Məzmuna keç

Həzrət

wikishia saytından

Həzrət, (ərəbcə: حضرت) müsəlmanların dini ədəbiyyatında hörmət və şəxsin üstün mövqeyini göstərmək üçün istifadə olunan ehtiram ifadəsidir. Bu ifadə Allah, Peyğəmbər (s), imamlar (ə), imamzadələr və böyük din alimlərinin adından əvvəl işlədilir.[1]

Bu ifadə, Allah üçün "Həzrət Bari" və ya "Həzrət Bari-Təala" və s..., Peyğəmbər (s) üçün "Həzrət Rəsul" və s..., İmam Əli (ə) üçün "Həzrət Əmir", Fatimə (s) üçün "Həzrət Siddiqə" formasında işlədilir. "Həzrət Müstətab" ifadəsi isə din alimlərinə işarə etmək üçün istifadə olunur.[2] "Həzrət" kəlməsi rəvayətlərdə[3] lüğəvi mənası olan "hüzur" (hazır olmaq) mənasında[4] işlədilmişdir.[5]

Nəzəri irfanda "həzrət" başqa bir mənaya malikdir. O, "varlığın ümumi məkanı", "mütləq varlığın təyinləri və mərtəbələri" mənasını ifadə edir.[6] Varlığın təyinləri beş ümumi məkan olaraq "həzərat-xəms" (beş həzrət) adlandırılır.[7] İmam Xomeyni (r.ə) bu adlandırmanın səbəbini bütün aləmlərin haqqın hüzurunda olması ilə izah edir.[8]

İstinadlar

  1. Dəhxoda, Lüğətnamə, h.ş 1377, c.6, s.9122-9124
  2. Dəhxoda, Lüğətnamə, h.ş 1377, c.6, s.9124
  3. Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.349, 378, 471, 503, c.2, s.272, c.3, s.491; Şeyx Tusi, Təhzibul-əhkam, h.q 1407, c.3, s.250; Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.1, s.516
  4. İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, c.4, s.197
  5. «آیا کلمه «حضرت» در روایات نیز به کار برده شده است؟», islamquest.net saytı
  6. Nümunə üçün baxın: İbn Türkəh, Şərhu qisəs, h.ş 1378, c.1, s.366; Qunəvi, Ən-Nəfəxat, h.ş 1375, s.64
  7. Cami, Nəqdun-nusus, h.ş 1370, s.33
  8. İmam Xomeyni, Təliqatun əla şərhi fususil-hikəm, h.q 1410. s.31

Ədəbiyyat

  • «آیا کلمه «حضرت» در روایات نیز به کار برده شده است؟», islamquest.net saytı
  • İbn Türkəh, Şərhu qisəsil-hikəm, Təhqiq: Mphsin Bidar Fər, Qum, Bidar, 1-ci çap, h.ş 1378
  • İbn Mənzur, Muhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Beyrut, Daru sadir, h.q 1414
  • İmam Xomeyni, Seyid Ruhullah, Təliqatun əla şərhi fususil-hikəm, Qum, Pasdare İslam, 2-ci çap, h.q 1410
  • Cami, Əbdür-Rəhman, Nəqdun-nusus, Tehran, 2-ci çap, h.ş 1370
  • Dəhxoda, Əli Əkbər, Lüğətnamə, Tehran, Çap və nəşriyyat müəssisəsi, h.ş 1377
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, h.q 1413
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Tehran, Darul-kutubil-islamiyyə, h.q 1407
  • Qunəvi, Ən-Nəfəxatul-ilahiyyə, Təhqiq: Məhəmməd Xacəvi, Tehran, Mövla, 1-ci çap, h.ş 1375
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407