Vacib sədəqə

wikishia saytından


Vacib sədəqə (ərəbcə: الصدقة الواجبة) - İslam dininin, malın zəkatı, fitrə zəkatı və kəffarələr kimi insanın malı haqqında olan vacib göstərişlərinə deyilir. Vacib sədəqənin fiqhdə müstəqil başlığı yoxdur və onun nümunələrinindən hər biri ayrı-ayrı müzakirə edilir. Bəzi fəqihlərin nəzərinə əsasən vacib sədəqə haqqında ümumi höküm budur ki, müstəhəb sədəqənin əksinə olaraq onun aşkar şəkildə ödənilməsi daha yaxşıdır.

Vacib sədəqənin tərifi

İnsanın öz malını Allaha xatir digərinin ixtiyarına verməsinə sədəqə deyilir.[1] Sədəqə müstəhəb və vacib olmaqla iki növə ayrılır. İnsanın öz malının Allaha xatir başqasına hədiyyə etməsi və ya bağışlaması müstəhəb sədəqələrdən sayılır. Vacib sədəqə də malın zəkatı, fitrə zəkatı və kəffarələr kimi yerlərdən ibarətdir və ödənilməsi vacibdir.[2]

Hökümləri

Fiqh kitablarında vacib sədəqələrdən hər birinin özünə məxsus hökümləri vardır və onların hökümləri ayrı olaraq araşdırılır. Misal üçün, malın zəkatının, fitrə zəkatının və kəffarələrin hər birinin fiqhdə müstəqil başlığı vardır və onlar müstəqil fəsillərdə müzakirə edilir.[3] Bununla yanaşı, bəzi fiqhi yazılarda vacib sədəqə haqqında ümumi olaraq da danışılmışdır. Misal üçün, Şeyx Məhəmməd Həsən Nəcəfi (h.q 1202-1266) Cəvahirul-Kəlam kitabının bir hissəsində “vəqfsədəqə” başlığı altında vacib sədəqə haqqında bir fiqhi məsələni müzakirə etmişdir. Həmin məsələ budur ki, bəzi fəqihlər bir hədisə istinad etməklə, gizlində ödənilməsi bəyənilən müstəhəb sədəqənin əksinə olaraq vacib sədəqənin aşkarda ödənilməsinin daha yaxşı olduğunu qeyd etmişdir.[4] Amma bəzi fəqihlər hər bir sədəqənin - istər vacib olsun istərsə də müstəhəb - gizlində verilməsinin daha yaxşı olduğunu demişdir.[5] H.q 11-ci əsrin fəqihlərindən olan Molla Saleh Mazandarani ikinci nəzərin dəlili olaraq qeyd etmişdir ki, sədəqənin gizlin formada verilməsi bizi riyadan qoruyur.[6]

İstinadlar

  1. Məri, Əl-Qamusul-fiqhi, s.124; Muruc, Estelahate fiqhi, h.ş 1379, s.309-310
  2. Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1392, c.5 s.65
  3. Xoyi, Musuətul-İmam Xoyi, h.q 1418, c.23, s.2, c.24, s.360, c.21, s.305; Kaşiful-ğita, Ənvarul-fəqahət, h.q 1422, c.3, s.1, 125, c.4, s.25
  4. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.28, s.132
  5. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.28, s.132
  6. Mazandarani, Şərhul-kafi, h.ş 1342, c.6, s.219

Ədəbiyyat

  • Xoyi, Seyyid Əbül-Qasim, Musuətul-İmam Xoyi, Qum, Muəssisətu ehyai asaril-İmam Xoyi, 1-ci çap, h.q 1418
  • Kaşiful-ğita, Həsən, Ənvarul-fəqahət, Nəcəf, Kaşiful-ğita müəssisəsi, h.q 1422
  • Mazandarani, Məhəmməd Salih, Şərhul-kafi, Tehran, Əl-Məktəbətul-İslamiyyə lin-nəşri vət-tozih, h.ş 1342
  • Məri, Hüseyn, Əl-Qamusul-fiqhi, Beyrut, Darul-müctəba, h.q 1413
  • Muruc, Hüseyn, Estelahate fiqhi, Qum, h.ş 1379
  • Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, 1-ci çap, h.ş 1392
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Düzəliş: Abbas Quçani və Əli Axundi, Beyrut, 7-ci çap, h.q 1404