Kutub-ərbəə

wikishia saytından
Kutub-ərbəə

Kutub-ərbəə (ərəbcə: کُتُب اَربعه) və ya Usul-ərbəə (ərəbcə: اصول اربعه) şiələrin ən etibarlı hədis mənbələri hesab etdikləri dörd hədis kitabıdır. Dörd kitab bunlardır: Əl-Kafi, Mən la-yəhzuruhul-fəqih, Təhzibul-ƏhkamƏl-İstibsar. "Əl-Kafi" kitabı Kuleyni tərəfindən yazılmışdır. "Mən la-yəhzuruhul-fəqih" kitabının müəllifi Şeyx Səduqdur. "Təhzibul-Əhkam" və "Əl-İstibsar" kitabları isə Şeyx Tusi tərəfindən yazılmışdır.

İlk dəfə Şəhid Sani rəvayət nəql etməyə icazə vermək məsələsində bu dörd kitaba işarə etmək üçün Kutub-ərbəə terminini işlətmişdir. Bundan sonra bu termin fiqhi mətnlərdə işlənmiş və getdikcə məşhur olmuşdur. Bəzi şiə alimləri Kutub-ərbəə-nin bütün hədislərini səhih hesab edirlər; Amma onların əksəriyyəti ya etibarlı, ya da mütəvatir olan hədisləri qəbul edir.

Mövzunun Əhəmiyyət və önəmi

Şiələr "Kafi", "Təhzib", "İstibsar" və "Mən la-yəhzuruhul-fəqih" adlı dörd kitabı özlərinin ən etibarlı hədis mənbələri hesab edir və onlara "Kutub-ərbəə" (dörd kitab) də deyirlər.[1] Əlbəttə, əksər şiə alimləri bu kitabların hədislərinin hamısına əməl etməyi vacib bilmirlər. Onlara əməl etmək üçün hədislərin sənədlərini və mətnlərini araşdırırlar.[2]

Bu terminin tarixi

Şəhid Sani bu dörd kitab üçün "Kutub-ərbəə" terminini işlədən ilk alimdir. Hicri 950-ci ildə rəvayət nəql etməyə icazə vermək məsələsində "Kutubul-hədisil-ərbəə" terminini işlətmişdir. Sonra bir neçə başqa rəvayət nəql etməyə icazə vermək məsələsində bu cümləni və "Kutub-ərbəə" terminini işlətmişdir.[3]

Bu tarixdən təxminən otuz il sonra Muhəqqiq Ərdəbili hicri 977-ci ildə yazılan və hicri 985-ci ildə başa çatan "Məcməul-Faidə vəl-Burhan" adlı fiqh kitabında bu termindən istifadə etdi. Beləliklə, bu termin hədis atmosferindən fiqh kitablarına daxil oldu. Bundan sonra sıra ilə "Zübdətul-Bəyan" (hicri 989-cu ildə yazılmış), "Müntəqəl-Cuman" (hicri 1006-cı ildə yazılmış) və "Vafiyyə" (hicri 1059-cu ildə yazılmış) kitablarında istifadə edilmişdir.[4]

Kutub-ərbəə-nin etibarlı olması

Şiə fəqihləri Kutub-ərbəə-nin ümumi etibarlılığını qəbul etmişlər. Şeyx Ənsari məşhur kitabların, o cümlədən bu kitabların mötəbərliyinə inanmağı məzhəbin zəruri məsələlərindən biri olduğunu uzaq hesab etməmişdir.[5] Bununla belə, şiə alimləri arasında hədislərin məsumdan nəql olmasının qəti və ya qeyri-qətiliyi və bundan sonra bütün rəvayətlərin etibarlılığı və səhihliyi ilə bağlı fikir ayrılığı mövcuddur. Bu baxımdan üç baxışa işarə etmək olar:

  • Bütün hədislərin mötəbər olması və məsumdan sadir olmasının qətiliyi: Əxbarilər Kutub-ərbəə-nin bütün hədislərini mötəbər hesab edir və bu kitabların hədislərinin hamısının məsumlardan nəql olmasını qəti hesab edirlər.[6] Seyyid Mürtəzanın fikri Əxbarilərin fikrinə yaxındır. O, bu kitablardakı hədislərin çoxunu mütəvatir və ya qəti olaraq məsumdan nəql olduğunu hesab edir.[7]
  • Bütün rəvayətlərin səhihliyi və məsumdan nəql olmasının qəti olmaması: Fazil Tuni,[8] Molla Əhməd Nəraqi[9] və Mirzə Məhəmmədhüseyn Naini[10] kimi bəzi fəqihlər Kutub-ərbəə-nin bütün hədislərinin qəti şəkildə məsumdan nəql olmasını qəbul etməyiblər, lakin onun hədislərinin mötəbər olduğuna inanıblar.
  • Əksər hədislərin səhih olmasında şübhənin olması və sənədləri mötəbər olan rəvayətlərin mötəbərliyi: Şiənin üsul alimlərinin və fəqihlərinin ümumi rəyi budur ki, "Əl-Kafi" kitabının az sayda mütəvatir hədislərindən başqa hədislərin səhihliyi qəti deyil. Təkcə sənəd baxımından etibarlılıq şəraitinə sahib olan hədislər mötəbərdirlər. Baxmayaraq ki, hədisin mötəbər olmasının şəraiti ilə bağlı fikir ayrılığı var.[11]

Əl-Kafi

Əsas məqalə: Əl-Kafi

Kafi kitabı Şeyx Əbu Cəfər Kuleyni (hicri 329-cu ildə vəfat edib) tərəfindən qeybəti-suğra dövründə yazılmışdır[12] Kitabda 16.000-ə yaxın hədis var. Onun üç ümumi bölümü var: Usuli-Kafi, Frui-Kafi və Rəvzətul-Kafi.[13] Usuli-Kafidə əqidə ilə bağlı hədislər var. Frui Kafidə fiqhi hədislər gəlib. Rəvzətul-Kafi isə müxtəlif hədislər toplusunu əhatə edir.[14]

Mən la-yəhzuruhul-fəqih

Əsas məqalə: Mən la-yəhzuruhul-fəqih

Bu kitab Şeyx Səduq (hicri 381-ci ildə vəfat etmişdir) tərəfindən yazılmışdır. Bu kitabda 6000-ə yaxın hədis var ki, onların mövzusu fiqhəməli hökmlərdir. Şeyx Səduq bu kitabda səhih hesab etdiyi hədisləri gətirirmiş və onlara əsaslanaraq fətva vermişdir.[15]

Təhzibul-Əhkam

Əsas məqalə: Təhzibul-Əhkam

"Təhzibul-Əhkam" Şeyx Tusinin (hicri 460-cı ildə vəfat edib) yazdığı kitabdır. Bu kitab 393 bölmə və 13590 hədisdən ibarətdir. Onun mövzusu fiqhdir. Şeyx Tusi bu kitabı Şeyx Müfidin "Əl-Muqniə" kitabının şərhi və izahında və onun göstərişi ilə yazmışdır.[16]

Əl-İstibsar fi ma ixtələfə minəl-əxbar

Əsas məqalə: Əl-İstbsar fi ma ixtələfə minəl-əxbar

Şeyx Tusi bu kitabı "Təhzibul-Əhkam" kitabından sonra və bəzi tələbələrinin xahişi ilə yazmışdır. Bu kitabda o, yalnız müxtəlif fiqhi mövzularda ziddiyyətli rəvayətləri toplamışdır. Bu səbəbdən kitabda bütün fiqhi mövzular yer almamışdır.[17]

İstinadlar

  1. Əmini, Əl-ğədir, h.q 1416, c.3, s.383-384
  2. Əmini, Əl-ğədir, h.q 1416, c.3, s.383-384
  3. باقری، «چهار کتاب حدیثی امامیه و رواج اصطلاح «الکتب الأربعة»: نقدی بر دیدگاه اندرو نیومن». Baqeri, Çəhar ketabe hədisi
  4. باقری، «چهار کتاب حدیثی امامیه و رواج اصطلاح «الکتب الأربعة»: نقدی بر دیدگاه اندرو نیومن».Baqeri, Çəhar ketabe hədisi
  5. Ənsari, Fəraidul-usul, h.q 1428, c.1, s.239
  6. İstərabadi, Əl-fəvaidul-mədinə, s.112; Əl-Korki, Hidayətul-əbrar, h.q 1396, s.17
  7. Həsən Amilidən nəql: Məalimul-usul, s.157
  8. Fazil Tuni, Əl-vafiyətu fi usulil-fiqh, h.q 1415, s.166
  9. Molla Əhməd Nəraqi,......
  10. کتب اربعه شیعه کدامند؟Şiə Niyuz saytı
  11. Seyyid Əbul-Qasim Xoyi, Mucəmu Ricailil-hədis, c.1, s.87-97
  12. Modir Şaneçi, Elmul-hədis, h.ş 1381, s.96
  13. Modir Şaneçi, Elmul-hədis, h.ş 1381, s.96 və 97
  14. Modir Şaneçi, Elmul-hədis, h.ş 1381, s.96 və 97
  15. Modir Şaneçi, Elmul-hədis, h.ş 1377, s.130-135
  16. Modir Şaneçi, Tarixul-hədis, h.ş 1377, s.138-140
  17. Modir Şaneçi, Tarixul-hədis, h.ş 1377, s.148-150

Ədəbiyyat

Xarici keçid