Usuli-Kafi

wikishia saytından
(Əl-Usulu minəl-Kafi səhifəsindən yönləndirilmişdir)
Əl-Kafi (kitab) ilə səhv salınmasın.
Usuli-Kafi
Usuli Kafinin farsca tərcümələrindən biri
Usuli Kafinin farsca tərcümələrindən biri
MüəllifMəhəmməd ibn Yaqub Kuleyni
MövzuŞiənin etiqadi hədisləri, Şiə imamlarının həyatı
DilƏrəbcə
Başqa dillərə tərcüməFars, Urdu, İngilis
Kitabın farsca adıUsuli Kafi



Usuli-Kafi (ərəbcə: أصول الكافي), Əl-Kafi hədis kitabının üç hissəsinin birinci hissəsinin adıdır. Bu bölmədə şiə əqidəsi və şiə imamlarının həyatı ilə bağlı hədislər və müsəlmanın davranışından bəhs edən bəzi hədislər toplanmışdır.

Usuli-Kafi şiələrin əqidələrini bilmək üçün ən mühüm mənbələrdən biridir və dəfələrlə Kafi kitabından ayrı olaraq nəşr edilmişdir. Həmçinin bu barədə çoxsaylı tərcümələr və izahlar yazılmış və nəşr edilmişdir.


Kitabın yazıçısı

"Siqətul-İslam Kuleyni" kimi tanınan Məhəmməd ibn Yaqub Kuleyni (hicri 329-cu ildə vəfat edib) böyük şiə mühəddislərindən biri və şiənin ən etibarlı rəvayət toplusundan və dörd şiə kitablarından biri olan "Kafi"nin müəllifi hesab olunur. O, İmam Mehdinin (ə) kiçik qeybəti dövründə dünyaya gəlmişdir. Habelə hədisi birbaşa İmam Əskəri (ə) və ya İmam Hadidən (ə) eşitmiş bəzi hədis alimləri ilə görüşmüşdür. Kuleyninin hədisi nəql edərkən çox diqqətli olduğu söylənmişdir. İbn Quliveyh, Məhəmməd ibn Əli Macilviyə Qomi, Əhməd ibn Məhəmməd Zərari onun tələbələrindəndir.


Kitabın tanıtdırılması

Usuli-Kafi, Əl-Kafi hədis kitabının üç hissəsinin birinci hissəsinin adıdır. Bu bölmədə şiə əqidəsi və şiə imamlarının həyatı ilə bağlı hədislər və müsəlmanın davranışından bəhs edən bəzi hədislər toplanmışdır (3785 hədis).

Kitabın digər iki hissəsində müəllif fiqhi rəvayətlər və əxlaqi moizələrdən bəhs etmişdir.[1]

Şiənin dörd önəmli hədis kitablarından yalnız Əl-Kafi əqidə ilə bağlı rəvayətlərə toxunduğu üçün bu kitabın sözügedən hissəsi həmişə şiələrin marağına səbəb olmuşdur. Bu səbəbdən də ayrıca nəşr edilmişdir. Şiə alimləri onun haqqında çoxlu şərhlər yazıblar. Onun tərcüməsi də diqqət mərkəzində olub. Buna görə də onun bir neçə farsca tərcüməsi nəşr edilmişdir.

Usuli-Kafinin fəsilləri

Usuli-Kafi səkkiz ümumi bölmədə formalaşıb ki, Kuleyni bu bölmələrin hər birini “kitab” adı ilə təqdim etmişdir. Bu ümumi başlıqlar bunlardır:

  • Ağıl və cəhalət kitabı
  • 22 fəsildən ibarət olan "elmin fəziləti" kitabı
  • 35 fəsildən ibarət olan "Tövhid" kitabı
  • Özü 130 fəsildən ibarət olan "Əl-Höccət" kitabında imamətin vacibliyini, şiə imamlarının adlarını, imamların xüsusiyyətlərini, həyatlarını, imamətlərini isbat etmə dəlillərini izah edən hədislər toplanmışdır.
  • 209 fəsildən ibarət olan iman və küfr kitabı
  • 60 fəsildən ibarət dua kitabı
  • 14 fəsildən ibarət Quranın fəziləti kitabı
  • 29 fəsildən ibarət Əl-işrə kitabı

"Usuli-Kafi"nin ilk kitabı "Əql və cəhl" kitabıdır. Onun ilk rəvayəti də ağlın xilqətdəki yeri və onun ilahi vəzifə, cəza və mükafat meyarı haqqında İmam Baqirdən (ə) nəql edilmişdir.[2] "Usuli-Kafi"nin sonuncu kitabı "Əl-işrə" kitabıdır. Sonuncu fəsli isə yazılı kağızların yandırılmasının haram olması fəslidir. Həmçinin "Usuli-Kafi" kitabının sonuncu rəvayətində İmam Kazim (ə) arxasında Uca Allahın adının yazıldığı bir şey barədə buyurur: "Onu su ilə yu".[3]

Yazılan şərhlər

"Usuli-Kafi"nin şərhçiləri iki qrupdan ibarətdir; Bir qrup Əl-Kafi kitabının hamısını şərh edib. Həmçinin onun içərisində "Usuli-Kafi"ni də şərh edib. Bir qrup isə yalnız "Usuli-Kafi"ni şərh edib. "Usuli-Kafi"yə məxsus məşhur şərhlər bunlardır:

  • Seyid Məhəmməd Hüseyni Həmədani tərəfindən "Usuli-Kafi"yə  Fars dilində yazılmış "Usuli-Kafi"dən parlaq bir nur şərhi. Qum elmi nəşriyyatı onu altı cilddə çap etmişdir.
  • Sədrəddin Məhəmməd Şirazinin (Molla Sədra) (hicri 1050) ərəb dilində yazdığı "Usuli-Kafi"nin şərhi əsəri. Bu şərh, Mədəniyyət Araşdırmaları və Tədqiqat İnstitutu tərəfindən üç cilddə nəşr olunub.
  • Ərəb dilində olan Molla Saleh Mazandaraninin (hicri 1081) "Şərhul-Kafi" əsəri. O, "Usuli-Kafi"dən əlavə, "Rövzətul-Kafi" hissəsini də şərh etmişdir. İslam kitabxanası bu şərhi 12 cilddə çap etmişdir.
  • Məhəmməd ibn Məhəmməd Mömin Gilaninin ərəb dilində yazdığı "Əz-Zəriə ilə Hafiziş-Şəriə" şərhi. "Darul-Hədis" nəşriyyatı bu şərhi iki cilddə çap etmişdir.
  • Molla Məhəmməd Əmin Astarabadi tərəfindən yazılmış "Əl-Haşiyə əla Usulil-Kafi" şərhi. Bu şərh,  "Darul-Hədis" tərəfindən çap olunub.
  • Seyid Əhməd ibn Zeynul-Abidin Əl-Ələvi Əl-Amilinin yazdığı "Əl-Haşiyə əla Usulil-Kafi" şərhi.
  • Seyid Bədrəddin ibn Əhməd Əl-Hüseyni Əl-Amili tərəfindən yazdığı "Əl-Haşiyə əla Usulil-Kafi" şərhi.  Bu şərh, Darul-Hədis tərəfindən çap edilmişdir.

"Usuli-Kafi"yə bu şərhlərdən əlavə, neçə başqa şərhlərdə yazılıb ki, yarımçıq qalıb və tamamlanmayıb. Bu kitabların hamısına Kuleyni elektron proqramında baxmaq olar.


Farsca tərcümələr

  • Məhəmməd Baqir Komreyi tərəfindən edilən tərcümə ki, Tehranda "Əl-Məktəbətul-İslamiyyə" nəşriyyatı onu 4 cilddə çap etmişdir.
  • Məhəmməd Baqir Komreyi tərəfindən edilən tərcümə ki, "Üsvə" nəşriyyatı onu 6 cilddə çap etmişdir.
  • Seyid Cavad Mustəfəvi tərəfindən edilən tərcümə ki, "Əl-İslamiyyə kitab mağazası onu  4 cilddə çap etmişdir.
  • Həmçinin "Miratul-Uqul" və "Əl-Vafi" şərhi və haşiyələrindən istifadə etməklə Həsən Həsənzadə Amuli bir neçə əlyazma nüsxəsinə əsasən, "Usuli-Kafi"nin iki cildini ərəb qramatikasına uyğun qeyd etmişdir.[4]

Tənqidi fikirlər

Bir neçə tədqiqatçı "Kafi"də nəql olunan hədislər haqqında o dərəcədə tənqidi fikirlər söyləyiblər. O dərəcədə ki, onlardan bəziləri doğru ilə yanlışı ayırmaq üçün Kuleyninin metodunu qeyri-kafi hesab edir  və inanırlar ki, səhih və mötəbər hədisin tanınması üçün digər elmi-texniki meyarlardan da istifadə edilməlidir. Çünki onların əqidəsinə görə, Kuleyni də səhih hədisi batildən ayırmaq üçün yalnız (razı və təslim olmaq)  meyarlarından istifadə etmişdir. O, bunu imamların bu rəvayətinə (hədisi tanımaq sizə çətin olarsa, istədiyiniz hədisi əməl eymək üçün əsas götürə bilərsiniz) əsaslanaraq etmişdir. Bu səbəbdən şiə alimləri "Kafi" kitabı ilə kifayətlənməmiş və yenə elmi-texniki meyarları tətbiq etməklə "Kafi"nin hədislərini müzakirə və tədqiq ediblər.[5]

İstinadlar

  1. Modirşaneçi, Kazim, Tarixe hədis, s.118
  2. Kuleyni, Kafi, c.1, s.10
  3. Kuleyni, Kafi, c.2, s.674
  4. Ayətullah Həsənzadə Amuli, Arif, Ədib və riyazidan, h.ş 1363, s.14
  5. https://hawzah.net/fa/Magazine/View/4518/7335/91372/, hawzah.net saytı

Ədəbiyyat

  • Modirşaneçi, Kazim, Tarixe hədis, Tehran, Səmt nəşriyyatı, h.ş 1377