Əli ibn Muhəmməd Səməri
Ləqəbi | Səməri - Səyməri |
---|---|
Yaşadığı yer | Bağdad |
Vəfat tarixi və məkanı | Hicrətin 329-cu ili, Bağdad |
Dəfn olunduğu məkan | Bağdad |
Şöhrət tapmasının səbəbi | İmam Həsən Əskərinin (ə) və İmam Mehdinin (ə.f) səhabəsi |
Başqa fəaliyyətləri | Dörd xas naibin dördüncüsü |
Əli ibn Muhəmməd Səməri (ərəbcə: علي بن محمد السمري) və ya Səmuri (hicri 329-cu ildə vəfat edib) İmam Zamanın (ə) dörd naibi arasında Hüseyn ibn Ruh Nobəxtidən sonra üç il (329-326) naib vəzifəsini tutmuş dördüncü naibdir. O, naiblik dövründə həzrət Mehdi (ə.c) ilə şiələr arasında vasitəçi rolunu ifa edib və insanlar şəri vəsaitlərini onun ixtiyarında qoyurdu. O, İmam Əskərinin (ə) məktublaşdığı səhabələrdən sayılır. Səmərinin naibliyi digər üç xüsusi naibdən daha qısa və az olduğu üçün bu barədə ətraflı məlumat verilməmişdir. Əli ibn Məhəmməd Səmərinin az fəaliyyət göstərməsinin səbəbi onun naib kimi geniş fəaliyyət göstərməsinə mane olan hökumətin sərt reaksiyası idi. İmam Zamanın (ə.c) Əli ibn Məhəmməd Səməriyə vəfatı və naibliyinin sona çatması barəsində xəbər verməsi bu dövrün ən mühüm hadisələrindəndir. Onun vəfatı ilə naiblərlə on ikinci imam arasında birbaşa əlaqə kəsildi və bundan sonra böyük qeybət dövrü başladı.
Həyatı
Əli ibn Məhəmməd Səmərinin doğum ili mənbələrdə qeyd olunmur. Onun künyəsi Əbül Həsəndir[1] və ləqəbi Səyməri, Siməri, Seymuri və ya Səməridir. Bunlardan ən məşhuru isə Səməridir.[2] Lakin bəzi şiə mənbələrində onun ləqəbi Səmuri kimi qeyd olunur. Səmmər və ya Summər[3] və ya Səymur Bəsrədə qohumlarının yaşadığı kəndlərdən birinin adıdır.[4]
Ailəsi
Əli ibn Məhəmməd şiə imamlarına xidmət göstərməklə məşhur olan dindar və şiə ailəsindən idi və onun ailəsinin əsaləti səbəb oldu ki, onun imamın naibi olaraq fəaliyyət göstərməsi ciddi müxalifətçiliklə üzləşməsin.[5] Yəqubi hesab edir ki, bu ailənin bir çox üzvləri Bəsrədə çoxlu mülklərə malik idilər və bu mülklərin gəlirinin yarısı 11-ci İmama (ə) vəqf edilmişdi. İmam hər il gəlirləri alır və onunla yazışırdı.[6] Səmərinin digər qohumları arasında Əli ibn Məhəmməd ibn Ziyad da İmam Əskərinin (ə) vəkillərindən biri idi və O, “Əl-Övsiya” adlı kitab yazaraq on ikinci İmamın (ə) imamətini sübuta yetirmişdir.[7]
İmam Əskəri (ə) ilə rabitə
Şeyx Tusi onu “Əli ibn Muhəmməd Siməri” adlandırmış və onu İmam Həsən Əskərinin (ə) səhabələrindən hesab etmişdir.[8] Buna səbəb isə, onun İmamla (ə) yazışması idi. Əli ibn Muhəmməd Səməri deyir: “Əbu Məhəmməd (İmam Əskəri) mənə belə yazdı: “Səni azdıra biləcək bir fitnə olacaq. Ehtiyatlı olun və bu fitnədən çəkinin. Üç gündən sonra Bəni Haşimin başına bir hadisə gəldi və bu hadisə onlara çoxlu müsibətlər və çətinliklər gətirdi. Həzrətə məktub yazıb soruşdum: Dediyiniz fitnə budur? Cavab verdi: “Xeyr, başqadır. Özünüzü qoruyun." Bir neçə gün sonra Mötəz öldürüldü. ”[9]
Vəfatı
Şeyx Tusinin rəvayətinə görə, Səməri hicri 329-cu ildə vəfat etmiş və cənazəsi Bağdadda, Əbu Ətab çayı yaxınlığındakı Xələnci məntəqəsində dəfn edilmişdir.[10] Qəbri Kuleyninin məqbərəsinin yanındadır.[11] Əyanuş-şiə kitabının sahibi onun vəfat tarixini Şəban ayının 15-i hesab edir.[12] Şeyx Səduq və Təbərsi onun vəfat ilini hicri 328-ci il kimi qeyd etmişlər.[13][14]
İmam Zamanın (ə) naibliyi
İmam-zamanın (ə.c) Səməriyə məktubu: “Allah sizin ölümünüzdə qardaşlarınıza əcr versin. Altı günə öləcəksən. Beləliklə, işinizi bitirin və heç kimi canişin təyin etməyin. Çünki, indi ikinci qeybət başlayıb və Allah icazə verənə qədər, qəlblər (insanlar) zülmə, dünya isə haqsızlığa məruz qalmayınca və insanlar mənim tərəfdarlarımın (şiələr) yanına gəlməyənə qədər uzun müddət zühur olmayacaq və agah ol ki, hər kim məni Süfaninin qiyamından və səmavi fəryaddan əvvəl gördüyünü iddia edərsə, böhtançı və yalançıdır”. Tarix Bəyqani, Səduq, Kamaluddin və Təmamun-Nemə, 1395-ci hicri, cild 2, səh.516.
İmam Zamanın (ə) üçüncü naibi Əli ibn Muhəmməd Səmərini bu işdə onun naibi olaraq təyin edir.[15] Bu seçim İmam Zamanın (ə.c) öz əmri ilə həyata keçir. Bu barədə heç bir rəvayət olmasa da, Təbərsi “İhticac” kitabında belə yazır: “Bunlardan heç biri (naiblər) bu böyük məqama əmr sahibi təyin etmədən və öncəki naib tanıtmadan seçilməmişdir. ”[16]
Naiblik müddəti
Əvvəlki üç naibin dövründə Səmərinin fəaliyyətindən bəhs edilməmiş, habelə onun naiblik dövründəki fəaliyyəti haqqında ətraflı məlumat verilməmişdir.[17] Ancaq, şiələrin də digər naiblər kimi onun əzəmətinə və mötəbər bir şəxs olduğuna inandıqları bildirilib. Buna görə də, onu qəbul edib hörmət edirdilər.[18] Şeyx Səduqun rəvayətinə görə, vəkillər onu İmamın (ə.c) həqiqi naibi kimi tanıdılar və şəriət vəsaitlərini ona təqdim etdilər.[19]
Səmərinin naibliyi dövrü hökümətin ən qəddar və qan tökdüyü dövr idi və bu, onun fəaliyyətinin digər naiblərə nisbətən daha gizli olmasına səbəb olmuşdur.[20] Bəzi tədqiqatçılar onun naibliyinin qısa olmasının və hətta kiçik qeybət dövrünün kəsilməsinin və başa çatmasının əsas səbəbi kimi həmin dövrdə Abbasi höküməti tərəfindən yaradılmış hədsiz çətinliklərin və əzabların olduğunu bildirirlər.[21]
Əlaqədar məqalələr
İstinadlar
- ↑ Mamaqani, Tənqiyhul-məqal, h.q 1352, c.2, s.305
- ↑ Sədr, Tarixul-ğeybə, h.q 1412, c.1, s.413
- ↑ Nəhavəndi, Əl-Əbqəriul-hisan, h.ş 1386, c.5, s.116
- ↑ Cəbbari, Sazmane vəkalət, h.ş 1382, c.2, s.479
- ↑ Casim, Tarixe siyasi ğeybəte İmame dəvəzdəhhom, h.ş 1385, s.210
- ↑ Cəfəriyan, Həyate fikri və siyasi İmamane şiə, h.ş 1381, s.583
- ↑ Cəbbari, Sazmane vəkalət, h.ş 1382, c.2, s.479
- ↑ Tusi, Ricalul-Tusi, h.q 1415, s.400
- ↑ Sədr, Tarixul-ğeybə, h.q 1412, c.1, s.199
- ↑ Tusi, Əl-Ğeybə, h.q 1411, s.396
- ↑ Rəhtuşe ətəbate aliyat, s.394
- ↑ Əmin, Əyanuş-şiə, h.q 1403, c.2, s.48
- ↑ Səduq, Kəmaluddin, h.ş 1359, c.2, s.503
- ↑ Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.260
- ↑ Tusi, Əl-Ğeybə, h.q 1411, s.395
- ↑ Təbərsi, Əl-İhticac, h.q 1403, c.2, s.478
- ↑ Cəbbari, Sazmane vəkalət, h.ş 1382, c.2, s.480
- ↑ Sədr, Tarixul-ğeybə, h.q 1412, c.1, s.413
- ↑ Səduq, Kəmaluddin, h.ş 1359, c.2, s.517
- ↑ Ğəffarzadə, zendeqaniye nuvvabe xasse İmam Zaman (ə.f), h.ş 1375, s.304
- ↑ Cəbbari, Sazmane vəkalət, h.ş 1382, c.2, s.480
Ədəbiyyat
- Əmin, Amili, Seyyid Möhsin, Əyanuş-şiə, Beyrut, Darut-taruf, h.q 1403
- Casim, Hüseyn, Tarixe siyasi ğeybəte İmame dəvəzdəhhom, Tehran, h.ş 1385
- Cabbari, Məhəmməd Rza, Sazmane vəkalət, İmam Xomeyni müəssisəsi, h.ş 1382
- Cəfəriyan, Rəsul, Həyate fikri və siyasi İmamane şiə, Qum, Ənsariyan, h.ş 1381
- Bir qrup yazıçı, Rəhtuşe ətəbate aliyat, Tehran, h.ş 1388
- Sədr, Seyyid Məhəmməd, Tarixul-ğeybə, Beyrut, Darut-taruf, h.q 1412
- Səduq, Məhəmməd ibn Əli, Kəmaluddin, Tehran, İslamiyyə, h.ş 1359
- Təbərsi, Əhməd ibn Əli, Əl-İhticac, Qum, Üsvə, h.ş 1383
- Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Qum, Alul-beyt, h.q 1417
- Tusi, Məhəmməd ibn Həsən, Ricalul-Tusi, Qum, Came mudərrisin, h.ş 1373
- Tusi, Məhəmməd ibn Həsən, Əl-Ğeybə, Qum, Muəssisətul-məarifil-İslamiyə, h.q 1411
- Mamaqani, Abdullah, Tənqiyhul-məqal, Nəcəf, h.q 1352
- Nəhavəndi, Əli Əkbər, Əl-Əbqəriul-hisan, Qum, Cəmkəran məscidi, h.ş 1386