Ümmü Ğanim (Sahibətül-Həsat)
Ümmü Ğanim (Sahibətül-Həsat), (ərəbcə: أم غانم) hədis rəvayət edən qadınlardan biridir.[1] Onun barəsində çox məlumat yoxdur. Ümmü Ğanim, Ümmü Əsləm və Həbabə Valibiyə "Sahibətül- Həsat" (çınqıl daşlar sahibi) ləqəbi ilə tanınır. Onların bu ləqəblə adlandırılmasının səbəbi budur ki, imamlar tərəfindən onların hər üçü üçün imamların haqq və imam təyin olunması mövzusunda çınqıl daşların şəhadət verdiyini bildirən rəvayətlər mövcuddur.[2]
Bir rəvayətə görə, Ümmü Ğanim Hüseyn ibn Əlidən (ə) sonra gələn imamı axtarırdı və onun adının Əli olduğunu bilirdi. Ona Əli ibn Abdullah ibn Abbası təqdim etdilər. O, həmin şəxsə yaxınlaşdı, lakin o, Ümmü Ğanimi yalançı adlandırdı. Daha sonra o, Əli ibn Hüseynin (ə) yanına getdi və imam öz üzüyünü çınqıl daşlarının üzərinə qoydu, daşlar isə onun imamətinə şəhadət verdilər.[3] Ümmü Ğanimin oğlu bu hadisədən sonra aşağıdakı beytləri söylədi.[4]
Başqa bir rəvayətə görə, Ümmü Ğanimin nəvələrindən biri olan Mühcə ibn əs-Səlt ibn Əqəbə ibn Səman ibn Ğanim ibn Ümmü Ğanim, İmam Həsən Əsgəriynin (ə) yanına gedib. Onun yanında İmam Hadiyə (ə) qədər olan bütün imamların möhürlədikləri və adlarının həkk olunduğu çınqıl daşları var idi. Bu görüşdə İmam Həsən Əsgəri (ə) onu tanıdır və ondan çınqıl daşları göstərməsini istəyir. İmam Əsgəri (ə) həmçinin üzüyünü onlardan birinin üzərinə qoyur və öz adını həkk edir. Bundan sonra o da Əmirəl-möminin (ə), digər imamlar və İmam Əsgərinin (ə) haqq olduğuna şəhadət verir.[5]
İstinadlar
- ↑ Tarixe hədise şie, (5-ci əsrə qədər) s.145
- ↑ Mədinətu məaciz, c.4, s.220; Rəyahinuş-şəriə, c.3, s.361; İlamul-vəra, s.372; Əyanuş-Şiə, c.3, s.483; Əlamun-nisail-muminat, s.208
- ↑ Rəyahinuş-şəriə dər tərcümeye banuvane daneşmənde şie, c.3, s.420-421; Mədinətu məaciz, c.4, s.220
- ↑ Rəyahinuş-şəriə, c.3, s.421
- ↑ Kuleyni, Kafi, s.347; Rəyahinuş-şəriə, c.3, s.422; Əlamun-nisail-muminat, s.206-207; Əyanuş-Şiə, c.3, s.483; İlamul-vəra, s.371-372
Ədəbiyyat
- Əmin, Möhsin, Əyanuş-şiə, Təhqiq: Həsən Əmin, Darut-taruf lil-mətbuat, Beyrut
- Bəhrani, Haşim ibn Süleyman, Mədinətu məaciz, Düzəliş: İzzətullah Mövlai Niya Həmədani və s., Qum
- Həssun, Məhəmməd, Məşkur, Ümmi Əli, Əlamun-nisail-muminat, Üsvə, Tehran, h.ş 1379
- Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Darul-kutubil-İslamiyyə, Tehran
- Ğərəvi Naini, Nəhlə, Tarixe hədise şie, Qum, h.ş 1386
- Məhəllati, Zəbiyhullah, Reyahinuş-şəriə, Rəyahinuş-şəriə dər tərcümeye banuvane daneşmənde şie, Darul-kutubil-İslamiyyə, Tehran