İcmali təvatür

wikishia saytından

İcmali təvatür (ərəbcə: التواتر الإجمالي) – təvatürün növlərindəndir və şifahi (ləfzi) təvatürün müqabilindədir. İcmali təvatür, ortaq məzmunu olmayan bəyanlardan ibarət bir məcmuə haqqında istifadə olunur.

İcmali təvatür ifadəsini ilk dəfə Axund Xorasani “Xəbər Vahid”in bəhsində işlətmişdir. Bundan sonra digər şiə alimləri öz bəhslərində bu ifadədən istifadə etmişlər. Bəzi şiə alimləri icmali təvatürün doğru olub-olmaması ilə bağlı iradlar bildirmişlər.

Təvatür

Təvatür, rəvayətin müxtəlif üsullarla, əminliyi təmin edəcək şəkildə nəql etmək deməkdir; Çünki bu qədər rəvayət edənlərin hamısının yalan danışdığını və ya hadisəni səhv başa düşdüyünü təsəvvür etmək mümkün deyil.[1]

Təvatürün düzgünlüyü, səhihliyi üsul - fiqh alimləri tərəfindən qəbul edilmişdir.[2]

Mütəvatir xəbərlər (hədis, rəvayət) təfsili (təfərrüatlı) mütəvatir və icmali mütəvatir olaraq iki yerə bölünmüşdür. Təfsili təvatürün özünün də iki növü var: şifahi (ləfzi) təvatür və mənəvi təvatür.[3]

Konseptologiya

İcmali təvatür şifahi (ləfzi) və mənəvi təvatürün əksidir. Şifahi (ləfzi) təvatür, müəyyən bir cümlə bütün bəyanlarda eyni olduqda formalaşır. Şifahi təvatürə görə Səqəleyn hədisini misal çəkmək olar.[4] Mənəvi təvatür hədis və rəvayətlərdə müəyyən bir mövzunun eyni olmasına baxmayaraq, onun müxtəlif sözlərlə nəql olunması deməkdir. Mənəvi təvatürə misal olaraq İmam Əlinin (ə) şücaətini demək olar. Çünki İslamın ilkin müharibələri haqqında olan ayrı-ayrı müxtəlif hədis və rəvayətlərdə bu barədə nəql olunmuşdur.[5]

İcmali təvatürdə bəyanlar arasında eyni ifadə və mövzu yoxdur, lakin bəyanların hamısından müştərək məzmun götürülür; Məsələn, siqə (mötəbər və əmin ravilər) şəxsiyyətlərin nəql etdikləri, lakin məzmununa hədislərdə rast gəlinməyən xəbəri - vahidin (hədis və rəvayət) səhihliyi onların cəmindən əldə edilir.[6]

Deyilənə görə, bu termini ilk dəfə Axund Xorasani Xəbər - Vahidin səhihliyi haqqında danışarkən işlətmişdir.[7]

Mötəbərliyi

Şiə alimləri və əksər sünni alimləri mütəvatir xəbərin (hədis və rəvayətin) səhih olmasında həmfikirdirlər,[8] lakin icmali təvatür ilə bağlı fikir ixtilafı vardır.[9] Üsul - fiqh alimlərinin əksəriyyəti onun səhihliyini qəbul edir,[10] lakin Şəhid SədrMəhəmməd Hüseyn Naini kimi bəzi alimlər təvatürün bu qisminin mötəbərliyinə irad etmişlər.[11]

Məhəmməd Hüseyn Naininin iradı

Məhəmməd Hüseyn Naini təvatürü şifahi (ləfzi) və mənəvi olaraq yalnız iki növünün olduğunu qeyd edir. Onun icmali təvatürə olan iradı ondan ibarətdir ki, icmali təvatürdə hərtərəfli və müştərək mənaya çatmaq olarsa, bu, elə mənəvi təvatürdür; Amma onlardan belə bir şey alınmazsa, təvatür olmaz və nəticədə əldə edilən məlumat etibarlı olmaz; Çünki ayrı-ayrı rəvayətlərə nəzər etsək, onların yalan olduğunu ehtimal etmiş olarıq və ayrı-ayrı şəxslərin eyni hökmü məcmuəyə də yayılar və yəqinlik əldə olunmaz.[12]

Bu iradlara cavablar verilmişdir. O cümlədən, Məhəmməd Hüseyn Naininin tələbəsi Seyid Əbul Qasim Xoyi belə deyir: Əgər bu irad mövcuddursa, şifahi (ləfzi) və mənəvi təvatürdə də mövcuddur. Çünki bu ikisində də rəvayətlərin hər birinin ayrı-ayrılıqda saxtalaşdırılması ehtimalı vardır.[13]

İstinadlar

  1. Müzəffər, Əl-Məntiq, h.q 1424, s.333
  2. Nümunə üçün baxın: Tusi, Əl-Uddə, h.q 1417, s.7; Müzəffər, Əl-Məntiq, h.q 1424, s.333; Sədr, Durusun fi elmil-üsul, h.q 1418, s.270
  3. Safi, Bəyanul-üsul, h.q 1428, c.2, s.152
  4. Nəraqi, Ənisul-müctehidin, h.ş 1388, c.1, s.197
  5. Safi, Bəyanul-üsul, h.q 1428, c.2, s.154
  6. Mələki İsfahani, Fərhənge istelahate usul, h.ş 1379, c.1, s.309
  7. Muruc, Muntəhud-dirayə, h.q 1415, c.4, s.423
  8. Tusi, Əl-Uddə, h.q 1417, s.7
  9. Vilayi, Fərhənge təşrihi istelahate üsul, h.q 1387, s.181
  10. Vilayi, Fərhənge təşrihi istelahate üsul, h.q 1387, s.181
  11. Hüseyni Hairi, Məbahisul-üsul,h.q 1408, c.2, s.482-483-484
  12. Xoi, Əcvədut-təqrirat, h.ş 1352, c.2, s.113
  13. Hüseyni Hairi, Məbahisul-üsul,h.q 1408, c.2, s.483

Ədəbiyyat

  • Hüseyni Hairi, Seyyid Kazim və Seyyid Məhəmməd Baqir Sədr, Məbahisul-üsul, Qum, h.q 1408
  • Xoi, Seyyid Əbül-Qasim və Məhəmməd Hüseyn Naini, Əcvədut-təqrirat, Qum, İrfan, h.ş 1352
  • Safi, Lütfullah, Bəyanul-üsul, Qum, h.q 1428
  • Sədr, Məhəmməd Baqir, Durusun fi elmil-üsul, Qum, İslami nəşr müəssisəsi, h.q 1418,
  • Tusi, Məhəmməf ibn Həsən, Əl-Uddətu fi üsulil-fiqh, Qum, h.q 1417
  • Müzəffər, Məhəmməd Rza, Əl-Məntiq, Qum, İslami nəşr müəssisəsi, h.q 1424
  • Mələki İsfahani, Müctəba, Fərhənge istələhate Üsul, Qum, Alimə, h.ş 1379
  • Nəraqi, Məhəmməd Mehdi ibn Əbizər, Ənisul-müctehidin, Qum, Bustane kitab müəssisəsi, h.ş 1388
  • Vilayi, İsa, Fərhənge təşrihi İstelahate Üsul, Tehran, h.ş 1387