Mələk

wikishia saytından

Mələklər (ərəbcə: الملائكة) dünya və axirətdə Allahın əmrlərini yerinə yetirməkdə məsul olan, gözə görünməz və fövqəltəbii varlıqlardır və onların varlığına inanmaq müsəlmanların inanclarındandır. Müsəlman alimləri mələklərin mahiyyəti haqqında müxtəlif nəzərlər irəli sürmüşlər. İlahiyyatçılar onları müxtəlif formalarda olan fiziki varlıqlar, filosoflar isə cismani varlıqlar hesab edirlər.

Şiə alimlərinin fikrincə, mələklər məsumdurlar. Ona görə də günah etmirlər və Allahın əmrlərinə itaətsizlik etmirlər. Həmçinin mələklər öz vəzifələrini yerinə yetirməkdə səhlənkarlıq etmirlər. Mələklərin vəzifələri ibadət etmək, Allahı təsbih etmək, əməlləri qeyd etmək, peyğəmbərlərə vəhyi çatdırmaq, insanları qorumaq, möminlərə kömək etmək, maddi və mənəvi ruzini çatdırmaq, can almaq, qəlbləri hidayət etmək, ilahi əzabı yerinə yetirməkdən ibarətdir.

Mələklərin müxtəlif dərəcələri vardır. Bəzi mələklər digər mələklərdən daha yüksək məqama malikdirlər. Məsələn, Cəbrayıl, Mikayıl, İsrafilƏzrayıl.

Mələklərin insanlardan üstünlüyü, mələklərin məsum olması və onların cismi və ya qeyri-cismi olması, kəlam və təfsir kitablarında bəhs edilən mövzulardan bəziləridir və bu barədə müxtəlif fikirlər deyilmişdir.

Mələklərin necəliyi

16-cı əsrə aid təsvir olunan mələyin şəkli.

Mələklər Allahla insanların yaşadıqları aləm arasında vasitəçi olan varlıqlardır və Allah onları dünyaya vəkil təyin etmişdir.[1] Mələklərin mahiyyəti barəsində müxtəlif nəzərlər mövcuddur.[2]

İlahiyyatçılar onları müxtəlif formalar ala bilən incə və nurlu cisimlər hesab edirlər.[3] Əllamə Məclisi bu fikri bir neçə filosofdan başqa bütün müsəlmanlara aid etmiş və əlavə etmişdir ki, peyğəmbərlər və onların canişinləri onları görmüşdür.[4] Bir qrup filosof mələkləri cism və cismanilikdən kənar hesab edir və onların cismə sığmayan sifətlərə malik olduğuna inanırlar.[5] Əllamə Təbatəbainin fikrincə, hədislərdə mələkləri cismi surətdə görmək haqqında deyilənlər bənzətmədir.[6] Həmçinin, onun fikrincə, mələklər və cinlərin müxtəlif surət və formada olan incə cisimlər olduğu haqda heç bir əsaslı səbəb yoxdur.[7] İmam Sadiqdən (ə) nəql olunan rəvayətə əsasən, mələklər nurdan yaradılmışdır.[8]

Mələklərin əhəmiyyəti

Mələklərin varlığına inam müsəlmanların etiqadlarındandır[9] və onlara iman da namazaoruc tutmağa iman kimidir və peyğəmbərliyə imanın əsaslarından sayılır.[10]

Mələk kəlməsi Quranda 88 dəfə işlənmişdir.[11] İmam Əli (ə) "Əşbah" xütbəsində mələklərin yaradılması, onların növləri, xüsusiyyətləri və vəzifələrindən bəhs etmişdir.[12]Biharul-ənvar kitabında 100-dən çox hədis mələklərin mahiyyəti, onların vəzifələri, məsumluğu və müqərrəb mələklərin sifətləri haqqında qeyd edilmişdir.[13] İmam Səccadın (ə) sözlərinə əsasən, “Səhifə-səccadiyyə”nin üçüncü duası Allahın müqərrəb mələklərinə həsr edilmişdir. Bu duada Allahın bərəkəti və salamı onların paklığının artmasının səbəbi kimi ifadə edilir.[14]

Rəvayətlərə görə, mələklər Allahın yaratdıqları içərisində ən çoxudur və bir çox rəvayətlərdə onların çoxluğundan bəhs edilir.[15] Hədislərdə Peyğəmbər (s) və İmamların (ə) nurunun yaradılmasından sonra mələklərin yaradıldığı bildirilir.[16]

Müşriklərdən olan bir qrup, mələklərə ibadət edir və onları Allahın məxluqları hesab edirdilər. Lakin onların hər hansısa bir işi görməkdə müstəqil olduqlarına və özlərindən aşağı məxluqların rəbləri olduğuna inanırdılar.[17] Bəzi müşriklər də onları Allahın qızları hesab edirdilər.[18]

Başqa dinlərdə mələklər

Başqa dinlərdə də mələklərdən bəhs edilmişdir. Zərdüştlük dinində mələkləri "Ahura-Məzda" yaratdığı bildirilir və hər bir Əmşaspand (Zərdüştiliyin yüksək rütbəli mələklərinin titulu) onun atributlarından birinin təzahürüdür. Yəhudi dinində mələklər Allahın yer üzündə Onun əmrlərini yerinə yetirən və insanlara vəhy gətirən qullarıdır. Xristian dininin kitabı İncilə görə isə, mələklər insanlardan əvvəl yaradılmışdır və insanların gözətçiləridirlər. Mikayıl kimi bəzi mələklərə salam vermək və onlara ibadət etmək xristian kilsələrində adi haldır.[19]

Mələklərin vəzifələri

Quranda mələklərin vəzifələrindən bəhs edilir: vəhyin nazil edilməsində vasitəçilik (Allahın risalətini peyğəmbərlərə çatdırmaq),[20] dünya işlərini idarə etmək, ilahi lütfü Allahın məxluqlarına çatdırmaq,[21] Allahdan möminlər üçün bağışlanmaq diləmək,[22] möminlərə şəfaət etmək[23] və onlara rahatlıq əta etmək,[24] kafirləri lənətləmək,[25] bəndələrin əməl dəftərlərinə onların əməllərini yazmaq[26] və onların canlarını almaq mələklərin vəzifələrindəndir.[27] Mələklərdən bəziləri həmişə Allaha ibadət və təsbih etməklə məşğul olur və başqa bir iş görmürlər.[28]

Mələklər bərzəx[29]axirət aləmində də mövcuddurlar. Onlardan bəziləri cənnət[30]cənnət əhlinin, bir dəstəsi isə cəhənnəm və cəhənnəm əhlinin mühafizəçiləridirlər.[31]

Mələklərin təbəqə və növləri

Əllamə Təbatəbainin nəzərinə əsasən mələklərin müxtəlif dərəcələri və məqamları vardır. Bəzilərinin məqamı digərlərindən daha yüksək və ya aşağıdır.[32] Quran ayələrinə əsasən, onlardan bir dəstəsi vəhy mələyinin (Cəbrayıl),[33] bir dəstəsi isə ölüm mələyinin (Əzrayıl) köməkçilərindən hesab olunurlar.[34]

Molla Sədra mələkləri müqərrəb (yaxın) mələklər, qüdrətli ruhlar, səma cisimlərinə cavabdeh olan mələklər, əql mələkləri və yer mələkləri[35] olaraq, İmam Xomeyni isə onları cismlərdə qərar tapması mümkün olmayan mələklər (böyük qüdrət sahibi mələklər və cəbərut əhli) və fiziki varlıqlara cavabdeh olan mələklər[36] olaraq qismlərə bölmüşlər.

Mələklərin bəzi xüsusiyyətləri

İsmət

Əllamə Məclisinin dediyinə əsasən şiələr mələkləri böyükkiçik günahlardan məsum hesab edirlər.[37] Həmçinin əksər sünnilər də buna inanırlar. Lakin bəzi sünnilər mələklərin məsumluğunu qəbul etmirlər, bəziləri isə onların yalnız müəyyən növlərini, məsələn, vəhy mələyini və müqərrəb (yaxın) mələkləri məsum hesab edirlər.[38]

لَا یسْبِقُونَهُ بِالْقَوْلِ وَهُم بِأَمْرِ‌هِ یعْمَلُونَ[39] “Onlar sözdə ondan qabağa keçməzlər və onun əmrinə əməl edərlər. لایعصون الله ما امرهم[40] ( mələklər məsumdurlar və Allaha itaətsizlik etmirlər).[41] Təbii ki, bəziləri Harut və Marut və İblisin Adəmə səcdə etməməsi[42] və Fotros mələyinin itaətsizliyi[43] hadisəsinə işarə edərək, onların məsumluğuna şəkk etmişlər. Şiə alimləri belə hallara cavab vermişlər. Onların arasında Harut və Marutun itaətsizliyi hədislərdə və Quranda rast gəlinməyən rəvayətlərdəndir[44] İblisin mələk olmadığı da deyilir.[45] Həmçinin, Mürtəza Mütəhhərinin nəzərinə əsasən ehtimal var ki, Allahın əmrlərinə itaətsizlik edən bir qrup mələk vardır. Bu mələklərin hamısına şamil deyil.[46] Nasir Məkarim Şirazinin nəzərinə əsasən, mələklərin Allahın əmrlərini icra etməkdə ləng olmalarına görə onların tənbeh olması haqqında rəvayətlər qeyd olunmuşdur ki, bu mələklər üçün "tərki övla" sayılır, günah sayılmır. Necə ki, bəzi peyğəmbərlərin haqqında da qeyd edilmişdir.[47]

Əllamə Təbatəbainin etiqadına əsasən, mələklər Allah nə istəsə, onu edəcək və Allah hər o şeyi ki əmr edib, onu yerinə yetirərlər və buna görə də günah etmirlər.[48]

Mələklərin insanlardan üstünlüyü

وَلَقَدْ کَرَّمْنَا بَنِی آدَمَ... وَ فَضَّلْنَاهُمْ عَلَی کَثِیرٍ مِمَّنْ خَلَقْنَا تَفْضِیلًا Bəzi din alimləri “Həqiqətən, Biz Adəm övladlarını hörmətli etdik... və onları yaratdıqlarımızın bir çoxundan üstün etdik”[49] ayəsinə istinad edirlər. Mələklər insanlardan üstün sayılırlar. Bəziləri isə mələklərin Adəmə səcdə etməsi və Adəmin onları təlim-tərbiyə etməsi hekayəsinə istinad edərək, insanı öz istedadından istifadə etmək şərti ilə mələklərdən üstün hesab edirlər.[50]

Həsən Həsənzadə Amolinin fikrincə, İbn Ərəbi ali mələkləri (Məhimini) Adəm övladlarından üstün hesab edir, çünki, Adəmə səcdə onlara vacib deyildi.[51] Məhəmməd Davud Qeysəri isə xəlifə məqamına çatmış insanları ali mələklərdən üstün hesab edir. Adəmin mələkləri öyrətməsinə işarə edən “Bəqərə” surəsinin 31-ci ayəsinə istinad edən Molla Sədra hesab edir ki, sözügedən ayədə Adəmin yer və səma əhli olan mələklərdən üstün olmasına işarə edilir.[52] "Məhimin" mələklərə işarə edilmir.[53]

Peyğəmbərlərin mələklərdən üstünlüyü

Əksər müsəlmanlar peyğəmbərləri mələklərdən üstün hesab edirlər və bunun səbəbi mələklərdən fərqli olaraq peyğəmbərlərdə qəzəb və şəhvət gücünün olmasıdır.[54] Həmçinin, peyğəmbərlərin onlardan üstün olması barədə Quranda ayələr vardır ki, mələklərin Adəmə səcdə etməsinə və Adəmin onları öyrətməsinə işarə edir.[55] Həmçinin, şiələr İmamları mələklərdən üstün hesab edirlər.[56]

İnsan forması

Quran ayələrinə əsasən[57] Müqəddəs ruh (Ruhul-əmin) Məryəmə insan surətində zühur etmişdir.[58] Həmçinin rəvayətlərə əsasən Cəbrayıl Həzrət Peyğəmbərə (s) Dəhiyyə Kəlbi (peyğəmbərin dövründə yaşamış bir şəxs) surətində nazil olmuşdur.[59] Rəvayətlərdə deyilir ki, mələklər insanların ruhlarını, canlarını alarkən, mömin və ya fasiqin ruhuna əsasən müxtəlif surətlərdə nazil olurlar.[60] Surət yəni mələklərin öz sifətindən başqa bir sifətlə zühur etmələridir.[61]

Peyğəmbərdən başqa heç kim mələkləri əsil öz sifətində görməmişdir.[62]

Mücərrədlik

Filosofların fikrincə, mələklər mücərrəddirlər.[63] Onların maddi xüsusiyyətləri həmçinin şəhvət və qəzəb gücü də yoxdur.[64] Dəyişmə, çevrilmə, təkamül də yoxdur [65] və hislərlə başa düşülmə qabiliyyətində deyillər.[66] Bu xüsusiyyətlər sübut edir ki, mələklər mücərrəddirlər. Lakin Molla Sədra mələkləri sabit məqama malik hesab edən bir sıra təfsirçilərdən fərqli olaraq,[67] onlardan bir qrupun elm və kamilliyinin arta bilməsini hesab edir.[68] İmam Əli (ə) mələklərdən ibarət bir dəstəni, ən elmli və Allaha ən yaxın olan varlıq kimi tanıtdırmışdır ki, nə yuxu onların görmələrinə, nə səhvləri ağıllarına, nə də yorğunluq bədənlərinə hakim deyildir.[69]

Mələklərin qanadları

Quran ayələrinin və rəvayətlərin zahirinə əsasən mələklərin qanadları vardır.[70] Mələklərin qanadlarının nə olduğu barədə müxtəlif fikirlər vardır:

  • Əllamə Təbatəbai hesab edir ki, mələklərin qanadlarının mənası, onların quşların qanadları kimi deyil, Allahın əmri ilə göydən yerə, yerdən göyə və bir yerdən başqa yerə getməkləri üçün onlara verilmiş vasitələrdir.[71]
  • İmam Xomeyni hesab edir ki, mələkut aləminin mələkləri cismani deyil və mücərrəddirlər və qanadları da yoxdur. Lakin misal aləminin mələklərinin qanadlarının olması mümkündür.[72]
  • İbn Ərəbi mələklərin qanadlarının sayı dedikdə, onların yerdə və göydə təsirinin dərəcəsini nəzərdə tutur.[73]

Həmçinin mələklərin qanadlarının çox olması, onların Allahın əmrlərini yerinə yetirdikləri zaman olduğu sürətinə,[74] çatdırma və iş görmə qüdrətinə[75] və mələklərin təbəqə fərqliliyinə[76] işarədir.

Biblioqrafiya

Mələklər haqqında fars, ərəb və ingilis dillərində əsərlər yazılıb. Onlardan bəziləri bunlardır:

  • Qurani-kərim və irfani yanaşma ilə “Mələklərin sirlərində seyr” əsəri Məhəmməd Zaman Rüstəmi və Tahir Ali Buyə tərəfindən fars dilində yazılmışdır. Mələklərin mahiyyəti, sifətləri, növləri, işləri və insanın mələklər üzərində xilafəti bu kitabın fəsillərinin başlıqlarıdır.[77] İslam Elmləri və Mədəniyyəti Tədqiqat İnstitutu 1393-cü hicri-şəmsi ilində 552 səhifədən ibarət bu kitabı nəşr etmişdir.[78]
  • “Əl-məxluqatul-xəfiyyəti fil-Quran: mələklər, cin, iblis” kitabı ərəbcə, Seyid Məhəmməd Hüseyn Təbatəbai tərəfindən yazılmışdır.

Həmçinin, Abdullah Siracuddinin “Mələklərə iman”, Bili Geramın “Mələklər”, Leyla Həmdullahinin “Quranda və Nəhcül-bəlağədə mələklərin siması”, Əlirza Ricali Tehraninin “Mələklər” və Məhəmməd Şücayinin “Mələklər” kitabları bu sahədə yazılmış digər əsərlərdəndir.[79]

İstinadlar

  1. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.17, s.6
  2. Tureyhi, Məcməul-bəhreyn, h.q 1416, c.5, s.292
  3. Məkarim Şirazi, Peyame İmam Əmirəl-Möminin (ə), h.ş 1387, c.1, s.161
  4. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.56, s.202-203
  5. Məkarim Şirazi, Peyame İmam Əmirəl-Möminin (ə), h.ş 1387, c.1, s.161
  6. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.17, s.13
  7. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.17, s.13
  8. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.58, s.306, hədis 15
  9. Bəqər surəsi, ayə 285
  10. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.2, s.442
  11. Rüstəmi və Ali Buye, seyri dər əsrare fereştəqan, h.ş 1393, s.47
  12. Nəhcül-bəlağə, h.ş 1374, s.128-131
  13. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.56, s.144-326
  14. Səhifə-səccadiyyə, h.ş 1376, s.36-40
  15. Bəhrani, Əl-Burhan, h.q 1416, c.4, s.535
  16. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.15, s.8 və c.18, s.345 və c.24, s.88
  17. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.19, s.38
  18. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.19, s.171
  19. The Encyclopedia of Religion, volume1, p:2830, Oxford, New York, (1986)
  20. Nəhl surəsi, ayə 2, 102; Əbəsə surəsi, ayə 16
  21. Naziat surəsi, ayə 5; Məaric surəsi, ayə 4
  22. Muminun surəsi, ayə 7
  23. Ənbiya surəsi, ayə 28
  24. Ali İmran surəsi, ayə 124 və 125
  25. Bəqərə surəsi, ayə 141; Ali İmran surəsi, ayə 87
  26. Yunis surəsi, ayə 21; Zuxruf surəsi, ayə 80; İnfitar surəsi, ayə 11
  27. Ənam surəsi, ayə 62; Nisa surəsi, ayə 97
  28. Ənbiya surəsi, ayə 19-20
  29. Nəhl surəsi, ayə 28-32
  30. Zumər surəsi, ayə 72; Ənbiya surəsi, ayə 103
  31. Müddəssir surəsi, ayə 20
  32. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.17, s.12
  33. Təkvir surəsi, ayə 21
  34. Səcdə surəsi, ayə 12; Ənam surəsi, ayə 62
  35. Molla Sədra, Məfatihul-ğəyb, h.ş 1363, s.350-351
  36. İmam Xomeyni, Adabus-səlat, h.ş 1378, s.339-342
  37. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.11, s.124
  38. Zərkəşi, Əl-Bəhrul-muhit, h.q 1414, c.6, s.21
  39. Ənbiya surəsi, ayə 27
  40. Təhrim surəsi, ayə 6
  41. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.17, s.12
  42. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.17, s.12
  43. Fəyyaz Lahici, Qohəre murad, h.ş 1383, s.426
  44. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.1, s.375
  45. Fəyyaz Lahici, Qohəre murad, h.ş 1383, s.426
  46. Mütəhhəri, Məcmue asar, c.4, s.280
  47. Məkarim Şirazi, Peyame İmam Əmirəl-Möminin (ə), h.ş 1387, c.1, s.168
  48. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.17, s.12
  49. İsra surəsi, ayə 70
  50. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.12, s.199-200
  51. Həsən Həsənzadə Amoli, Muməddul-himəm, h.ş 1378, s.367-369
  52. Həsən Həsənzadə Amoli, Muməddul-himəm, h.ş 1378, s.367-369
  53. Molla Sədra, Təfsirul-Quranil-Kərim, h.ş 1366, c.2, s.370
  54. Əllamə Hilli, Kəşful-murad, h.q 1413, s.360; İyci, Əl-Məvaqif, h.q 1325, c.8, s.285
  55. İyci, Əl-Məvaqif, h.q 1325, c.8, s.283-285
  56. Ömər Süleyman, Aləmul-məlaikətil-əbrar, h.q 1421, s.92
  57. Məryəm surəsi, ayə 17
  58. İmam Xomeyni, Adabus-səlat, h.ş 1378. s.342
  59. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.20, s.210
  60. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.12, s74
  61. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.17, s.13
  62. Ömər Süleyman, Aləmul-məlaikətil-əbrar, h.q 1421, s.11
  63. Fəyyaz Lahici, Qohəre murad, h.ş 1383, s.427
  64. Əllamə Hilli, Kəşful-murad, h.q 1413, s.360
  65. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.17, s.13
  66. Ömər Süleyman, Aləmul-məlaikətil-əbrar, h.q 1421, s.92
  67. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.17, s.176
  68. Molla Sədra, Təfsirul-Quranil-Kərim, h.ş 1366, s.371
  69. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.207
  70. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.8, s.625
  71. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.17, s.7
  72. İmam Xomeyni, Şərhe çehel hədis, h.ş 1380, s.414
  73. İbn Ərəbi, Təfsiru İbn Ərəbi, h.q 1422, c.2, s.167
  74. Səbzəvari, İrşadul-əzhan, h.q 1419, s.440
  75. Məkarim Şirazi, Əl-Əmsəl, h.q 1421, c.14, s.13
  76. Hüseyni Həmədani, Ənvare derəxşan, h.q 1404, s.259
  77. Rüstəmi və Ali Buye, seyri dər əsrare fereştəqan, h.ş 1393, s.5-29
  78. Rüstəmi və Ali Buye, seyri dər əsrare fereştəqan, h.ş 1393, s.4
  79. Rüstəmi və Ali Buye, seyri dər əsrare fereştəqan, h.ş 1393, s.46

Ədəbiyyat

  • İbn Ərəbi, Muhyiddin Məhəmməd, Təfsiru İbn Ərəbi, Beyrut, h.q 1422
  • Ömər Süleyman, Aləmul-məlaikətil-əbrar, Urdun, h.q 1421 \ m. 2000
  • Səhifeyi-səccadiyyə, Qum, Əl-Hadi nəşri, h.ş 1376
  • İmam Xomeyni, Seyyid Ruhullah, Adabus-səlat, Tehran, h.ş 1378
  • İmam Xomeyni, Seyyid Ruhullah, Şərhe çehel hədis, Qum, h.ş 1380
  • İyci, Mir Seyyid Şərif, Şərhul-məvaqif, Qum, h.q 1325
  • Bəhrani, Seyyid Haşim, Əl-Burhan, Tehran, Bunyade besət, h.q 1416
  • Həsənzadə Amuli, Həsən, Muməddul-himəm, Tehran, h.ş 1378
  • Hüseyni Həmədani, Seyyid Məhəmməd Hüseyn, Ənvare derəxşan, Tehran, h.q 1404
  • Rüstəmi və Ali Buye, seyri dər əsrare fereştəqan, Qum, h.ş 1393
  • Zərkəşi, Məhəmməd ibn Abdullah, Əl-Bəhrul-muhit, h.q 1414 \ m. 1994
  • Səbzəvari Nəcəfi, Məhəmməd ibn Həbibullah, İrşadul-əzhan, Beyrut, h.q 1419
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, Qum, İslami nəşr, 5-ci çap, h.q 1417
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Müqəddimə: Məhəmməd Cavad Bəlaği, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Tureyhi, Fəxruddin, Məcməul-bəhreyn, Düzəliş: Əhməd Hüseyni, Tehran, h.q 1416
  • Əllamə Hilli, Həsən ibn Yusif, Kəşful-murad, Düzəliş: Həsənzadə Amuli, Qum, İslami nəşr müəssisəsi, h.q 1413
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Məfatihul-ğəyb, Beyrut, h.q 1420
  • Fəyyaz Lahici, Əbdür-Rəzzaq, Qohəre murad, Müqəddimə: Zeynul-abidin Qurbani, h.ş 1388
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Düzəliş: Təyyib Musəvi Cəzairi, Darul-kitab, 3-cü çap, h.q 1404
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374
  • Məkarim Şirazi, Nasir, Əl-Əmsəl, Qum, İmam Əli (ə) mədrəsəsi, h.q 1421
  • Məkarim Şirazi, Nasir, Peyame İmam Əmirəl-Möminin (ə), Darul-kutubil-İslamiyyə, h.ş 1387
  • Molla Sədra, Məhəmməd ibn İbrahim, Təfsirul-Quranil-Kərim, Qum, h.ş 1366
  • Molla Sədra, Məhəmməd ibn İbrahim, Məfatihul-ğəyb, Tehran, h.ş 1363
  • Nəhcül-bəlağə, Qum, h.ş 1374 \ h.q 1387