Məzmuna keç

Ümmü Əsləm (Sahibətül-Həsat)

wikishia saytından

Ümmü Əsləm (Sahibətül-Həsat)  (1-ci hicri əsrdə vəfat edib), "Sahibətül-Həsat" (çınqıl daşlar sahibi) ləqəbi ilə tanınan üç qadından biridir. Ümmü Ğanim, Ümmü Əsləm və Hubabə Valibiyə bu ləqəblə məşhurdurlar. Onların bu ləqəblə adlandırılmasının səbəbi budur ki, imamlar tərəfindən onların hər üçü üçün imamların haqq və imam təyin olunması mövzusunda çınqıl daşların şəhadət verdiyini bildirən rəvayətlər mövcuddur.[1]

Ümmü Əsləm haqqında yalnız Kuleyninin "Kafi" kitabında nəql etdiyi hədis məlumdur.[2] Onun tərcümeyi-halı və vəfat tarixi haqqında ətraflı məlumat yoxdur.[3]

Kuleyninin rəvayətindən aydın olur ki, o, imamiyyə məzhəbində olub, imamətin sirrini daşıyanlardan sayılıb və İmam Səccadın (ə) dövrünə qədər yaşamış, lakin həmin imamın həyatı dövründə vəfat etmişdir.[4]

Onu Peyğəmbər (s), İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə)İmam Səccadın (ə) səhabələrindən və rəvayət nəql edənlərindən hesab edirlər.[5]

İstinadlar

  1. Mədinətul-məaciz, c.4, s.220; Rəyahinuş-şəriə, c.3, s.361; İlamul-vəra, s.372; Əyanuş-Şiə, c.3, s.483; Əlamun-nisail-muminat, s.208
  2. Üsuli-Kafi, c.2, s.168-170
  3. Banuvane alimə və asare anha, s.21
  4. Banuvane alimə və asare anha, s.21
  5. Banuvane alimə və asare anha, s.21; Tarixe hədise şie, (5-ci əsrə qədər) s.123, 147, 145

Ədəbiyyat

  • Əmin, Möhsin, Əyanuş-şiə, Təhqiq: Həsən Əmin, Darut-taruf lil-mətbuat, Beyrut
  • Bəhrani, Haşim ibn Süleyman, Mədinətu məaciz, Düzəliş: İzzətullah Mövlai Niya Həmədani və s., Qum
  • Həssun, Məhəmməd, Məşkur, Ümmi Əli, Əlamun-nisail-muminat, Üsvə, Tehran, h.ş 1379
  • Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Darul-kutubil-İslamiyyə, Tehran
  • Ğərəvi Naini, Nəhlə, Tarixe hədise şie, Qum, h.ş 1386
  • Məhəllati, Zəbiyhullah, Reyahinuş-şəriə, Rəyahinuş-şəriə dər tərcümeye banuvane daneşmənde şie, Darul-kutubil-İslamiyyə, Tehran
  • Bacılar elmi-dini hövzəsindən bir qrup yazıçı, Banuvane alimə və asare anha, Qum-elmi hövzəsi, Qum, h.ş 1379
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Üsuli-Kai, Farsca tərcümə: Sadiq Həsənzadə, Qaim Ali-Muhəmməd, Qum, h.ş 1387