Hicrətin 9-cu ili
(Hicri-qəmər təqviminin doqquzuncu ili səhifəsindən yönləndirilmişdir)
Hicri-qəməri 10 Hicri-qəməri 8 | |
Miladi: 630-631 | |
---|---|
İmamət | |
Həzrət Muhəmmədin (s) peyğəmbərliyi zamanı | |
İslam ölkələrinin hökumətləri | |
Mədinə: Muhəmməd (s) ibn Abdullah | Hökümət: Hicrətin 1-11-ci ili |
Əhəmiyyətli hadisələr | |
Təbuk döyüşü | |
Bəraət ayələrinin çatdırılması | |
Peyğəmbərin (s) Nəcran xristiyanları ilə mübahiləsi | |
Qardaşlıq ayəsinin nazil olması | |
Əqəbə əshabı hadisəsi | |
Zirar məscidinin tikilməsi | |
Vəfatlar / Şəhadətlər | |
Peyğəmbərin (s) qızı Ümmü Kulsumun vəfatı |
Hicrətin 9-cu ili (ərəbcə: سنة 9 للهجرة) hicri-qəməri ilinin təqvimi ilə doqquzuncu ildir.
Bu il müxtəlif qəbilələri təmsil edən çoxlu nümayəndələr Mədinəyə Peyğəmbərin (s) hüzuruna gələrək İslamı qəbul etdikərini bildirdilər və bu səbəbdən də o ilə "qruplar ili" (sinətul-vəfud) deyilir. Təbuk döyüşü, Mənzilət hədisinin deyilməsi, İmam Əlinin (ə) bəraət ayələrini çatdırması, Peyğəmbərin (s) Xristianlarla mübahiləsi və Əqəbə əshabı hadisəsi bu ilin mühüm hadisələrindəndir.
Hadisələr
- Zəkatın vacib olması və 1 Məhərrəmdə müxtəlif bölgələrə məmurların göndərilməsi ilə Peyğəmbər (s) tərəfindən ilk zəkat yığılması.[1]
- Bəni Əsəd və Ləxm kimi yarımadanın müxtəlif qəbilələrinin nümayəndələrinin Peyğəmbərin (s) hüzurunda olması və İslamı qəbul etməsi.[2] Buna görə də bu il "sinətul-vəfud" (qruplar ili) adı ilə tanındı.[3]
- Bəraət ayələrinin çatdırılması: Zilhiccə ayının 1-də bəraət ayələrinin çatdırılmasında Əbu Bəkrin yerinə İmam Əlinin (ə) getməsi.[4]
- Zilhiccə ayının 24-də tarixçilərin qeyri-məşhur rəyinə əsasən Peyğəmbərin (s) Nəcran xristianları ilə mübahiləsi.[5]
- Bəzi qüdrətli şəxslərin Təbuk döyüşünə qatılmaq istəməməsi və onlar haqqında ayələrin nazil olması.[6]
- Münafiqlərin müharibədə başqalarının iştirak etmələrinin qarşısını almaq istəmələri və onlar haqqında ayələrin nazil olması.[7]
- Təbuk döyüşündə Həzrət Əlini (ə) Mədinə şəhərində Peyğəmbər (s) tərəfindən əvəz edilməsi və Mənzilət hədisinin deyilməsi.[8]
- Əqəbə əshabı hadisəsinin baş verməsi. Bəzi səhabələr Peyğəmbəri (s) öldürmək qərarına gəldilər.[9]
- Zirar məscidinin münafiqlər tərəfindən tikilməsi, o məscidin Peyğəmbər (s) tərəfindən dağıdılması və bu barədə ayələrin nazil olması.[10]
- Peyğəmbərin (s) əmri ilə Əbu Süfyan və Muğəyrə tərəfindən Lat adlı bütün sındırılması.[11]
- Həbəşistan padşahı Nəcaşinin vəfatının Peyğəmbər (s) tərəfindən proqnozlaşdırılması və Rəcəb ayında vəfat etməsi.[12]
- Burəydə ibn Huseybin Allah Rəsulu (s) tərəfindən xərac toplamaq üçün Əsləm və Qəffar qəbilələrinə göndərilməsi.[13]
- İslam tarixində hekayə demə mədəniyyətinin qabaqcıllarından olan Təmim ibn Aus bin Xarice Darinin İslam dinini qəbul etməsi.[14]
Döyüşlər
- 19 Rəcəbdə Rumlularla Təbuk döyüşünün baş verməsi.[15]
- Məhərrəm ayında Uyyəynə ibn Hisən Fəzarinin Bəni-Təmim qəbiləsi arasında baş vermiş döyüş.[16]
- Qütbə ibn Amir ibn Hədidənin Xəsəm qəbiləsi arasında baş vermiş döyüş.[17]
- Rəbiul-əvvəl ayında Zəhhak ibn Süfyan Kilabinin Bəni Kilab qəbiləsi arasında baş vermiş döyüş.[18]
- Rəbius-sani ayında Əlqəmə ibn Muhəzziz Mudlicinin Həbəşilər arasında baş vermiş döyüş.[19]
- Əli ibn Əbi Talibin (ə) Rəbius-sani ayında Tey qəbiləsinin bütünü məhv etməsi üçün baş vermiş döyüş.[20]
- Rəbius-sani ayında Ukkaşe ibn Mihsənin Üzrə və Bəla qəbilələri arasında baş vermiş döyüş.[21]
Vəfatlar
- Şaban ayında Peyğəmbərin (s) qızı Ümmü Kulsumun vəfatı.[22]
İstinadlar
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.2, s.121; Vaqidi, Əl-Məğazi, h.q 1409, c.3, s.973; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.123
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.96
- ↑ İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Beyrut, c.2, s.560
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.122-123; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.3; İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Beyrut, c.2, s.545; Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.73
- ↑ Reyşəhri, Fərhəngnameye Mubahile, h.ş 1395, s.83-87
- ↑ İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Beyrut, c.2, s.516
- ↑ İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Beyrut, c.2, s.517
- ↑ İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.1097
- ↑ Yaqubi, Tarixu Yaqubi, Beyrut, c.2, s.68; Məsudi, Ət-Tənbih, Qahirə, s.236; Vaqidi, Əl-Məğazi, h.q 1409, c.3, s.1044; İbn Qüteybə, m. 1992, s.343
- ↑ İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Beyrut, c.4, s.173; Məqrizi, İmtaul-əsma, h.q 1420, c.1, s.480
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.99
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.122
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.2, s.121
- ↑ Bəlazuri, Futuhul-buldan, m. 1987, s.638
- ↑ İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Beyrut, c.2, s.515; Beyhəqi, Dəlailun-nübuvvət, h.q 1405, c.5, s.469
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.2, s.122
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.2, s.122-123
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.2, s.123
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.2, s.123-124
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.2, s.124
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.2, s.124-125
- ↑ Təbəri, Tarixu Təbəri, h.q 1387, c.3, s.124; İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.8, s.460; İbn Xəyyat, Tarixu Xəlifə ibn Xəyyat, h.q 1415, s.45
Ədəbiyyat
- İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
- İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Təhqiq: Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1410
- İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Beyrut, h.q 1412
- İbn Hişam, Əbdül-Məlik, Əs-Siyrətun-Nəbəviyyə, Beyrut, Darul-mərifə
- Bəlazuri, Əhməd ibn Yəhya, Futuhul-buldan, Beyrut, Beyrut, m. 1987
- Beyhəqi, Əbu bəkr Əhməd ibn Hüseyn, Dəlailun-nübuvvət, Darul-kutubil-elmiyyə, h.q 1405
- İbn Xəyyat, Xəlifə, Tarixu Xəlifə ibn Xəyyat, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
- Təbəri, Məhəmməd ibn Cərir ibn Yəzid, Tarixul-uməmi vəl-muluk, Beyrut, h.q 1387
- Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Təhqiq: Hişam Rəsuli, Tehran, h.q 1380
- Məhəmmədi Reyşəhri, Məhəmməd, Fərhəngnameye Mubahile, Qum, Darul-hədis, h.ş 1395
- Məsudi, Əli ibn Hüseyn, Ət-Tənbih, Qahirə, Darus-savi
- Məqrizi, Əhməd ibn Əli, İmtaul-əsma, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1420
- Vaqidi, Məhəmməd ibn Ömər, Əl-Məğazi, Beyrut, 3-cü çap, h.q 1409
- Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixu Yaqubi, Beyrut, Daru Sadir