Siyanətu Maşitə
Məşhur qohumlar | Firon ailəsindən olan möminin (həyat yoldaşı) |
---|---|
Doğum günü | Fironun dövründə |
Doğulduğu yer | Misir |
Vəfatı | Allaha iman gətirdiyinə görə Firon tərəfindən oğlu ilə birlikdə öldürülüb |
Peşə | Fironun qızının bəzəkçisi |
Əlaqəli | Elə bir xanımlardandır ki, İmam Zamanın (ə.f) zühurundan sonra rəcət edəcək |
Siyanətu Maşitə, (ərəbcə: صيانة الماشطة) Hizqilin (Firon ailəsindən olan möminin) həyat yoldaşı olub və Allaha iman gətirdiyi üçün Firon tərəfindən övladları ilə birlikdə öldürülüb. Rəvayətlərə görə, o, İmam Zaman (ə.f) zühur etdikdən sonra rəcət edəcək (öldükdən sonra dünyaya geri qayıdacaq) qadınlardandır.
Bəzi rəvayətlərə əsasən, Hizqilin həyat yoldaşı Siyanətu Maşitə adı ilə tanınırdı və Fironun qızının bərbəri idi. Bir gün Siyanə Fironun qızının saçlarını darayarkən Allahın adını çəkdi. Fironun qızı bu barədə atasına xəbər verdi və bildirdi ki, Siyanə Allaha iman gətirib və Fironu tanrı saymır. Bunun üzərinə Firon onun övladlarını gözləri önündə misdən hazırlanmış təndirdə yandırdı. Lakin Siyanə imanından dönmədi. Daha sonra Firon onu da yandırdı.[1]
Rəvayətlərdə Siyanə Maşitə və onun övladlarının məqamı haqqında belə deyilir:
- Həzrət Peyğəmbər (s) merac zamanı gözəl bir qoxu hiss etdi. Cəbrayıl dedi ki, bu ətir Siyanə və onun övladlarının külündən gəlir.[2]
- Siyanə İmam Zaman (ə.f) zühur etdikdə rəcət edəcək qadınlardandır və yaralıları müalicə edəcək.[3]
- İbn Abbasın rəvayətinə görə, bu ailənin sonuncu övladı beşikdə danışan dörd uşaqdan biridir. Firon onu yandırmaq istəyəndə uşaq anasına dedi: "Ana! Səbir et, çünki sən haqq üzərəsən".[4]
İstinadlar
- ↑ Cəzairi, Ən-Nurul-mubin, h.q 1404, s.260; Məclisi, Biharul-ənvar, h.ş 1362, c.13, s.163; Məclisi, Həyatul-qulub, h.ş 1384, c.1, s.243
- ↑ Məclisi, Biharul-ənvar, h.ş 1362, c.13, s.163
- ↑ Təbəri, Dəlailul-imamə, h.q 1383, s.260; Məhəllati, Rəyahinuş-şəriə, Darul-kutubil-İslamiyyə, c.5, s.41
- ↑ Sələbi, Qisəsul-ənbiya, h.q 1414, s.188
Ədəbiyyat
- Sələbi, Qisəsul-ənbiya, Beyrut, h.q 1414
- Cəzairi, Nemətullah, Ən-Nurul-mubin fi qisəsil-ənbiya vəl-mürsəlin, h.q 1404
- Təbəri, Məhəmməd ibn Cərir, Dəlailul-imamə, Qum, h.q 1383
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Darul-kutubil-İslamiyyə, Tehran, h.ş 1362
- Məclisi, Məhəmməd Baqir, Həyatul-qulub, Qum, Sərvər, h.ş 1384
- Məhəllati, Zəbiyhullah, Rəyahinuş-şəriə, Darul-kutubil-İslamiyyə, Tehran