Bəşir ibn Cəzləm
Bəşir ibn Cəzləm, (ərəbcə: بشير بن جذلم) İmam Səccadın (ə) səhabəsi və İslamın ilk dövrlərində yaşamış şairlərdən biri idi. Bəşir, Kərbala əsirlərinin Şamdan Mədinəyə qayıdışı zamanı İmam Səccadın (ə) göstərişi ilə karvandan əvvəl Mədinəyə gedərək şəhər əhalisini İmam Hüseynin (ə) ailəsinin gəlişindən xəbərdar etmişdir.
Həyatı
Tarixi mənbələrdə onun adı fərqli formalarda qeyd olunmuşdur: Buşr ibn Cəzləm, Bəşir ibn Cəzləm, Buşr ibn Həzləm və Bəşir ibn Həzləm.[1] Onun həyatı haqqında ətraflı məlumat yoxdur. Atası şair olmuş[2] və özü də şairlik istedadına malik idi.[3]
Kərbala əsirlərinə yoldaşlıq etməsi
Bəşir, İmam Hüseynin (ə) Əhli-Beyti (ə) ilə birlikdə Şamdan Mədinəyə gəlmiş, lakin bu səfərdə iştirakının dəqiq səbəbi bilinmir. Mədinəyə çatdıqda İmam Səccadın (ə) əmri ilə şəhərə onlardan əvvəl daxil olmuş və İmam Hüseynin (ə) şəhid edildiyini, Əhli-Beytin (ə) isə Mədinəyə gəldiyini xalqa çatdırmışdır. O, Mədinə məscidinə gedərək bu iki beyt ilə bu acı xəbəri insanlara çatdırmışdır:
Bəşir daha sonra xalqı məlumatlandıraraq bildirdi ki, İmam Səccad (ə) və digər Əhli-beyt (ə) üzvləri şəhər kənarında məskunlaşıblar. O, həmin gün haqqında belə deyir:
"Bu xəbəri eşidən kimi Mədinənin bütün qadınları evlərindən çölə axışdı, ah və nalə səsləri ucaldı. Heç bir gündə o gün kimi ağlayan qadın və kişilər görünməmişdi. Peyğəmbərin (s) vəfatından sonra müsəlmanlar üçün o gündən daha acı bir gün olmamışdı."[5]
Bəzi müasir tədqiqatçılar bu hadisənin bəzi detalları barədə şübhələr irəli sürmüşlər. Onlar Bəşirin Mədinəyə gedişi, həmin şeirləri oxuması, yeddinci əsrdən əvvəlki mənbələrdə Sohan ibn Səsəə ibn Sohanın adı, onun və atasının mənbələrdə çox tanınmaması və bəzi adların fərqli olması kimi məsələlərə diqqət çəkmişlər.[6]
İstinadlar
- ↑ İbn Tavus, Əl-Məlhuf, h.q 1417, c.1, s.226; Əmin, Əyanuş-şiə, h.q 1371, c.3, s.582; Şərafuddin, Əl-Məcalisul-faxirə, h.q 1421, c.1, s.148
- ↑ İbn Tavus, Əl-Luhuf, s.115
- ↑ Şübbər, Ədbut-təff, Darul-mürtəza, c.1, s.65
- ↑ İbn Tavus, Əl-Məlhuf, h.q 1417, c.1, s.227
- ↑ İbn Tavus, Əl-Məlhuf, h.q 1417, c.1, s.227; Bəyzun, Musuətu Kərbəla, c.2, s.565
- ↑ Sadiqi Kaşani, Mustafa, Təshih və mənbə şünasiye ketabe Əl-Məlhuf Seyid ibn Tavus, h.ş 1395, s.268-270
Ədəbiyyat
- Əmin, Seyyid Möhsin, Əyanuş-şiə, Beyrut, Əl-Vəfa müəssisəsi, h.q 1371
- Bəyzun, Ləbib, Musuətu Kərbəla, Beyrut
- Seyid İbn Tavus, Əl-Məlhuf, Qum, Darul-üsvə, h.q 1417
- Şübbər, Seyid Cavad, Ədbut-təff, Darul-mürtəza, Nəcəf
- Şərafuddin, Seyid Əbdül-Hüseyn, Əl-Məcalisul-faxirə, Qum, h.q 1421
- Sadiqi Kaşani, Mustafa, Təshih və mənbə şünasiye ketabe Əl-Məlhuf Seyid ibn Tavus, Qum, h.ş 1395