Kəşful-Murad fi şərhi Təcridil-etiqad (kitab)

wikishia saytından
(Kəşful-Murad səhifəsindən yönləndirilmişdir)
Kəşful-Murad fi şərhi Təcridil-etiqad
MüəllifƏllamə Hilli
MövzuFəlsəfə və kəlam
Üslubİstidlali
DilƏrəbcə
Cild sayı1 cild
Nəşr edildiyi yerİslami nəşr müəssisəsi
Nəşr tarixih.q 1407


Kəşful-Murad fi şərhi Təcridil etiqad (ərəbcə: كشف المراد في شرح تجريد الاعتقاد), Şiənin kəlam (etiqadi) kitablarından və Əllamə Hillinin Ərəb dilində yazılmış əsərlərindəndir. Bu kitabı, Xacə Nəsiruddin Tusininin yazdığı “Təcridul etiqadat” kitabına şərh olaraq yazılmış ən yaxşı və ilk kitab bilirlər. Kəşful-Murad, Fəlsəfə, vücud və mahiyyət kimi bəhslərdən başlayır və sonra isə Şiə etiqadını Tohid bəhsindən Məad bəhsinə kimi açıqlayır.

Bu kitab dini təhsil mərkəzlərində, tədris kitabı kimi seçilmiş və bir çox şərhlər və haşiyələr bu kitaba yazılmışdır.

Müəllif

Əsas məqalə: Əllamə Hilli

Əllamə Hilli adı ilə tanınan, Həsən bin Yusif Mütəhhər Hilli (627-648 h.q), hicrətin səkkizinci əsrində yaşayan fəqih və mütəkəllimlərdən olmuşdur.[1] O, müxtəlif elmlər haqda çoxlu kitablar, o cümlədən Fiqh, Üsul, Əqidə, Fəlsəfə və Məntiq elmlərində əsərlər qələmə almışdır.[2] Həmçinin onun Mənhacul yəqin fi üsulid-din, Kəşful-Murad, Nəhcul həqq və kəşfus-sidq, Babu hadi əşər, Xülasətul əqval fi mərifətil-rical və Əlcövhərul-nəzid kitablarına işarə etmək olar. Onun elm və fəzilət sahibi olduğu üçün ilk Ayətullah ləqəbi verilən şəxs bildirilir.[3] Onun münazirə və əsərləri, Sultan Məhəmməd Xabəndənin Şiə olmasına və İranda Şiə məzhəbinin geniş şəkildə yayılmasına səbəb olmuşdur.[4]

Təlifdən məqsəd

Əllamə Hilli “Kəşful-Murad” kitabının müqəddiməsində, bu kitabın təlifindən məqsədini bu cür açıqlayır; məqsədim Xacə Nəsiruddin Tusinin “Təcridul etiqadat” kitabında anlaşılmaz məsələlərə aydınlıq gətirməkdir. Onun dediklərinə əsasən “Təcridul etiqadat” kitabı baxmayaraq ki, bütün etiqadi mövzüları əhatə etmiş və bir çox mənaları özündə əks etdirmişdir, amma qısa mətnlə kifayətlənmişdir. Bu səbəbdən də elm arxasınca olanlar, onun mənalarını olduğu kimi qavraya bilmirdilər.[5]

Kitabın əhəmiyyəti

“Kəşful-Murad” kitabı dini təhsil mərkəzlərində, dərslik mətn kimi təyin olunmuş və alimlər bu kitaba boyuk əhəmiyyət verirlər.[6] Deyirlər bu kitab, “Təcridul etiqadat” kitabına olan digər şərhlərdən iki üstün cəhəti vardır: Birinci cəhəti budur ki, ilk yazılan şərhdir və ikinci üstün cəhəti budur ki, müəllifi, “Təcridul etiqadat” kitabının müəllifinin şagirdidir.[7]

“Təcridul etiqadat” kitabını təshih edən Həzənzadə Amuli “Təcridul etiqadat” kitabını Kəlam (etiqad) elmində ən əsil və öndə duran kitablardan bilir.[8] O, Fazil quşçudan nəql edərək yazır: “Kəşful-Murad” olmasaydı, “Təcridul etiqadat” kitabını olduğu kimi dərk etmək olmazdı.[9]

Aqabozorg Tehrani “Əl-Zəriə” kitabının müəllifi, Təcridul etiqadad kitabına şərh yazan Şəmsuddin İsfahanidən bu cür nəql edir: “Kəşful-Murad” olmasaydı, kimsə “Təcridul etiqadat” kitabına şərh yaza bilməzdi.[10]

Kitabın məzmunu və quruluşu

“Kəşful-Murad” kitabında məhz fəlsəfə elminə o cümlədən vücud (varlıq), ədəm (yoxluq) və mahiyyət kimi mövzulara yer verilidiyi kimi, Kəlami (etiqadi) mövzulara o cümlədən Tohid bəhsindən Məad məsələsinə kimi olan mövzulara da yer verilmişdir. Bu kitab altı hissədən təşkil olunmuşdur ki, hər biri “Məqsəd” ünvanı ilə adlandırılmışdır. Bəzi hissələri isə bir neçə fəsildən təşkil olunaraq hər bir fəsil müxtəlif məsələlərə şamil edilmişdir:

  1. Umure ammə: Üç fəsildən ibarətdir: Vücud (varlıq) və ədəm (yoxluq), mahiyyət və ona aid mövzular, illət və məllul.
  2. Cövhər və əəraz: Beş fəsildən ibarətdir: Cəvahir, Əcsam, Əcsama aid digər hökümlər, Cəvahire mücərrəd, Əəraz.
  3. Yaradanın sübutu: Allahın vücudu, Allahın sifətləri, Allahın işləri.
  4. Nübuvvət: Bu hissədə, peyğəmbərlik barəsində yeddi məsələyə işarə olunur: Besətin vacibliyi, məsum oması, peyğəmbərin (s) haqq olmasını və həzrət Məhəmmədin (s) peyğəmbərliyini sübut edən yolları tanımaq.
  5. İmamət: Bu hissədə, doqquz məsələyə işarə olunmuşdur; Allah tərəfindən imamın təyin edilməsinin zəruriliyi, imamın məsum olmasının vacibliyi, imamın digərlərindən üstün olması, imaməti peyğəmbər kəlamında təyid edən dəlil və sübutun olması, həzrət Əlinin (ə) peyğəmbərdən (s) sonrakı canişini olması, imam Əlinin (ə) digər səhabələrdən fəzilətli olması və oniki imamın imaməti.
  6. Məad (Qiyamət günü): Bu hissə onaltı fəsildən ibarətdir; onlardan bəziləri Axirət, Məadın cismani olması, əməllərin silinməsi və küfr, şəfaət, tövbəqəbr əzabı kimi mövzulara şamil edilmişidir.[11]

Şərh, haşiyə və tərcümə

“Kitabşünasiye Təcridul etiqadat” kitabının verdiyi məlumata əsasən, “Kəşful-Murad” kitabına çoxlu şərhlər əvə haşiyələr yazılmışdır. Onlardan bəziləri ibarətdirlər:

  1. Haşiyeye Seyyid Əbul Qasim ibn Hüseyn Rəzəvi Qumi Hairi Lahuri Təqəvi (vəfat 1324 h.q)
  2. Haşiye Mirza Əbdulrəzzaq ibn Əlirza mühəddis Həmədani (vəfat 1381 h.q)
  3. Əl-Təliqar əla Kəşfil-Murad, müəllif: Həsən Həsənzadə Amuli.
  4. Tozihul Murad fi şərhi Kəşfil-Murad, müəllif: Seyyid Haşim Hüseyni Tehrani (vəfat 1412 h.q)
  5. Haşiye Seyyid Məhəmməd Haşim Rovzati
  6. Təliqətu Əla şərhi Təcridul Əllamə, müəllif: Hafiz Bəşir Nəcəfi (doğum tarixi 1361 h.q)
  7. Təliqətu Əla şərhi kəşfil-Murad fi şərhi Əl-təcrid, müəllif: İbrahim Musəvi Əbhəri Zəncani (doğum tarixi 1344 h.q)
  8. Tərcümə və şərhe Kəşful-Murad, müəllif: Əbulhəsən Şerani (doğum tarixi 1393 h.q), Fars dilində
  9. Şərhe Kəşful-Murad, müəllif Əli Məhəmmədi (doğum tarixi 1377 h.q).[12]

Nəşr və nüsxələr

“Kəşful-Murad”-ın bir neçə əlyazma nüsxəsi vardır ki, onlardan bəziləri, Əllamə Hillinin həyatda olduğu zaman və bəziləri isə onun vəfatından qısa zaman sonralar yazılmışdır.[13] O nüsxələrdən hicrətin 713-cü ilində yəni Əllamə Hillinin həyatda olduğu dövrdə yazılmış nüsxəyə işarə etmək olar.[14] Həmçinin hicrətin 745-ci ilində digər bir nüsxə yazılmış və “Katib” onun Əllamə Hillinin oğlu Fəxrul Mühəqqiqinə aid olduğunu bildirir.[15] Bu nüsxə İmam Rza (ə) hərəminin kitabxanasında saxlanılır.[16]

Kəşful-Murad kitabı, İran, Lobnan və Hindistanda çap olunmuşdur.[17] O cümlədən Camieye müdərrisin hövzeye elmiyyeye Qum nəşriyyatı hicrətin 1407-ci ilində, Həsən Həsənzadə Amulinin təshih və əlavələri çərçivəsi daxilində 646 səhifəlik kitab olaraq çap etmişdir.[18]

İstinadlar

  1. Əfnədi İsfəhani, Riyazil-üləma, h.q 1401, c. 1, s. 358-359
  2. Əfnədi İsfəhani, Riyazil-üləma, h.q 1401, c. 1, s. 359
  3. Mövləvi, «Ayətullah», s.260
  4. Xansari, Rövzatul-cənnat, Qum 1390, c.2, s. 279-280
  5. Əllamə Hilli, Kəşful-murad, h.q 1417, s. 19-20
  6. Əllamə Hilli, Kəşful-murad, h.q 1417, s. 1, Müqəddimeye naşir.
  7. Xaliqiyan, « Əz Əllamə Hilli ta Əbulfəz Şerani» s.27
  8. Əllamə Hilli, Kəşful-murad, h.q 1417, Müqəddimeye müsəhhih, s. 3
  9. Əllamə Hilli, Kəşful-murad, h.q 1417, Müqəddimeye müsəhhih, s. 3
  10. Ağabozorg Tehrani, Əz-zəriə, h.q 1403/ miladi 1983, c.18, s. 60
  11. Nigah konid be Əllamə Hilli, Kəşful-murad, h.q 1417, s. 581-592
  12. Sədrayi və Mərəşi, Kitab şenasiye Təcridul-etiqad, h.ş 1382, s. 38-41
  13. Sədrayi və Mərəşi, Kitab şenasiye Təcridul-etiqad, h.ş 1382, s. 36-37
  14. Ağabozorg Tehrani, Əz-zəriə ,h.q 1403/ miladi 1983, c.18, s. 60
  15. Nigah konid be Ağabozorg Tehrani, Əz-zəriə ,h.q 1403/ miladi 1983, c.18, s. 60
  16. Sədrayi və Mərəşi, Kitab şenasiye Təcridul-etiqad, h.ş 1382, s. 37
  17. Sədrayi və Mərəşi, Kitab şenasiye Təcridul-etiqad, h.ş 1382, s. 37-38
  18. Sədrayi və Mərəşi, Kitab şenasiye Təcridul-etiqad, h.ş 1382, s. 38

Ədəbiyyat

  • Əfnədi İsfəhani, Riyazil-üləma və Hiyazul-füzəla, Mirza Əbdullah, Təhqiqe Seyyid Əhməd Hüseyni, Qum, Xəyyam nəşr, h.q 1401
  • Ağabozorg Tehrani, Muhəmməd Möhsün, Əz-zəriə ila Təsanifuş-şiə, Beyrut, Darul-əzva, üçüncü çap, h.q 1403/ miladi 1983
  • Xaliqiyan, «Əz Əllamə Hilli ta Əbulfəz Şerani ; Müqayiseye beynə şüruhi Təcridil-etiqad », Roşde amuzeşe məarife islami, s.76, h.ş 1389
  • Xansari, Muhəmmədbaqir, Rövzatul-cənnat fi əhvalil-üləma və sadat, Qum, İsmailyan nəşri, h.q 1390
  • Sədrayi və Mərəşi, Kitab şenasiye Təcridul-etiqad, Qum, Kitabxaneye Ayətullah Mərəşi, çape əvvəl, h.ş 1382/ h.q 1424
  • Əllamə Hilli, Həsən ibn Yusif, Kəşful-murad fi şərhi Təcridil-etiqad, Təshihe Həsənzadə Amuli, Qum, Müəssisətun-nəşril-islami, çape həftom, h.q 1417
  • Mövləvi, Muhəmmədəli, Ayətullah, Dairətul-məarife bozorge isami, c. 2, Tehran, Mərkəze Dairətul-məarife bozorge İslami, çape dovvom, h.ş 1374