Bişr ibn Ğalib Əsədi

wikishia saytından
Bişr ibn Ğalib Əsədi
LəqəbiƏbu Sadiq
Yaşadığı yerKufə
Qohum əqrəba arasında tanınmış şəxslərĞalib ibn Bişr və Bəşir ibn Ğalib
Önəmli işləriİmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə)İmam Səccadın (ə) səhabəsi
Başqa fəaliyyətləriZatu-İrqdə İmam Hüseynlə (ə) görüşü və Ərəfə duasını nəql etməsi


Bişr ibn Ğalib Əsədi (ərəbcə: بشر بن غالب الأسدي) (həyat 66 h.q) Şiə imamlarının səhabələrindən və hədis ravilərindən olmuşdur. O, qardaşı ilə birlikdə Ərəfə duasını imam Hüseyndən (ə) rəvayət etmişlər. Həmçinin o “Zatu irq” adlı yol evində Şiələrin üçüncü imamının Məkkədən İraqa səfər etdiyi müddətdə qarşılaşdığı zaman Hüseyn ibn Əli (ə) İraqda olan vəziyyəti ondan soruşduqda, cavab verir, insanların qəlbi sizinlədir, amma qılıncları Bəni Üməyyə ilə.

O Aşura hadisəsində olmamış, lakin sonralar imam Hüseynlə (ə) birlikdə olmadığından peşman olduğunu bildirib.

Qısa tanışlıq

Əbu Sadiq[1] ləqəbi ilə tanınan Bişr ibn Ğalib Əsədi,[2] peyğəmbərin (s) səhabələrindən və Bəni Əsəd qəbiləsindən olan Ğalib ibn Bişr Əsədin oğludur.[3] Tarixi mənbələrdə onun həyatı haqda heç bir məlumat yoxdur.[4]

Şiə ricalşünas alimi Əhməd ibn Məhəmməd Bərqi (vəfat 280 h.q) Bişri peyğəmbərin (s) səhabəsi olduğunu bildirir.[5] Həmçinin Seyyid Möhsin Əmin (vəfat 1371 h.q) “Əyanuş-Şiə” kitabında “Təbəqatul-kübra” kitabının müəllifi ibn Səddən nəql edir ki, Bişri peyğəmbərin səhabəsindən bilir və o Küfəyə hicrət etmişdi.[6]

Bəzi tarixi mənbələrdə, Bişr ibn Ğalib adlı şəxsdən söz açılır ki, o xəvariclərin yürüşü nəticəsində baş verən müharibə zamanı Həccac ibn Yusifin qoşununda olan sərkərdələrdən biri olmuş[7] və bu hadisədə (hicrətin 76-cı ilində) öldürülmüşdür.[8] Əlbətdə qeyd etmək lazımdır, bəzi rical kitablarında iki nəfərin Bişr ibn Ğalib Əsədi adı ilə qeyd olunduğu məlum olur.[9] Bu da dəlil deyil ki, bu Bişr həmin məşhur Bişr (Bişr ibn Ğalibin qardaşı) olsun.

Hədis ravisi

Şiə ricalşünas alimləri Əhməd ibn Məhəmməd Bərqi (vəfat 280 h.q) və Şeyx Tusi (vəfat 460 h.q), Bişr ibn Ğalibi Əhli-beyt (ə) səhabələrindən bilir və onun həyatı haqda heç bir məlumat verməmişlər.[10] Şeyx Tusi təkcə onun Əsədi və Kufi olduğunu vurğulayaraq, hədis ravilərindən və imam Həsən (ə), imam Hüseyn (ə)[11]imam Səccadın (ə) səhabələrindən olduğunu bildirir.[12] Onun Kufədə yaşadığı üçün imam Əlinin (ə) səhabələrindən olduğunu da qeyd edir.[13]

Bişr ibn Ğalibdən, hədis və başqa kitablarda müxtəlf mövzularda o cümlədən Əhli beytə (ə) məhhəbət,[14] təfsir,[15] Quran oxumağın savabı,[16] imam Zamanın (ə.c) zühuru haqda[17] hədislər nəql olunmuşdur. O, qardaşı Bişr ibn Ğaliblə birlikdə, Ərəfə duasını imam Hüseyndən (ə) nəql etmişlər.[18]

Məzhəb və sədaqəti

Bəzi tədqiqatçılar hesab edirlər, rical alimləri arasında Bişr ibn Ğalibin məzhəbinə işarə edilməmişdir.[19] Buna baxmayaraq, Şiə rical alimi Abdullah Maməqani (vəfat 1351 h.q) Bişr ibn Ğalibin kimliyi bilinməyən bir şəxs olmasına baxmayaraq, onun şiə olduğunu vurğulayır.[20] Seyyid Möhsün Əmin, dördüncü əsrdə yaşamış Şiə rical alimi Məhəmməd ibn Əmr Kəşşinin sözlərinə əsaslanaraq, onu alim, fəzilət sahibi və böyük şəxs olaraq xatırladır, sonra əlavə edir bu deyilənlər Kəşşinin rical kitabında mövcud deyil və ümumiyyətlə onun sədaqəti (düz danışan olması) barədə Kəşşi kimi keçmiş rical alimlərindən heç bir şəxsdən eşidilməmişdir, lakin bu cür ibarətlərin son alimlərin sözlərində müşahidə etmək mümkündür.[21] Bütün bunlara baxmayaraq, Ərəfə duasının şöhrət tapması ilə və əldə olunan sənədlərə əsasən o etibarlı sayılan ravilər sırasındadır.[22]

İmam Hüseynlə (ə) görüşü

Bişr ibn Ğalib, imam Hüseyn (ə) Məkkədən İraqa tərəf hərəkət etdiyi zaman “Zatu irq” adlı məntəqədə o həzrətlə görüşür.[23] Hüseyn ibn Əli (ə) İraqda olan vəziyyət barəsində ondan sual edir. O, cavabında deyir: onların qəlbləri sizinlə olsa da qılıncları Bəni-Üməyyə ilədir. İmam onun sözlərini təsdiqləyib, İlahi təqdirin yerinə yetirəcəyini bildirdi.[24]

İmam Hüseynin Bişr ibn Ğaliblə Zatu irq-də söhbəti

İmam Hüseyn (ə): Küfə camaatını necə gördün?

Bişr ibn Ğalib: İnsanların qəlbi sizinlə, qılıncları isə Bəni-Üməyyə ilədir.

Qardaşım Əsədi doğru deyirsən! İlahi təqdir nədirsə onu da edəcəm, o istədiyinə əmr edəndir.[25] Bundan əvvəl də Səfahın evində Fərzədəq bu məzmunda sözləri imama demişdi.


Bişr ibn Ğalib, imam Hüseynin (ə) İbn Zübeyrlə söhbətini də nəql edir ki, bu söhbətdə imam Hüseyn (ə) İraqa səfərinin səbəbini orada açıqlayır.[26]

Bişr Kərbəla hadisəsində olmamışdır.[27] İbn Səd isə “Təbəqatul-kübra” ünvanlı kitabında yazır, Aşura hadisəsindən sonra imam Hüseynin (ə) məzarı üstə gedib, o həzrətin kənarında olmadığı üçün peşman olduğunu bildirdi.[28]

Bişr, hicrətin 66-cı ilində Muxtar qiyam etdikdən sonra Minhal ibn Ömərlə birlikdə Mədinəyə gedib, imam Səccadla (ə) Minhalın, Hərmələ ibn Kahil Əsədinin barəsində etdikləri söhbətdə hazır olmuşdur.[29] Həmçinin, baxmayaraq ki, ilk mərhələdə Muxtarla birlikdə idi, sonradan Muxtara qarşı çıxdı və bu üzdən Muxtar onu zindana saldırdı.[30]

İstinadlar

  1. Kəşşi, İxtiyaru mərifətir-rical, h.q 1409, c.1, s.171; Şüştəri, Qamusur-rical, h.q 1410, c.11, s.368
  2. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.4, s.36
  3. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.69
  4. İbn Səd, ət-Təbəqatul-kübra, h.q 1410, c.6, s.302; Əmin, Əyanuş-şiə, h.q 1403, c.3, s.575
  5. Bərqi, Ər-Rical, h.ş 1376, s.8
  6. Əmin, Əyanuş-şiə, h.q 1403, c.3, s.575
  7. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.6, s.244; İbn Miskəveyh, Təcaribul-uməm, h.q 1387, c.2, s.285; İbn Əsir, Əl-Kamil, h.q 1385, c.4, s.408
  8. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.6, s.246; İbn Xəldun, Tarixu İbn Xəldun, h.q 1408, c.3, s.194
  9. İbn Həcər Əsqəlani, Lisanul-mizan, m. 2002, c.2, s.305; Zəhəbi, Mizanul-itidal, h.q 1382, c.1, s.322
  10. Bərqi, Ər-Rical, h.ş 1376, s.8; Tusi, Ricalu Tusi, h.ş 1373, s.99
  11. Tusi, Ricalu Tusi, h.ş 1373, s.99
  12. Tusi, Ricalu Tusi, h.ş 1373, s.110
  13. Bərqi, Ər-Rical, h.ş 1376, s.8
  14. Bərqi, Əl-Məhasin, h.q 1371, c.1, s.61
  15. Səduq, Əl-Əmali, h.ş 1342, s.153; Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.475
  16. Kuleyni, Əl-Kafi, h.q 1429, c.4, s.611, 621
  17. Numani, Əl-Ğeybə, h.q 1397, s.235; Tusi, Əl-Ğeybə, h.q 1411, s.462
  18. Məclisi, Biharul-ənvar, h.q 1403, c.95, s.214
  19. Şərəfuddin, Məə Musuati ricaliş-şiə, h.q 1411, c.2, s.257
  20. Mamaqani, Tənqihul-məqal, h.q 1431, c.12, s.297
  21. Əmin, Əyanuş-şiə, h.q 1403, c.3, s.576
  22. «بِشْرِ بْنِ غَالِب؛ صحابی جامانده از عاشورا»، خبرگزاری بسیج., basijnews.ir saytı
  23. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.69
  24. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.69-70
  25. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.69-70
  26. Əbuş-Şeyx, Təbəqatul-mühəddisin, h..q 1412, c.2, s.186
  27. Bir qrup yazıçı, Məər-rəkbil-Hüseyni, h.ş 1386, c.3, s.190
  28. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, Xamisə 1, s.501
  29. Məclisi, Biharul-ənvar, h.q 1403, c.45, s.375
  30. Səffar, Bəsairud-dərəcat, h.q 1404, c.1, s.248

Ədəbiyyat

  • İbn Əsir, Əli ibn Məhəmməd, Əsədul-ğabə, Beyrut, Darul-fikr, h.q 1409
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamil, Beyrut, Daru sadir, h.q 1385
  • İbn Əsəm Kufi, Əhməd, Əl-Futuh, Təhqiq: Əli Şiri, Beyrut, h.q 141
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Lisanul-mizan, Darul-bəşairil-İslamiyyə, m. 2002
  • İbn Xəldun, Əbdür-Rəhman ibn Məhəmməd, Tarixu İbn Xəldun, Beyrut, Darul-fikr, 2-ci çap, h.q 1408
  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, Xamisə 1
  • İbn Miskəveyh, Əhməd ibn məhəmməd, Təcaribul-uməm, Təhqiq: Əbül-Qasim İmami, Tehran, h.q 1387
  • Əbuş-Şeyx, Abdullah ibn Məhəmməd, Təbəqatul-mühəddisin, Beyrut, 2-ci çap, h.q 1412
  • Əmin, Seyyid Möhsin, Əyanuş-şiə, Beyrut, h.q 1403
  • Bərqi, Əhməd ibn Məhəmməd, Ər-Rical, Tehran, Tehran universiteti nəşriyyatı, h.ş 1376
  • Bərqi, Əhməd ibn Məhəmməd, Əl-Məhasin, h.q 1371
  • بِشْرِ بْنِ غَالِب؛ صحابی جامانده از عاشورا, Bəsic xəbər agentliyi
  • Bir qrup yazıçı, Məər-rəkbil-Hüseyni, Qum, Təhsin nəşri, h.ş 1386
  • Həskani, Übeydullah ibn Abullah, Şəvahidut-tənzil, Tehran, h.q 1411
  • Zəhəbi, Məhəmməd ibn Əhməd, Mizanul-itidal, Darul-mərifə, h.q 1382
  • Şərəfuddin, Abdullah, Məə Musuati ricaliş-şiə, London, h.q 1411
  • Şüştəri, Məhəmməd Təqi, Qamusur-rical, Qum, 2-ci çap, h.q 1410
  • Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Tehran, 6-cı çap, h.ş 1342
  • Səffar, Məhəmməd ibn Həsən, Bəsairud-dərəcat, Qum, 2-ci çap, h.q 1404
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbül-fəzl, Beyrut, h.q 1387
  • Tusi, Məhəmməd ibn Həsən, Ricalu Tusi, Qum, Darul-məarifil-İslamiyyə, h.ş 1373
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Ğeybə, Qum, Darul-məarifil-İslamiyyə, h.q 1411
  • Kəşşi, Məhəmməd ibn Ömər, İxtiyaru mərifətir-rical, Məşhəd, Məşhəd universiteti, h.q 1409
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Qum, h.q 1429
  • Mamaqani, Abdullah, Tənqihul-məqal, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1431
  • Məclisi, Məhəmməd Baqir ibn Məhəmməd Təqi, Biharul-ənvar, h.q 1403