Mütəhhirat

wikishia saytından
(Təmizləyicilər səhifəsindən yönləndirilmişdir)


Mütəhhirat (ərəbcə: المطهرات) təmizləyicilər deməkdir. Bu fiqh terminidir və murdarlığı aradan qaldıran şeylər üçün işlədilir. Mütəhhiratın müxtəlif növləri var və onların hər biri fiqh kitablarında qeyd olunan şərtlərə uyğun olaraq nəcisləri pak edir.

Mütəhhirətlərdən bəziləri bunlardır: su, torpaq, günəş, istihalə (nəcis şeyin mahiyyətinin dəyişməsi), inqilab (şərabın sirkəyə çevrilməsi), intiqal, İslama gəlmək, təbəiyyət və nəcasəti tamamilə aradan qaldırmaq.

Fiqhi tərifi

Mütəhhirat fiqhi tərifə görə təmizliyi təmin edən şeylər deməkdir.[1] Mütəhhiratın müxtəlif növləri var və bəzilərinə görə, fəqihlər bunu iyirmiyə qədər saymışlar.[2]

Mütəhhiratın növləri

“Tövzihül-məsail” kitablarında paklayıcıların növləri belə təsvir edilmişdir: su, torpaq, günəş, istihalə, inqilab, intiqal, islam gətirmək, təbəiyyət, nəcasəti tamamilə aradan qaldırmaq, müsəlmanın ğeyb olması, üzüm şirəsinin üçdə ikisinin azalması, normal şəkildə kəsərək heyvandan çıxan qan, nəcis yeyən heyvanın istibrası.[3]

Paklayıcıların qaydaları

Hər bir mütəhhiratın özünə məxsun hökümləri vardır və müəyyən şərtlər daxilində nəcis olanı təmizləyir. Aşağıda hökümlərin bəzi müddəalarına nümunələr verilmişdir:

Su

Əsas məqalə: Su

Su istənilən nəcasəti təmizləyir;[4] Lakin onun təmiz olması, əlavə vəya muzaf olmaması, nəcasətin yuyulduqdan sonra tamamilə çıxarılması və suyun özünün nəcis olmaması şərtlərinə bağlıdır.[5]

Suyun müxtəlif növləri vardır, məsələn, (maye və şəffaf olması ilə yanaşı) axar, kürr və bəzi müddəaları bir-birindən fərqlidir.[6]

Torpaq

Torpağın özü pak və quru olmalı, bu halda ayaq altı kimi əşyaları təmizləyir; qeyd olunan əşyaların üzərində yerimək, sürtünmə və s. bir şərtlə ki, nəcasət yerimək və ya sürtmək vasitəsilə tamamilə məhv olsun.[7]

Günəş

Günəşi, torpağı, binaları və binada istifadə olunan qapı-pəncərə kimi əşyaları altı şəraitdə təmizləyir.[8]

İstihalə və İnqilab

İstihalə natəmiz bir şeyin mahiyyətinin başqa bir şeyə çevrilməsidir; məsələn, odun külə və ya tüstüyə çevrildikdə.[9] İnqilab fiqhdə bu mənada işlənir məsələn, şərabın sirkəyə çevrilməsi.[10] Bəzi fiqh alimləri inqilabı istihalənin bir növ kimi qəbul etmişlər.[11]

Üzüm suyunun üçdə iksinin azalması

Fiqh alimləri üzüm suyunu qaynadıb içməyi haram hesab edirlər. Digərləri bunu nəcis adlandırırlar.[12] Hər halda üzüm şirəsi üçdə ikisi azalacaq şəkildə qaynadılırsa, təmizlənir və içilməsi caizdir; lakin sərxoş edici olmamaq şərti ilə.[13]

İntiqal

İntiqal, bir insanın və ya heyvanın qanının başqa bir heyvanın təmiz qanı olan bədənə daxil olması və bu qanın həmin heyvanın qanı kimi qəbul edilməsidir. Bu halda, bu qan artıq təmizdir; Məsələn, ağcaqanad insanı dişləyəndə insan qanı onun bədəninin bir hissəsinə çevrilirsə ağcaqanad atıcı qanı olmadığı üçün onun bədənində pak hesab olunur.[14]

İslama giriş

Kafir İslamı qəbul etməklə pak olur.[15]

Təbəiyyət

Təbəiyyət, bir şeyin nəcis bir şeyə tabe olması və onun paklanması ilə paklanmağı deməkdir. Məsələn, kafir müsəlman olarsa, övladı atasının təbəiyyət edərək pak olar. Necə ki, şərab sirkəyə çevrildiyi zaman içindəki qab da pak olur.[16]

Nəcisin izaləsi

Nəcasətin aradan qaldırılması, bir şeydən nəcasətin tamamilə çıxarılması deməkdir. Bəzi hallarda nəcislərin çıxarılması paklanmanı təmin edir. Məsələn, heyvanın bədəni nəcis olarsa, nəcasəti aradan qaldırmaqla paklanır. İnsanın ağzı və burnu da belədir və nəcis olarsa, nəcasəti aradan qaldırmaq kifayətdir və yuyulmağa ehtiyac yoxdur.[17]

Nəcasət yeyən heyvanların istibrası

İnsanın nəcasətini yeməyə öyrəşmiş halal ətli heyvanın sidiyi və nəcisi nəcisdir və paklanması üçün istibra olması lazımdır. Bunun üçün, bir müddət nəcasət yeməyə qoymurlar. Bu dövr müxtəlif heyvanlarda fərqlidir.[18]

Müsəlmanın yoxluğu

Əgər müsəlmanın bədəni və ya paltarı və ya ixtiyarında olan hər hansı bir şey nəcis olsa və bir müddət biz onu görməsək, daha sonra gördükdə onu təmizlədiyini ehtimal veririksə, niyyətimizi onların pakladığına qoyub o əşyaların pak olması fikrində qalmaqdır.[19]

Əlaqəli məqalə

Heyvanın “şəri kəsimindən” sonra və “mütəarəf” (adəti üzrə) olduğu qədər qanın çıxması

Halal ətli heyvanın “şəri kəsiməindən” sonra və “mütəarəf” (adətən nəqədər çıxmalıdırsa) olduğu qədər kəsilən heyvandan qan çıxdıqdan sonra, heyvanın bədənində qalan qan pakdır.[20]

İstinadlar

  1. Meşkini, Mustələhatul-fiqh, h.ş 1392, s.528
  2. Dairətul-məarif fiqhe İslami müəssisəsi, Fəhənge fiqh, h.ş 1387, c.5, s.239
  3. Bəni Haşim Xomeyni, Tozihul-məsaile Mərace, h.ş 1381, c.1, s.99
  4. Xomeyni, Təhrirul-vəsilə, h.ş 1392, c.1, s.132
  5. Bəni Haşim Xomeyni, Tozihul-məsail Mərace, h.ş 1381, c.1, s.99
  6. Xomeyni, Təhrirul-vəsilə, h.ş 1392, c.1, s.132-133
  7. Bəni Haşim Xomeyni, Tozihul-məsail Mərace, h.ş 1381, c.1, s.114
  8. Bəni Haşim Xomeyni, Tozihul-məsail Mərace, h.ş 1381, c.1, s.99
  9. Meşkini, Mustələhatul-fiqh, h.ş 1392, s.70
  10. Dairətul-məarif fiqhe İslami müəssisəsi, Fərhənge fiqh, h.ş 1387, c.1, s.742
  11. Dairətul-məarif fiqhe İslami müəssisəsi, Fərhənge fiqh, h.ş 1387, c.1, s.742
  12. Bəni Haşim Xomeyni, Tozihul-məsail Mərace, h.ş 1381, c.1, s.122
  13. Bəni Haşim Xomeyni, Tozihul-məsail Mərace, h.ş 1381, c.1, s.122
  14. Bəni Haşim Xomeyni, Tozihul-məsail Mərace, h.ş 1381, c.1, s.125
  15. Bəni Haşim Xomeyni, Tozihul-məsail Mərace, h.ş 1381, c.1, s.126
  16. Bəni Haşim Xomeyni, Tozihul-məsail Mərace, h.ş 1381, c.1, s.127
  17. Bəni Haşim Xomeyni, Tozihul-məsail Mərace, h.ş 1381, c.1, s.129
  18. Bəni Haşim Xomeyni, Tozihul-məsail Mərace, h.ş 1381, c.1, s.131
  19. Bəni Haşim Xomeyni, Tozihul-məsail Mərace, h.ş 1381, c.1, s.132
  20. Yəzdi, Ürvətül-vüsqa, h.q 1409, c.1, s.146

Ədəbiyyat

  • Bəni Haşim Xomeyni, Seyyid Məhəmməd Həsən, Tozihul-məsail mərace, Qum, Dəftəre enteşarate İslami came Mudərrisin Hoze elmiyye Qum, h.ş 1381
  • Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Muəssise tənzim və nəşr asare İmam Xomeyni, h. 1392
  • Meşkini Ərdəbili, Əli, Mustələhatul-fiqh, Qum, Darul-hədis, h.ş 1392
  • Dairətul-məarif fiqhe İslami müəssisəsi, Fərhənge fiqh mutabiq ba məzhəbe Əhli-Beyt (ə), h.ş 1387
  • Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, Beyrut, 2-ci çap, h.q 1409