Bəyda hadisəsi

wikishia saytından
(Bəyda macərası səhifəsindən yönləndirilmişdir)
Bu məqalə Beyda hadisəsi haqdadır. Beyda məntəqəsi adlı məkanla tanış olmaq üçün adı keçən məqaləyə baxın.

Bəyda hadisəsi, Xəsfu Beyda (ərəbcə: خسف البيداء) və ya Beydada Xəsf, zühurun əlamətlərindən biridir. Xəsfu Beyda dedikdə Süfyani ordusunun Beydada (Məkkə və Mədinə arasında bir yer) məhv olması hadisəsi nəzərdə tutulur. Rəvayətlərə görə, Süfyani ordusu İmam Mehdi (ə.f) ilə döyüşmək üçün Məkkəyə gedəcək. Bəzi rəvayətlərdə bu hadisə Yəmani qiyamı, Nəfsi Zəkiyənin öldürülməsi, Səmadan gələn səs, Süfyaninin ortaya çıxması ilə birlikdə, zühurun qəti əlaməti kimi təqdim olunmuşdur.

Xəsfu Beyda: Zühurun əlaməti

İmam Sadiq (ə) buyurur: Qaimin qiyamından əvvəl 5 qəti əlamət olacaq:Yəmaninin qiyamı, Nəfsi Zəkiyənin öldürülməsi, Səmadan gələn səs, Süfyaninin ortaya çıxması. (Şeyx Səduq, Kəmaluddin, h.q 1412, c.2, s.650)

Xəsfu Bəyda dedikdə, Süfyanın ordusunun İmam Zaman (ə.f) ilə döyüşmək üçün Məkkəyə gedəcəyi və Bəyda (Məkkə ilə Mədinə arasında olan yer) adlı yerdə məhv olacağı nəzərdə tutulur.[1] Bu hadisə şiə rəvayətlərində zühurun əlaməti kimi təqdim edilir.[2] Beləki, İmam Sadiqdən (ə) nəql olunan rəvayətə əsasən, Bəyda hadisəsi Nəfsi Zəkiyyənin öldürülməsi, asimandan gələn səs, Yəmani qiyamıSüfyaninin ortaya çıxması ilə birlikdə zühurun qəti əlamətləridir.[3]

Xəsfu Bəyda barəsində əhli-sünnə hədislərindəki ixtilaflar

Sünni rəvayətlərində Xəsfu Bəyda barəsində fərqliliklər mövcuddur. Beləki, bəzi rəvayətlərdə bu hadisə zühurun əlamətləri[4] hesab olunsa da, bəzilərində qiyamətin əlaməti[5] (işratul saə) hesab edilir. Bəzi rəvayətlərdə isə, Kəbəyə sığınan bir qrup insanı axtaran bir ordunun Bəydada məhv olması bəyan olunur. Bu hədislərdə Xəsfu Bəydanın zühurun əlaməti və ya qiyamətin əlaməti olduğu qeyd olunmur.[6]

Quranın bəzi ayələrini Xəsfu Bəydaya tətbiq etmək

Şiə imamlarından nəql olunan rəvayətlərə əsasən, Səba surəsinin 51-53-cü ayələrində Süfyanın ordusunun Bəydada məhv olması haqqında danışılır:

وَ لَوْ تَری إِذْ فَزِعُوا فَلا فَوْتَ وَ أُخِذُوا مِنْ مَکانٍ قَرِیبٍ وَقَالُوا آمَنَّا بِهِ وَأَنَّىٰ لَهُمُ التَّنَاوُشُ مِنْ مَكَانٍ بَعِيدٍ

Kaş ki, sən o kafirləri qorxuya düşdükləri vaxt görəydin. Onlar qaçıb canlarını qurtara bilməyəcək və onsuz da yaxınlıqda ələ keçiriləcəklər. Onlar: "Biz ona inandıq!"– deyəcəklər. Amma uzaq bir yerdə (Axirətdə) imana necə nail ola bilərlər?! Halbuki bundan əvvəl onu inkar edir və əlçatmaz bir yerdən qeyb haqqında fikir yürüdürdülər.[7]

Necə baş verməsi

İmam Muhəmməd Baqirdən (ə) nəql olunan rəvayət əsasında Süfyani Mədinəyə bir dəstə göndərəcək və Həzrət Mehdi (ə.f) də oradan Məkkəyə gedəcək. Xəbər Süfyani ordusunun komandirinə çatacaq və o, İmam Mehdi (ə.f) ordusunu təqib etmək üçün qoşun göndərəcək. Süfyaninin qoşunu Bəyda torpağına daxil olanda səmadan nida gələcək: “Ey səhra, o qoşunu məhv et”. Bu zaman yer Süfyani ordusunu udacaq və üç nəfərdən başqa hamısı həlak olacaq”.[8]

Bəzi rəvayətlərə görə, bu hadisədən sonra Süfyani ordusundan cəmi iki nəfər sağ qalacaq. Biri İmam Zamanın (ə) yanına gedib Süfyani ordusunun Məkkədə məhv edilməsi xəbərini verəcək, digəri isə Süfyaninin yanına qayıdaraq İmam Mehdinin (ə) zühur etdiyini və ordusunun məhv olduğu xəbərini verəcək.[9]

Bu hadisədə Süfyani ordusunun sayının 12.000[10] və ya 170.000[11] nəfər olacağı qeyd edilmişdir.

Əlaqəli məqalə

İstinadlar

  1. Səlimiyan, Fərhəngnameye Məhdəviyyət, h.ş 1388, s.211
  2. Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.310; Şeyx Səduq, Əl-Xisal, h.ş 1362, c.1, s.303, hədis 82; Numani, Əl-Ğeybə, h.q 1397, s.257, hədis 15
  3. Şeyx Səduq, Kəmaluddin, h.q 1412, c.2, s.678, hədis 7
  4. Sənani, Əl-Musənnəf, h.q 1403, c.11, s.371, hədis 20769
  5. İbn Hənbəl, Musnəd, h.q 1421, c.45, s.99, hədis 27129
  6. Muslim, Səhih Muslim, c.4, s.2210, hədis 2883; Nəsai, Əs-Sunənul-kübra, h.q 1421, c.4, s.102
  7. Numani, Əl-Ğeybə, h.q 1397, s.257, hədis 14; Əyyaşi, Təfsirul-əyyaşi, h.q 1380, c.2, s.57
  8. Numani, Əl-Ğeybə, h.q 1379, s.280, hədis 67
  9. Məclisi, Biharul-ənvar, h.q 1403, c.53, s.10
  10. Süleyman, Yəvmul-xilas, s.244
  11. İbn Tavus, Ət-Təşrif, h.q 1416, s.150

Ədəbiyyat

  • İbn Hənbəl, Əhməd ibn Məhəmməd, Musnəd, Ər-Risalə müəssisəsi , 1-ci çap, h. 1421 \ m .2001
  • İbn Tavus, Əli ibn Musa, Əl-Fitən, Qum
  • Süleyman, Kamil, یوم الخلاص فی ظل القائم المهدی علیه‌السلام eshia.ir saytı
  • Səlimiyan, Xodamurad, Fərhəngnameye Məhdəviyyət, Qum, 2-ci çap, h.ş 1388
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Xisal, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, Came Mudərrisin, h.ş 1362
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Kəmaluddin, Beyrut, h.q 1412
  • Sənani, Əbdür-Rəzzaq, Əl-Musənnəf, Beyrut, 2-ci çap, h.q 1403
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Düzəliş: Seyyid Haşim Rəsuli Məhəllati, Tehran, h.q 1380
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Məclisi, Məhəmməd Baqir, Bihaarul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Muslim, صحیح مسلم
  • Nəsai, Əhməd ibn Şüeyb, Əs-sunənul-kübra, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1411 \ m. 2001
  • Numani, Məhəmməd ibn İbrahim, Kitabul-ğeybə, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, h.q 1397

Xarici keçid