Əraf surəsinin 142-ci ayəsi

wikishia saytından
(“Əraf” surəsinin 142-ci ayəsi səhifəsindən yönləndirilmişdir)
Əraf surəsinin 142-ci ayəsi
Ayənin adıVə Vəədna
Yerləşdiyi surəƏraf surəsi
Ayənin nömrəsi142
Cüz9
Nazil olma məkanıMəkkə
MövzuTarix
BarəsindəHəzrət Musanın (ə) Allah yanındakı qırx günlük görüşü və qardaşı Harunu (ə) özünə canişin seçməsi
Başqa ayələr ilə bağlılığıBəqərə surəsi ayə 51


Əraf surəsinin 142-ci ayəsində (ərəbcə: الآية 142 من سورة الأعراف) həzrət Musanın (ə) Allah yanındakı qırx günlük görüşündən, qardaşı Harunu (ə) özünə canişin seçdiyi və ona nəsihət verdiyindən bəhs edilir. İmam Əlinin (ə) canişinliyi, peyğəmbərlərin məsumluğu, bəda məsələsiimamət məqamının peyğəmbərlikdən üstünlüyü kimi şiənin etiqadi məsələlərindən bəziləri bu ayədə bəhs edilmişdir. Həmçinin çilleyi-kəlimiyyəzilhiccə ayının ilk ongünlüyünün namazı da bu ayə ilə bağlı rituallardır. Bu ayənin irfani və aşiqanə təfsirləri ariflərin əsərlərində də görünür. Həmçinin Həzrət Musanın (ə) qırx günlük görüşü sufilər arasında çillə saxlamaq üçün əsas götürülür.

Ayənin mətni və tərcüməsi

وَوَاعَدْنَا مُوسَىٰ ثَلَاثِينَ لَيْلَةً وَأَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً ۚ وَقَالَ مُوسَىٰ لِأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلَا تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ
Və Musa ilə (Tövratı qəbul etməyə hazır olması üçün) otuz gecə(və gündüz ibadət) vədə(si) qoyduq və onu daha on gecə ilə kamilləşdirdik. Beləliklə, onun Rəbbinin qoyduğu vədə qırx gecə ilə sona çatdı. Musa (vədələşdiyi yerə gedəndə) qardaşı Haruna dedi: «Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma».[1]



(Əraf, 142)


Ayənin hekayəsi

Təfsirlərin qeyd etdiyinə əsasən, Həzrət Musa (ə) Rəbbi ilə otuz günlük görüş üçün Bəni-İsrailin bir qrup böyükləri ilə görüş yerinə getdi və Harunu (ə) bəzi tövsiyələrlə Bəni-israilin imamlığına və canişinliyinə seçdi. Lakin bu müddət Allah tərəfindən daha on gün uzadıldı. Təfsirçilərin dediyinə görə, bu on gün zilhiccə ayının birinci ongünlüyünə təsadüf edir və bu ilahi görüş zilqədə ayının əvvəli başlamışdır.[2]

Etiqadi istifadələr

Mənzilət hədisi[3] ilə bağlı bir çox bəhslər, həmçinin peyğəmbərlərin məsumluğu,[4] imamət məqamının peyğəmbərlikdən üstün olması[5]bəda haqqında[6] edilən müzakirələr, bu ayənin altında bəyan edilmiş şiə əqidəsi ilə bağlı məsələlərdir. Şiə mənbələrindəki bir rəvayətdə Adəmdən (ə) (Bəqərə surəsinin 30-cu ayəsinə istinad edərək), Davuddan (ə) (Sad surəsinin 26-cı ayəsinə istinad edərək) və Harundan (ə) sonra “və vaədna” ayəsinə istinad edərək İmam Əli (ə) dördüncü xəlifə kimi təqdim edilir.[7]

İmam Əlinin (ə) canişinliyi

Allah Rəsulu (s) Həzrət Əlinin (ə) özünə münasibətdə məqam və ləyaqətini, Harunun Həzrət Musaya münasibətdə mövqeyi kimi təqdim etmişdir.[8] Şiələr Həzrət Əlinin (ə) Peyğəmbərdən (s) sonra canişinliyini və o Həzrətin məqamının digər səhabələrdən üstün olduğunu isbat etmək üçün “Mənzilət” hədisinə istinad etmişlər.[9] “Mənzilət” hədisinin bəhslərinin çoxu “və vaədna” ayəsinin altında gəlib. Hətta Məmun Abbasi də İmam Əlinin (ə) canişinliyini sübut etmək üçün bu ayəyə və “Mənzilət” hədisinə istinad edib.[10]

Sünnilərdən belə bir rəvayət var ki, əgər Musa (ə) öz qövmünü Haruna (ə) həvalə etmək əvəzinə, anası kimi işi Allaha həvalə etsəydi, belə bir fitnə onun qövmünün başına gəlməzdi.[11] Nəticə etibarı ilə Həzrət Peyğəmbər (s) belə bir səhvə yol vermədi və əhli-sünnənin əqidəsinə uyğun olaraq səhabələrindən birinə cavab olaraq öz qövmünü Allaha əmanət etdi.[12] Bir halda ki, Həzrət İmam Əlinin (ə) canişinliyi hər üç Quran, sünnə və tarix mənbələrindən mötəbər sənədlər və qəti dəlillərlə isbat edilmişdir.[13]

Musanın (ə) etdiyi tövsiyələr Harunun məsum olmamasına dəlildirmi?

Belə bir sual olunur ki, Həzrət Musanın (ə) Harunun (ə) fəsad edənlərin yoluna tabe olmaması barəsindəki qadağası, onun məsum olmamasına dəlil ola bilərmi, yoxsa yox? Şiə təfsirçiləri bu sualın cavabında deyiblər ki, əmr və qadağan etmək xitab olunan şəxsin əməli yerinə yetirmək və ya tərk etmək niyyətinə dəlalət etmir[14] və burada qardaşının Bəni-israil arasında mövqeyinin əhəmiyyətinə diqqət yetirməsi üçün bir növ vurğudur.[15] Bundan əlavə, Haruna burada qoyulan qadağa, Bəni-israil üçün təlim xarakterli ola bilər.[16] Ya şiə alimlərindən olan Seyid Məhəmməd Hüseyn Tehraninin təbirilə bu qadağa ona dəlalət edir ki, Musanın (ə) olmadığı günlərdə qövmünün idarəsində fəsad edənlər və fitnəkarlarlarla məsləhət və məşvərət etməsin.[17]

Musanın (ə) görüş müddətinin dəyişdirilməsində imtahan və bəda

Bəqərə surəsinin 51-ci ayəsində bu qırx gecənin vahid şəkildə qeyd edildiyi halda Musanın (ə) görüş müddətinin otuz gecədən qırx gecəyə dəyişdirilməsi müxtəlif təfsirlərə səbəb olub. Amma şiə təfsirçisi Nasir Məkarim Şirazinin dediyinə əsasən, Əhli-Beytin (ə) rəvayətləri ilə daha çox uyğun gələn budur ki, həqiqi mətndə qırx gün keçirilməsi qərarlaşdırılmasına baxmayaraq, Allah Bəni-israili imtahan etmək üçün əvvəlcə Musanı (ə) otuz günlük müddətə dəvət etdi. Sonra onu uzatdı ki, Bəni-israilin münafiqləri öz sıralarını təyin etsinlər.[18]

İmam Baqir (ə) Musanın (ə) olmadığı müddətdə Bəni-israilin buzovpərəstliyini onun otuz gün vədinə əməl etməməsi nəticəsində baş verdiyini bildirmişdir.[19] Həmçinin başqa yerdə otuz günün qırx günlə dəyişdirilməsinin Allah tərəfindən bir bəda ilə baş verməsini bildirir.[20]

İmamət məqamının peyğəmbərlikdən üstün olması

Şiə təfsirçilərindən bəziləri belə hesab edirlər ki, “və vaədna” ayəsi imamət məqamının peyğəmbərlikdən üstün olmasına işarə edir, çünki Harun (ə), Musa (ə) tərəfindən Bəni-israilə imam və canişin olaraq təyin edilməmişdən əvvəl peyğəmbərlik məqamına sahib idi. Bu da onu göstərir ki, imamət məqamı nübüvvət məqamından fərqlidir və ondan üstündür.[21]

Əlaqədar rituallar

Çilleyi-kəlimiyyə

Zilqədə ayının birinci günündən zilhiccə ayının onuncu gününə qədər olan qırx günlük tənha qalmaq və ibadət etmək “çilleyi-kəlimiyyə” adlanır və bunun üçün xüsusi adət və əməllər bəyan edilmişdir.[22]

Abdullah Cavadi Amulinin dediyinə görə, Musa peyğəmbər (ə) bu çillədə nə yatır, nə də yemək yeyirdi. O, Tur dağında Allahla münacat edirdi.[23] O, çilleyi-kəlimiyyə nəticəsində Tövratın və ilahi vəhyin Həzrət Musaya (ə) verildiyinə inanır.[24]

Zilhiccə ayının birinci ongünlüyünün namazı

Əsas məqalə: Zilhiccə ayının ilk ongünlüyünün namazı

Şiə rəvayətlərinə əsasən, zilhiccə ayının ilk ongünlüyündə məğrib və işa namazları arasında iki rükət namaz qılınır ki, bu da zilhiccə ayının birinci ongünlüyünün namazı kimi tanınır. İmam Sadiqdən (ə) nəql olunan rəvayətə görə, bu namazın qılınma üsulu belədir ki, hər rükətdə HəmdTövhid surələri oxunduqdan sonra “və vaədna” ayəsi oxunur.[25]

İrfani istifadələr

“Və vaədna” ayəsindən çoxlu irfani istifadələr edilmişdir, misal olaraq “Kəşfül-Əsrar” təfsirinin müəllifi Mibədi vədə verməyi və vədəyə əməl etməyi eşq məzhəbinin sütunlarından biri bilmiş və hətta bu məzhəbdə Allahın verdiyi vədənin əksinə əməl etməsini vəfadarlıq hesab etmişdir.[26] O bildirir ki, Musa (ə) Xızırın (ə) axtarışında yarım gün ac qaldı və bu aclıq ona təsir etdi. Amma bu qırx günlük səfərdə nə yemək, nə də içmək yadına düşmədi.[27] Digər tərəfdən, Musa (ə) Fironun yanına gedəndə Allahdan Harunun (ə) onu müşayiət etməsini istəyir, lakin o, Allah ilə münacat etmək istədiyi zaman Harunu (ə) qövmünün yanında qoyur və tək gedir.[28] Mibədi deyir ki, Musa (ə) iki səfər etdi, birincisində dünya atəşində istilənmək üçün Tur dağına getdi. İkincisində isə Allahın görüşündə Allahın eşqinin atəşində qızınmaq üçün getdi.[29]

Ariflər inanırlar ki, bu ayəyə əsasən, kim qırx gün məxluqatdan üz döndərsə və niyyətini bütün qeyri-ilahi şübhələrdən təmizləsə, Allah onun qəlbinə elm qapılarını açar.[30] Musanın (ə) Tur dağında 40 gecə tənha ibadət etməsi[31] məşhur «مَن أَخْلَصَ لِلّهِ أَربَعینِ صَباحا…» (hər kəs qırx gün niyyətini Allaha xalis etsə,...)[32] hədisi ilə yanaşı, sufilərin çillə saxlamaq ənənəsinin əsası olmuşdur.

Quran təfsirçisi Abdullah Cavadi Amuli çilleyi-kəlimiyyəni İslam dininin rəsmi əmrləri və yeniliklərindən biri hesab edir.[33] Həmçinin Həsən Həsənzadə Amuli və Seyid Məhəmməd Hüseyn Hüseyni Tehrani bunu irfani göstəriş olaraq bəzi insanlara tövsiyə etmişlər.[34]

İstinadlar

  1. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  2. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.239; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.6, s.341; Fəxruddin Razi, Məfatihul-ğeyb, h.q 1420, c.14, s.352
  3. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.6, s.344
  4. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.6, s.342; Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.8, s.236; Nəcəfi Xomeyni, Təfsire asan, h.q 1398, c.5, s.337
  5. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.6, s.341
  6. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.1, s.198
  7. Şeyx Səduq, Uyunu Əxbarir-Rza, h.q 1378, c.2, s.9; Məclisi, Biharul-ənvar, h.q 1403, c.36, s.417
  8. Pejuheşkəde təhqiqate İslami, Fərhənge şie, h.ş 1386, s.226
  9. MirHamid Hüseyn, Əbəqatul-ənvar, h.ş 1366, c.11, s.181 və 369
  10. Tehrani, Emamşenasi, h.q 1418, c.9, s.113-114
  11. Buxari, Şərhut-tərrufi li-məhəbit-təsəvvuf, h.ş 1363, c.4, s.1517
  12. Meybodi, Kəşful-əsrar, h.ş 1371, c.3, s.139
  13. Əllamə Əmini, Təkmilətul-ğədir, h.q 1429, c.1, s.48
  14. Nəcəfi Xomeyni, Təfsire asan, h.q 1398, c.5, s.337
  15. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.6, s.342
  16. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.6, s.342
  17. Tehrani, Emamşenasi, h.q 1418, c.10, s.166
  18. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.6, s.340
  19. Bəhrani, Əl-Burhan, h.q 1416, c.2, s.33; Ərusi Hüveyzi, Təfsiru Nuris-səqəleyn, h.q 1415, c.6, s.341
  20. Əyyaşi, Təfsiru Əyyaşi, c.1, s.44, hədis 46; Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.1, s.198
  21. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.1, s.311 və c.6, s.341
  22. Mənsuri Laricani, Dər məhzəre Hafiz, h.ş 1390, c.2, s.233
  23. https://hawzah.net/fa/News (farsca)
  24. https://hawzah.net/fa/New (farsca)
  25. Seyyid ibn Tavus, İqbalul-əmal, h.q 1409, c.1, s.317; Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.8, s.183
  26. Meybodi, Kəşful-əsrar, h.ş 1371, c.3, s.731
  27. Meybodi, Kəşful-əsrar, h.ş 1371, c.3, s.731
  28. Meybodi, Kəşful-əsrar, h.ş 1371, c.3, s.732
  29. Meybodi, Kəşful-əsrar, h.ş 1371, c.3, s.732
  30. Sührəvərdi, Əvariful-məarif, h.ş 1375, s.100
  31. Bəqərə surəsi, ayə 51; Əraf surəsi, ayə 142
  32. Baxərzi, Əvradul-əhbab, h.ş 1358, c.2, s.291-295
  33. https://hawzah.net/fa/News (farsca)
  34. اربعین موسوی (farsca)

Ədəbiyyat

  • Əllamə Əmini, Əbdül-Hüseyn, Təkmilətul-ğədir, Beyrut, h.q 1429 \ m. 2008
  • Baxərzi, Yəhya ibn Əhməd, Əvradul-əhbab, Tehran, h.ş 1358
  • Bəhrani, Haşim, Əl-Burhan fi təfsiril-Quran, Tehran, Bunyade besət, h.q 1416
  • Buxari, İsmail, Şərhut-tərrufi li-məhəbit-təsəvvuf, Təhqiq: Məhəmməd Ruşən, Əsatir nəşri, h.ş 1363
  • Pejuheşkəde təhqiqate İslami, Zəmzəme hidayət, Fərhənge şie, 2-ci çap, Qum, h.ş 1386,
  • Hürr Amili, Məhəmməd ib Həsən, Vəsailuş-şiə, Alul-beyt (ə) müəssisəsi, 1-ci çap, h.q 1409
  • Sührəvərdi, Şəhabuddin, Əvariful-məarif, Tərcümə: Əbu Mənsur İsfahani, Tehran, h.ş 1375
  • Seyyid ibn Tavus, Əli ibn Musa, İqbalul-əmal, Tehran, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1409
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Uyunu Əxbarir-Rza, Düzəliş: Mehdi Lacivərdi, Tehran, Cəhan nəşri, h.q 1378
  • Ərusi Hüveyzi, Ədb Əli Cümə, Təfsiru Nuris-səqəleyn, Təhqiq: Haşim Rəsuli Məhəllati, Qum, İsmailiyyan Nəşriyyatı, h.q 1415
  • Əllamə Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, 5-ci çap, Qum, h.q 1417
  • Əllamə Tehrani, Seyyid Məhəmməd Hüseyn, Emamşenasi, Məşhəd, Əllamə Təbatəbai nəşri, h.q 1418
  • Fəxruddin Razi, Məhəmməd ibn Ömər, Məfatihul-ğeyb, Beyrut, 3-cü çap, h.q 1420
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Təhqiq və düzəliş: Təyyib Musəvi Cəzairi, Qum, Darul-kitab, 3-cü çap, h.q 1404
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374
  • MirHamid Hüseyn, Əbəqatul-ənvar fi isbati imamətil-əimmətil-əthar, İsfahan, Əmirəl-möminin kitabxanası, 2-ci çap, h.ş 1366
  • Meybodi, Rəşiddin, Kəşful-əsrar, Təhqiq: Əli Əsğər Hikmət, Tehran, Əmir Kəbir nəşri, h.ş 1371
  • Nəcəfi Xomeyni, Məhəmməd Cavad, Təfsire asan, Tehran, İslamiyyə nəşri, h.q 1398