Ədi ibn Hatim Tai

wikishia saytından
Ədi ibn Hatim Tai
Tam adıƏdi ibn Hatim ibn Abdullah Ət-Tai
KünyəsiƏbu Tərif
Nəsəb \ QəbiləTey qəbiləsi
Tanınmış qohumlarıHatim Tai
Vəfat tarixi və məkanıH.q 67
İslam dininə gəlmə zamanıHicrətin 9 və ya 10-cu ilində
İştirak etdiyi döyüşlərCəməl, Siffeyn, Nəhrəvan və Riddə döyüşlərində
Şöhrət tapmasının səbəbiTey Qəbiləsinin rəisi, Peyğəmbərin (s)İmam Əlinin (ə) səhabəsi


Ədi ibn Hatim Tai (ərəbcə: عدي بن حاتم الطائي) Peyğəmbərin (s)İmam Əlinin (ə) səhabələrindən idi. İmam Əliyə (ə) dəstək üçün Cəməl, SiffeynNəhrəvan döyüşlərində iştirak etmişdir. Həmçinin, İmam Həsənin (ə) xilafəti dövründə xalqı onun ordusuna qoşulmağa və Müaviyə ibn Əbu Süfyanla döyüşməyə təşviq edirdi. Ədi Müaviyənin qarşısında açıq şəkildə İmam Əliyə (ə) sevgisini bildirir və onu müdafiə edirdi.

Ədi Hatim Tainin oğlu və Təy qəbiləsinin böyüyü idi. O, Muxtarın qiyamında iştirak etməyib, ona qarşı da çıxmayıb. Lakin o, Muxtarın əleyhinə olan qəbiləsinin bəzi fərdləri üçün vasitəçilik etdi.

Soy və mövqe

Ədi Peyğəmbərin (s) səhabələrindən idi. Atası Hatim Tai cahiliyyət dövründə səxavəti ilə tanınırdı.[1] Ədi bəlağətli, hazırcavab və qövmünün böyüyü hesab olunurdu.[2]

Ədi 67-ci ildə Muxtarın hakimiyyəti dövründə Kufədə vəfat etmişdir.[3] Onun 68 və 69-cu ildə vəfat etdiyini də qeyd ediblər.[4] Dünyasını dəyişərkən 82 və ya 120 yaşında olmuşdur.[5]

Ədi ibn Hatimdən rəvayət olunur ki, mən Peyğəmbərin (s) hüzuruna daxil olanda mənə oturmaq üçün yer ayırardı.[6] Peyğəmbər (s) ona Təy və Bəni-Əsəd qəbilələrinin sədəqəsini (zəkatını) toplamağı tapşırmışdı.[7]

İslamı qəbul etməsi

Ədi ibn Hatim İslamı qəbul etməzdən əvvəl xristian və Təy qəbiləsinin başçısı idi.[8] Hicri 9-cu ilin rəbiussani ayında Peyğəmbər (s) İmam Əlini (ə) qoşunla Təy diyarına göndərdi.[9] Ədi bundan xəbər tutanda ailəsini və sərvətini Suriyaya göndərdi, lakin bacısı İslam qüvvələri tərəfindən əsir götürülərək Mədinəyə köçürüldü. Bacısı Peyğəmbərdən (s) ona yaxşılıq etməsini və onu azad etməsini istədi. Peyğəmbər (s) onun xahişini qəbul etdi və onu Təy qəbiləsindən bir karvanla birlikdə Suriyaya göndərdi.[10] O Ədinin yanına çatanda Ədi onun Peyğəmbər (s) haqqında fikrini soruşdu. O dedi: “Tezliklə onun yanına get. Çünki əgər o, həqiqətən peyğəmbərdirsə, kim ona ilk iman gətirsə, üstün olar, , padşahdırsasənin şərəfin azalmaz”. Ədi onun fikrini qəbul edib Mədinəyə getdi və Peyğəmbərlə (s) görüşüb söhbət etdikdən sonra onun həqiqətən peyğəmbər olduğunu bildi və İslamı qəbul etdi.[11]

Ədinin İslamı hicrətin doqquzuncu və ya onuncu ilində qəbul etdiyini qeyd ediblər.[12]

Xəlifələr dövründəki müharibələrdə iştirak

Peyğəmbərin (s) vəfatından sonra baş verən mürtədlik zamanı Ədi İslama sadiq qaldı və öz qövmünün İslamdan çıxmasının qarşısını aldı.[13] Təy qəbiləsinin zəkatını Əbu Bəkrə gətirdi.[14] O, birinci xəlifə dövründə baş verən Riddə müharibələrində iştirak etdi[15] və peyğəmbər olduğunu iddia edən[16] Tüleyhə ilə müharibədə sağ cinahın sərkərdəsi idi.[17] O, həmçinin ikinci xəlifə dövründə İslam fəthlərində (İraq və İranın fəthində) iştirak etdi.[18] O, Osmanın xilafəti dövründə onun əleyhdarlarına qoşuldu. Belə ki, İbn Əsəm onu Osmanın qatillərindən biri kimi qeyd edib.[19]

İmam Əli (ə) və İmam Həsən (ə) ilə birlikdə

Ədi İmam Əlinin (ə) xilafəti dövründə onun yanında idi.[20]

Cəməl döyüşü

İbn Qüteybənin (vəfatı: h. q. 276) rəvayətinə görə, Ədi ibn Hatim Cəməl döyüşü zamanı İmam Əliyə (ə) kömək etmək üçün Təy qəbiləsindən on üç min süvari ayırdı.[21] Döyüş əsnasında da İmam Əli (ə) ona və başqa bir neçə nəfərə Ayişənin mindiyi dəvənin izinə düşməyi tapşırdı.[22] O, Cəməl döyüşündə,[23] (başqa bir nəqlə görə, Siffeyn döyüşündə)[24] gözündən yaralandı və oğlu Tərif də bu döyüşdə şəhid oldu.[25]

Siffeyn döyüşü

Siffeyn döyüşündə Ədi ibn Hatimlə Bəni-Həzmərdən olan bir nəfər arasında ordunun bayraqdarı olmaq uğrunda rəqabət var idi. Lakin İmam Əli (ə) bayrağı Ədi ibn Hatimə verdi.[26] Həmçinin bu döyüşdə İmam Əli (ə) onu və bir neçə nəfəri Müaviyənin yanına göndərdi ki, onu Allaha və kitabına dəvət etsinlər.[27] Bu müharibədə oğlu Zeyd İmam Əlinin (ə) ordusunda idi. Lakin Müaviyənin ordusundan olan dayısı Habis ibn Səd Tainin cəsədini görəndə İmam Əlinin ordusunu tərk edərək Müaviyənin ordusuna qoşuldu.[28]

Nəhrəvan döyüşü

Ədi Nəhrivan döyüşündə də İmam Əlinin (ə) ordusunda idi[29] və onun oğlu Tərəfə da bu müharibədə şəhid oldu.[30]

İmam Əlinin (ə) şəhadətindən sonra

Ədi İmam Həsənin (ə) xilafəti dövründə də xalqı Müaviyə ilə cihad üçün onun ordusuna qoşulmağa təşviq edirdi.[31] Əbül-Fərəc İsfahaninin nəql etdiyinə görə, Ədi xalqın İmam Həsənin (ə) ordusuna qoşulmağa həvəssiz olduğunu görüb onlara dedi: “Subhanəllah! Sizin davranışınız necə də çirkindir! Nə üçün imamınızın və peyğəmbərinizin oğlunun dəvətini qəbul etmirsiniz?!... Allahın qəzəbindən qorxmursunuzmu?!”[32]

Müaviyə qarşısında İmam Əlini (ə) müdafiə etmək

Şiə tarixçisi Əli ibn Hüseyn Məsudinin verdiyi məlumata görə, Müaviyə Ədidən soruşur: “Oğullarına nə olub?” O, Əlinin (ə) ordusunda öldürüldüklərini dedi. Müaviyə dedi: “Əli sizinlə insafla davranmadı. Öz övladlarını saxladı, sizin övladlarınızı isə ölümə göndərdi”. Ədi dedi: “Xeyr! Allaha and olsun ki, mən insafla davranmadım. Çünki Əli öldürülüb, mən isə sağam!”[33]

O, həmçinin Müaviyəni Əli (ə) haqqında pis danışmaqdan çəkindirdi və dedi: “And olsun Allaha, ey Müaviyə! Sənin nifrətinlə dolu olan ürəklər hələ də sinəmizdə döyünür, Əlinin sıralarında səninlə vuruşan qılınclar çiynimizdədir. Pislik və hiylə ilə iki barmaq arasındakı məsafə qədər bizə yaxınlaşsanız, biz sənə bir qarış yaxınlaşarıq. Və şübhəsiz ki, bizim üçün boğazımızın kəsilməsi və nəfəsimizin sinəmizdə boğulması Əli haqqında pis sözlər eşitməkdən daha asandır”.[34]

Hicri-qəməri 3-cü əsr ədiblərindən İbrahim ibn Məhəmməd Beyhəqi “əl-Məhasin vəl-məsavi” kitabında Ədi ilə Müaviyə arasında keçən başqa bir söhbəti nəql etmişdir. Burada Müaviyə Ədidən Əlini (ə) ona vəsf etməsini istədi. Ədi dedi: “And olsun Allaha, o, uzaqgörən və güclü idi, qətiyyətlə danışar, ədalətlə hökm verərdi...” Müaviyə onun sözlərini eşidəndən sonra ağladı və dedi: “Onun yoxluğuna necə səbir edirsən?” Ədi cavab verdi: “Övladının başı qucağında kəsilmiş qadının səbri kimi. Belə ki, nə göz yaşları quruyur, nə də ağlaması bitir”.[35] Şeyx Abbas Qumi (vəfatı: h. q. 1359) də onu “Səfinətul-Biharda nəql etmişdir.[36]

Bəzi başqa mənbələrdə bu söhbət Zirar ibn Zəmrəyə aid edilib.[37]

Muxtarın yanında vasitəçilik etmək

İslam tarixi tədqiqatçısı Məhəmməd Hadi Yusifi Qərəvinin (təvəllüdü: h. q. 1327) dediyinə görə, Ədi ibn Hatim Muxtarın üsyanında nə onun tərəfində, nə də müxalifləri arasında olub.[38] Muxtar və əleyhdarları arasında baş verən Cəbbanətus-səbi döyüşündə onun əleyhdarı olan Təy qəbiləsindən bir qrup əsir düşür.[39] Ədi ibn Hatim Muxtarın yanına gedib vasitəçilik edir və Muxtar onları azad edir.[40] Həmçinin, Kərbəlada Ömər ibn Sədin qoşunu arasında olan Həkim ibn Tüfeyl Tainin ailəsi Ədidən Muxtarın yanına gedib vasitəçilik etməsini istədi. Ədi onlar üçün vasitəçilik edəndə Muxtar dedi: “Hüseynin qatillərindən birinə necə əfv diləyirsən?!” Ədi, ona böhtan atıldığını bildirdi. Muxtar dedi: “Əgər belədirsə, onu sənə həvalə edirəm”. Amma ondan əvvəl Muxtarın ətrafı Muxtarın Ədinin vasitəçiliyini qəbul edəcəyindən qorxaraq Həkim ibn Tüfeyli öldürdülər.[41]

Hədis elmində yeri

Şeyx Tusi onu Peyğəmbərin (s)[42] və İmam Əlinin (ə) səhabələrindən[43] hesab edir. O, İmam Əlidən (ə) hədislər nəql edib.[44] Həmçinin, “Səhihi-Buxari”də də ondan bəzi hədislər nəql edilib.[45]

İstinadlar

  1. Diyarbəkri, Tarixul-xəmis, Daru sadir, c.1, s.255
  2. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.1057
  3. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.6, s.99
  4. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.1059
  5. İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.4, s.388
  6. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.1058
  7. İbn Hişam Əs_Siyrətun-Nəbəviyyə, c.2, s.600
  8. Yaqubi, Tarixul-Yaqubi, c.2, s.79
  9. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.111
  10. İbn Hişam Əs_Siyrətun-Nəbəviyyə, c.2, s.578-580
  11. İbn Hişam Əs_Siyrətun-Nəbəviyyə, c.2, s.578-580
  12. İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.4, s.388
  13. İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.4, s.388
  14. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.1058
  15. Vaqidi, Ər-Riddə, h.q 1410, s.66
  16. İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.3, s.430
  17. Vaqidi, Ər-Riddə, h.q 1410, s.89; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.1, s.14
  18. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.486; İbn Kəsir, Əl-Bidayə, h.q 1407, c.6, s.344
  19. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.3, s.62
  20. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.6, s.99
  21. İbn Qüteybə, Əl-İmamət vəs-siyasət, h.q 1413, c.1, s.77
  22. Bəlazuri, Ənsabul-əşraf, h.q 1394, c.2, s.249
  23. Bəlazuri, Ənsabul-əşraf, h.q 1394, c.2, s.261
  24. İbn Kəsir, Əl-Bidayə, h.q 1407, c.7, s.275
  25. Bəlazuri, Ənsabul-əşraf, h.q 1394, c.2, s.261
  26. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.9
  27. Bəlazuri, Ənsabul-əşraf, h.q 1394, c.2, s.302
  28. Minqəri, Vəqəətu Siffeyn, h.q 1404, s.522
  29. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.11, s.543
  30. Bəlazuri, Ənsabul-əşraf, h.q 1394, c.2, s.375
  31. Bəlazuri, Ənsabul-əşraf, h.q 1394, c.3, s.32
  32. Əbül-Fərəc İsfahani, Məqatilut-talibin, Darul-mərifə, s.70
  33. Məsudi, Muruucuz-zəhəb, h.q 1409, c.3, s.4
  34. Məsudi, Muruucuz-zəhəb, h.q 1409, c.3, s.4-5
  35. Beyhəqi, Əl-Məhasin, h.q 1420, s.41
  36. Qumi, Səfinətul-Bihar, c.6, s.184
  37. Məsudi, Muruucuz-zəhəb, h.q 1409, c.2, s.421; İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.1107
  38. Yusifi Ğərəvi, Musuətut-tarixil-İslami, h.q 1417, c.6, s.406
  39. Yusifi Ğərəvi, Musuətut-tarixil-İslami, h.q 1417, c.6, s.406
  40. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.4, s.242
  41. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.4, s.242
  42. Tusi, Ricalut-Tusi, h.ş 1373, s.43
  43. Tusi, Ricalut-Tusi, h.ş 1373, s.73
  44. Xoyi, Mucəmu ricalil-hədis, h.q 1422, c.1, s.46
  45. Buxari, Səhih-Buxari, h.q 1422, c.1, s.46

Ədəbiyyat

  • Əbül-Fərəc İsfahani, Əli ibn Hüseyn, Məqatilut-talibin, Beyrut, Darul-mərifə
  • İbn Əsir, Əl-Kamilu fit-tarix, Beyrut, Daris-sadir, h.q 1385\m. 1965
  • İbn Əsəm Kufi, Əhməd ibn Əsəm, Əl-Futuh, Təhqiq: Əli Şiri, Beyrut, h.q 1411\m. 1991
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabə, Təhqiq: Adil Əhməd Əbdül-Məvcud, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • İbn Səd, Məhəmməd, Ət-Təbəqatul-kübra, Təhqiq: Məhəmməd Əbdül-Qadir, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1410
  • İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Beyrut, h.q 1412
  • İbn Qüteybə, Abdullah ibn Muslim, Əl-İmamət vəs-siyasət, Qum, Şərif Rəzi nəşriyyatı, h.q 1413
  • İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayə, Beyrut, Darul-fikr, h.q 1407
  • İbn Hişam, Əbdül-Məlik ibn Hişam, Əs_Siyrətun-Nəbəviyyə, Təhqiq: Mustafa Səqa, Beyrut, Darul-mərifə
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih-Buxari, Təhqiq: Məhəmməd Züheyr ibn Nasir, h.q 1422
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Məhəmməd Baqir Mahmudi, Beyrut, h.q 1394
  • Beyhəqi, İbrahim ibn Məhəmməd, Əl-Məhasin, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1420
  • Xoyi, Seyyid Əbül-Qasim, Mucəmu ricalil-hədis, 5-ci çap, h.q 1422
  • Diyarbəkri, Hüseyn ibn Məhəmməd, Tarixul-xəmis, Beyrut, Daru sadir
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbül-fəzl, h.q 1387
  • Tusi, Məhəmməd ib Həsən, Ricalut-Tusi, Düzəliş: Cavad Qəyyumi İsfahani, h.ş 1373
  • Qumi, Abbas, Səfinətul-Bihar, Tehran
  • Məsudi, Əli ibn Hüseyn, Muruucuz-zəhəb, Təhqiq: Əsəd Dağər, Qum, 2-ci çap, h.q 1409
  • Minqəri, Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, Qum, 2-ci çap, h.q 1404
  • Vaqidi, Məhəmməd ibn Ömər, Ər-Riddə, Beyrut, Darul-ğərbil-İslami, h.q 1410
  • Yaqubi, Əhməd ibn Əbi-Yaqub, Tarixul-Yaqubi, Beyrut, Daru sadir
  • Yusifi Ğərəvi, Məhəmməd Hadi, Musuətut-tarixil-İslami, Qum, h.q 1417