Məzmuna keç

Abdullah Cavadi Amuli

wikishia saytından
Abdullah Cavadi Amuli
LəqəbAyətullah - Ayətullahul-üzma
Doğum günü1933
UstadlarıAyətullah Burucerdi - Məhəmməd Hüseyn Təbatəbai - Seyyid Məhəmməd Mühəqqiq Damad - İmam Xomeyni
Təhsil aldığı yerAmul - Tehran - Qum
ƏsərləriTəsnim təfsiri - Məfatihul-həyat - Rəhiqe məxtum - Zən dər ayineye Cəmal və Cəlal - Şəriət dər ayineye mərifət - Ədəb fənaye müqərriban - Tozihul-məsail və s.
SiyasiKonstitusiya Ekspertlər Məclisinin üzvü - Rəhbərlik üzrə Ekspertlər Məclisinin nümayəndəsi - Qum şəhərinin imam cüməsi
Rəsmi internet saytıhttp://javadi.esra.ir/


Abdullah Cavadi Amuli (ərəbcə: عبد الله جوادي الآملي) şiə mərcəyi-təqlidlərindən, filosof, fəqih, Quran müfəssiriQum elmi hövzəsinin 15-ci əsr şəmsi təqvimi dövründəki müəllimlərindəndir. O, Ayətullah Burucerdi, İmam Xomeyni (r.ə)Əllamə Təbatəbainin tələbələrindən olmuş və təxminən altmış il Qum və Tehran elmi hövzələrində fəlsəfə, irfan, fiqhtəfsir kimi elmləri tədris etmişdir. Onun qələmə aldığı çoxsaylı kitabları var ki, “Təsnim Təfsiri” və “Rəhiqi Məxtum” (Əsfarul-Ərbəənin şərhi) o kitablardan bəziləridir.

İran İslam İnqilabından sonra Cavadi Amuli bir sıra vəzifələrdə çalışmışdır; məsələn: Ədalət Şurasının ali heyətinə üzvlük, Konstitusiya Qanunu üzrə Xobreqan Məclisinin üzvü, Qum elmi hövzəsinin Müəllimlər Cəmiyyəti və Rəhbərlik Xobreqan Məclisinin üzvlüyü. O, həmçinin hicri-şəmsi 1370 və 1380-ci illərdə Qum şəhərinin imam cüməsi olmuşdur. O, şəmsi təqvimi ilə 1367-ci ildə Sovet İttifaqına səfər edərək İmam Xomeyninin (r.ə) Qorbaçova ünvanladığı məktubu ona çatdırmışdır.

Cavadi Amuli fəlsəfədə “Hikməti Mütəaliyə” məktəbinə tabe olmuşdur. O, humanitar və təcrübi elmlər sahəsində dini elmin mövcudluğunu qəbul edir. Onun bəzi fərqli fətvalarına aşağıdakılar daxildir: Qadınların qadın mərcəyi-təqlidə təqlid etməsinin caiz olması, cinsiyyət dəyişikliyinin caiz olması və əhli-kitabın pak sayılması.

Həyatı

Abdullah Cavadi Amuli 1312-ci hicri-şəmsi ilində Amul şəhərində anadan olmuşdur.[1] Atası bu şəhərin ruhani alimlərindən idi.[2] O, 1325-ci ildə Amulun elmi hövzəsində dini təhsil almağa başlamış və beş il ərzində ərəb ədəbiyyatı, məntiq, usul elmi, fiqh, Quran təfsiri və hədis kimi dərsləri orta səviyyədə öyrənmişdir.[3]

O, şəmsi təqvimi ilə 1329-cu ildə Tehrana getmiş və beş il ərzində Mərvi mədrəsəsində dini elmləri öyrənməyə davam etmişdir. Bu müddətdə o, Məhəmməd Təqi Amuli, Əbul-Həsən Şərani, Mehdi İlahi Qumşei və Məhəmməd Hüseyn Tuni kimi alimlərin dərslərində iştirak etmişdir. Fiqhusulla yanaşı fəlsəfəirfan elmlərini də öyrənmiş və eyni zamanda dini dərsləri tədris etmişdir.[4] O, şəmsi 1334-cü ildə Qum elmi hövzəsinə gedərək, Ayətullah Burucerdi, Seyid Məhəmməd Mühəqqiq Damad, Mirza Haşim Amuli, İmam Xomeyni (r.ə)Əllamə Təbatəbai kimi alimlərdən ixtisaslaşdırılmış dərslər almışdır.[5]

Tədrisi

Cavadi Amuli cavanlıq illərindən, Tehranda hövzə dərsləri aldığı dövrlərdən etibarən dini elmləri tədris etməyə başlamışdır.[6] O, hicri-şəmsi təqvimi ilə 1330-cu illərin əvvəllərində Tehranda yaşadığı dövrdən bəri elmi hövzədə dərs deyir və hal-hazırda təxminən altmış illik fiqh, fəlsəfə, irfan və Qurani-Kərimin təfsiri üzrə tədris təcrübəsinə malikdir. Bu müddətdə Qum elmi hövzəsində üç dəfə Molla Sədranın “Əsfarul-Ərbəə” əsərini tədris etmişdir.[7]

Onun təfsir dərsləri hicri-şəmsi 1355-ci ildə başlamış və hicri-şəmsi 1399-cu il, 23 Xordad tarixində sona çatmışdır.[8] Onun təfsir və xaric fiqh dərsləri Qumun Məscidi Əzəmində keçirilmişdir.[9] Ayətullah Cavadi Amulinin sözlərinə görə, bu təfsir dərsləri hicri-qəməri 1400-cü ildə başlamış və 1441-ci ilin 23 Şəban tarixində sona çatmışdır.[10]

Şagirdləri

"Təsnim təfsir" kitabının üz qabığı

Ayətullah Cavadi Amuli uzun illər ərzində — 55 ildən artıq — minlərlə tələbəyə dərs demişdir. Onlardan bəziləri bunlardır:

  1. Mehdi Şəbzendədar[11]
  2. Seyid Məhəmməd Rza Müdərrisi Yəzdi[12]
  3. Qiyasəddin Taha Məhəmmədi[13]
  4. Qulamrza Fəyyazi
  5. Əbdül-Hüseyn Xosrovpənah
  6. Həmid Parsaniya
  7. Mehdi Hadəvi Tehrani

Düşüncələri

Bəzi tələbələrinin fikrincə, Cavadi Amulinin düşüncələrinin əsasını “Hikməti mütəaliyə” təşkil edir. Buna görə də o, ağıl, irfan və Qurani-Kərim arasında bir uzlaşmanın olduğuna inanır və bu üç qaynağın məlumatlarını bir-birinə zidd görmür.[14] Onun baxışına görə ağıl dinin qarşısında deyil, əksinə, onun çırağıdır; ağıldan istifadə etməklə dinin etiqadi, əxlaqi, fiqhi və hüquqi göstərişlərini anlamaq mümkündür.[15]

Dini elm

Cavadi Amuli dini elmin mövcud olduğuna inanır. Onun düşüncəsinə görə, “əql”dən məqsəd təkcə nəzəri əql deyil; o, “təcrübi əql”i də əhatə edir və bu səbəbdən həm təbii, həm də humanitar təcrübi elmləri də özündə birləşdirir.[16] O deyir: “Elm özü-özlüyündə dinlə ziddiyyət təşkil etmir.[17] Təcrübi elmlər təbiət aləmini bizə tanıdır və təbiət Allahın məxluqu olduğuna görə, bu elmlər bizə Allahın işlərini göstərir. Buna görə də bu elmləri dini saymaq lazımdır.[18]

O, bu arqumentdən belə nəticə çıxarır ki, əgər bir şey həqiqətən elm olsa, qeyri-dini ola bilməz.[19]

Siyasi düşüncəsi

Ayətullah Cavadinin vasitəsilə İmam Xomeyninin məktubunu keçmiş Sovet İttifaqının sonuncu rəhbəri Qorbaçova çatdırılması

Cavadi Amuli vilayəti fəqih nəzəriyyəsinin tərəfdarıdır. O, “Vilayəti Fəqih, Vilayəti Fəqahət və Ədalət” adlı kitabında vilayəti fəqihin isbatı üçün “təmamilə əqli”, “əql və nəqlin (rəvayətlərin) birləşməsi” və “təmamilə nəqli” olmaqla üç cür dəlil irəli sürmüşdür.[20] Onun əql və nəqldən ibarət birləşik dəlili belədir: Bir tərəfdən, İslamda həcc,[21] cihad,[22] hüdudtəziratlar[23] kimi ictimai-siyasi hökmlər və ənfal, xüms[24] kimi maliyyə qanunları vardır ki, İmamın (ə) qeybdə olduğu dövrdə onların icrası yalnız camiuş-şərait fəqihin idarəsi ilə mümkündür.[25] Digər tərəfdən, ağıl hökm edir ki, Allah müsəlman cəmiyyətini İmamın (ə) qeyb dövründə başsız buraxmasın. Bu səbəblə, bu dövrdə İmamın (ə) vəkili və canişini olaraq, camiuş-şərait fəqihlər cəmiyyətin rəhbərliyini öz üzərinə götürürlər.[26]

Xüsusi fətvaları

Cavadi Amulinin “Tozihul-məsail” (təqlid risaləsi) kitabında, digər risalələrdən fərqli olaraq firqələr, seçkilər, Quranın təzhibi (Qurani-Kərimi qızıl suyu və digər rənglərdən hazırlanmış naxışlarla bəzəmək sənəti), müəlliflik və nəşr hüquqları, borc alma hüququnun başqasına verilməsi, inflyasiyanı nəzərə alaraq borcun ödənməsi, anatomiya (meyitin yarılması), cinsiyyət dəyişməsi, əzadarlıq, təbii fəlakətlərdə yardım və əhli-kitabın hökmləri kimi mövzularda da fətvalar yer almışdır.[27]

Qadınların ən alim qadın müctəhidə təqlid etməsinin caiz olması,[28] cinsiyyət dəyişikliyinin caizliyi[29] və çap, tərcümə, nəşr və proqram təminat istehsalı[30] üzərində müəllif hüquqlarının etibarlı olması onun fərqli fətvalarındandır.

Siyasi və ictimai fəaliyyətləri

Hərçənd ki, Cavadi Amuli üçün elmi fəaliyyət həmişə əsas məşğuliyyət olmuşdur, lakin İran İslam İnqilabından əvvəl və sonra siyasi və ictimai fəaliyyətlərdə də iştirak etmişdir. O, inqilabdan əvvəl İmam Xomeyninin (r.ə) fikirlərinin təbliğatçılarından biri olmuş və bu səbəbdən bir neçə dəfə təbliğ və çıxış etməkdən məhrum edilmiş və həbs olunmuşdur.[31]

İnqilabdan sonra onun fəaliyyətlərinə Ali Məhkəmə Şurasına üzvlük,[32] hüquqi layihələrin ilkin mətninin hazırlanmasında iştirak,[33] Xobreqan Məclisinə və Qum Elmi Hövzəsinin Müəllimlər Cəmiyyətinə üzvlük daxildir.[34]

Şəmsi təqvimi ilə 1376-cı ildə Ayətullah Müntəzirinin çıxışından sonra etiraz edən tələbələrin toplaşdığı Qumun Məscid-Əzəmində iştirak etmişdir.[35] Həmçinin şəmsi 1378-ci ildə Misbah Yəzdi ilə bağlı karikaturanın dərcinə etiraz edənlərin yığıncağında çıxış edərək həmin dövrün hökumətinin mədəni siyasətini tənqid etmişdir.[36]

Cavadi Amuli şəmsi 1370 və 1380-ci illərdə (miladi 1990-2000-ci illərdə) Qum şəhərinin cümə imamlarından olmuşdur[37] və şəmsi 1388-ci (2009) ildə cümə namazı qılmaqdan istefa vermişdir.[38]

Sabiq Sovet İttifaqına, ABŞ-a və Avropa ölkələrinə səfərləri

Cavadi Amuli hicri şəmsi 1367-ci ildə (1988-ci il) Məhəmməd Cavad Laricani və Mərziyə Hadidəçi (1318–1395 h.ş. pəhləvi rejiminə qarşı mübarizə aparanlardan, Dəbbağ kimi tanınan)[39] ilə birlikdə İmam Xomeyninin (r.ə) mesajını sabiq Sovet İttifaqının sonuncu rəhbəri Mixail Qorbaçova çatdırmaq və bu mesajı onun üçün oxumaq üçün vəzifələndirilmişdi.[40] Bu görüşdən sonra o, İmam Xomeyninin (r.ə) mesajına şərh olaraq “Avaye Tövhid” (Tövhidin Səsi) adlı bir kitabı yazdı. Daha sonra, hicri şəmsi 1369-cu ildə (1990-cı il) Avropa ölkələrinə etdiyi səfərlərdə bu mesajı bəzi dini rəsmilərə hədiyyə etdi. Həmin səfər çərçivəsində Fransa, İsveçrə, Avstriya, Almaniya, İtaliya, İngiltərə, Suriya və Livana getdi və bu ölkələrdə İmam Xomeyninin (r.ə) baxışlarını dini şəxsiyyətlərə təqdim etdi.[41] Hicri şəmsi 1379-cu ildə (miladi 2000-ci il) isə, İran İslam Cümhuriyyətinin Rəhbərinin mesajını oxumaq üçün Dinlər Minilliyi Konfransında iştirak etmək məqsədilə Nyu-Yorka səfər etdi.[42]

İsra Fondu və İmam Həsən Əsgəri (ə) adına institut

Ayətullah Cavadi Amulinin 12 ⁄ 5 ⁄ 2025-də Nəcəfdə Ayətullah Sistani ilə görüşü[43]

“İsra Beynəlxalq Vəhy Elmləri Fondu” Qum şəhərində fəaliyyət göstərən elmi mərkəzlərdən biridir və Cavadi Amulinin rəhbərliyi altında fəaliyyət göstərir. Bu mərkəzin məqsədi onun baxışları əsasında İslam elmlərini izah və təbliğ etmək, eləcə də bu sahədə tədqiqatçılar yetişdirməkdir.[44] Cavadi Amuli həmçinin 1387-ci hicri şəmsi ilində (2008-ci il) Amul şəhərində təsis olunmuş İmam Həsən Əsgəri (ə) adına Ali Hövzə Təhsil İnstitutunun fəaliyyətinə də nəzarət edir.[45]

Əsərləri

Cavadi Amuli fiqh, təfsir, fəlsəfəhədis kimi müxtəlif sahələrdə kitablar yazmışdır. İordaniyadakı Kral Strateji Araşdırmalar Mərkəzi onun məqalə və kitablarının sayını 300-dən çox göstərmişdir.[46] Onun təfsir dərslərinin məhsulu olan təfsir kitabı, Təsnim adlanır.[47] Bu kitabın tədqiqat və yazılması 1403-cü hicri-şəmsi ilində tamamlanmış və cəmi 80 cildə çatmışdır.[48]

Onun digər bir əsəri, Rəhiqi Məxtumdur ki, Molla Sədranın “Əsfarul-Ərbəə” əsərinin üçüncü dövr tədrisinin məhsuludur[49] və bu əsərin 35-ci cildi 1400-cü hicri-şəmsi ilində nəşr olunmuşdur.[50]

“Məfatihul-Həyat”, “Qadın Cəlal və Camal Aynasında”, “Şəriət Mərifət Aynasında”, “Fənaya Qovuşanların Ədəbi” (Camiə Kəbirə Ziyarətinin şərhi) və Tövzihul-məsail onun digər kitablarındandır.

Seçilmiş əsərləri

“Dinşünaslıq” kitabı, 1382-ci hicri-şəmsi ilində keçirilmiş Hövzənin ilin kitabı 5-ci konfransında münsiflər heyəti tərəfindən seçilən əsərlərdən olmuşdur.[51]

“Quranda insanın həqiqi həyatı” kitabı, 1383-cü hicri-şəmsi ilində keçirilmiş Hövzənin ilin kitabı 6-cı konfransında münsiflər heyəti tərəfindən seçilmiş əsərlər arasında yer almışdır.[52]

“Təhriri Eyqazun-Naimin” kitabı, 1395-ci hicri-şəmsi ilində keçirilmiş Hövzənin ilin kitabı 18-ci konfransında münsiflər heyəti tərəfindən seçilmiş əsərlər arasında olmuşdur.[53]

Təqdir və Təriflər

Təsnim təfsirinin 80 cildlik seriyasının təqdimat mərasimi, 6 Esfənd 1403-cü il (hicri-şəmsi) Qum şəhərinin Daruş-şifa mədrəsəsi

1394-cü hicri-şəmsi ilində, Tehranın Tibb Elmləri Universitetində “Ruhani Həkim” adlı tədbir Ayətullah Cavadiyə həsr olunmuşdur. Bu tədbirdə universitet tələbələri, din tələbələri və İranın bəzi siyasi rəsmiləri iştirak etmişdirlər.[54]

Cavadi Amuli milady təqvimi ilə 2009-cu ildən 2022-ci ilə qədər, hər il İordaniyadakı İslam Strateji Araşdırmalar Kral Mərkəzi tərəfindən İslam dünyasının ən nüfuzlu 500 şəxsiyyətindən biri olaraq tanıdılmışdır.[55]

Ayətullah Amuli, 1392-ci hicri-şəmsi ilində keçirilmiş Hövzənin ilin kitabı 15-ci konfransında hövzənin görkəmli elm xadimi kimi təqdir olunmuşdur.[56]

İstinadlar

  1. «زندگی‌نامه حضرت آیة الله جوادی آملی از زبان خودشان», hawzah.net saytı
  2. «زندگی‌نامه حضرت آیة الله جوادی آملی از زبان خودشان», hawzah.net saytı
  3. Bənde Əli, Mohre ustad, h.ş 1391, s.37
  4. «حیات علمی و قرآنی آیت‌الله جوادی آملی», javadi.esra.ir saytı
  5. «حیات علمی و قرآنی آیت‌الله جوادی آملی», javadi.esra.ir saytı
  6. «حیات علمی و قرآنی آیت‌الله جوادی آملی», javadi.esra.ir saytı
  7. «حیات علمی و قرآنی آیت‌الله جوادی آملی», javadi.esra.ir saytı
  8. «حیات علمی و قرآنی آیت‌الله جوادی آملی», javadi.esra.ir saytı
  9. «برنامه دروس آیت‌الله جوادی آملی», hawzah.net saytı
  10. داستان شکل‌گیری تفسیر تسنیم, iqna.ir saytı
  11. «شب‌زنده‌دار کیست؟», fars xəbər agentliyi
  12. «زندگی‌نامه حضرت حجه الاسلام والمسلمین سید محمد رضا مدرسی یزدی», jameehmodarresin.org saytı
  13. طه محمدی، غیاث‌الدین, majlesekhobregan.ir saytı
  14. مصطفی‌پور، «منظومه فکری آیت‌الله جوادی آملی», esra.ir saytı
  15. Vaizi, Elme dini əz mənzəre Ayətullah Cavadi Amuli, s.10
  16. Vaizi, Elme dini əz mənzəre Ayətullah Cavadi Amuli, s.11-12
  17. Vaizi, Elme dini əz mənzəre Ayətullah Cavadi Amuli, s.15
  18. Vaizi, Elme dini əz mənzəre Ayətullah Cavadi Amuli, s.16
  19. Vaizi, Elme dini əz mənzəre Ayətullah Cavadi Amuli, s.16
  20. Baxın: Cavadi Amuli, Vilayəti-fəqih, h.ş 1378, s.150-dən 184-ə qədər
  21. Cavadi Amuli, Vilayəti-fəqih, h.ş 1378, s.168
  22. Baxın: Cavadi Amuli, Vilayəti-fəqih, h.ş 1378, s.168
  23. Baxın: Cavadi Amuli, Vilayəti-fəqih, h.ş 1378, s.170
  24. Baxın: Cavadi Amuli, Vilayəti-fəqih, h.ş 1378, s.171-172
  25. Baxın: Cavadi Amuli, Vilayəti-fəqih, h.ş 1378, s.168
  26. Baxın: Cavadi Amuli, Vilayəti-fəqih, h.ş 1378, s.168
  27. Ruznameye Cumhuriye İslami, 12 mehr 1395, s.12
  28. Cavadi Amuli, Risaleye əməliyyə, c.1, s.22
  29. Cavadi Amuli, Risaleye əməliyyə, c.1, s.401
  30. Cavadi Amuli, Risaleye əməliyyə, c.1, s.390
  31. Bənde Əli, Mohre ustad, h.ş 1391, s.191-192
  32. Bənde Əli, Mohre ustad, h.ş 1391, s.201
  33. Bənde Əli, Mohre ustad, h.ş 1391, s.204
  34. مدرسی، «تاریخچه زندگی آیت‌الله شیخ عبدالله جوادی آملی»., ensani.ir saytı
  35. مدرسی، «تاریخچه زندگی آیت‌الله شیخ عبدالله جوادی آملی»., ensani.ir saytı
  36. مدرسی، «تاریخچه زندگی آیت‌الله شیخ عبدالله جوادی آملی»., ensani.ir saytı
  37. نگاه کنید به «خطبه‌های نماز جمعه», esra.ir saytı
  38. «آخرین خطبه نماز جمعه آیت‌الله جوادی آملی قرائت شد», fars xəbər agentliyi
  39. «ماجرای نامه امام به گورباچف به قلم حضرت آیت‌الله جوادی آملی», hawzah.net saytı
  40. مدرسی، «تاریخچه زندگی آیت‌الله شیخ عبدالله جوادی آملی»., ensani.ir saytı
  41. مدرسی، «تاریخچه زندگی آیت‌الله شیخ عبدالله جوادی آملی»., ensani.ir saytı
  42. مدرسی، «تاریخچه زندگی آیت‌الله شیخ عبدالله جوادی آملی»., ensani.ir saytı
  43. »دیدار تاریخی حضرت آیت‌الله العظمی جوادی آملی با حضرت آیت‌الله العظمی سیستانی در نجف اشرف»
  44. «اساسنامه بنیاد بین المللی علوم وحیانی اسراء», majlis.ir saytı
  45. «نیم‌نگاهی به بنیاد بین‌المللی علوم وحیانی اِسراء»، افق حوزه، ص۱۲., ofoghhawzah.com saytı
  46. The Muslim, 500, 2023, p114
  47. Baxın: Cavadi Amuli, Təsnim, h.ş 1388, c.1, s.25
  48. Cavadi Amuli, «جشن پایان چاپ تفسیر قرآن آیت‌الله جوادی آملی برگزار می‌شود», tasnimnews.com saytı
  49. «حیات علمی و قرآنی آیت‌الله جوادی آملی», esra.ir saytı
  50. «رحیق مختوم: شرح حکمت متعالیه جلد ۳۵», nashresra.ir saytı
  51. Dəbirxaneye himayeşe ketab sale hoze, Vijename pəncomin himayeşe kitab sale hoze, h.ş 1382, s.19
  52. Dəbirxaneye himayeşe ketab sale hoze, Vijename pəncomin himayeşe kitab sale hoze, h.ş 1382, s.22-24
  53. Dəbirxaneye himayeşe ketab sale hoze, Vijename pəncomin himayeşe kitab sale hoze, h.ş 1395, s.39
  54. «همایش طبیب روحانی؛ بزرگداشت آیت‌الله جوادی آملی», iribnews.ir saytı
  55. «حضرت آیت الله جوادی آملی در فهرست ۵۰۰ شخصیت برتر مسلمان جهان», shafaqna.com saytı
  56. Dəbirxaneye himayeşe ketab sale hoze, Vijename pəncomin himayeşe kitab sale hoze, h.ş 1382, s.78-80

Ədəbiyyat

Xarici keçidlər