Nəfsi Zəkiyyənin qətlə yetirilməsi

wikishia saytından
Başqa eyni adlı məqalələrlə səhv salmamaq üçün "Nəfsi Zəkiyyə (səhv salmamaq üçün)" adlı bölməyə daxil olun.

Nəfsi Zəkiyyənin qətlə yetirilməsi (ərəbcə: قتل النفس الزكية) İmam Mehdinin (əc) zühur əlamətlərindən biridir. Bu da İmam Mehdinin (əc) səhabələrindən birinin Kəbənin yanında öldürülməsinə işarə edir. Rivayətlərə görə, Nəfsi Zəkiyyə İmam Hüseynin (ə) nəslindəndir və İmam Zamanın (ə) qiyamından əvvəl Məscidul-Həramda öldürüləcək.

Bəzi hədislərdə Nəfsi Zəkiyyənin qətlə yetirilməsi zühurun qəti əlamətlərindən biri kimi qeyd edilir. "Əl-Kafi" kitabını şərh edən Molla Saleh Mazandarani Seyyid Həsəni ilə Nəfsi Zəkiyənin eyni şəxs olduğunu ehtimal verib.

Şəxsiyyət

“Nəfsi Zəkiyyə” (pak insan) rivayətlərdə saleh və təqvalı bir insan kimi təqdim edilir.[1] Həmçinin onun öldürülməsi zühurun əlamətlərindən sayılmışdır.[2] Rivayətlərə görə, o, İmam Hüseynin (ə) nəslindəndir[3] və adı Muhəmməd ibn Həsəndir.[4]

Nəfsi Zəkiyyə, İmam Mehdinin (əc) səhabələrindəndir ki, onu Məkkə əhlini hidayət etmək üçün göndərir. İmam Mehdi (əc) səhabələrinə xitab edərək buyurur: "Məkkə camaatı məni istəmirlər, lakin mən onların yanına bir nəfər göndərəcəyəm ki, höccət onlara tamamlansın. Nəfsi Zəkiyyə özünü Mehdinin nümayəndəsi kimi təqdim etdikdə, camaat onun üzərinə hücum edib, başını "rükn"la "məqam" arasında kəsərlər.[5]

Zühurun qəti əlamətləri

قَبْلَ قِيَامِ الْقَائِمِ خَمْسُ عَلَامَاتٍ مَحْتُومَاتٍ الْيَمَانِيُّ وَ السُّفْيَانِيُّ وَ الصَّيْحَةُ وَ قَتْلُ النَّفْسِ الزَّكِيَّةِ وَ الْخَسْفُ بِالْبَيْدَاءِ؛
İmam Sadiq (ə) buyurur: Qaimin qiyamından əvvəl 5 qəti əlamət olacaq:Yəmaninin qiyamı, Nəfsi Zəkiyənin öldürülməsi, Səmadan gələn səs, Süfyaninin ortaya çıxması. (Şeyx Səduq, Kəmaluddin, h.q 1412, c.2, s.650)

İmam Sadiqdən (ə) nəql edilən rivayətə görə, Nəfsi Zəkiyyənin qətlə yetirilməsi, Asimani səs, Süfyaninin xürucu (qiyam etməsi), Yəmaninin xürucu və Beyda çölündə qoşunun batması ilə birlikdə zühurun qəti əlamətlərindəndir.[6]

"Kəmaləddin" kitabında İmam Sadiqdən (ə) nəql olunur ki, Ali-Məhəmmədin Qaiminin qiyam günü ilə Nəfsi Zəkiyənin qətlə yetirilməsi arasında on beş gecə fasilə olacaq.[7] İmam Baqirdən (ə) gələn hədisə əsasən, onun öldürüləcəyi yer Məscidül-Həramda rüknla İbrahim məqamı arasında olacaqdır.[8]

"Əl-Kafi" kitabının şərhçisi Molla Saleh Mazandarani zühur əlamətlərinə dair bir hədisin izahında Nəfsi Zəkiyyənin Seyyid Həsəni ilə eyni olduğunu irəli sürmüşdür. O da zühur əlamətlərindən biri hesab olunur.[9] Bu sözün dəlili İmam Mehdinin (ə.c) zühuru ərəfəsində Həsəninin Məkkə əhalisi tərəfindən qətlə yetirilməsi və başının Süfyaniyə göndərilməsindən bəhs edən bir rəvayətdir.[10]

Tarixdə Nəfsi Zəkiyyə olduğu bildirilən şəxslər

Tarixi mənbələrə görə, Məhəmməd ibn Abdullah Məhzin (hicri 145-ci ildə vəfat edib) tərəfdarlarından bəziləri onun Nəfsi Zəkiyyə olduğuna inanırdılar.[11] Ona Nəfsi Zəkiyyə ləqəbi verilmişdi. Yəhya ibn Zeydin şəhadətindən sonra onunla Mehdi kimi beyət edildi.[12] 145-ci hicri ilində Mənsur Abbasiyə qarşı üsyan etdi və Mədinə yaxınlığındakı Əhcarul-Zit bölgəsində öldürüldü.[13]

Bəzi rivayətlərdə iki Nəfsi Zəkiyyənin qətlə yetirilməsi haqqında bəhs edilir. Onlardan biri Məkkədə, digəri isə Kufənin arxasında (Nəcəf) yetmiş nəfərlə birlikdə baş verir.[14] Kurani "Əsruz-Zuhur" kitabında Seyyid Məhəmməd Baqir Sədrin (h.ş. 1359-cu il şəhadət tarixi) rivayətlərə görə Kufə arxasında şəhid olan Nəfsi Zəkiyyə olmasını ehtimal vermişdir.[15]

Əlaqəli məqalələr

İstinadlar

  1. Muhəmməd Reyşəhri, Daneşname İmam Mehdi (ə.f), h.ş 1393, c.7, s.437
  2. Numani, Əl-ğeybə, h.q 1397, s.264
  3. Əyyaşi, Təfsirul-əyyaşi, h.q 1380, c.1, s.65
  4. Şeyx Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.331, h. 16
  5. Əllamə Məclisi, Biharul-Ənvar, h.q 1403, c.52, s. 307
  6. Numani, Əl-ğeybə, h.q 1397, s. 264, h. 26, Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.649, h.1
  7. Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.649, h.2
  8. Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.1, s.331, h.16
  9. Mazandarani, Şərhul-kufi, h.q 1380, c.12, s.414
  10. Səlimian, Fərhəngnamə Məhdəviyyət, h.ş 1388, s.208
  11. Əbul-Fərəc İsfəhani, Məqatilut-talibin, Darul-mərifə, s.207
  12. Əbul-Fərəc İsfəhani, Məqatilut-talibin, Darul-mərifə, s.207
  13. Əbul-Fərəc İsfəhani, Məqatilut-talibin, Darul-mərifə, s.207
  14. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.52, s.273
  15. Kurani, Əsruz-zuhur, h.q 1408, s.126

Ədəbiyyat

  • Əbul-Fərəc İsfəhani, Əli İbn Hüseyn, Məqatilut-talibin, Təhqiq: Seyyid Əhməd, Beyrut, Darul-mərife
  • Səlimian, Xodamorad, Fərhəngname Məhdəviyyət, Qum Bonyade fərhəngi Həzrət Mehdi (ə) məvud, 2-ci çap, h.ş 1388
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, Kəmalud-din və təmamun-nimə, Düzəliş: Əli-Əkbər Ğəffari, Tehran, İslamiyyə, 2-ci çap, h.q 1395
  • Məclisi, Muhəmməd Baqir, Biharul-Ənvar, Beyrut, İhyaut-teras, h.q 1403
  • Əyyaşi, Muhəmməd ibn Məsud, Təfsirul-əyyaşi, Düzəliş: Rəsuli Məhəllati, Tehran, h.q 1390
  • Kurani, Əli, Əsruz-zuhur, Mərkəzun-nəşr məktəbul ilamil-İslami, h.q 1408
  • Mazandarani, Molla Muhəmməd Saleh ibn Əhməd, Şərhul-kufi Usul və Ruzə, Düzəliş: Əbul-Həsən Şerani, Tehran, Əl-məktəbətul-İslamiyyə, h.q 1382
  • Numani, Muhəmməd ibn Əhməd, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Səduq nəşri, h.q 1397