Şübhəli mal

wikishia saytından
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin.
Harama qarışmış mal məqaləsi ilə səhv salınmasın.

Şübhəli mal (ərəbcə: مال الشبهة) halal və ya haram olduğu bilinməyən mala deyilir. Şübhəli mal harama qarışmış maldan fərqlənir. Beləki, harama qarışmış malda - şübhəli maldan fərqli olaraq - insan öz malına haramın qarışdığını bilir.

Fəqihlər şübhəli malı halal hesab etmişlər və bu malın xümsü yoxdur və həcc üçün istifadə oluna bilər.

Bəzi hədislərdə şəkk və şübhə halıda ehtiyata əməl etmək əmr edilmişdir. Məhəmməd Təqi Məclisi bu rəvayətlərə əsaslanaraq şübhəli mallardan istifadə etməməyin daha yaxşı olduğuna fətva vermişdir. Digər tərəfdən, İmam Xomeyni bu hədislərin irşada (tövsiyə xarakterli əmr) dəlalət etdiyini bəyan edərək şübhəli maldan istifadənin məkruh olduğunu qəbul etməmişdir.

Konseptologiya

Fiqhi məsələlərə[1]rəvayətlərə[2] nəzər saldıqda görərik ki, şübhəli mal halal və ya haramı olduğu məlum olmayan[3] mala deyilir. Hədislərdə şübhəli mal məfhumu üçün “şübhə” və ya “şəkk” kimi təbirlərdən də istifadə edilmişdir.[4] O cümlədən, peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə Həzrət (s) belə buyurur: حَلَالٌ بَيِّنٌ وَ حَرَامٌ بَيِّنٌ وَ شُبُهَاتٌ بَيْنَ ذَلِكَ... “Halal məlumdur, haram da məlumdur. Şübhəli olan isə bu ikisinin arasında olandır...”.[5] Bəzi alimlər şübhəli loxma və ya yeməyi də şübhəli maldan hesab edirlər.[6]

Şübhəli mal lüğətdə halal və ya haram olmasında şəkk olunan mala deyilir.[7] İmam Əlidən (ə) nəql olunan rəvayətdə Həzrət (ə) buyurur ki, şübhə sözünü həqiqətə oxşar olduğu üçün şübhə adlandırmışlar.[8] (Ərəb dilində oxşarlıq sözüylə şübhə sözü eyni kökdəndir.)

Harama qarışmış mal ilə fərqi

Şübhəli mal harama qarışmış maldan fərqlidir. Çünki, insanın harama qarışmış malda haramın olması barədə elmi vardır Amma şübhəli malın haram olub-olmamasında şəkk vardır.[9]

Fiqhi hökmlər

Şübhəli mal barəsində bəzi fiqhi hökmlər bəyan olunmuşdur:

* Halal olması (hilliyyəti): Şübhəli malın halal olduğuna hökm edilmişdir.[10] Bu hökmün dəlili isə aşağıdakı hədisdir: کُلُ‏ شَیْءٍ هُوَ لَکَ‏ حَلَالٌ‏ حَتَّی‏ تَعْلَمَ‏ أَنَّهُ‏ حَرَامٌ‏ بِعَیْنِهِ “Haram olduğunu bilənə qədər hər şey sənə halaldır”.[11][12] Bu hədisin məzmununa “əsalətul-ibahə” deyilir.[13]

* Xümsünün olmaması: Şübhəli mala şübhəli olduğu üçün xüms düşmür.[14] Harama qarışmış malın isə şübhəli maldan fərqli olaraq harama qarışdığına görə xümsü vardır.[15]

* Şübhəli mal ilə həccə getmək: Fəqihlərin nəzərinə görə, şübhəli mal ilə həcc ziyarətinə getməyin problemi yoxdur.[16] Əlbəttə, Ayətullah Məkarim Şirazinin fətvasına əsasən, halal yollarla əldə etmək şərti ilə.[17]

Şübhə halında ehtiyat etmək

Nəql olunan bir çox hədislərdə şübhə halında ehtiyat etmək tövsiyə olunmuşdur. Məsələn:

  • دَعْ مَا یُرِیبُکَ إِلَی مَا لَا یُرِیبُکَ; Şübhən aradan gedənə qədər şübhəli şeyi tərk et.[18]
  • فَمَنْ تَرَکَ الشُّبُهَاتِ نَجَا مِنَ الْمُحَرَّمَاتِ وَ مَنْ أَخَذَ بِالشُّبُهَاتِ ارْتَکَبَ الْمُحَرَّمَات; Şübhəli şeyləri tərk edən hər kəs haramlardan xilas olar. Ancaq, hər kim onu götürsə harama giriftar olar.[19]
  • الْوُقُوفُ عِنْدَ الشُّبْهَةِ خَیْرٌ مِنَ الِاقْتِحَامِ فِی الْهَلَکةِ; Şübhə halında dayanmaq, həlaka düşməkdən yaxşıdır.[20]

İmam Xomeyni bu rəvayətləri haramlardan uzaq olmaq üçün tövsiyə kimi təfsir etmiş və şübhəli maldan istifadənin məkruh olduğunu qəbul etməmişdir.[21] Qəməri təqviminin XI əsrində yaşamış şiə alimlərindən olan Məhəmməd Təqi Məclisinin nəzərinə görə, şübhəli mal halal olsa da, hədislərə əsasən harama giriftar olmamaq üçün ondan uzaq durmaq daha yaxşıdır.[22] Bəziləri isə, yuxarıda qeyd olunan rəvayətləri nəzərə alaraq bildirirlər ki, şübhəli mal qarşıya çıxdıqda ondan uzaq durmaq lazımdır və halal olduğu müəyyən edilənə qədər ondan istifadə edilməməlidir.[23]

Bəyan olunmuşdur ki, şübhəli mal və yeməkdən uzaq durmaq əslində vərənin (təqvanın ali dərəcəsi) bir mərtəbəsidir və bu növ vərəyə, salehlərin vərəsi deyirlər.[24] Bəzi alimlərin tərcümeyi-halında belə nəql olunmuşdur ki, onlar şübhəli yeməklərlə qarşılaşdıqda ehtiyat edərdilər və əgər şübhəli malı yedikdən sonra onun şübhəli olduğunu bilsəydilər mümkün olduğu təqdirdə yeməyi qaytarardılar.[25]

İstinadlar

  1. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.4, s.334; Bəhrani, Əl-Hədaiqun-Nazirə, h.q 1405, c.21, s.197; Nəraqi, Əvaidul-əyyam, h.q 1417, s.144; Nəcəfi, Cəvahirul-kəlam, c.26, s.328
  2. Tusi, Əl-Əmali, h.q 1414, s.381; Vərram, Məcmue Vərram, h.q 1410, c.1, s.6, c.2, s.267
  3. İmam Xomeyni, Əl-Məkasibul-muhərrəm, h.q 1415, c.2, s.343; Mazandarani, Şərhul-Kafi, h.q 1382, c.2, s.415; Əllamə Məclisi, Məratul-uqul, h.q 1404, c.1, s.225
  4. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.68; Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.27, s.157-158
  5. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.68
  6. Məlik Əhmədi, Dərsnameye rizqe halal, h.ş 1392, s.178
  7. Dəhxoda, lüğətname, h.ş 1377, c.9, "Şübhenak" sözünün şərhində
  8. Nəhcül-Bəlağə, xütbə: 38, s.81
  9. Müntəziri, Məbanye fiqhi hokuməte İslami, h.q 1409, c.6, s.184
  10. Şeyx Ənsari, Fəraidul-üsul, h.q 1419, c.2, s.201; Nəraqi, Əvaidul-əyyam, s.144; Məclisi, Ruzətul-muttəqin, h.q 1406, c.6, s.489
  11. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.313
  12. Şeyx Ənsari, Fəraidul-üsul, h.q 1419, c.2, s.200, 201; Məclisi, Ruzətul-muttəqin, h.q 1406, c.6, s.489
  13. Şeyx Ənsari, Fəraidul-üsul, h.q 1419, c.2, s.219
  14. Müntəziri, Məbaniye fiqhi hokuməte İslami, h.q 1409, c.6, s.180-184
  15. Təbatəbai Yəzdi, Ürvətul-vüsqa, h.q 1419, c.4, s.256-257
  16. Mahmudi, Mənasike Həcc, h.q 1429, s.36
  17. Məkarim Şirazi, Mənasike came Həcc, h.q 1426, s.395
  18. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.27, s.167
  19. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.68; Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.27, s.157
  20. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.50; Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.27, s.157-158
  21. İmam Xomeyni, Əl-Məkasibul-muhərrəm, h.q 1415, c.2, s.343, 344
  22. Məclisi, Ruzətul-müttəqin, h.q 1406, c.6, s.489
  23. Məlik Əhmədi, Dərsnameye rizqe halal, h.ş 1392, s.179
  24. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.67, s.100
  25. Məlik Əhmədi, Dərsnameye rizqe halal, h.ş 1392, s.179, 180

Ədəbiyyat

  • İmam Xomeyni, Seyyid Ruhullah, Əl-Məkasibul-muhərrəmə, Qum, 1-ci çap, h.q 1415
  • Bəhrani, Yusif ibn Əhməd, Əl-Hədaiqun-nazirə, Qum, Dəftəre enteşarate İslami, 1-ci çap, h.q 1405
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-Beyt (ə) müəssisəsi, 1-ci çap, h.q 1409
  • Dəhxoda, Əli Əkbər, Lüğətnamə, Tehran, Tehran üniversiteti, 2-ci çap, h.ş 1377
  • Şəhid Sani, Zeynud-din ibn Əli, Məsalikul-Əfham, Qum, Muəssisətul-məarifil-İslamiyyə, 1-ci çap, h.q 1413
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, 1-ci çap, h.q 1414
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, 2-ci çap, h.q 1403
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Məratul-uqul, Təhqiq: Seyyid Haşim Rəsuli Məhəllati, Tehran, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1404
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, 4-cü çap, h.q 1407
  • Mazandarani, Məhəmməd Salih ibn Əhməd, Şərhul-kafi, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.q 1382
  • Məclisi, Məhəmməd Təqi, Rozətul-muttəqin, Qum
  • Mahmudi, Məhəmməd Rza, Mənasike Həcc, Tehran, h.q 1429
  • Məkarim Şirazi, Nasir, Mənasike came Həcc, Qum, İmam Əli (ə) mədrəsəsi, 1-ci çap, h.q 1426
  • Müntəziri, Hüseynəli, Məbaniye fiqhi hokuməte İslami, Tərcümə: Mahmud Salavati, Qum, Kiyhan müəssisəsi, 1-ci çap, h.q 1409
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap
  • Nəraqi, Əhməd ibn Məhəmməd Mehdi, Əvaidul-əyyam, Qum, Muəssisətul-məarifil-İslamiyyə, 1-ci çap, h.q 1417
  • Şeyx Ənsari, Şeyx Mürtəza, Fəraidul-üsul, Qum, Məcməul-fikril-İslami, 1-ci çap, h.q 1419
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Ürvətul-vüsqa, Qum, Dəftəre enteşarate İslami
  • Məlik Əhmədi, Əli Əsğər, Dərsnameye rizqe həlal, Məşhəd, 1-ci çap, h.ş 1392
  • Nəhcül-bəlağə, Qum, Hicrət nəşri, 1-ci çap, h.q 1414