Hicrətin 2-ci ili
(Hicri-qəməri 2 səhifəsindən yönləndirilmişdir)
Hicri-qəməri 3 Hicri-qəməri 1 | |
Miladi: 623 və 624 | |
---|---|
İmamət | |
Həzrət Muhəmmədin (s) peyğəmbərliyi zamanı | |
İslam ölkələrinin hökumətləri | |
Mədinə: Muhəmməd (s) ibn Abdullah | Hökümət: Hicrətin 1-11-ci ili |
Əhəmiyyətli hadisələr | |
Əbva ğəzvəsi, Peyğəmbərin (s) ilk ğəzvəsi | |
Qiblənin Məscidul-əqsadan Kəbəyə doğru dəyişməsi | |
Orucun, zəkatın və xümsün vacib olması | |
Həmzə ibn Əbdül-Mütəllibin səriyyəsi | |
Bəni-Qəynuqa səriyyəsi | |
Bədr döyüşü (ğəzvəsi - peyğəmbərin (s) iştirakı ilə keçirilmiş döyüş) | |
İmam Əli (ə) ilə Həzrət Fatimənin (ə) izdivacı | |
Səviq ğəzvəsi | |
Təvəllüdlər | |
Əmr ibn Hüreys Qureşi Məxzumi | |
Vəfatlar / Şəhadətlər | |
Peyğəmbərin (s) qızı Rüqəyya | |
Osman ibn Məzun | |
Əbu-Ləhəb | |
Talib ibn Əbi Talib |
Hicrətin 2-ci ili (ərəbcə: سنة 2 للهجرة) hicri-qəməri təqviminin ikinci ilidir. Bu ilin ilk günü Məhərrəm ayının 1-nə, Hicri-şəmsi ilinin 2-nə (16 Tir çərşənbə axşamı) və miladi tarixinin 624-cü ilinin iyulun 8-nə uyğun gəlir.[1]
Müsəlmanların Bədr döyüşündə qələbə çalması, qiblənin Məscidül-Əqsadan Kəbəyə dəyişdirilməsi və İmam Əlinin (ə) Həzrət Fatimə (ə) ilə evlənməsi bu ilin mühüm hadisələrindəndir.
Baş verən hadisələr
- Rəcəb ayının 15-i[2] və ya Şaban ayının 15-i[3] qiblənin Məscidül-Əqsadan Kəbəyə dəyişdirilməsi.
- Oruc tutmağın vacib olması.[4]
- Xüms (17 Ramazan) və zəkatın vacib olması.
- Həzrət Əlinin (ə) və Həzrət Fatimə (ə) ilə evliliyi.[5]
- Allah Rəsulu (s) tərəfindən İmam Əliyə (ə) Əbu Turab ləqəbinin verilməsi.[6]
- Peyğəmbərin (ə) və İmam Əlinin (ə) səhabələrindən olan Xuzəymə ibn Sabitin İslamı qəbul etməsi.[7]
Müharibələrdə baş verən hadisələr
- Peyğəmbərin (s) ilk səfəri olan Əbva döyüşü Zümrə qəbiləsi ilə sülh müqaviləsi olduğuna görə müharibəsiz başa çatdı.[8]
- Səriyyə Abdullah ibn Cəhş, Peyğəmbərin (s) icazəsi olmadan müsəlmanların Məkkə müşriklərinin ticarət karvanına hücumu.[9]
- Səriyyə Həmzə ibn Əbdül-Müttəlibin müşriklərə qarşı ixtilafı müharibəsiz sona çatdı.[10]
- Bədr döyüşündə müsəlmanların Məkkə müşrikləri üzərində qələbəsi. (17 Ramazan)[11]
- Bəni-Qəynuqa səriyyəsinin baş verməsi. Peyğəmbərin (s) Mədinə yəhudiləri ilə ilk müharibəsi idi. (15 Şəvval)[12]
- Übeydə ibn Haris ibn Mütəllibin Şəvval ayında Mədinəyə hücum edən müşriklərə qarşı olan müqabiləsi.[13] Təbəri bu müqabiləni Hicrətin birinci ilində baş verdiyini deyir.[14]
- Bədr döyüşündən sonra intiqam almaq üçün Mədinə ətrafında hücuma keçən müşrikləri qovmaq məqsədi ilə Səbiq müharibəsinin baş verməsi.[15]
Vəfatlar və təvəllüdlər
- Kufədə Əməvi hökmdarlarından olan Əmr ibn Hüreys Qureşi Məxzuminin təvəlüdü.[16]
- Peyğəmbərin (s) qızı Rüqəyyanın vəfatı. (17 Ramazan)[17]
- Peyğəmbərin (s) səhabələrindən olan Osman ibn Məzunun vəfatı.[18]
- İslamın qatı düşmənlərindən olan Əbu Ləhəbin vəfatı. (24 Ramazan)[19]
- İmam Əlinin (ə) qardaşı Talib ibn Əbi Talibin vəfatı.[20]
İstinadlar
- ↑ سایت تبدیل تاریخ هجری
- ↑ İbn İshaq, Siyreye İbn İshaq, h.q 1398, s.299; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.1, s.331
- ↑ Təbəri, Tarixut-Təbəri, h.q 1387, c.2, s.416
- ↑ Yaqubi, Tarixul-Yaqubi, Beyrut, c.2, s.42; Bəlazuri, Ənsabul-əşraf, m. 1959, c.1, s.272
- ↑ İbn Şəhraşub, Mənaqib, h.q 1379, c.3, s.357
- ↑ İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.1, s.600
- ↑ İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.2, s.488
- ↑ İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.1, s.591
- ↑ Təbəri, Tarixut-Təbəri, h.q 1387, c.2, s.410
- ↑ Bəlazuri, Ənsabul-əşraf, m. 1959, c.1, s.371
- ↑ İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.1, s.240; Təbəri, Tarixut-Təbəri, h.q 1387, c.2, s.418-420
- ↑ Vaqidi, Əl-Məğazi, c.1, s.176
- ↑ İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.1, s.591
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.2, s.402
- ↑ İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.2, s.44
- ↑ İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.4, s.510
- ↑ İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.1038
- ↑ İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.1053; İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.4, s.382
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, c.4, s.73; Bəlazuri, Ənsabul-əşraf, m. 1959, c.1, s.131
- ↑ Bəlazuri, Ənsabul-əşraf, m. 1959, c.2, s.42
Ədəbiyyat
- İbn İshaq, Məhəmməd ibn İshaq ibn Yəsir, Siyreye İbn İshaq, Beyrut, Darul-fikr, 1-ci çap, h.q 1398
- İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
- İbn Səd, Məhəmməd, Ət-Təbəqatul-kübra, Beyrut, Daru Sadir
- İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqib, Qum, Əllamə nəşri, h.q 1379
- İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Beyrut, h.q 1412
- İbn Hişam, Əbdül-Məlik ibn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Beyrut, Darul-mərifə
- Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Qahirə, m. 1959
- Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, h.q 1387
- Vaqidi, Məhəmməd ibn Ömər, Əl-Məğazi
- Yaqubi, Əhməd ibn İshaq, Tarixul-Yaqubi, Beyrut, Daru Sadir