsən Nəsrullah, əzmətli bir şəhid, igid, cəsur, müdrik, bəsirətli və mömin bir rəhbər kimi Kərbəla şəhidlərinin əbədi karvanına, Allahın rizvan və rəhmətinə qoşuldu".[72]
"Əl-Cəzirə" kanalının İsrail mediasından verdiyi məlumata görə, İsrail bu bombardmanda təxminən 85 bir və ya iki tonluq daş qıran bomba istifadə edib. Bir halda ki, Cenevrə Konvensiyası belə bombalardan istifadə etməyi qadağan edib.[73]
Xəbərlərə görə, Nəsrullahın cəsədi heç bir zərər görmədən tapılıb və onun ölüm səbəbi partlayış nəticəsində şok və ya travma[74] və ya bombardman zamanı zəhərli qazların inhalyasiyası[75] olub.
Reaksiyalar
Seyid Həsən Nəsrullahın şəhadəti çoxlu reaksiyalara səbəb olub. İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Seyid Əli Xamenei[76] və Seyid Əli Sistani,[77] Nasir Məkarim Şirazi,[78] Hüseyn Nuri Həmədani,[79] Cəfər Sübhani,[80] Seyyid Musa Şübeyri Zəncani,[81] Abdullah Cavadi Amuli,[82] Bəşir Hüseyn Nəcəfi[83], Vəhid Xorasani[84] kimi mərcəyi-təqlidlər, Qum elmi hövzələrinin müəllimlər icması[85] və Əhli-Beyt Ümumdünya Assambleyası[86] başsağlığı mesajı yayıblar.
İran, Rusiya, İraq, Yəmən,[87] Kuba,[88] Venesuela[89] kimi müxtəlif ölkələrin hökumətləri və dövlət adamları və HƏMAS hərəkatı, Fələstin İslami Cihad hərəkatı, Yəmən Ənsarullah hərəkatı, Fəth hərəkatı, Əsaib Əhlil-Həqq qrupu, Livanın Əməl Hərəkatı, İraqın milli hikmət hərəkatının lideri Seyid Əmmar Həkim, İraqdakı Sədr hərəkatının lideri Müqtəda Sədr,[90] Pakistan İslami Camaat Partiyası və Pakistanın İslam Alimləri Cəmiyyəti Partiyası[91] kimi müqavimət rupları da Seyid Həsənin şəhadəti ilə bağlı başsağlığı verib və İsrailin hücumlarını pisləyiblər.
İranda beş günlük,[92] Livanda,[93] Suriyada,[94] İraqda[95] və Yəməndə[96] üç günlük ümumi matəm elan edildi. Bazar günü İranın elmi hövzələri bağlı elan olundu. Həmçinin tələbələr və din xadimləri sionist rejimin cinayətlərini pisləmək üçün toplaşaraq yürüş etdilər.[97] İranda bütün kinoteatr və teatr salonları bağlandı.[98]
İran[99] Pakistan, Yəmən, İordaniya, Mərakeş, İordan çayının qərb sahili (Fələstin), Bəhreyn, İraq kimi müxtəlif ölkələrin insanları Seyid Həsənin terror edilməsini pisləyən və Hizbullahı dəstəkləyən mitinqlər və nümayişlər keçiriblər.[100]
İran prezidenti Məsud Pezeşkian Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı başsağlığı verib, bu terror aktının əmrinin Nyu-Yorkdan verildiyini qeyd edib və bildirib ki, Amerika sionist rejimlə həmkarlıq etməsini boynundan ata bilməz.[101]
İran İslam İnqilabı Keşikçiləri Korpusu Seyid Həsən Nəsrullah və İsmayıl Həniyənin (31 iyul 2024-cü ildə) terror edilməsinə cavab olaraq həmin il oktyabrın 1-də İsrailin hərbi və təhlükəsizlik bölgələrinə onlarla raket ataraq "Sadiq Vədə 2" əməliyyatını həyata keçirdi.[102]
Uğursuz sui-qəsdlər
Bəzi xəbər agentliklərinin verdikləri məlumata görə, Seyid Həsən Nəsrullah İsrailə qarşı qazandığı qələbələr və Hizbullahın baş katibi olduğu dövrdə Hizbullahın qüdrətə çatması və əldə etdikləri səbəbindən sionist rejim tərəfindən dəfələrlə terror edilməklə təhdid edilib.[103] Bu sui-qəsd planlarından bəziləri bunlardır:
- 2004-cü ildə: Qida zəhərlənməsi vasitəsi ilə terror edilməsi
- 2006-cı ildə: Onun yaşadığı yerin İsrail təyyarələri tərəfindən bombalanması. Həmin ildə aprel ayının 28-də məqsədləri Seyid Həsən Nəsrullahın avtomobilinə bomba atmaq olan terror qruplaşması həbs edilib və onu terror etməyə müvəffəq olmayıblar.
- 2011-ci ildə: Seyid Həsən Nəsrullahın olduğu güman edilən binanın İsrail təyyarələri tərəfindən partladılması.[104]
Seyyid Həsən Nəsrullahın hicri-qəməri təqviminin 1434-cü ilindəki çıxışından: Biz ruhumuz, canımız, övladlarımız və mallarımızla İmam Hüseynə (ə) deyirik: "Ləbbəykə Ya Hüseyn". Biz bu əhd-peyman və dəvətdən üz döndərməyəcəyik. Bütün zalımlara, təcavüzkarlara, fitnə-fəsadçılara, fürsətçilərə və bizim iradəmizi, əzmimizi və mövqeyimizi sındırmaq istəyənlərə deyirik ki, biz o İmamın (ə) övladlarıyıq, o kişilər, o qadınlar və o gənclərin qardaşlarıyıq ki, Aşura günü İmam Hüseynlə (ə) birlikdə dayandılar və İmam Hüseynin (ə) bu cümləsini Tarixə müraciət edərək dedilər ki: «هیهات منا الذلة» "Zillət bizdən uzaqdır"[105]
Onunla bağlı əsərlər
Seyid Həsən Nəsrullahın şəxsiyyəti haqqında çoxlu əsərlər, o cümlədən kitablar, filmlər, sənədli filmlər çəkilib və mahnılar oxunub. Bu əsərlərdən bəziləri bunlardır:
Kitablar
- Həmid Davudabadinin səyləri ilə yazılmış "Əziz Seyid" (Höccətül-İslam Seyid Həsən Nəsrullahın öz dili ilə dediyi tərcümeyi-halı) kitabı: Ayətullah Xamenei bu kitabın tərifində belə yazıb: "O əziz Seyidin daha çox tanınması və ehtiramına səbəb ola biləcək hər bir şey, mənim üçün yaxşı və bəyəniləndir".
- Seyid Həsən Nəsrullah: Cənublu İnqilabçı kitabı: Seyid Əhməd Rəfətin yazdığı kitabdır. Bu kitab Əsma Xacəzadə tərəfindən tərcümə edilib. O, Qumdakı Maarif nəşriyyatı tərəfindən 2015-ci ildə çap olunub.
- Müqavimət Zəburu; Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın Həyatına, Mövqelərinə və Baxışlarına Səyahət kitabı: Bu kitab Məhəmməd Hüseyn Bəzzi tərəfindən yazılmış və Mustafa Allahyarinin vasitəsi ilə tərcümə edilib. Bu kitab, ilk dəfə 2008-ci ildə İslami Təbliğat Təşkilatı tərəfindən çap edilmişdir.
- Dünyanın ən azad insanı: Bu kitab, Raşid Cəfərpur tərəfindən yazılmışdır.
- Nəsrullah: Məhəmməd Rza Zairinin Seyid Həsən Nəsrullahla müsahibəsi.
- Seyid Həsən Nəsrullahın inqilabçı rəhbərliyi: Bu kitab, Azita Bidəqi Qarabağ tərəfindən yazılmışdır.[[106]
Sənədli filmlər və musiqilər
- Xəbər kanalında yayımlanan "Seyid Həsən Nəsrullahın həyatına baxış" sənədli filmi.
- Xəbər kanalında yayımlanan "Azadlıq carçıları" (Seyid Həsən Nəsrullaha aid bölüm) sənədli filmi.
- "Nəsrullah düşmənlərin gözündə" sənədli filmi: "Əl-Mayadin" kanalı bu 50 dəqiqəlik sənədli filmi Seyid Həsən Nəsrullahın çıxışları və görüntülərdən, israilli ekspert və analitiklərin təhlilindən istifadə edərək hazırlayıb.
- "Həsənin hekayəsi" sənədli filmi: Bu sənədli film Əl-Ərəbiyyə kanalında yayımlanıb və Seyid Həsən Nəsrullahın Livanda necə güc və populyarlıq qazanmasından bəhs edir. Bu sənədli filmin "Əl-Ərəbiyyə" kanalı tərəfindən yayımlanması Seyid Həsən Nəsrullahın düşmənləri tərəfindən etirazla qarşılandı və "Əl-Ərəbiyyə" kanalının direktoru bu sənədli filmi yayımladığı üçün tutduğu vəzifədən uzaqlaşdırıldı.
- Səudiyyə mediasının "Seyid Həsən Nəsrullahın terror olunma əməliyyatından" istifadə edərək hazırladığı film
Müğənnilər tərəfindən Seyid Həsən üçün bir çox mahnı və kliplər hazırlanıb və paylanıb. Onlardan bəziləri bunlardır: Əli Nəfrinin səsi ilə "Nəsrullah" mahnısı,[107] Əli Əl-Əttarın səsi ilə ərəbcə "Ya Nəsrullah" mahnısı, Əlirza Əlizadənin səsi ilə "Biz qayıdacağıq" adlı fars dilində olan klipi,[108] Hüseyn Rzainin səsi ilə "Cəzalandırmaq vaxtı" adlı fars dilində olan klipi,[109] Ümid Mənəvinin səsi ilə fars və ərəb dillərində oxunan "Qədim aşiqlər" klipi,[110] Müctəba Minotin və Hamid Məhzərnianın səsləri ilə iki dildə (fars və ərəb) olan "Dəmeşq xanımının əmanətdarı" adlı musiqili video,[111] "Ya Seyyidi" klipi və Bəssam Şəmsin səsi ilə "Lis-Seyyidi Rəbbi yəhmiihi" mahnısı, livanlı xristian müğənni Culiya Butrosun (2006) səsi ilə "Əhibbai" mahnısı, livanlı müğənni Əla Zəlzalinin (2007) səsi ilə "Ya Nəsrəllah" mahnısı.[112]
İstinadlar
- ↑ Nuri, Şieyane Lubnan, h.ş 1389, s.172
- ↑ حسن نصر الله.. خریج الحوزات الذی یقود حزب الله اللبنانی, ƏL-Cəzirə kanalı
- ↑ روزنامه آلمانی: سید حسن نصرالله محبوبترین شخصیت جهان عرب و اسلام است, irna.ir sayytı
- ↑ نصرالله محبوبترین رهبر جهان عرب, jamejamonline.ir saytı
- ↑ محافل صهیونیست: نصرالله با شهامتترین رهبر جهان عرب است, irna.ir saytı
- ↑ حسن نصر الله.. خریج الحوزات الذی یقود حزب الله اللبنانی, aljazeera.net saytı
- ↑ «حسن نصرالله نزدیکترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟», euronews.com saytı
- ↑ «حسن نصرالله نزدیکترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟», euronews.com saytı
- ↑ الأمین العام لحزب الله السید حسن نصرالله, alkhanadeq.org saytı; «سید حسن نصرالله: سمبل مقاومت, irdiplomacy.ir saytı
- ↑ «سید حسن نصرالله: سمبل مقاومت, irdiplomacy.ir saytı
- ↑ سید حسن نصرالله به شهادت رسید, isna.ir saytı; «حسن نصرالله نزدیکترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟, euronews.com saytı
- ↑ الأمین العام لحزب الله السید حسن نصرالله; alkhanadeq.org saytı
- ↑ «الأمین العام لحزب الله السید حسن نصرالله», alkhanadeq.org saytı
- ↑ حزب الله و سید حسن از جنگهای داخلی تا جنگ ۳۳ روزه, imam-sadr.com saytı
- ↑ «"معاریف" تکشف فی تقریر حول وحدة حمایة نصرالله تفاصیل محاولات اغتیاله», elnashra.com saytı
- ↑ «سید حسن نصرالله: من سخنگوی ایران نیستم», entekhab.ir saytı; «حسن نصرالله نزدیکترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟», euronews.com saytı
- ↑ «نگاهی به سه دهه سکانداری نصرالله در حزبالله/ سید حسن؛ چریک معمم», khabaronline.ir saytı
- ↑ «سید حسن نصرالله: من سخنگوی ایران نیستم», entekhab.ir saytı
- ↑ «حسن نصرالله نزدیکترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟», euronews.com saytı
- ↑ «حسن نصر الله.. قائد جعل من حزب الله قوة إقليمية», aljazeera.net saytı
- ↑ «سید حسن نصرالله: من سخنگوی ایران نیستم», entekhab.ir saytı
- ↑ Baxın: «حسن نصرالله نزدیکترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟», euronews.com saytı
- ↑ «سید حسن نصرالله»
- ↑ Davudabadi, Seyyide əziz, s.41
- ↑ Davudabadi, Seyyide əziz, s.41-42
- ↑ Davudabadi, Seyyide əziz, s.44
- ↑ «حسن نصرالله نزدیکترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟», euronews.com saytı
- ↑ «سید حسن نصرالله: من سخنگوی ایران نیستم», entekhab.ir saytı
- ↑ «حسن نصرالله نزدیکترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟», euronews.com saytı
- ↑ «سید حسن نصرالله: من سخنگوی ایران نیستم», entekhab.ir saytı
- ↑ «حسن نصر الله.. قائد جعل من حزب الله قوة إقليمية», aljazeera.net saytı
- ↑ «حسن نصر الله.. قائد جعل من حزب الله قوة إقليمية», aljazeera.net saytı
- ↑ «حسن نصرالله نزدیکترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟», euronews.com saytı
- ↑ حسن نصر الله.. خریج الحوزات الذی یقود حزب الله اللبنانی, aljazeera.net saytı
- ↑ Davudabadi, Seyyide əziz, s.11
- ↑ Davudabadi, Seyyide əziz, s.11
- ↑ «حسن نصر الله.. قائد جعل من حزب الله قوة إقليمية», aljazeera.net saytı
- ↑ «سید حسن نصرالله; «سید حسن نصرالله رهبر و الگوی جهان عرب», irna.ir saytı
- ↑ «حسن نصر الله.. قائد جعل من حزب الله قوة إقليمية», aljazeera.net saytı; «سید حسن نصرالله: سمبل مقاومت»
- ↑ «حسن نصر الله.. قائد جعل من حزب الله قوة إقليمية», aljazeera.net saytı
- ↑ «زندگینامه: سید حسن نصرالله», hamshahrionline.ir
- ↑ «حزب الله و سید حسن از جنگهای داخلی تا جنگ ۳۳ روزه, imam-sadr.com saytı
- ↑ حزب الله و سید حسن از جنگهای داخلی تا جنگ ۳۳ روزه, imam-sadr.com saytı
- ↑ Davudabadi, Seyyide əziz, s.14-19
- ↑ «حزب الله و سید حسن از جنگهای داخلی تا جنگ ۳۳ روزه», imam-sadr.com saytı
- ↑ «حزب الله و سید حسن از جنگهای داخلی تا جنگ ۳۳ روزه», imam-sadr.com saytı
- ↑ «سید حسن نصرالله»; «زندگینامه: سید حسن نصرالله», hamshahrionline.ir saytı
- ↑ Nuri, Şieyane Lubnan, h.ş 1389, s.144
- ↑ Davudabadi, Seyyide əziz, s.34
- ↑ Nuri, Şieyane Lubnan, h.ş 1389, s.144; «حسن نصر الله.. قائد جعل من حزب الله قوة إقليمية», aljazeera.net saytı
- ↑ Davudabadi, Seyyide əziz, s.34
- ↑ «حزب الله و سید حسن از جنگهای داخلی تا جنگ ۳۳ روزه», imam-sadr.com saytı
- ↑ «زندگینامه سراسر مبارزه و مجاهدت شهید سید حسن نصرالله», alalam.ir saytı
- ↑ «سید حسن نصرالله»
- ↑ «سید هادی نصرالله که بود؟», qodsna.com saytı
- ↑ «حزب الله و سید حسن از جنگهای داخلی تا جنگ ۳۳ روزه», imam-sadr.com saytı
- ↑ «حزب الله و سید حسن از جنگهای داخلی تا جنگ ۳۳ روزه, imam-sadr.com saytı
- ↑ «حزب الله و سید حسن از جنگهای داخلی تا جنگ ۳۳ روزه», imam-sadr.com saytı
- ↑ «حزب الله و سید حسن از جنگهای داخلی تا جنگ ۳۳ روزه», imam-sadr.com saytı
- ↑ «سید حسن نصرالله رهبر و الگوی جهان عرب», irna.ir saytı
- ↑ Davudabadi, Seyyide əziz, s.34
- ↑ «سید حسن نصرالله رهبر و الگوی جهان عرب», irna.ir saytı
- ↑ Xomeyni? Səhifeye İmam, h.ş 1389, c.15, s.338
- ↑ Davudabadi, Seyyide əziz, h.ş 1391, s.34
- ↑ «پیام تسلیت به مناسبت شهادت جناب سید حسن نصرالله رضوان الله علیه دبیر کل شهید حزبالله لبنان», khamenei.ir saytı
- ↑ «حسن نصر الله.. قائد جعل من حزب الله قوة إقليمية», aljazeera.net saytı
- ↑ «انفجارهای مهیب در بیروت؛ اسرائیل: مقر فرماندهی مرکزی حزبالله را هدف گرفتیم», euronews.com saytı
- ↑ «الحرب على غزة مباشر.. الجیش الإسرائیلی یعلن مقتل نصر الله وقادة بحزب الله», aljazeera.net saytı
- ↑ «شهادة الأمين العام لحزب الله سماحة السيد حسن نصرالله, almanar.com saytı
- ↑ «لحظه اعلام خبر شهادت سید حسن نصرالله در حرم مطهر رضوی», mehrnews.com saytı
- ↑ «لحظه اعلام شهادت شهید نصرالله در حرم امام علی(ع)», khabaronline.ir saytı
- ↑ «شهادة الأمين العام لحزب الله سماحة السيد حسن نصرالله», almanar.com saytı
- ↑ «A closer look at type of weaponry believed to have been used in Beirut attack», aljazeera.com saytı
- ↑ «کانال 12 اسرائیل: نصرالله بر اثر خفگی در محل بدون تهویه کشته شد», farsi.alarabiya.net saytı; «جزئیات تازه از ترور دبیرکل حزبالله لبنان», donya-e-eqtesad.com saytı
- ↑ «مادهای که به موقعیتیابی شهید سید نصرالله کمک کرد», alalam.ir saytı; «ادعای تازه اسرائیل درباره جزئیات ترور سید حسن نصرالله», tabnak.ir saytı
- ↑ پیام تسلیت به مناسبت شهادت جناب سید حسن نصرالله رضوان الله علیه دبیر کل شهید حزبالله لبنان, khamenei.ir saytı
- ↑ «واکنشهای منطقهای و بینالمللی به شهادت دبیرکل حزبالله لبنان», mehrnews.com saytı
- ↑ آیتالله مکارم شیرازی: امت اسلامی مجاهدتهای شهید سید حسن نصرالله را فراموش نمیکند», irna.ir saytı
- ↑ پیام آیتالله نوری همدانی در پی شهادت سید حسن نصرالله, irna.ir saytı
- ↑ «آیتالله سبحانی شهادت سید مقاومت را تسلیت گفت», isna.ir saytı
- ↑ «پیام تسلیت آیتالله العظمی شبیری زنجانی در پی شهادت سید حسن نصرالله», hawzahnews.com saytı
- ↑ «آیت الله جوادی آملی شهادت سید حسن نصرالله را تسلیت گفت», irna.ir saytı
- ↑ «آیتالله العظمی بشیر نجفی: آزادگان جهان بدانند که خون این سید مجاهد به هدر نخواهد رفت», hawzahnews.com saytı
- ↑ تسلیت آیتالله العظمی وحید خراسانی به مناسبت شهادت سید مقاومت, hawzahnews.com saytı
- ↑ «جامعه مدرسین حوزه علمیه قم درپی شهادت سید حسن نصرالله: جهان جز با نابودی اسرائیل و آمریکا روی صلح و آسایش را نخواهد دید», shafaqna.com saytı
- ↑ «بیانیه مجمع جهانی اهلبیت(ع) در پی شهادت دبیرکل حزبالله لبنان», abna24.com saytı
- ↑ «واکنشهای منطقهای و بینالمللی به شهادت دبیرکل حزبالله لبنان», mehrnews.com saytı
- ↑ «کوبا: ترور ناجوانمردانه دبیرکل حزبالله را به شدت محکوم میکنیم», alalam.ir saytı
- ↑ «ادامه محکومیت جهانی ترور شهید سید حسن نصرالله (۱)», iribnews.ir saytı
- ↑ «واکنش مقاومت به شهادت سید حسن نصرالله», Cavan jurnalistlər toplusu
- ↑ «محکومیت جهانی ترور شهید سید حسن نصرالله», iribnews.ir saytı
- ↑ «پیام تسلیت به مناسبت شهادت جناب سید حسن نصرالله رضوان الله علیه دبیر کل شهید حزبالله لبنان», khamenei.ir saytı
- ↑ «اعلام ۳ روز عزای عمومی در لبنان», alalam.ir saytı
- ↑ «واکنشهای منطقهای و بینالمللی به شهادت دبیرکل حزبالله لبنان», mehrnews.com saytı
- ↑ «واکنش مقاومت به شهادت سید حسن نصرالله», Cavan jurnalistlər toplusu
- ↑ «واکنش مقاومت به شهادت سید حسن نصرالله», Cavan jurnalistlər toplusu
- ↑ «راهپیمایی و خروش حوزویان و ملت داغدار قم در روز یکشنبه», hawzahnews.com saytı
- ↑ «سینماها و تئاترها تا اطلاع ثانوی تعطیل شدند», isna.ir saytı
- ↑ «مردم شهرهای مختلف در سوگ شهید راه قدس/ ایران یک صدا در حمایت از لبنان و فلسطین», mashreghnews.ir
- ↑ Baxın: «ادامه محکومیت جهانی ترور شهید سید حسن نصرالله (۱)», iribnews.ir saytı; «ادامه محکومیت جهانی ترور شهید سید حسن نصرالله (۲)», iribnews.ir saytı; «تظاهرات مردم رامالله، عمان و مغرب در محکومیت ترور سید مقاومت لبنان», alalam.ir saytı
- ↑ «پیام دکتر پزشکیان در پی شهادت سید حسن نصرالله», president.ir saytı
- ↑ «سپاه: در پاسخ به شهادت هنیه، نصرالله و سرلشکر نیلفروشان قلب اراضی اشغالی هدف قرار گرفت», irna.ir saytı
- ↑ «ترورهای نافرجام سید», hamshahrionline.ir saytı
- ↑ «"معاریف" تکشف فی تقریر حول وحدة حمایة نصرالله تفاصیل محاولات اغتیاله», elnashra.com saytı
- ↑ «سخنرانی سید حسن نصرالله، دبیر کل حزب الله لبنان، در روز عاشورا ۱۴۳۴», moqawama.ir saytı
- ↑ کتابهایی برای معرفی «سید مقاومت», tasnimnews.com saytı
- ↑ «نصرالله», iranseda.ir saytı
- ↑ «معرفی نغمههایی که به افتخار سید شهید حزب الله تولید شدند», mehrnews.com saytı
- ↑ «انتشار نماهنگ وقت مجازات در پی شهادت سید حسن نصرالله», isna.ir saytı
- ↑ «انتشار نماهنگ «عاشقان قدیمی» به مناسبت شهادت سید حسن نصرالله +فیلم», irna.ir saytı
- ↑ «نماهنگ امانندار بانوی دمشق (سید حسن نصرالله)», aparat.com saytı
- ↑ «سید حسن نصرالله که بود؟», jamaran.news saytı
Ədəbiyyat
- Davudabadi, Həmid, Seyyide əziz, Tehran, Ya Zəhra (s) nəşriyyatı, 1-ci çap, h.ş 1391
- Nuri, Davud, Şieyane Lubnan, Qum, Şie şenasi nəşriyyatı, 1-ci çap, h.ş 1389
- «آیتالله العظمی بشیر نجفی: آزادگان جهان بدانند که خون این سید مجاهد به هدر نخواهد رفت» hawzahnews.com saytı
- «آیت الله جوادی آملی شهادت سید حسن نصرالله را تسلیت گفت» irna.ir saytı
- «آیتالله سبحانی شهادت سید مقاومت را تسلیت گفت» irna.ir saytı
- «آیتالله مکارم شیرازی: امت اسلامی مجاهدتهای شهید سید حسن نصرالله را فراموش نمیکند» irna.ir saytı
- «ادامه محکومیت جهانی ترور شهید سید حسن نصرالله (۱)» iribnews.ir saytı
- «ادامه محکومیت جهانی ترور شهید سید حسن نصرالله (۲)» iribnews.ir saytı
- «اعلام ۳ روز عزای عمومی در لبنان» alalam.ir saytı
- «انفجارهای مهیب در بیروت؛ اسرائیل: مقر فرماندهی مرکزی حزبالله را هدف گرفتیم» euronews.com saytı
- «الأمین العام لحزب الله السید حسن نصرالله» alkhanadeq.org saytı
- «بمباران شدید و پیاپی بیروت/ارتش اسرائیل: هدف، مرکز فرماندهی اصلی حزب الله بود» irna.ir saytı
- «بیانیه مجمع جهانی اهلبیت(ع) در پی شهادت دبیرکل حزبالله لبنان», abna24.com saytı
- «پیام تسلیت آیتالله العظمی شبیری زنجانی در پی شهادت سید حسن نصرالله» hawzahnews.com saytı
- «تحلیلگر روس: پاسخ ایران به اسرائیل، قانونی و مشروع بود» irna.ir saytı
- «تسلیت آیتالله العظمی وحید خراسانی به مناسبت شهادت سید مقاومت» hawzahnews.com saytı
- «پیام آیتالله نوری همدانی در پی شهادت سید حسن نصرالله» irna.ir saytı
- «پیام تسلیت به مناسبت شهادت جناب سید حسن نصرالله رضوان الله علیه دبیر کل شهید حزبالله لبنان» khamenei.ir saytı
- «پیام دکتر پزشکیان در پی شهادت سید حسن نصرالله» president.ir saytı
- «تظاهرات مردم رامالله، عمان و مغرب در محکومیت ترور سید مقاومت لبنان» alalam.ir saytı
- «جامعه مدرسین حوزه علمیه قم درپی شهادت سید حسن نصرالله: جهان جز با نابودی اسرائیل و آمریکا روی صلح و آسایش را نخواهد دید» shafaqna.com saytı
- «الحرب على غزة مباشر.. الجیش الإسرائیلی یعلن مقتل نصر الله وقادة بحزب الله» aljazeera.net saytı
- «حسن نصرالله نزدیکترین متحد ایران و دشمن سرسخت اسرائیل که بود؟» euronews.com saytı
- «حسن نصر الله.. قائد جعل من حزب الله قوة إقليمية» aljazeera.net saytı
- «حزب الله و سید حسن از جنگهای داخلی تا جنگ ۳۳ روزه» imam-sadr.com saytı
- «راهپیمایی و خروش حوزویان و ملت داغدار قم در روز یکشنبه» hawzahnews.com saytı
- «روزنامه آلمانی: سید حسن نصرالله محبوبترین شخصیت جهان عرب و اسلام است» irna.ir saytı
- «زندگینامه: سید حسن نصرالله» hamshahrionline.ir saytı
- «سید هادی نصرالله که بود؟» qodsna.com saytı
- «سید حسن نصرالله: سمبل مقاومت» irdiplomacy.ir saytı
- «سید حسن نصرالله که بود؟» jamaran.news saytı
- «سید حسن نصرالله: من سخنگوی ایران نیستم» entekhab.ir saytı
- «سینماها و تئاترها تا اطلاع ثانوی تعطیل شدند» irna.ir saytı
- «شهادة الأمين العام لحزب الله سماحة السيد حسن نصرالله» almanar.com saytı
- «کتابهایی برای معرفی «سید مقاومت»» tasnimnews.com saytı
- «کوبا: ترور ناجوانمردانه دبیرکل حزبالله را به شدت محکوم میکنیم» alalam.ir saytı
- «محکومیت جهانی ترور شهید سید حسن نصرالله» iribnews.ir saytı
- «مردم شهرهای مختلف در سوگ شهید راه قدس/ ایران یک صدا در حمایت از لبنان و فلسطین» mashreghnews.ir saytı
- «"معاریف" تکشف فی تقریر حول وحدة حمایة نصرالله تفاصیل محاولات اغتیاله» elnashra.com saytı
- «واکنش مقاومت به شهادت سید حسن نصرالله»
- «واکنشهای منطقهای و بینالمللی به شهادت دبیرکل حزبالله لبنان» mehrnews.com saytı
- «نگاهی به سه دهه سکانداری نصرالله در حزبالله/ سید حسن؛ چریک معمم» khabaronline.ir saytı
- «A closer look at type of weaponry believed to have been used in Beirut attack»، Al Jazeera Media Network, Accessed: 2024/09/29.