15 Şaban
15 Şaban — hicri-qəməri təqvimi ilə ilin 222-ci günüdür. Bu gün şiələr arasında ən hörmətli günlərdən biridir. Şiələr İmam Mehdinin (ə.f) mövludu münasibəti ilə Şaban ayının 15-ini qeyd edir, küçə və məhəllələri bəzəyib, işıqlandıraraq bayram edirlər.
- İmam Hüseynin (ə) ziyarət günü.
- H.q 255: Şiələrin sonuncu imamı İmam Mehdinin (ə.f) mövludu.
- H.q 329: İmam Mehdinin (ə.f) sonuncu xas naibi olan Əli ibn Məhəmməd Səmərinin vəfatı.
- H.q 447: Toğrul Səlcuqi tərəfindən Ali-Buveyh sülaləsinin aradan getməsi.
- H.q 1380: Ayətullah Həsən Həsənzadə Amulinin və Ayətullah Cavadi Amulinin hikmət və irfan ustadı olan Fazil Tuninin vəfatı.
- H.q 1414: Dünya Əhli-Beyt (ə) Assambleyasının ilk ümumi yığıncağının keçirilməsi.