Harama qarışmış mal
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
- Şübhəli mal adlı məqalə ilə səhv salınmasın.
Harama qarışmış mal (ərəbcə: المال المخلوط بالحرام ) ya harama qarışmış halal mal (ərəbcə: المال الحلال المخلوط بالحرام) ki, bir hissəsi şəriət yolu ilə, digər hissəsi isə qeyri-şəriət yolu ilə əldə edilmişdir.[1] Şübhəli maldan onunla fərqlənir ki, şübhəli malın haram malla qarışmasında şəkk var.[2]
İslam fiqhində halalı haramla qarışmış halda olan maldan istifadə etmək caiz deyildir.[3] Şiə fəqihlərinin nəzərinə əsasən, haramın miqdarı və sahibi məlumdursa, haram malın sahibinə qaytarılması vacibdir.[4] Amma əgər haramın miqdarı məlum olsa da, sahibi məlum deyilsə, bir qrup fəqihin fətvasına əsasən, həmin məbləğ sahibinin adından sədəqə verilməlidir. Həmçinin vacib ehtiyata əsasən, şəriət hakimindən icazə alınmalıdır.[5] Əksinə, əgər malın sahibi məlum olsa da, məbləği məlum olmasa, bir qrup fəqihin nəzərinə görə, onu razı salmaq lazımdır. Əgər mal sahibi razı olmasa, onun olduğu yəqinliklə bilinən miqdar ona verilməlidir.[6]
Amma nə haram malın miqdarı və nə də sahibi məlum olmasa, şiə fəqihləri bunu yeddi vacib xüms halından biri hesab etmişlər.[7] Bu fətva şiə müctəhidlərinin məşhur rəyidir.[8] Həmçinin deyilmişdir ki, qarışıq malın xumsunu vermək sünnilərin nəzərində vacib deyildir.[9]
Əgər xums verdikdən sonra qarışıq malın sahibi tapılarsa, imam Xomeyni (r.ə), Seyid Əli Sistani, Məkarim Şirazi kimi bəzi mərceyi-təqlidlərin rəyinə görə, vacib ehtiyata əsasən, onun malının miqdarında ona verilməlidir. Seyid Əbul-Qasim Xoi, Qolpayeqani, Əraki və Mirzə Cavad Təbrizi kimi bir qrupun fikrincə isə, heç bir şeyin ona verilməsinə ehtiyac yoxdur.[10]
İstinadlar
- ↑ Müntəziri, Məbaniye fiqhiye hokuməte İslami, h.q 1409, c.6, s.184
- ↑ Müntəziri, Məbaniye fiqhiye hokuməte İslami, h.q 1409, c.6, s.184
- ↑ Şeyx Ənsari, Kitabul-xums, h.q 1415, s.111; Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.3, s.141
- ↑ Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.12, s.364; İsfəhani, Vəsailun-nəcat (Qolpayqaninin haşiyəsi ilə), h.q 1393, c.1, s.318
- ↑ Xomeyni, Tozihul-məsail, Xums bölməsi, Məsələ 1814
- ↑ Xomeyni, Tozihul-məsail, Xums bölməsi, Məsələ 1815
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.16, s.69; Xomeyni, Tozihul-məsail, c.2, s.47
- ↑ Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh mutabiq məzhəbe əhli-beyt (ə), h.q 1426, c3, s.499; İsfahani, Vəsilətun-nəcat, h.q 1393, c.1, s.318; Xomeyni, Tozihul-məsail, Xums bölməsi, Məsələ 1813
- ↑ Ənsari Şirazi və Başqaları, Musuətu əhkamil-ətfal və ədillətiha, h.q 1429, c.1, s.470
- ↑ Xomeyni, Tozihul-məsail, Xums bölməsi, Məsələ 1817
Ədəbiyyat
- İsfahani, Seyyid Əbul-Həsən, Vəsilətun-nəcat, h.q 1393
- Ənsari Şirazi və başqaları, Musuətu əhkamil-ətfal və ədillətiha, Qum, h.q 1429
- Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405
- Xomeyni, Seyyid Ruhullah, Tozihul-məsail, Təhqiq və düzəliş: Məhəmməd Həsən Bəni Haşim, Qum, Dəfəre enteşarate İslami, 8-ci çap, h.q 1424
- Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, Muəssisətul-məarifil-İslamiyyə, 1-ci çap, h.q 1413
- Şeyx Ənsari, Mürtəza, Kitabul-xums, Qum, 1-ci çap, h.q 1415
- Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh mutabiq məzhəbe əhli-beyt (ə), h.q 1426
- Müntəziri, Hüseynəli, Məbaniye fiqhiye hokuməte İslami, Qum, 1-ci çap, h.q 1409
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Düzəliş: Abbas Quçani və Əli Axundi, Beyrut, h.q 1404