Məzhəbin zəruri məsələləri
Məzhəbin zəruri məsələləri (farsca: ضروری مذهب) bir məzhəbin ümumi ardıcıllarının öz məzhəb və dinlərinin bir hissəsi hesab etdikləri qaydalar və inanclardır. Əksər din alimlərinin nəzərincə, məzhəbin zəruri məsələlərini inkar etmək insanın həmin məzhəbdən çıxmasına səbəb olur, lakin dindən çıxmasına səbəb olmur. İmamiyyə məzhəbinin ən mühüm zəruri məsələlərindən biri də Allah tərəfindən təyin olunmuş on iki imamın imamətinə etiqad bəsləməkdir.
Terminologiya
Zəruri kəlməsi aşkar və lazımlı olmaq mənasında üç "dinin zəruri məsələsi", "məzhəbin zəruri məsələsi" və "fiqhin zəruri məsələsi" fiqhi terminində işlənir.[1]
Dinin zəruri məsələsi
Dinin (İslam dini) zəruri məsələsi bütün İslam qrup və məzhəblərinin açıq şəkildə dinin bir hissəsi hesab etdikləri cismani məad və namazın vacibliyi kimi hökm və inanclardır. Dinin zəruri məsələlərini inkar etmək əslində Allahın və ya Peyğəmbərin (s) sözlərinin yalan olduğuna inanmaq və mürtəd olmağın amillərindən biridir.
Məzhəbin zəruri məsələsi
Məzhəbin zəruri məsələləri bir məzhəbin ümumi ardıcıllarının öz məzhəb və dinlərinin bir hissəsi hesab etdikləri qaydalar və inanclardır. Hər bir məzhəbin ardıcılları bu məzhəbi haqq və doğru din hesab etdikləri üçün Sahibi-Cəvahir kimi fəqihlər məzhəbin zəruri məsələlərini bu insanlar üçün dinin zəruri məslələri ilə bərabər hesab ediblər.[2]
Fiqhin zəruri məsələləri
Fiqhin zəruri məsələləri iki şəkildə izah edilmişdir:[3]
- Bütün fəqihlərin razılaşdığı və qəbul etdiyi şeylər.
- O şeylər ki, fiqhin rükünlarıdır və fiqh onlar olmadan formalaşa bilməz.
Nümunələr
İmamiyyə məzhəbinin ən mühüm zəruri məsələlərindən biri imamət və imamların məsumluğuna etiqad bəsləməkdir.[4] Şiə məzhəbinin digər zəruri məsələləri arasında "həyyə ələ xəyril-əməl" cümləsinin azanın bir hissəsi olduğunu və "Mütə"nin halal olmasını qeyd etmək olar.[5]
Məzhəbin zəruri məsələlərini inkar etməyin fiqhi hökmü
Fəqihlərin əksəriyyəti hesab edir ki, şiə məzhəbinin zəruri məsələlərindən birini qəbul etməmək və ya inkar etmək insanın bu məzhəbdən çıxmasına səbəb olur.[6] Əksinə, Sahibi-Hədaiq kimi fəqihlər məzhəbin zəruri məsələlərini inkar etməyin mürtəd olmağa səbəb olduğuna inanırlar;[7] Sahibi-Cəvahir kimi bəzi başqa fəqihlər də bu məzhəbi qəbul edən şəxslərin o məzhəbin zəruri məsələsini inkar etməsini dinin zəruri məsələsini inkar etmək və mürtəd olmağa səbəb kimi bilirlər.[8]
(Seyyid Əbdül-Əli Səbzvari kimi) bəziləri isə inanırlar ki, məzhəbin zəruri məsələsini inkar etmək yalnız peyğəmbərliyi və ya tövhidi inkar etməklə nəticələndiyi zaman dindən çıxmağa gətirib çıxarır.[9][10]
İstinadlar
- ↑ فرهنگ فقه مطابق مذهب اهل بیت علیهمالسلام، ج۵، ص۱۴۴, wikifeqh.ir saytı
- ↑ جواهر الکلام، محمد حسن نجفی، ج۴۱، ص۶۰۲, eshia.ir saytı
- ↑ Fəslnameye nəqde kitabe fiqh və hüquq, nömrə 3 və 4, s.14
- ↑ Siratun-nicati fi əcvəbətil-İstiftat, s.415
- ↑ Cəvahirul-kəlam, Məhəmməd Möhsin Nəcəfi, c.41, s.602
- ↑ فصلنامه فرهنگ جهاد، مقاله ضرورت دین(۲)، شماره ۳۳ و ۳۴, hawzah.net saytı
- ↑ الموسوعة الفقهیة المیسره، ج۲، ص۱۶, eshia.ir saytı
- ↑ Cəvahirul-kəlam, Məhəmməd Möhsin Nəcəfi, c.41, s.602
- ↑ Muhəzzəbul-əhkami fi bəyanil-həlali vəl-həram, c.1, s.376
- ↑ موسوعه فقهیه، ج۱۹، ص۴۲۰, eshia.ir saytı
Ədəbiyyat
- Fəslnameye nəqde kitabe fiqh və hüquq, nömrə 3 və 4
- Məhəmməd Həsən ibn Baqir, Sahibi Cəvahir, Cəvahirul-kəlam, Beyrut
- Siratun-nicati fi əcvəbətil-İstiftat, Mirza Cavad Təbrizi, 1-ci çap, h.q 1418
- Muhəzzəbul-əhkami fi bəyanil-həlali vəl-həram, Seyyid Əli Səbzəvari, 1-ci çap, Darut-təfsir, h.q 1430
- Əl-Musuətul-fiqhiyyə, Qum, Dairətul-məarife fiqhe İslami, h.q 1423
- فرهنگ فقه مطابق مذهب اهل بیت علیهمالسلام، ج۵، ص۱۴۴, wikifeqh.ir saytı
- جواهر الکلام، محمد حسن نجفی، ج۴۱، ص۶۰۲, eshia.ir saytı