Dumatul-Cəndəl

wikishia saytından
(Dumətul Cəndəl qəzvəsi səhifəsindən yönləndirilmişdir)
Dumatul-Cəndəl
Coğrafi mövqeyi
Coğrafi mövqeyi
ÖlkəSəudiyyə Ərəbistanı
ƏyalətCəfv
Əhalisi49646 (2010-cu il)
Qədimliyiİslamdan qabaq
Mühüm hadisələrHəkəmiyyət macərası və Dumətul - Cəndəl döyüşü


Dumatul-Cəndəl (ərəbcə: دومة الجندل) - hicrətin beşinci ilində baş vermiş Dumatul- Cəndəl qəzvəsinin (qəzvə- peyğəmbərin iştirak etdiyi döyüşlərə deyilir) baş verdiyi yerin adıdır. Bu şəhər İslamın əvvəlində Şam şəhərinin bir hissəsi idi. Hicri-qəməri 6-cı ildə insanları İslama dəvət etmək üçün Əbdür-Rəhman bin Ovfun başçılıq etditi səriyyə (səriyyə- peyğəmbərin iştirak etmədiyi döyüşlərə deyilir) və hicri-qəməri 9-cu ildə Xalid ibn Vəlidin başçılıq etdiyi səriyyə Dumatul-Cəndəl hökmdarı Əkidər bin Əbdül Məlikin İslam Peyğəmbəri (s) ilə xərac təyini və bu şəhərdə baş verən digər hadisələr əsasında olan razılığı ilə başa çatdı. Bəzi tarixi mənbələrdə Dumatul - Cəndəl Siffeyn döyüşün də baş verdiyi yer hesab olunur.

Hal-hazırda Dumatul - Cəndəl Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşir və İordaniya sərhədindən yüz kilometr məsafədədir. Bu şəhərin banisi İsmayılın (ə) oğlu Duma olaraq qeyd olunubdur və deyilənə görə o, əvvəlcə bu şəhərin yerində daş qala tikdirmişdir.

Coğrafi mövqeyi

Dumatul - Cəndəl Təbuk məntəqəsi[1] yaxınlığında və Mədinə ilə Şam arasındakı[2] yerləşən bir şəhər idi və Şamın şəhərinin tabeçiliyində idi.[3] Hal-hazırda Dumatul - Cəndəl Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşir və İordaniya sərhədindən yüz kilometr məsafədədir.[4]

Adının qoyulması və qısa tarixi

Dumatul-Cəndəlin tarixi Mard qalaları

“Mucəmul-Buldan” əsərində qeyd edilənlərə görə, Dumə şəhərinin adı burada qala tikdirmiş İsmayıl peyğəmbərin (ə) oğlu “Duma”nın (دوماء‌) adından götürülmüşdür.[5] Cəndəl isə daş parçası deməkdir, Dumətul-Cəndal isə İsmayıl peyğəmbərin (ə) oğlu Dumanın daşdan tikdirdiyi qala mənasındadır.[6] Yaqut Həməvi Dumətul-Cəndəldə yerləşənn Mard qalasından bəhs etmişdir.[7] Bu qala şəhərin tarixi abidələrindən biri hesab olunur.[8]

Deyilənə görə, bu ərazi Dumətul-Hira ilə qarışdırılmamaq üçün Dumatul-Cəndal adlandırılıb. Oradakı hökmdar Əkidər ibn Əbdülməlikin iqamətgahı Dumətul-Hirada idi. Bir gün ov edərkən Dumətul-Hira ilə üzbəüz istiqamətdə yerləşən, daşdan tikilmiş bir şəhərin xarabalığına rast gəldi və onu yenidən tikdirərək Dumətul-Cəndal adlandırdı.[9]

Dumətul-Cəndəl həm də Covf, yəni alçaq torpaq və ya Covfu - Ali-Əmr adlandırılır. Ali-Əmr dördüncü qəməri əsrdə orada yaşamış Tay qəbiləsindən olan Bəni Əmrə tayfasındadır.[10]

Tarixi hadisələr

Dumətul - Cəndəl və ətraf ərazilər İslamın gəlişi zamanı Kəlb qəbiləsindən olan Bənu Kənanəyə məxsus idi.[11] Bölgənin hökmdarı Əkidər bin Əbdülməlik Kindi xristian idi[12] və Roma padşahının tabeçiliyində idi.[13] Ərəb dünyasının bütlərindən olan "Vədd" bütü bu ərazidə yerləşir.[14]

Dumətul - Cəndəl bölgəsində İslam tarixi mənbələrində qeyd etmələrinə səbəb olan bir çox hadisələr baş verib.Bu hadisələrdən bəziləri bunlardır:

Dumətul – Cəndəl qəzvəsi

Beşinci qəməri ilinin rəbiül-əvvəl ayının 25-də Həzrət Peyğəmbər (s) min nəfər müsəlmanla Dumətul - Cəndəl ərazisinə[15] yola düşdü, çünki Dumətul - Cəndəl əhalisi tacirlərin ticarət keçid məntəqəsində gizlənərək, Mədinə şəhərindən gələn tacirlərə narahatlıq yaradırlar və həmçinin tədricən Mədinəyə yaxınlaşmağı qərara alıblar.[16] İslam ordusu Dumətul - Cəndəl ərazisinə çatdıqda, onlar İslam qoşununun orada olduqlarını bildikdən sonra dağılışdılar. Həzrət Peyğəmbər (s) ətrafa adam göndərdi, lakin onlar Məhəmməd ibn Müslimənin tapıb peyğəmbərin yanına gətirdiyi şəxsdən başqa heç kimi tapmadılar. O, peyğəmbərin yanına gətiriləndən sonra İslamı qəbul etdi. Müsəlmanlar Rəbius-Sani ayının 20-si , Dumətul - Cəndəldə döyüş olmadan Mədinəyə qayıtdılar.[17]

Dumətul - Cəndəl Romanın hakimiyyəti altında olduğundan, Dumətul - Cəndəl qəzvəsi müsəlmanlarla romalılar arasında ilk qarşılaşma hesab olunur.[18] Bu qəzvənin məqsədləri haqqında Peyğəmbərin (s) Şam sərhədlərinə getmək niyyətində olduğunu bildiriblər. Bununla belə Həzrət Peyğəmbərin (s) Şam sərhədlərinə getməsi Roma padşanını qorxuya salmışdı.[19]

Əbdurrəhman ibn Ovfun iştirak etdiyi səriyyə

İslam Peyğəmbəri (s) Əbdürrəhman ibn Ovfu hicrətin altıncı ilinin Şəban ayında Dumətul - Cəndələ göndərərək ondan bölgə əhalisini İslama dəvət etməsi tapşırığını verdi.[20] Hadisə bu məntəqənin böyüklərindən biri olan Əsbəğ ibn Əmr Kəlbinin islama gəlməsi və Əbdurrəhman ibn Ovfun onun qızı ilə izdivac etməsi ilə nəticələndi.[21]

Xalid ibn Vəlidin iştirak etdiyi səriyyə

Hicri 9-cu ildə Həzrət Peyğəmbər (s) Xalid bin Vəlidi Təbukdan Dumətul - Cəndələ göndərdi[22] və Xalid Dumətul - Cəndəl hakimi Əkidər bin Əbdülməliki mühasirəyə alaraq Mədinəyə apardı.[23] Tarixi mənbələrə görə, Həzrət Peyğəmbər (s) onunla müqavilə bağlayaraq ona cizyə (vergi) təyin etmişdir.[24] Onun İslamı qəbul etməsi haqqında bəzi mənbələr məlumat versə də,[25] lakin digər mənbələr bu rəvayəti düzgün hesab etməmişdir.[26] Hər iki mənbəyə əsasən Həzrət Peyğəmbərin (s) vəfatından sonra Əkidər ibn Əbdülməlik, zəkat və cizyə verməkdən imtina etdi və hicrətin on ikinci ilində Əbu Bəkr bin Əbi Quhafə Xalid ibn Vəlidi onu öldürməsi üçün göndərdi.[27]

Siffeyn döyüşündə həkəmiyyət

Bəzi tarixi mənbələrə görə, Siffeyn döyüşündə həkəmiyyət yəni, Əbu Musa ƏşəriƏmr bin Asın İmam Əli (ə) və Müaviyə bin Əbi-Süfyanın ordusu tərəfindən danışıqlar aparmaq və hər iki tərəf arasında hakimlik etmək üçün təyin edilməsi hadisəsi Dumətul - Cəndal bölgəsində baş verdi.[28]

İstinadlar

  1. Amili, Əs-Səhihu min siyrətin-Nəbiyyil-Əzəm, Darul-hədis, c.10, s.105
  2. Yaqut Həməvi, Mucəmul-buldan, m.1995, c.2, s.487
  3. Əskəri, Yeksədo pəncah səhabiye saxtegi, h.ş 1387, s.281
  4. Lahuti, Cəvf, c.11, s.373
  5. Yaqut Həməvi, Mucəmul-buldan, m.1995, c.2, s.487
  6. Yaqut Həməvi, Mucəmul-buldan, m.1995, c.2, s.488
  7. Yaqut Həməvi, Mucəmul-buldan, m.1995, c.2, s.488
  8. http://sauditourism.sa/ar
  9. Yaqut Həməvi, Mucəmul-buldan, m.1995, c.2, s.487
  10. Lahuti, Cəvf, c.11, s.373
  11. Yaqut Həməvi, Mucəmul-buldan, m.1995, c.2, s.487
  12. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.1, s.135
  13. Məsudi, Ət-Tənbih vəl-əşraf, s.215
  14. Alusi, Buluğul-ərəb, Darul-kutubil-İslamiyyə, c.2, s.213-214
  15. Vaqidi, Əl-Məğazi, h.q 1409, c.1, s.403; Məqrizi, İmtaul-əsma, h.q 1420, c.8, s.367
  16. Vaqidi, Əl-Məğazi, h.q 1409, c.1, s.403; Müqəddəsi, Əl-Bədu vət-tarix, Qahirə, c.4, s.92
  17. Vaqidi, Əl-Məğazi, h.q 1409, c.1, s.402
  18. Müqəddəsi, Əl-Bədu vət-tarix, Qahirə, c.4, s.214; Məsudi, Ət-Tənbih vəl-əşraf, s.214
  19. Vaqidi, Əl-Məğazi, h.q 1409, c.1, s.403
  20. Vaqidi, Əl-Məğazi, h.q 1409, c.1, s.456-562; Bəlazuri, Ənsabul-əşraf, m.1959, c.1, s.378
  21. Vaqidi, Əl-Məğazi, h.q 1409, c.1, s.456-562; Bəlazuri, Ənsabul-əşraf, m.1959, c.1, s.378
  22. Bəlazuri, Ənsabul-əşraf, m.1959, c.1, s.382
  23. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.2, s.428; İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.1, s.135
  24. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.2, s.428;İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.1, s.135
  25. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.1, s.135
  26. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.1, s.135; İbn Həcər, Əl-İsabə, h.q 1415, c.1, s.381
  27. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.1, s.135; Məqrizi, İmtaul-əsma, h.q 1420, c.2, s.13
  28. Yaqut Həməvi, Mucəmul-buldan, m.1995, c.2, s.489; Məsudi, Ət-Tənbih vəl-əşraf, s.256; Diynəvəri, Əxbarut-tival, h.ş 1371, s.242

Ədəbiyyat

  • Alusi, Mahmud, Buluğul-ərəb, Beyrut, Darul-kutubil-İslamiyyə
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əsədul-ğabə, Beyrut, Darul-fikr, h.q 1409
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Beyrut, h.q 1412
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Məhəmməd Həmidullah, Darul-məarif, m.1959
  • Diynəvəri, Əhməd ibn Davud, Əxbarut-tival, Tehran, 4-cü çap, h.ş 1371
  • Amili, Cəfər Mürtəza, Əs-Səhihu min siyrətin-Nəbiyyil-Əzəm, Qum, Darul-hədis
  • Əskəri, Seyyid Mürtəza, Yeksədo pəncah səhabiye saxtegi, Qum, h.ş 1387
  • Lahuti, Behzad, Cəvf, Cəhane İslam universiteti
  • Məsudi, Əli ibn Hüseyn, Ət-Tənbih vəl-əşraf, Qahirə, Darus-savi
  • Müqəddəsi, Mütəhhər ibn Tahir, Əl-Bədu vət-tarix, Qahirə
  • Məqrizi, Əhməd ibn Əli, İmtaul-əsma, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1420
  • Vaqidi, Məhəmməd ibn Ömər, Əl-Məğazi, Beyrut, h.q 1409
  • Yaqut Həməvi, Mucəmul-buldan, Beyrut, Daru Sadir, 2-ci çap, m.1995