Harama qarışmış mal

wikishia saytından


Şübhəli mal adlı məqalə ilə səhv salınmasın.

Harama qarışmış mal (ərəbcə: المال المخلوط بالحرام ) ya harama qarışmış halal mal (ərəbcə: المال الحلال المخلوط بالحرام) ki, bir hissəsi şəriət yolu ilə, digər hissəsi isə qeyri-şəriət yolu ilə əldə edilmişdir.[1] Şübhəli maldan onunla fərqlənir ki, şübhəli malın haram malla qarışmasında şəkk var.[2]

İslam fiqhində halalı haramla qarışmış halda olan maldan istifadə etmək caiz deyildir.[3] Şiə fəqihlərinin nəzərinə əsasən, haramın miqdarı və sahibi məlumdursa, haram malın sahibinə qaytarılması vacibdir.[4] Amma əgər haramın miqdarı məlum olsa da, sahibi məlum deyilsə, bir qrup fəqihin fətvasına əsasən, həmin məbləğ sahibinin adından sədəqə verilməlidir. Həmçinin vacib ehtiyata əsasən, şəriət hakimindən icazə alınmalıdır.[5] Əksinə, əgər malın sahibi məlum olsa da, məbləği məlum olmasa, bir qrup fəqihin nəzərinə görə, onu razı salmaq lazımdır. Əgər mal sahibi razı olmasa, onun olduğu yəqinliklə bilinən miqdar ona verilməlidir.[6]

Amma nə haram malın miqdarı və nə də sahibi məlum olmasa, şiə fəqihləri bunu yeddi vacib xüms halından biri hesab etmişlər.[7] Bu fətva şiə müctəhidlərinin məşhur rəyidir.[8] Həmçinin deyilmişdir ki, qarışıq malın xumsunu vermək sünnilərin nəzərində vacib deyildir.[9]

Əgər xums verdikdən sonra qarışıq malın sahibi tapılarsa, imam Xomeyni (r.ə), Seyid Əli Sistani, Məkarim Şirazi kimi bəzi mərceyi-təqlidlərin rəyinə görə, vacib ehtiyata əsasən, onun malının miqdarında ona verilməlidir. Seyid Əbul-Qasim Xoi, Qolpayeqani, Əraki və Mirzə Cavad Təbrizi kimi bir qrupun fikrincə isə, heç bir şeyin ona verilməsinə ehtiyac yoxdur.[10]

İstinadlar

  1. Müntəziri, Məbaniye fiqhiye hokuməte İslami, h.q 1409, c.6, s.184
  2. Müntəziri, Məbaniye fiqhiye hokuməte İslami, h.q 1409, c.6, s.184
  3. Şeyx Ənsari, Kitabul-xums, h.q 1415, s.111; Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.3, s.141
  4. Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.12, s.364; İsfəhani, Vəsailun-nəcat (Qolpayqaninin haşiyəsi ilə), h.q 1393, c.1, s.318
  5. Xomeyni, Tozihul-məsail, Xums bölməsi, Məsələ 1814
  6. Xomeyni, Tozihul-məsail, Xums bölməsi, Məsələ 1815
  7. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.16, s.69; Xomeyni, Tozihul-məsail, c.2, s.47
  8. Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh mutabiq məzhəbe əhli-beyt (ə), h.q 1426, c3, s.499; İsfahani, Vəsilətun-nəcat, h.q 1393, c.1, s.318; Xomeyni, Tozihul-məsail, Xums bölməsi, Məsələ 1813
  9. Ənsari Şirazi və Başqaları, Musuətu əhkamil-ətfal və ədillətiha, h.q 1429, c.1, s.470
  10. Xomeyni, Tozihul-məsail, Xums bölməsi, Məsələ 1817

Ədəbiyyat

  • İsfahani, Seyyid Əbul-Həsən, Vəsilətun-nəcat, h.q 1393
  • Ənsari Şirazi və başqaları, Musuətu əhkamil-ətfal və ədillətiha, Qum, h.q 1429
  • Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405
  • Xomeyni, Seyyid Ruhullah, Tozihul-məsail, Təhqiq və düzəliş: Məhəmməd Həsən Bəni Haşim, Qum, Dəfəre enteşarate İslami, 8-ci çap, h.q 1424
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, Muəssisətul-məarifil-İslamiyyə, 1-ci çap, h.q 1413
  • Şeyx Ənsari, Mürtəza, Kitabul-xums, Qum, 1-ci çap, h.q 1415
  • Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh mutabiq məzhəbe əhli-beyt (ə), h.q 1426
  • Müntəziri, Hüseynəli, Məbaniye fiqhiye hokuməte İslami, Qum, 1-ci çap, h.q 1409
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Düzəliş: Abbas Quçani və Əli Axundi, Beyrut, h.q 1404