Eyni-nəcis
- Bu məqalə eyni-nəcis haqqındadır. Nəcasət anlayışını öyrənmək üçün Murdar məqaləsinə baxın.
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Eyni-nəcis (murdarın özü) - (ərəbcə: عين النجاسة) zat etibarilə (təbiəti etibarilə, mahiyyətcə) murdar olan şeydir. İslama görə, paklanması mümkün deyil. Şiə fəqihlərinə görə, özü murdar olan şey pak bir şeyə toxunsa və onlardan biri islaq olsa, o şey də murdar olur. İslama görə, qan, sidik, nəcis, sperma, leş, it, donuz, kafir, şərab və pivə murdardır.
Konseptologiya
Əksər fəqihlərin fikrincə, özü murdar olan şeylər təbiətcə murdardır və İslama görə, paklanması mümkün deyil.[1]
Şiə fiqhində on şey təbiətcə murdar hesab olunur ki, onlara “əyani-nəcis” (murdarı özləri) və ya “nəcasət” (murdarlar) deyilir. Buraya aşağıdakılar daxildir: qan, sidik, nəcis, sperma, leş, it, donuz, kafir, şərab və pivə (arpa suyu).[2] Buna baxmayaraq, hicri 5-ci əsrin böyük şiə fəqihlərindən olan Seyyid Mürtəza hesab edirdi ki, it və donuzun ruhsuz hissələri həm ruhsuz olduğu, həm də bir sıra faydaları olduğu üçün pakdır.[3] Bəzi təqlid mərcələri “murdar yeyən dəvənin təri”ni də murdarlar sırasına daxil ediblər.[4]
Hökmlər
Şiə fiqhində murdarlar haqqında bir sıra hökmlər var ki, onların bəzilərini diqqətinizə çatdırırıq:
- Əgər özü murdar olan bir şey pak bir şeyə toxunsa, pak şey də murdar olur.[5] Ona “mütənəccis” (murdarlanmış) deyilir. Əlbəttə, murdarlığın ötürülməsi o şərtlə baş verir ki, hər ikisi (pak və murdar) və ya onlardan biri islaq olsun.[6] Feyzi-Kaşaniyə isnad edilir ki, murdarlanmış şeydən murdarın özü (sudan istifadə etmədən, məsələn, dəsmalla silmək kimi vasitələrdən istifadə etməklə) aradan qaldırılsa, onun murdarlığı digər islaq şeyə keçmir.[7]
- Murdarın özünü məscidə aparmaq məscidə hörmətsizlik olarsa, haramdır.[8]
- Murdarın özünü yemək haramdır.[9]
- Murdarın özü ilə təmasa girən suyun iyi, ya rəngi, ya da dadı dəyişsə, kür (çox) və axar su olsa belə murdardır.[10]
- Bütün dəstəmaz və qüsl üzvlərini murdarın özündən təmizləmək vacibdir.[11] Dəstəmazda onu öncə və ya yuyanda, yaxud da məsh edəndə təmizləmək olar.[12] İrtimasi qüsldə isə qüsldən qabaq təmizləmək lazımdır.[13]
- Əgər bədən və ya paltar dirhəmdən az miqdarda (şəhadət barmağının baş oynağı böyüklüyündə) özü murdar olan qana bulaşsa, onunla namaz qılmaq düzgündür.[14]
Əlaqəli məqalə
İstinadlar
- ↑ Ğədiri, Əl-Qamusul-cami lil-mustələhatil-fiqhiyyə, h.q 1418, s.576; Muğniyyə, Fiqhul-İmamis-Sadiq (ə), h.q 1414, c.1, s.41
- ↑ Bəni Haşim Xomeyni, Risalə Tozihul-məsaile Mərace, h.ş 1385, c.1, s.64
- ↑ Seyyid Mürtəza, Əl-Məsailun-Nasiriyyat, h.q 1417, s.100
- ↑ Bəni Haşim Xomeyni, Risalə Tozihul-məsaile Mərace, h.ş 1385, c.1, s.64
- ↑ Təbatəbai Həkim, Mustəmsəkul-urvətil-vusqa, h.q 1384, c.1, s.479; Musəvi Xəlxali, Fiqhuş-şiə, c.3, s.354
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsaile Mərace, h.ş 1385, s.85; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.6, s.202
- ↑ Təbatəbai Həkim, Mustəmsəkul-urvətil-vüsqa, h.q 1384, c.1, s.479; Musəvi Xəlxali, Fihuş-şiə, c.3, s.354
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.14, s.97
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsaile Mərace, h.ş 1385, s.91
- ↑ Bəhrani, Əl-Hədaiqun-Nazirə, c.1, s.197-202
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.3, s.101; Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, Əl-Məktəbətul-elmiyyətil-İslamiyyə, c.1, s.169
- ↑ Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, Əl-Məktəbətul-elmiyyətil-İslamiyyə, c.1, s.169
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.3, s.101-102
- ↑ Şəhid Sani, Ər-ruzətul-bəhiyyə, h.q 1410, c.1, s.289
Ədəbiyyat
- Bəni Haşim Xomeyni, Muhəmməd Həsən, Tozihul-məsaile Mərace: Mutabiq ba fətavaye sizdəh nəfər əz mərace muəzzəme təqlid, Qum, Dəftəre enteşarate İslami, h.ş 1385
- Seyyid Mürtəza, Əli ibn Hüseyn, Əl-Məsailun-Nasiriyyat, Tehran, 1-ci çap, h.q 1417
- Şəhid Sani, Zeynud-din ibn Nurəddin Əli, Ər-ruzətul-bəhiyyəti fi şərhil-lumətid-Dəməşqiyyə, Qum, h.q 1410
- Təbatəbai Yəzdi, Seyyid Muhəmməd Kazim, Əl-Urvətul-Vüsqa, Məktəbətu Ayətullahul-üzma Seyyid Əs-Sistani
- Təbatəbai Həkim, Seyyid Möhsin, Mustəmsəkul-ürvətul-vüsqa, Beyrut, Daru ehyait-terasil-ərəbi, h.q 1384
- Ğədiri, Abdullah İsa İbrahim, Əl-Qamus, Beyrut, h.q 1418
- Muğniyyə, Muhəmməd Cavad, Fiqhul-İmamis-Sadiq (ə), Qum, Ənsariyan muəssisəsi, h.q 1414
- Nəcəfi, Muhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, Daru ehyait-terasil-ərəbi, 7-ci çap, h.ş 1362