Məzmuna keç

Mükəlləf olma yaşı

wikishia saytından
(Təklif yaşı səhifəsindən istiqamətləndirilmişdir)

Mükəlləf olma yaşı (ərəbcə: سن التكليف) şəri baxımdan elə bir xüsusi dövrə işarə edir ki, həmin vaxtdan etibarən insana dini vəzifələri yerinə yetirmək vacib olur və ilahi hədlər (şəriətin təyin etdiyi cəzalar) onun barəsində tətbiq olunur.[1]

Şiə fəqihlərinin məşhur rəyinə görə, oğlanlarda mükəlləf olma yaşı on beş hicri qəməri ili tamam olanda (təqribən 14 il 6 ay 12 gün şəmsi ilə), qızlarda isə doqquz hicri qəməri ili tamam olanda (təqribən 8 il 8 ay 20 gün şəmsi ilə) başlayır.[2] Bu baxış məsum imamlardan (ə) nəql olunmuş rəvayətlərə əsaslanır.[3]

Qızların mükəlləf olma yaşı barəsində müxtəlif fikirlər söylənilmişdir[4] ki, bu da əsasən rəvayətlərdəki ixtilafdan qaynaqlanır.[5] Hicri şəmsi təqvimi ilə 14-cü əsrin şiə fəqihlərindən Məhəmməd İshaq Fəyyaz[6] və Yusif Sanei[7] qızların mükəlləf olma yaşını on üç il hesab etmişlər. Onların ən mühüm dəlili Əmmar Sabatinin İmam Sadiqdən (ə) nəql etdiyi rəvayətdir.[8] Bu rəvayətdə həm oğlanların, həm də qızların mükəlləf olma yaşı on üç il göstərilmişdir.[9]

Bəzi digər fəqihlər isə rəvayətlər arasındakı fərqləri cəm etmək üçün müxtəlif dini vəzifələr arasında fərq qoymuşlar.[10] Məsələn, Feyz Kaşani (vəf. 1091 h.q.) qızların mükəlləf olma yaşını fərdi işlərdə, məsələn, namaz və orucda 13 yaş, hədlərin (cəza hökmlərinin) icrasında 9 yaş, itq (azad etmə) və vəsiyyət kimi məsələlərdə isə 10 yaş olaraq qəbul etmişdir.[11]

Mükəlləf olma yaşı məsələsi bilavasitə həddi-buluğla (yetkinliklə) əlaqəlidir və fiqhin müxtəlif növlərində mükəlləf olmanın şərtlərindən biri kimi müzakirə olunmuşdur.[12] Fəqihlər mükəlləf olma yaşına çatmağı həddi-buluğun meyarlarından biri sayırlar.[13]

İstinadlar

  1. ↑ Rəcai, Əl-Məsailul-fiqhiyyə, h.q 1421, s.166; Kuleyni, Əl-Kafi, h.q 1407, c.7, s.197-198
  2. ↑ Nümunə üçün baxın: Bəhrani, Əl-Hədaiqun-nazirə, h.ş 1363, c.20, s.348
  3. ↑ Rəcai, Əl-Məsailul-fiqhiyyə, h.q 1421, s.159
  4. ↑ Nümunə üçün baxın: Feyz Kaşani, Məfatihuş-şəraye, c.1, s.14
  5. ↑ Nümunə üçün baxın: Burucerdi, Cameu əhadisiş-şiə, h.q 1415, c.1, s.353 və c.20, s.181-182; Nur Mofidi, Bərresiye fiqhi buluğe doxtəran, h.ş 1395, s.201
  6. ↑ «تغییر فتوای یکی از مراجع تقلید درباره سن تکلیف دختران», Hövzənin rəsmi internet adresi
  7. ↑ Sanei, Buluğe doxtəran, h.ş 1386, s.35-36
  8. ↑ Rəcai, Əl-Məsailul-fiqhiyyə, h.q 1421, s.168
  9. ↑ Burucerdi, Cameu əhadisiş-şiə, h.q 1415, c.1, s.353
  10. ↑ Nur Mofidi, Bərresiye fiqhi buluğe doxtəran, h.ş 1395, s.252-253
  11. ↑ Feyz Kaşani, Məfatihuş-şəraye, c.1, s.14
  12. ↑ Cənnati, Nəzəriyyeye təhəvvole şəriət ba təhəvvole zəman, Dər kitabe buluğe doxtəran (Mehdi Mehrizinin səyi ilə), h.ş 1376, s.269
  13. ↑ Şeyx Tusi, Əl-Məbsutu fi fiqhil-İmamiyyə, h.q 1387, c.2, s.283; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.26, s.42

Ədəbiyyat

  • Bəhrani, Yusif, Əl-Hədaiqun-nazirə fi əhkamil-itrətit-tahirə, Qum, İslami nəşr müəssisəsi, h.ş 1363
  • Burucerdi, Seyid Hüseyn, Cameu əhadisiş-şiə, Qum, Mehr nəşri, h.q 1415
  • «تغییر فتوای یکی از مراجع تقلید درباره سن تکلیف دختران», Hövzənin rəsmi internet adresi
  • Cənnati, Məhəmməd İbrahim, Nəzəriyyeye təhəvvole şəriət ba təhəvvole zəman, Dər kitabe buluğe doxtəran (Mehdi Mehrizinin səyi ilə), Qum, h.ş 1376
  • Rəcai, Seyid Məhəmməd, Əl-Məsailul-fiqhiyyə, Qum, Elmiyyə nəşriyyatı, 1-ci çap, h.q 1421
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsutu fi fiqhil-İmamiyyə, Düzəliş: Məhəmməd Baqir Mehbudi, Tehran, Əl-Məktəbətul-Mürtəzəviyyə, 3-cü çap, h.q 1387
  • Sanei, Yusif, Buluğe doxtəran, Qum, Meyzəm Təmmar, h.ş 1386
  • Feyz Kaşani, Məhəmməd ibn Şah Mürtəza, Məfatihuş-şəraye, Təhqiq: Seyid Mehdi Rəcai, Mərəşi Nəcəfi adına kitabxana, h.q 1401
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, Daru ihyai turasil-ərəbi, h.ş 1362
  • Nur Mofidi, Seyid Müctəba, Bərresiye fiqhi buluğe doxtəran, Qum, Mərkəze fiqhi əimmeye əthar (ə), h.ş 1395