Əti halal heyvan

wikishia saytından
(Əti halal olan heyvan səhifəsindən yönləndirilmişdir)


Əti halal olan heyvan (Ərəbcə: اللحوم المحللة) o heyvandır ki, fiqhə əsasən, ətinin yeyilməsi icazəlidir. Üç növ quru, su və quşlardan olan heyvanların hər birində əti halal olan heyvanlar var. Əti halal olan heyvanların ətinin halal olmasının şərti şəriətə uyğun kəsilməsidir. Fəqihlərin fətvalarına əsasən, heyvan şəriətə uyğun kəsilsə belə, onun qan, dalaq, erkək heyvanın cinsiyyət orqanı və ya erkəklik yumurtaları, (xayalar) kimi bəzi hissələrini yemək haramdır.

Fəqihlərin fətvasına əsasən, atıcı qanı olan və şəriət qaydalarına uyğun kəsilmədən ölmüş halal ətli heyvanların dərisindən istifadə etmək olmaz.

Tərif

Fiqhdə heyvanlar əti halal olan və əti haram olan heyvanlara bölünür.[1] Əti halal olan heyvanlar, heyvanın şəriət qaydalarına uyğun kəsildikdən sonra ətlərinin yeyilməsinə icazə verilən heyvanlardır.[2]

Fiqh kitablarında təharət,[3] namaz,[4] ov[5] və "zibh" (kəsim)[6] kimi fiqhi fəsillərdə halal ətli heyvanların hökmlərindən bəhs edilir.

Halal ətli heyvanlar

Şiə fiqhinə görə, üç növ quru heyvanları, dəniz heyvanları və quşlar arasında aşağıdakı heyvanlar halal ətli sayılırlar:

  • Quru heyvanları: Qoyun, keçi, inək, dəvə, ceyran, maral, zebra və dağ keçisi kimi heyvanlar halal sayılır[7] At, qatır və ulağın da əti halaldır; Lakin onların ətini yemək məkruhdur.[8]
  • Dəniz heyvanları: pullu balıqlar və krevetlər halal sayılır. Suda yaşayan digər heyvanların əti isə haramdır.[9]
  • Quşlar: Çinədanı ya mədə ya ayağının arxasında buynuzu və ya tez-tez qanad çalması kimi dörd xüsusiyyətdən birinə sahib olan quşların ətləri halaldır.[10] Toyuq, hinduşka, sərçə, göyərçin, ördək, kəklik, tovuzquşu, bülbül və dəvəquşu kimi quşların əti halaldır.[11] Hüdhüd[12] və qaranquş da halaldır, lakin onları yemək məkruhdur.[13]

Halal ətli heyvanların haram hissələri

Fəqihlər halal ətli heyvanların şəriət qaydalarına uyğun kəsilsə belə, bəzi hissələrini yeməyi haram biliblər.[14] Qan, dalaq, erkək heyvanın cinsiyyət orqanı və ya erkəklik yumurtaları, (xayalar) kimi bəzi hissələrini yemək haramdır.[15]

Namazda dəridən istifadənin hökmü

Fəqihlərin fətvasına əsasən, atıcı qanı olan və şəriət qaydalarına uyğun kəsilmədən ölmüş halal ətli heyvanların dərisindən istifadə etmək olmaz. Əlbəttə, əgər müsəlman bazarında satılırsa, bu onların şəriət qaydalarına uyğun kəsilməsindən xəbər verir. Artıq bu sahədə araşdırma aparmağa ehtiyac yoxdur.[16]

Halal ətli heyvanların kəsilməsinə nəzarət

İranda və bəzi digər İslam ölkələrində istifadə olunan ətlərin halal olmasını yoxlamaq üçün halal heyvanların kəsilməsi və ovlanması üzrə mütəxəssislər halal ətli heyvanların kəsilməsi və ovlanması prosesinə nəzarət edirlər.[17] İranda kəsim və ovçuluğa şəriət nəzarəti haqqında qanun 2008-ci ildə İslam Şurası tərəfindən qəbul edilmişdir.[18]

Əlaqədar məqalə

İstinadlar

  1. Muəssisəye dayrətul-məarif fiqh mutabiqe Əhle-Beyt (ə), h.ş 1387, c.3, s.408
  2. Muəssisəye dayrətul-məarif fiqh mutabiqe Əhle-Beyt (ə), h.ş 1387, c.2, s.426
  3. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.5, s.287
  4. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.236
  5. Səbzəvari, Muhəzzəbul-əhkam, h.q 1413, c.23, s.29
  6. Səbzəvari, Muhəzzəbul-əhkam, h.q 1413, c.8, s.258
  7. Muəssiseye dayrətul-məarif fiqhe farsi, h.ş 1387, c.3, s.408
  8. İmam Xomeyni, Risalə Tozihul məsail, h.q 1426, s.555
  9. Muəssiseye dayrətul-məarif fiqhe farsi, h.ş 1387, c.3, s.408
  10. Muəssiseye dayrətul-məarif fiqhe farsi, h.ş 1387, c.2, s.255-256
  11. İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1425, c.3, s.275-279
  12. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.36, s. 310
  13. İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1425, s.3, s.275
  14. Muəssiseye dayrətul-məarif fiqhe farsi, h.ş 1387, c.2, s.255
  15. Nəcəfi, Cəvahirul-kəlam, c.36, s.342
  16. بنی‌هاشمی خمینی، توضیح المسائل مراجع، مسئله ۸۸ Ənhar portalı, Bəni Haşim Xomeyni, Tozihe məsaile Mərace, məsələ 88
  17. «اجرای قانون ذبح شرعی در ۵۷ کشور اسلامی»hakimemehr saytı, İcraye qanune zibhe şəri dər 57 keşvəre İslami
  18. «قانون نظارت شرعی بر ذبح و صید» İslam Şurası Araşdırma Mərkəzi.

Ədəbiyyat

Xarici keçid