Zeynul-Abidin

wikishia saytından
(Zeynul-Abidin ləqəbi səhifəsindən yönləndirilmişdir)

Zeynul-Abidin (ərəbcə: زين العابدين) ibadət edənlərin zinəti mənasını verir. O, şiələrin dördüncü imamı İmam Səccadın (ə) məşhur ləqəblərindəndir.

İmam Səccadın (ə) zahidlik və ibadətlərinin çoxluğuna görə Zeynul-Abidin ləqəbini aldığını bildiriblər.[1] Sünni fəqih və mühəddis Malik ibn Ənəsdən rəvayət edilmişdir ki, o, gecə-gündüz min rükət namaz qılmış və ibadətlərinə görə ona Zeynul-Abidin ləqəbi verilmişdir.[2] Həmçinin hədis mənbələrində o Həzrətdən Səyyidul-Abidin kimi də yad edilmişdir.[3] Bildirilib ki, İslam tarixində Əli ibn Hüseyndən (ə) başqa heç kəsə Zeynul-Abidin ləqəbi verilməyib.[4]

"İləluş-Şərayi" kitabında nəql olunan bir rəvayətə əsasən Hicri-qəməri təqviminin ikinci əsrindən İmam Səccaddan (ə) bu ləqəblə yad edilmişdir.[5]

Sünni fəqih və mühəddisi İbn Şəhab Zöhri nə vaxt Əli ibn Hüseyndən (ə) bir rəvayət nəql etsə, ondan Zeynul-Abidin ləqəbi ilə yad edirdi. Süfyan ibn Uyəynə (107-198 hicri) soruşdu ki, niyə o Həzrəti Zeynul-Abidin deyə çağırırsan? Cavabında Zöhri Peyğəmbərdən (s) bir rəvayətə işarə etdi ki, Qiyamət günü bir carçı Zeynul-Abidin haradadır deyə səslənəndə, elə bil oğlum Əli ibn Hüseyni (ə) cərgələrin arasından addım atıb gəldiyini görürəm.[6]

"Kəşfül-Ğummə" kitabında sənədi qeyd etmədən dördüncü imamın "Zeynul-Abidin" ləqəbi ilə adlandırılması haqqında gəlib ki, bir gecə ibadət mehrabında təhəccüd edərkən, onu üç dəfə çağıran bir səs eşitdi: أنْتَ زَینُ الْعابدین "Sən ibadət edənlərin zinətisən". Bundan sonra o Həzrət, xalq arasında bu adla tanındı.[7]

Əlaqəli məqalələr

İstinadlar

  1. Qərəşi, Həyatul-İmami Zeynul-abidin, h.q 1409, c.1, s.145-146
  2. Zəhəbi, Əl-İbər, c.1, s.83
  3. Nümunə üçün baxın: Səduq, İləluş-şəraye, h.ş 1385, c.1, s.132
  4. Qərəşi, Həyatul-İmami Zeynul-abidin, h.q 1409, c.1, s.187
  5. Səduq, İləluş-şəraye, h.ş 1385, c.1, s.229-230
  6. Səduq, İləluş-şəraye, h.ş 1385, c.1, s.229-230
  7. İrbili, Kəşful-ğummə, h.q 1421, c.2, s.619

Ədəbiyyat

  • İrbili, Əli ibn İsa, Kəşful-ğummə, h.q 1421
  • Zəhəbi, Məhəmməd ibn Əhməd, Əl-İbər, Beyrut, Darul-kutubil-elmiyyə
  • Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye, Qum, h.ş 1385
  • Qərəşi, Baqir Şərif, Həyatul-İmami Zeynul-abidin, Beyrut, h.q 1409