Zus-Səfinat

wikishia saytından
(Zul-Səfinat səhifəsindən yönləndirilmişdir)
Zus-Səfinat sözünün yazılış forması, Rəssam: Muhəmməd Əl-Məşrvafi, h.q 1439[1]


Zus-Səfinat (ərəbcə: ذوالثَّفِنات), alnında qabarı olmaq mənasındadır. Alnı ibadətdən qabar bağlamış namaz qılan deməkdir. Bu, şiələrin dördüncü İmamı İmam Səccadın (ə) ləqəblərindəndir.

Çox səcdə etdiyinə görə alnında[2] və ya səcdənin digər yerlərində iz qaldığı üçün İmam Səccad (ə) "Zul-Səfinat"[3] adlanırdı. Çünki dəvənin dizləri kimi onun səcdə yerləri qabar bağlamışdı.[4] "Səfinə" sözü dəvənini dizi və sinəsinin qabar bağlaması mənasındadır.[5]

Biharul-ənvar”da nəql olunan rivayətə əsasən, İmam Səccadın (ə) səcdə yerlərindəki qabarlar onun çox namaz qılmasına görə olmuşdur.[6] Qəməri təqvimi ilə üçüncü əsrin tarixçisi Yəqubiyə görə Əli ibn Hüseyn (ə) hər gün 1000 rükət namaz qılırdı.[7] Həmçinin İmam Muhəmməd Baqirdən (ə) “İləluş-Şəraye” kitabında nəql olunan rivayətə əsasən, dördüncü imam ildə iki dəfə bədəninin qabarlarını kəsirdi.[8] Çünki səcdə zamanı onun alnının yerə çatmasına mane olurdular.[9] O, qabarları yığardı və şəhid olanda onlarla birlikdə dəfn edildi.[10]

Həmçinin Xəvaricin rəhbərlərindən olan Abdullah ibn Vəhhab Rasibi[11] və Əli ibn Abdullah ibn Abbas[12] da "Zul-Səfinat" adı ilə də tanınırdılar.[13]

Əlaqəli məqalə

İstinadlar

  1. «ذوالثفنات»Muhəmməd Əl-Məşrvafinin Pinterstdə səhifəsi
  2. Yəqubi, Tarixul-Yəqubi, Daru Sadir, c.2, s.303
  3. Səduq, İləluş-şəraye, h.q1385, c.1, s.233
  4. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.480
  5. İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, c.13, s.78
  6. Məclisi, Biharul-ənvar, h.q 1404, c.46, s.61
  7. Yəqubi, Tarixul-Yəqubi, Daru Sadir, c.2, s.303
  8. Səduq, İləluş-şəraye, h.q1385, c.1, s.233
  9. Xəsibi, Əl-hidayətul-kubra, h.q 1419, s.214
  10. Məclisi, Biharul-ənvar, h.q 1404, c.46, s.61
  11. Bəlazuri, Ənsabul-əşraf, h.q 1394, c.2, s.360, Təbəri, Tarixul-uməm vəl-muluk, h.q 1387, c.5, s.75
  12. Bəlazuri, Ənsabul-əşraf, h.q 1387, c.4, s.71
  13. İbn Əbil-Hədid, Şərhe Nəhcül-bəlağə, h.q 1404, c.10, s.79, Mədrəs Təbrizi, Reyhanətul-ədəb, h.ş 1369, c.1, s.255

Ədəbiyyat

  • İbn Mənzur, Muhəmməd ibn Mukrim, Lisanul-ərəb, Təhqiq: Əhməd Fars, Beyrut, Darul-fikr, h.q 1414
  • İbn Əbil-Hədid, Şərhe Nəhcül-bəlağə, Qum, Enteşarate ketabxane Ayətullah Mərəşi, h.q 1404
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf (c.2), Təhqiq: Muhəmməd Baqir Məhmudi, Beyrut, Muəssisətul-ələmi lil-mətbuat, h.q 1394, m. 1974
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf (c.2), Təhqiq:Əbdul-əziz Dəvri, Cəmiyyətul-mustəşriqinəl-əlmaniyyə, h.q 1398, m. 1978
  • Xəsibi, Hüseyn ibn Həmədan, Əl-hidayətul-kubra, Beyrut, əl-bəlağ, h.q 1419
  • «ذو الثفنات» Muhəmməd Əl-məşrvafinin pinterstdə səhifəsi, h.ş 1401, 27 xordad
  • Səduq, Muhəmməd ibn Əli, İləluş-şəraye, Təhqiq: Seyyid Muhəmməd Sadiq Bəhrul-ulum, Nəcəf, Mənşurətul-məktəbətil-heydəriyyə, h.q 1385, m. 1966
  • Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, bi-əlamil-huda, Qum, Muəssisətu Alil-Beyt (ə), h.q 1417
  • Təbəri, Muhəmməd ibn Cərir, Tarixul-uməm vəl-muluk, Təhqiq: Muhəmməd Əbulfəzl İbrahim, Beyrut, Darut-teras, h.q 1387
  • Məclisi, Muhəmməd Baqir, Biharul-Ənvar, Beyrut, Muəssisətul-vifa h.q 1404
  • Mudərris Təbrizi, Mirza Muhəmməd Əli, Reyhanətul-ədəb, Tehran, Enteşarate Xəyyam, h.ş 1369
  • Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-yaqubi, Beyrut, Daru Sədr