İbtidai cihad
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
İbtidai cihad (ərəbcə: الجهاد الابتدائي), müsəlmanların İslamın genişlənməsi, tohid və ədalətin bərpa olunması üçün, müşrük və kafirlərə qarşı başladığı müharibəyə deyilir. Şiə fəqihlərinin əksəriyyət nəzəri budur ki, cihaddan öncə kafirləri İslama dəvət və cihad zamanı müsəlmanların kifayət edən qüdrəti və məsum imamın olması, ibtidai cihadın şərtlərindən biridir, amma digər bir dəstə, o cümldən şeyx Tusi (vəfat 336 və ya 338-413 h.q), Seyyid Əbulqasim Xoyi, Seyyid Əli Xamenei, Hüseynəli Muntəziri və Məhəmməd Mömin, ibtidai cihad üçün imamın hazır olmasını şərt bilmirlər.
Bəzi fəqihlər və tədqiqatçılar, Peyğəmbər (s) və imamların (ə) zamanında baş vermiş döyüşləri, müdafiə xarekterli olduğunu bildirirlər, lakin Məhəmməd Təqi Misbah Yəzdinin fikrincə, bütün bu müharibələrin müdafiə yönəmli olduğunu qəbul etmək, hal hazırda bir çox ölkələr arasında olan bir sıra qanun və dəyərlərin çərçivə daxilində qəbul edilməsindən qaynaqlanması bilir. Odur ki, ibtidai cihaddan məqsəd, məzlumlara kömək, zülm ilə mübarizə və azad olaraq dinin qəbul edilməsi üçün şəraitin yaradılması bilmək lazımdır.
Məna və məfhumu
İbtidai cihad, yəni müşrüklər və kafirləri İslama və Tohidə dəvət etmək üçün onlarla müharibə edib, ədaləti bərpa etmək deməkdir ki, bu müharibəni ilk başlayan müsəlmanlar olur.[1] Ayətullah Məzahiri (mərcəi təqlid), ibtidai cihadı, İslam dinini və onun dəyərlərini digər millətlərə çatdırmaq bilir və bunun nəticəsində, zülm və zalım hakimiyyət aradan gedir və nəticədə insanların İlahi dini öz ixtiyarıları ilə qəbul etmələrinə şərait yaranır.[2]
Mövqe və əhəmiyyəti
Şiə fəqihi, Məhəmməd Təqi Misbah Yəzdi (1313-1399 h.ş) ibtidai cihadı, “İslam fiqhinin ən mühüm əsaslarından” bilir və düşünür, Şiə və Sünnü alimlərinin nəzəri budur ki, ibtidai cihad İlahi vəzifədir.[3] Bəzilərinin fikrincə, ibtidai cihad məşhur fəqihlərin nəzərinə əsasən vacibi kifayidir[4] və Şiə alimlərinin əksəriyyəti, xüsusilədə hicrətin ilk əsrlərinə aid fəqihlər, bu fikirdə olmuşlar ki, ibtidai cihad yalnız bu şəxslərə qarşı icazəli sayılır ki, kafirlər və bəzi əhli kitabla (misal üçün Yəhudilər, Məsihilər və Zərtuştlarla) ki, maliyat verməkdən və İslam hakimiyyəti qanunlarına tabe olmaqdan boyun qaçırırlar.[5]
Şiə alimlərindən, Hüseynəli Müntəziri,[6] Nasir Məkarim Şirazi (1305)[7] və Nemətullah Salehi Nəcəfabadi (1302-1385 h.ş)[8] İslamın ilkin dövrələrində baş verən müharibələrin müdafiə xakterli olduğunu bildirirlər ki, məzlumlara kömək və İslam dininin təbliği yolunda olan maneələri aradan qaldırmaq məqsədilə olmuşdur. Misbah Yəzdi (1313-1399 h.ş) isə bildirir, bütün bunları müsəlman alimləri tərəfindən müdafiə xarakterli müharibələr adlandırılması bu cəhətdəndir ki, müasir zamanda bir çox qəbul ediləcək dünya ölkələri və qanunları (liberalizm və hüquq azadlığı) çərçivəsində qəbul olunacaq şərtlərə cavab verəcək həddə gətirilməsidir.[9]
İbtidai cihadın şərtləri
Şiə alimlərinin əksəriyyətinin nəzəri budur ki, ibtidai cihadın üç şərti var:
- Məsumun olması: Bunun üçün də imamın qeybəti dövründə ibtidai cihada icazə verilmir.
- Cihada başlamaq üçün müsəlmanların kifayət qədər qüdrəti olmalıdır.
- Müharibəyə başlamadan əvvəl, kafirləri İslama dəvət edib onlara xəbərdarlıq edilməlidir.[10]
Şiə fəqihlərinin əksəriyyətinin fikrincə, Məsum imamın hüzuru və yaxud imamın məxsus naibinin icazəsinin olması şərtdir;[11] o cümlədən, Şeyx Tusi (385-460 h.q),[12] Qazi ibn Bərrac (təxminən 400-481 h.q),[13] İbn İdris (təxminən 543-598 h.q),[14] Mühəqqiq Hilli (602-676 h.q),[15] Əllamə Hilli (648-726 h.q),[16] şəhid Sani (911-955 h.q),[17] və Sahibi Cəvahir (1202-1266 h.q),[18] məsum imamın olmasını, ibtidai cihadın şərtlərindən bilirlər[19] və ümumi naiblərin (fəqihlərin) icazəsi şərt sayılmır.[20]
Buna baxmayaraq, bəzi fəqihlər o cümlədən, Şeyx Müfid,[21] Əbul Səlah Hələbi, (374-447 h.q),[22] və Səlar Deyləmi (vəfat 448 h.q),[23] məsum imamın olmasını şərt bilmirlər, bunun üçün də ibtidai cihadın qeybət dövründə icra edilməsinin icazəli olduğunu bildirirlər.[24]
Bəzi müasir fəqihlər, o cümlədən Seyyid Əbülqasim Xoyi (1278-1371 h.ş),[25] Seyyid Əli Xamenei (1318 h.ş),[26] Hüseynəli Müntəziri (1301-1388 h.ş),[27] Məhəmməd Mömin (1316-1397 h.ş), ibtidai cihad üçün Quran və rəvayətlərdən dəlil olmadığı üçün düşünürlər ki, ibtidai cihadın şəraiti yarandığı zaman hətta qeybət zamanında olsa belə icrası vacibdir;[28] bəzilərinin dediklərinə əsasən, cihadi hədislərdə işarə olunan “Adil imam”-dan məqsəd, məsum imam deyil.[29]
Fikir azadlığı ilə ziddiyyət
Bəzilərinin fikrincə ibtidai cihad, İslamın genişlənməsi üçün əqidə təhmili ilə nəticələnir və bu da Quran ayəsilə [30]“لاَ إِكْراهَ فی الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَیِ” ki, dində olunana məcburiyyəti qəbuledilməz bilir, müxalifdir.[31] Şiə alimləri bu şübhənin cavabında, müxtəlif nəzəriyyələr bildirirlər, o cümlədən:
- Quranın bütün cihad ayələri, istər bir başa və istərsə də dolayısı yolla olsun, bu qeyd və şərt çərçivəsindədir ki, cihad məzluma kömək məqsədi ilə olmalı, zülmlə mübarizə və dinin azad şəkildə seçilməsi üşün şəraitin yaradılmasına səbəb olmalıdır, nəinki din təhmil edilməlidir. Bəziləri bu düşüncədə olduqları üçün, bütün cihadları, müdafiə yönümlü bilirlər.[32]
- Quranın heç bir ayəsində müsəlmanlara vacib edilməmişdir müşriklərlə müharibə edib onları İslam dinini qəbul etməyə məcbur etsinlər, əgər qəbul etməsələr onları öldürsünlər.[33] Bundan əlavə, İran islam respublikasının rəhbəri, Ayətullah Xameneinin nəzəri budur, dini əqidə prinsipini zor gücünə genişləndirib yaymaq qəbul edilməzdir.[34]
- Məhəmməd Təqi Misbah Yəzdi (1313-1399 h.ş) inanır, İslamda “ibtidai cihadın” şəriət baxımından icazə verilməsi,[35] haqqı tanımaq hədəfi, hakimiyyəti ələ keçirib hər bir cəmiyyətin maddi və iqtisadi mənafeyini mənimsəmək üçün deyil, bəlkə Allaha sitayiş və İlahi dinin hakim olması üçün həyata keçirilməlidir;[36] çünkü Allaha sitayiş etmək onun hüquqlarından sayılır və ibtidai cihad vasitəsilədir ki, (bir növ tohiddən müdafiə olunur) şirk, küfr, müşrüklərin və kafirlərin fəsadına son qoyularaq dünyada Tohid qanunu hakimiyyət edəcəkdir. Bu o demək deyildir ki, dünyada olan bütün insanlar, məcbur edilərək müsəlman olsunlar.[37] Ayətullah Müntəzirinin bildirdiyi kimi, bu ideya, Bəqərə surəsinin 256-cı ayəsinin buyurduğu ilə bu zaman münasib olacaq.[38]
Biblioqrafiya
- “İbtidai cihad dər sünnət və sireye nəbəvi”, müəllif: Məhəmməd Mirvarid; Məşhəd, “Bunyade pejuheşhaye İslami Astan Qüds Rəzəvi” nəşriyyatı, 2021.
Bu əsərdə, müəllif cihad və onun növlərini açıqlayaraq, bildirir ibtidai cihad baxmayaraq ki, müdafiə yönümlü cihadla fərqlidir, amma Allah rəsulunun (s) davranışında, müdafiə yönümlü cihad və müsəlmanların əmniyyətini təmin etmək məqsədi ilə olmuşdur.[39]
- “Cihade ibtidai dər Quran”, təlif: Məhəmməd Cavad Fazil Lənkərani; tədvin və əlavələr: Məhəmməd HəsənDaneş, Qum, “Mərkəze fiqhiye əimmeye əthar” nəşriyyatı, 2018.
Müəllif bu əsərində, fiqhi və təfsiri baxımdan, kafirlər və müşrüklərlə ibtidai cihada dəlalət edən ayələr haqqında tədqiqat aparmış və ibtidai cihadın şəriət hökmü olduğunu isbat etmişdir. Sonra isə, ibtidai cihadın şəriət hökmü olmamasına dəlalət edən ayələrin olmasını şübhə kimi gətirənlərə, fiqhi və ictihadi yolla cavablarını vermişdir.[40]
İstinadlar
- ↑ Ədalət Nejad, Cihad, h.ş 1386, c.11, s.434
- ↑ Müntəziri, Mucazathaye İslami və huquqe bəşər, h.q 1429, s.90
- ↑ Misbah Yəzdi, Cəng və cihad dər Quran, h.ş 1383, s.139
- ↑ Ənsari, Əl-Musuətul-fiqhiyyətul-muyəssərə, h.q 1415, c.4, s.24; Ədalət Nejad, Cihad, h.ş 1386, c.11, s.434
- ↑ Bəhrami, Nizame siyasiye ictimaiye İslam, h.ş 1380, s.139-141
- ↑ Müntəziri, Hokuməte dini və huquqe insan, h.ş 1387, s.60; Müntəziri, Pasox be porseşhayi piramune mucazathaye İslami və huquqe bəşər, h.ş 1387, s.90
- ↑ «جهاد ابتدایی»., makarem.ir saytı
- ↑ Nemətullah Salehi Nəcəfabadi, Cihad dər İslam, h.ş 1386, s.34-35
- ↑ Misbah Yəzdi, Əxlaq dər İslam, h.ş 1391, c.3, s.408
- ↑ Əmid Zəncani, Fiqhe Siyasi, c.3, h.ş 1377, s.139
- ↑ Ədalət Nejad, Cihad, h.ş 1386, c.11, s.435
- ↑ Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.2, s.8
- ↑ Qazi ibn Bərrac, Əl-Muhəzzəb, h.q 1406, c.1, s.296
- ↑ İbn İdris Hilli, Əs-Sərair, h.q 1410, c.2, s.3
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.278
- ↑ Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.9, s.19
- ↑ Şəhid Sani, Ər-Ruzətul-bəhiyyə, h.q 1410, c.2, s.381
- ↑ Sahibi Cəvahir, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.11
- ↑ Cavid, Huquqe bəşəre muasir və cehade ibtidayi dər İslame muasir, s.129-134
- ↑ Ədalət Nejad, Cihad, h.ş 1386, c.11, s.435
- ↑ Şeyx Müfid, Əl-Muqniə, h.q 1410, s.810
- ↑ Əbul Səlah Hələbi, Əl-Kafi fil-fiqh, s.246
- ↑ Səlar Deyləmi, Əl-Mərasimu fil-fiqhil-İmami, h.q 1404, s.261
- ↑ Cavid, Huquqe bəşəre muasir və cihade ibtidayi dər İslame muasir, s.127-129
- ↑ Xoyi, Minhacus-salihin, h.q 1410, c.1, s.364
- ↑ Seyyid Əli Xamenei, Risaleye amuzeşi, h.ş 1398, c.1, s.322
- ↑ Müntəziri, Dirasətun fi vilayətil-fəqih, h.q 1409, c.1, s.116-119
- ↑ Məhəmməd Mömin, Cehade ibtidayi dər əsre ğeybət, s.51
- ↑ Müntəziri, Dirasətun fi vilayətil-fəqih, h.q 1409, c.1, s.118
- ↑ Bəqərə surəsi, ayə 256
- ↑ Kamyab, "Bərresiye şübheye cihade ibtidayi dər təfsire ayeye La ikrahə fid-din", s.8
- ↑ Kamyab, "Bərresiye şübheye cihade ibtidayi dər təfsire ayeye La ikrahə fid-din", s.27
- ↑ Kamyab, "Bərresiye şübheye cihade ibtidayi dər təfsire ayeye La ikrahə fid-din", s.28
- ↑ Məhəmməd Cavad, Muqiymi Haci, "Cihad", s.424
- ↑ Misbah Yəzdi, Əxlaq dər İslam, h.ş 1391, c.3, s.408
- ↑ Misbah Yəzdi, Əxlaq dər İslam, h.ş 1391, c.3, s.412
- ↑ Misbah Yəzdi, Cəng və cihad dər Quran, h.ş 1383, s.152-154
- ↑ Müntəziri, Mucazathaye İslami və huquqe bəşər, h.q 1429, s.89-90
- ↑ جهاد ابتدایی در سنت و سیره نبوی, islamic-rf.ir saytı
- ↑ جهاد ابتدايی در قرآن کريم, fazellankarani.com saytı
Ədəbiyyat
- Quran
- İbn İdris, Məhəmməd ibn Mənsur, Əs-Sərair, Qum, İslami nəşr müəssisəsi, h.q 1410
- Əbus-Səlah Hələbi, Təqi ibn Nəcim, Əl-Kafi fil-fiqh, Təhqiq: Rza Ustadi, İsfəhan
- Məhəmməd Cavad və Muqiymi Haci, "Cihad", Tehran, h.ş 1398
- Ənsari, Məhəmməd Əli, Əl-Musuətul-fiqhiyyətul-muyəssərə, Qum, h.q 1415
- Bəhrami, Qüdrətullah, Nizame siyasiye ictimaiye İslam, Qum, h.ş 1380
- Cavid, Məhəmməd Cavad, Huquqe bəşəre muasir və cihade ibtidayi dər İslame muasir, h.ş 1389
- Xamenei, Mutabiq ba fətavaye Həzrət Ayətullah Xamenei, Tehran, h.ş 1398
- Xoyi, Seyyid Əbül-Qasim, Minhacus-salihin, Qum, Mədinətul-elm, h.q 1410
- Səlar Deyləmi, Həmzə ibn Əbdül-Əziz, Əl-Mərasimu fil-fiqhil-İmami, Qum, h.q 1404
- Şəhid Sani, Zeynuddin ibn Əli, Ər-Ruzətul-bəhiyyə, Qum, h.q 1410
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsutu fil-fiqhil-İmamiyyə, Tehran, h.q 1387
- Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-Muqniə,
- Sahibi Cəvahir, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, h.ş 1362
- Salihi Nəcəf Abadi, Nemətullah, Cihad dər İslam, Tehran, h.ş 1386
- Sərami, Seyfullah, Ədalət Nejad, Səid, "Cihad", Daneşnameye cəhane İslam, h.ş 1386
- Əllamə Hilli, Həsən ibn Yusif, Təzkirətul-füqəha, Qum, Alul-Beyt müəssisəsi, h.q 1414
- Əmid Zəncani, Əbasəli, Fiqhe siyasi, Tehran, h.ş 1377
- Qazi İbn Bərrac, Əbdül-Əziz, Əl-Muhəzzəb, Qum, İslami nəşr müəssisəsi, h.q 1406
- Kamyab, Hüseyn və Əhmıd Qudsi, "Bərresiye şübheye cihade ibtidayi dər təfsire ayeye La ikrahə fid-din", h.ş 1391
- Mumin, Məhəmməd, Cehade ibtidayi dər əsre ğeybət, h.ş 1380
- Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Qum, İsmailiyyan, h.q 1408
- Misbah Yəzdi, Məhəmməd Təqi, Əxlaq dər Quran, Qum, İmam Xomeyni adına müəssisə, h.ş 1391
- Misbah Yəzdi, Məhəmməd Təqi, Cəng və cihad dər Quran, Qum, İmam Xomeyni adına müəssisə, h.ş 1383
- Müntəziri, Həsənəli, Mucazathaye İslami və huquqe bəşər, Qum, h.q 1429
- Müntəziri, Həsənəli, Dirasətun fi vilayətil-fəqih, Qum, h.q 1409