Hicrətin 1-ci ili
(Hicri-qəmər təqviminin 1-ci ili səhifəsindən yönləndirilmişdir)
Hicri-qəməri 2 Hicri-qəməri 0 | |
Miladi: 622 və 623 | |
---|---|
İmamət | |
Həzrət Muhəmmədin (s) peyğəmbərliyi zamanı | |
İslam ölkələrinin hökumətləri | |
Mədinə: Muhəmməd (s) ibn Abdullah | Hökümət: Hicrətin 1-11-ci ili |
Əhəmiyyətli hadisələr | |
Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti | |
Leylətul-məbit hadisəsi | |
Müsəlmanların birinci məscidi, Quba məscidinin təsis olunması | |
Ənsar və mühacirlər arasında qardaşlıq əqdinin oxunması | |
Təvəllüdlər | |
Muxtar Səqəfi | |
Abdullah ibn Zübeyr | |
Ziyad ibn Abiye | |
Vəfatlar / Şəhadətlər | |
Əsəd ibn Zurarə |
Hicrətin 1-ci ili (ərəbcə: سنة 1 للهجرة) hicri-qəmər təqviminin birinci ilidir. Bu il İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçilməsindən[1] 14 il sonra və Amul-fildən 53 il sonraya uyğun gəlir.
Peyğəmbər (s) və bir qrup müsəlmanın Məkkədən Mədinəyə hicrəti bu ildə baş verdi. Həmçinin Quba məscidi və Məscidun-Nəbi də elə həmin ildə tikilib.
Baş verən hadisələr
- 1 Rəbiul-əvvəl: Qureyş başçılarının Peyğəmbəri (s) öldürmək üçün hazırladıqları sui-qəsd və Leylətul-məbit hadisəsi.[2]
- Allah Rəsulunun (s) Məkkədən Mədinəyə hicrəti.[3]
- Peyğəmbərin (s) məşhur səhabəsi Salman Farsinin Cəmadiul-əvvəl ayında İslamı qəbul etməsi.[4]
- Mədinə yəhudilərindən olan Abdullah ibn Salamın İslamı qəbul etməsi.[5]
- 15 Rəbiul-əvvəl: Quba məscidinin təməli[6]
- İlk cümə namazının qılınması və Peyğəmbərin (s) ilk xütbəsi.[7]
- Məscidün-Nəbinin tikintisi.[8]
- İlk dəfə meyyit namazının qılınması.[9]
- Ənsar və Mühacirlər arasında qardaşlıq əqdinin bağlanması.[10]
- Allahın Peyğəmbəri (s) ilə yəhudilər arasında sülh və bir-birlərinə hücum etməmək barədə müqavilə.[11]
- Mədinə əhd-peymanı, Peyğəmbərin (s) Mədinəyə gəlişinin birinci ilində müsəlmanlarla yəhudilər arasında bağlanan müqavilə.[12]
- Peyğəmbərin (s) Aişə ilə evlənməsi.[13]
- Übeydə ibn Haris ibn Mütəllibin Şəvval ayında Mədinəyə hücum edən müşriklərə qarşı olan müqabiləsi.[14] İbn Hişam bu müqabiləniikinci qəməri ilində hesab edirdi.[15]
Vəfatlar və təvəllüdlər
- Səhabələrdən və Yəsribin ilk müsəlmanlarından olan Əsədul-Xeyr ləqəbli Əsəd ibn Zurarənin vəfatı.[16]
- İmam Hüseynin (ə) qisası üçün qiyam edən və tabeinlərdən olan Muxtar Səqəfinin təvəllüdü.[17]
- Müaviyənin vəfatından sonra xilafət iddiaçılarından olan Abdullah ibn Zübeyrin Məkkədə doğulması.[18]
- Ələvi və Əməvi hökumətlərinin məmuru olan Ziyad ibn Abiyenin doğulması.[19]
İstinadlar
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1968, c.2, s.392
- ↑ Tusi, Misbahul-mütəhəccid, h.q 1411, s.791
- ↑ Təbərsi, İlamul-vəra, h.q 1417, s.146-148
- ↑ Şirazi, Əd-Dərəcatur-rafiə, m. 1983, s.199
- ↑ Məsudi, Ət-Tənbih, Qahirə, s.201
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1968, c.2, s.397
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1968, c.2, s.394
- ↑ İbn Zəbalə, Əxbarul-mədinə, m. 2002, s.74
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, c.3, s.465
- ↑ İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.1, s.505
- ↑ İbn İshaq, Siyrətu Rəsulillah, h.ş 1361, c.2, s.561
- ↑ Amili, Əs-Səhihu min siyrətin-Nəbi, h.ş 1385, c.5, s.127-136
- ↑ İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.4, s.1881
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1968, c.2, s.402
- ↑ İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.1, s.591
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, c.3, s.459
- ↑ İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.4, s.347
- ↑ İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.4, s.80
- ↑ İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.2, s.523
Ədəbiyyat
- İbn Əsir, Əli ibn Məhəmməd, Əsədul-ğabə, Beyrut, Darul-fikr, h.q 1409
- İbn İshaq, Siyrətu Rəsulillah, Əsğər Məhdəvi çapı, Tehran, h.ş 1361
- İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
- İbn Zəbalə, Məhəmməd ibn Həsən, Əxbarul-mədinə, m. 2003
- İbn Səd, Məhəmməd ibn Səd, Təbəqatul-kübra, Darul-kutubil-elmiyyə, h.q 1410
- İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Beyrut, Darul-cəbəl, h.q 1412
- İbn Hişam, Əbdül-Məlik, Əs-Siyrətun-Nəbəviyyə, Beyrut, Darul-mərifə
- Şirazi, Seyyid Əli Xan, Əd-Dərəcatur-rafiə, Beyrut, m. 1983
- Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, 2-ci çap, m. 1968
- Tusi, Məhəmməd ibn Həsən, Misbahul-mütəhəccid, Beyrut, h.q 1411
- Amili, Cəfər Mürtəza, Əs-Səhihu min siyrətin-Nəbi, Qum, h.ş 1385
- Məsudi, Əli ibn Hüseyn, Ət-Tənbih, Qahirə