Kutub-ərbəə
Kutub-ərbəə (ərəbcə: کُتُب اَربعه) və ya Usul-ərbəə (ərəbcə: اصول اربعه) şiələrin ən etibarlı hədis mənbələri hesab etdikləri dörd hədis kitabıdır. Dörd kitab bunlardır: Əl-Kafi, Mən la-yəhzuruhul-fəqih, Təhzibul-Əhkam və Əl-İstibsar. "Əl-Kafi" kitabı Kuleyni tərəfindən yazılmışdır. "Mən la-yəhzuruhul-fəqih" kitabının müəllifi Şeyx Səduqdur. "Təhzibul-Əhkam" və "Əl-İstibsar" kitabları isə Şeyx Tusi tərəfindən yazılmışdır.
İlk dəfə Şəhid Sani rəvayət nəql etməyə icazə vermək məsələsində bu dörd kitaba işarə etmək üçün Kutub-ərbəə terminini işlətmişdir. Bundan sonra bu termin fiqhi mətnlərdə işlənmiş və getdikcə məşhur olmuşdur. Bəzi şiə alimləri Kutub-ərbəə-nin bütün hədislərini səhih hesab edirlər; Amma onların əksəriyyəti ya etibarlı, ya da mütəvatir olan hədisləri qəbul edir.
Mövzunun Əhəmiyyət və önəmi
Şiələr "Kafi", "Təhzib", "İstibsar" və "Mən la-yəhzuruhul-fəqih" adlı dörd kitabı özlərinin ən etibarlı hədis mənbələri hesab edir və onlara "Kutub-ərbəə" (dörd kitab) də deyirlər.[1] Əlbəttə, əksər şiə alimləri bu kitabların hədislərinin hamısına əməl etməyi vacib bilmirlər. Onlara əməl etmək üçün hədislərin sənədlərini və mətnlərini araşdırırlar.[2]
Bu terminin tarixi
Şəhid Sani bu dörd kitab üçün "Kutub-ərbəə" terminini işlədən ilk alimdir. Hicri 950-ci ildə rəvayət nəql etməyə icazə vermək məsələsində "Kutubul-hədisil-ərbəə" terminini işlətmişdir. Sonra bir neçə başqa rəvayət nəql etməyə icazə vermək məsələsində bu cümləni və "Kutub-ərbəə" terminini işlətmişdir.[3]
Bu tarixdən təxminən otuz il sonra Muhəqqiq Ərdəbili hicri 977-ci ildə yazılan və hicri 985-ci ildə başa çatan "Məcməul-Faidə vəl-Burhan" adlı fiqh kitabında bu termindən istifadə etdi. Beləliklə, bu termin hədis atmosferindən fiqh kitablarına daxil oldu. Bundan sonra sıra ilə "Zübdətul-Bəyan" (hicri 989-cu ildə yazılmış), "Müntəqəl-Cuman" (hicri 1006-cı ildə yazılmış) və "Vafiyyə" (hicri 1059-cu ildə yazılmış) kitablarında istifadə edilmişdir.[4]
Kutub-ərbəə-nin etibarlı olması
Şiə fəqihləri Kutub-ərbəə-nin ümumi etibarlılığını qəbul etmişlər. Şeyx Ənsari məşhur kitabların, o cümlədən bu kitabların mötəbərliyinə inanmağı məzhəbin zəruri məsələlərindən biri olduğunu uzaq hesab etməmişdir.[5] Bununla belə, şiə alimləri arasında hədislərin məsumdan nəql olmasının qəti və ya qeyri-qətiliyi və bundan sonra bütün rəvayətlərin etibarlılığı və səhihliyi ilə bağlı fikir ayrılığı mövcuddur. Bu baxımdan üç baxışa işarə etmək olar:
- Bütün hədislərin mötəbər olması və məsumdan sadir olmasının qətiliyi: Əxbarilər Kutub-ərbəə-nin bütün hədislərini mötəbər hesab edir və bu kitabların hədislərinin hamısının məsumlardan nəql olmasını qəti hesab edirlər.[6] Seyyid Mürtəzanın fikri Əxbarilərin fikrinə yaxındır. O, bu kitablardakı hədislərin çoxunu mütəvatir və ya qəti olaraq məsumdan nəql olduğunu hesab edir.[7]
- Bütün rəvayətlərin səhihliyi və məsumdan nəql olmasının qəti olmaması: Fazil Tuni,[8] Molla Əhməd Nəraqi[9] və Mirzə Məhəmmədhüseyn Naini[10] kimi bəzi fəqihlər Kutub-ərbəə-nin bütün hədislərinin qəti şəkildə məsumdan nəql olmasını qəbul etməyiblər, lakin onun hədislərinin mötəbər olduğuna inanıblar.
- Əksər hədislərin səhih olmasında şübhənin olması və sənədləri mötəbər olan rəvayətlərin mötəbərliyi: Şiənin üsul alimlərinin və fəqihlərinin ümumi rəyi budur ki, "Əl-Kafi" kitabının az sayda mütəvatir hədislərindən başqa hədislərin səhihliyi qəti deyil. Təkcə sənəd baxımından etibarlılıq şəraitinə sahib olan hədislər mötəbərdirlər. Baxmayaraq ki, hədisin mötəbər olmasının şəraiti ilə bağlı fikir ayrılığı var.[11]
Əl-Kafi
- Əsas məqalə: Əl-Kafi
Kafi kitabı Şeyx Əbu Cəfər Kuleyni (hicri 329-cu ildə vəfat edib) tərəfindən qeybəti-suğra dövründə yazılmışdır[12] Kitabda 16.000-ə yaxın hədis var. Onun üç ümumi bölümü var: Usuli-Kafi, Frui-Kafi və Rəvzətul-Kafi.[13] Usuli-Kafidə əqidə ilə bağlı hədislər var. Frui Kafidə fiqhi hədislər gəlib. Rəvzətul-Kafi isə müxtəlif hədislər toplusunu əhatə edir.[14]
Mən la-yəhzuruhul-fəqih
- Əsas məqalə: Mən la-yəhzuruhul-fəqih
Bu kitab Şeyx Səduq (hicri 381-ci ildə vəfat etmişdir) tərəfindən yazılmışdır. Bu kitabda 6000-ə yaxın hədis var ki, onların mövzusu fiqh və əməli hökmlərdir. Şeyx Səduq bu kitabda səhih hesab etdiyi hədisləri gətirirmiş və onlara əsaslanaraq fətva vermişdir.[15]
Təhzibul-Əhkam
- Əsas məqalə: Təhzibul-Əhkam
"Təhzibul-Əhkam" Şeyx Tusinin (hicri 460-cı ildə vəfat edib) yazdığı kitabdır. Bu kitab 393 bölmə və 13590 hədisdən ibarətdir. Onun mövzusu fiqhdir. Şeyx Tusi bu kitabı Şeyx Müfidin "Əl-Muqniə" kitabının şərhi və izahında və onun göstərişi ilə yazmışdır.[16]
Əl-İstibsar fi ma ixtələfə minəl-əxbar
- Əsas məqalə: Əl-İstbsar fi ma ixtələfə minəl-əxbar
Şeyx Tusi bu kitabı "Təhzibul-Əhkam" kitabından sonra və bəzi tələbələrinin xahişi ilə yazmışdır. Bu kitabda o, yalnız müxtəlif fiqhi mövzularda ziddiyyətli rəvayətləri toplamışdır. Bu səbəbdən kitabda bütün fiqhi mövzular yer almamışdır.[17]
İstinadlar
- ↑ Əmini, Əl-ğədir, h.q 1416, c.3, s.383-384
- ↑ Əmini, Əl-ğədir, h.q 1416, c.3, s.383-384
- ↑ باقری، «چهار کتاب حدیثی امامیه و رواج اصطلاح «الکتب الأربعة»: نقدی بر دیدگاه اندرو نیومن». Baqeri, Çəhar ketabe hədisi
- ↑ باقری، «چهار کتاب حدیثی امامیه و رواج اصطلاح «الکتب الأربعة»: نقدی بر دیدگاه اندرو نیومن».Baqeri, Çəhar ketabe hədisi
- ↑ Ənsari, Fəraidul-usul, h.q 1428, c.1, s.239
- ↑ İstərabadi, Əl-fəvaidul-mədinə, s.112; Əl-Korki, Hidayətul-əbrar, h.q 1396, s.17
- ↑ Həsən Amilidən nəql: Məalimul-usul, s.157
- ↑ Fazil Tuni, Əl-vafiyətu fi usulil-fiqh, h.q 1415, s.166
- ↑ Molla Əhməd Nəraqi,......
- ↑ کتب اربعه شیعه کدامند؟Şiə Niyuz saytı
- ↑ Seyyid Əbul-Qasim Xoyi, Mucəmu Ricailil-hədis, c.1, s.87-97
- ↑ Modir Şaneçi, Elmul-hədis, h.ş 1381, s.96
- ↑ Modir Şaneçi, Elmul-hədis, h.ş 1381, s.96 və 97
- ↑ Modir Şaneçi, Elmul-hədis, h.ş 1381, s.96 və 97
- ↑ Modir Şaneçi, Elmul-hədis, h.ş 1377, s.130-135
- ↑ Modir Şaneçi, Tarixul-hədis, h.ş 1377, s.138-140
- ↑ Modir Şaneçi, Tarixul-hədis, h.ş 1377, s.148-150
Ədəbiyyat
- باقری، حمید، «چهار کتاب حدیثی امامیه و رواج اصطلاح «الکتب الأربعة»: نقدی بر دیدگاه اندرو نیومن»، وبگاه طومار اندیشه، دیدهشده در ۶ فروردین ۱۳۹۷ش. Həmid, "Çəhar ketabe hədisi İmamiyyə və rəvace estelahe kutubul-ərbəə"
- کتب اربعه شیعه کدامند؟ Şiə Niyuz saytı
- İstərabadi, Muhəmməd Əmin ibn Muhəmməd Şərif, Əl-fəvaidul-mədinə, Təbriz, h.q 1321
- Əmini, Əbdül-Hüseyn, Əl-ğədir fil-kitabi vəs-sünnəti vəl-ədəb, Qum, Mərkəzul-ğədir lid-dirasətil-İslamiyyə, h.q 1416, m. 1995
- Ənsari, Mürtəza, Fəraidul-üsul, Qum, Məcməul-fikril-İslami, h.q 1428
- Xoyi, Seyyid Əbül-Qasim, Mucəmu ricalil-hədis, Qum, h.ş 1372
- Fazil Tuni, Abdullah ibn Muhəmməd, Əl-vafiyətu fi usulil-fiqh, Təhqiq: Rəzəvi Kəşmiri, Qum, Məcməul-fikril-İslami, h.q 1415
- Kurki, Hüseyn ibn Şəhabud-din, Hidayətul-əbrar ilə təriqil-əimmətil-əthar, Muəssisətu ehyaul-ehya, h.q 1396
- Modir Şaneçi, Kazim, Elmul-hədis, Qum, Dəftəre enteşarate İslami, 16-cı çap, h.ş 1381
- Modir Şaneçi, Kazim, Elmul-hədis, Tehran, Enteşarate səmt, h.ş 1377